Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə44/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   36   37   38   39   40   41   42   43   44

90 

 

Sibir  və  Uzaq  Şərq)  yaşamaq  üçün  münasib  iqlimə  sahib  deyil.  Bir  çox 



məkanlar da  yaşamaq üçün yararlı deyil.     

Rusiya 


bu 

gün 


təbii 

ehtiyatları 

hesabına 

öz 


iqtisadiyyatını 

gücləndirməkdədir.  (Qeyd:  Qərbin  sanksiyalarına  baxmayaraq  iqtisadi 

geriləmə  müvəqqəti  xarakter  kəsb  edəcəkdir.  Bu  sanksiyalar  Rusiyanın  yeni 

texnologiyalar  dövlətinə  çevirəcədir  və  Rusiya  kənd  təsərrüfatını  inkişaf 

etdirəcəkdir.  Eləcə  də  yeni  sənaye  sahələri  formalaşacadqır.  Çünki  Rusiyada 

elmi potensial var və ölkə texnoloji sahələrdə tərəqqi etmək ruhuna  malikdir. 

Rusiya xalqında texnoruh yüksəkliyi mövcuddur). XXI əsrdə Rusiya ixracında 

sənaye  məhsulları  üstünlük təşkil edəcəkdir. XXI əsrin ortalarında başlayaraq 

dünyada  “Rusiya  əsri”    hökm  sürəcəkdir.  Çünki  ölkə  kapitalizm  yolu  ilə 

inkişaf  etməkdədir.  Ölkəni  böyük  sərmayələr-daxili  və  xarici-gözləyir.  

Avrasiyada gedən inteqrasiya prosesləri də buna təkan verəcəkdir.  

Bu  gün  Asiya  əhalisinin,  postsovet  məkanının  əhalisinin  bir  qismi 

Rusiyaya  üz  tutmaqdadır.  Rusiya  Avropa  üçün  də  bazar  rolunu  oynayır. 

Rusiyanın güclənməsi səbəbləri və kriteriyaları çoxluq təşkil edir. 

Güclənmə  gedişatı  Rusiya  üçün  XXII-XXIII  əsrlərdə  təhülkə  törədə  bilər. 

Belə  ki,  ölkə    Asiya  üçün  yeni  bir  mənimsənilmə  obyektidir.  Bu  baxımdan  da 

qəbul  edək  ki,  Asiya  xaqları  XXI  əsr  boyu  şimala  üz  tutacaq.  Buna  görə  də  rus 

dilində  danışanların  sayı  artacaq.  Xüsusilə,  türk  dünyası  Rusiyada  böyük  nüfuz 

əldə edəcək. Əhalinin miqrasiya axını və ölkədə qalıb yaşayan  miqrantlar hesabına 

artması ölkənin əhalisinin sayını indikindən iki, ya da üç dəfə artıracadqır. Bu amil 

Rusiyada  yeni  iqtisadi  mərkəzlərin  formalaşmasına  səbəb  olacaq.  Yeni  iqtisadi 

mərkəzlər  coğrafi  məkan  üzrə  Şimali  Qafqaz  və  Mərkəzi  Asiyadan  şimala 

doğru ərazilərdə-Rusiyanın Avropa mərkəzində, Rusiyanın Ural rayonunda, 

Çin  və  Monqolustan      sərhədlərinin  şimal  hissələrində-Şərqi  Sibirə  doğru 

ə

razilərdə, Uzaq Şərqdə formalaşa biləcəkