Elşən Misir oğlu Nəsibov


Rusiyanın XXII-XXIII əsrlərdə müxtəlif dövlətlərə parçalanma



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə43/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   36   37   38   39   40   41   42   43   44

88 

 

Rusiyanın XXII-XXIII əsrlərdə müxtəlif dövlətlərə parçalanma  



ehtimalı  

 

Əhali  və  onun  maraq  amili  dövlətin  yaranmasında  və  parçalanmasında, 



dağılmasında ilkin şərtdir.  Sabitlik həm  maraqdan  yaranır, həm də  maraqdan 

pozulur.  Bir  dövlətin  güclənməsində  əhalinin  çoxluğu  və  ərazinin  böyüklüyü 

amili  önəm  kəsb  edir  və  demək  olar  ki,  əsas  faktorlardandır.    İqtisadi,  siyasi, 

hərbi  sistemlərin  mütəşəkkilliyi  də  gücün  yaranmasında  mühüm  vəziyyətdir. 

Dövlət  mövcud  resurslar  və  resurslar  üzərində  tətbiq  olunan  təsirlərdən  həm 

möhkəmlənir, həm də parçalanır, mərkəzi hissələr  ətraflardan ayrılır. Əhalinin 

həddən artıq artması və ərazinin olduğu şəkildə qalması, əhali və ərazi arasında 

disbalansın  yaranması  idarəetməni  çətinləşdirir.  Buna  görə  də  böyük  çəkiləri 

olan bir neçə mərkəzdən ibarət idarəetmə şəbəkəsi meydana gəlir.  

Əhlinin  çoxluğu  amili,  bu  amilin  məkanı  şərti  olaraq  üstələməsi  insan 

hüquqlarının  məhdudlaşmasına  səbəb  olur.  Bu  baxımdan  da  qeyd  edə  bilərik  ki, 

Çin  və  Hindistanda  insan  hüquqları  əhali  çoxluğu  faktoruna  görə  (Çində  əhali 



əsasən ölkə Şərqində cəmləşir, Hindistanda isə əhali mərkəz,  qərb, şərq və cənuba 

doğru  məskunlaşmışdır.  Ölkənin  iri  sənaye  və  çoxmmilyonluq  əhalisi  olan   

şəhərləri  bu  əraziləri  əhatə  edir)    məhdudlaşmaqdadır.  Bu  ölkələrdən  kasıbçılıq 

mövcuddur və əmək resursları  məkan üzrə qeyri-bərabər paylanmışdır. Bu da təbii 

coğrafi-siyasi  amillərlə  əlaqəlidir.  Baxmayaraq  ki,  Çin  dünyada  iqtisadi 

göstəricisinə  görə  ikinci  yerdə  qərarlaşır,  ancaq  adambaşına  düşən  ümumdaxili 

məhsul istehsalı göstəricilərinə görə geridə qalır. 

Qeyd: 

belə  bir  göstərici  var  ki,  Çində  kasıbçılıq  səviyyəsi  1984-cü  ildə 

69,4 faiz olmuşdursa, 2011-ci ildə bu göstərici 6,3 faizə enmişdir. Bu göstərici 

2005-ci  ilin  beynəlxalq  göstəricilərinə  görə  nəzərə  alınmışdır.  Həmin 

göstəriciyə əsasən, əhalinin  gündə 1,25 ABŞ dollarından az məbləğdə  qazanc 

əldə  etməsi  kasıbçılıq  hesab  olunub.

1

        2014-сü  ilin  oktyabr  ayında  ilk  dəfə 



rəsmi  olaraq  Çində  “kasıbçılığın  səviyyəsinin  aşağı  salınması  günü”  elan 

olunmuşdur.  2013-cü  ildə  kənd  təsərrüfatında  kasıbların  sayı  16,5  milyon 

nəfərə  endirilmişdir.  Lakin  buna  baxmayaraq,  2014-cü  ilin  məlumatına  görə 

Çində hələ 82,4 milyon nəfər vətəndaş kasıb səviyyəsində yaşayır.

2

  



Qeyd:

  belə  bir  göstərici    var  ki,  şəhərlilərin  sayına  görə  dünyada  birinci 

yerdə  Çin,  ikinci  yerdə  isə  Hindistan  qərarlaşır.  Hindistanda  da  urbanizasiya 

prosesləri  (30  faiz)sürətlə  gedir.  Aqrar-sənaye  ölkəsidir.  Hindistan  təbii 

ehtiyatlarla zəngindir. Məsələn, dünya dəmir filizi ehtiyatlarının 25%-ə qədəri, 

marqans filiz istehsalının 15% faizi, slyudanın 60% bu dövlətin payına düşür.

3

 

 



                                                 

1

 Мировой Атлас Данных. Китай-Уровень бедности. 



konema.ru/atlas/Китай/Уровень-бедности-по-национальному-порогу-бедности   

2

 Вести Экономика. Как првильно сосчитатъ бедных китайцев? 27.10.2014. 



www.vestifinance.ru/articles/48697/print 

3

 Hindistan Respublikası. www.coqrafiya.info/2014/11/hindistan-respublikasi.html     




89 

 

Düzdür, son dövrlərdə Hindistanda iqtisadi göstəricilər artmışdır.



 

Ölkədə 


kasıbçılığın səviyyəsi 2009-2010-cu ildə 29,8 faizə enmiş, kənd təsərrüfatında 

isə 2004-2005-ci illərlə  2010-cu il arasında  42 faizdən 24 faizə enmişdir.

1

   


Ölkədə  kasıbçılığın  səviyyəsi  2011-ci  ildə  21,9  faiz  təşkil  etmişdir. 

Statistika qeyd edir ki, Hindistanda kasıbçılıq  1993-cü ildə 45,3 faiz, 2004-də 

37,2 faiz, 2009-da 29,8 faiz olmuşdur. 

2

 

Bu  gün  Rusiya  (ABŞ-dan  sonra)  dünyanın  ikinci  miqrasiya  mərkəzinə 

çevrilmişdir.    Rusiyaya  keçmiş  SSRİ  respublikaları  ilə  yanaşı,  Çin,  Vyetnam, 

Əfqanıstan  və  Türkiyədən  də  miqrantlar  daxil  olmaqdadır.  Rəsmi  statistik 

məlumatlara  görə,  2013-cü  ildə  Rusiyaya  4,5  milyon  nəfərə  qədər  miqrant 

daxil  olmuş,  onlardan  təqribən    4,  2  milyon  nəfəri  ölkəni  tərk  etmişdir. 

Miqrasiya artımı təxminən üç yüz min nəfər təşkil etmişdir.

3

 

 



Məlumdur  ki,  Rusiya  dünyada    ən  böyük  əraziyə  malik  olan  dövlətdir. 

Rusiya  ərazisi  inzibati-idarəçilik  baxımından    vilayətlərə  (46  ədəd), 

respublikalara  (22  respublika),  muxtar  dairələrə  (4  ədəd),  əyalətlərə  (9  ədəd), 

muxtar    vilayətə  (1  ədəd)  və  federal  əhəmiyyətli  şəhərlərə  (3  ədəd)  bölünür. 

Rusiya  inzibati  baxımdan  həmçinin  9  federal  dairəyə  bölünür,  hansılar  ki, 

digər  subyektlər  onun  içərisində  cəmləşir.  Federal  dairələrə  prezidentin 

səlahiyyətli  nümayəndəsi  rəhbərlik  edir.    Bu  baxımdan  da    Rusiya  ərazisində 

85  ədəd  bərabərhüquqlu  subyekt  var.  Rusiya  əhalisinin  çoxunu  (80  faizdən 

çoxunu)    ruslar  təşkil  edir.    Belə  bir  rəqəm  də  var  ki,  dünyada  əkilə  bilən  

torpaqların  10  faizi  Rusiya  ərazisində  yerləşir.  Ölkə  ərazisinin  70  faizindən 

çoxunu düzənliklər və ovalıqlar təşkil edir. Ölkə  dünyanın su cəhətdən təmin 

olunmuş ən böyük dövlətlərindən biridir. Rusiya ərazisinin 12,4 faizi  üst  qat 

sulardan  ibarətdir.  Dünya  qara  torpağının  50  faizi  bu  ölkə  ərazisində  yerləşir. 

Dünyanın məhsuldar torpaqlarının 9 faizi Rusiya ərazisindədir. Dünyada taxıl, 

neft  və  qaz,  eləcə  də  meşə  sənayesi,  dəmir  filizi  istehsalında  Rusiya  mühüm 

yerləri tutur.  

Rusiya  ərazisi  11  nəhəng  iqtisadi  rayona  bolünür:    Şimal-Qərb,  Şimal, 

Mərkəz,  Volqa-Vyat,  Mərkəz-Qaratorpaq,  Volqaətrafı,  Şimali  Qafqaz,    Ural, 

Qərbi Sibir, Şərqi-Sibir və Uzaq Şərq.  

Göstəricilərə əsasən, belə qəbul etmək olar ki, Rusiya ərazisi hələ yüksək 

səviyyədə  mənimənilməmişdir.  Ölkə    əhalisi  də  ərazi  üzrə  qeyri-bərabər 

məskunlaşmışdır.  Təqribən  145  milyon  nəfərdən  ibarət  olan    əhalinin  çox 

hissəsi  Uraldan  qərbdə  (Rusiyanın  Avropa  hissəsində)  və  Uraldan  cənub-

şərqdə məskunlaşmışdır. O da qeyd olunur ki, Rusiyanın bir çox ərazisi (Şərqi 

                                                 

1

 Доля бедняков в Индии упала ниже трети всего населения. 



www.lenta.ru/news/2012/03/19poor/ 

2

 Мировой Атлас Данных. Индия-Уровень бедности. 



konema.ru/atlas/Индия/Уровень-бедности-по-национальному-порогу-бедности 

3

 Федеральная служба государственной статистики. Численность и миграция 



населения Российской Федерации в 2013 году. 

www.gks/bgd/regl/b14_107/Main.htm 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə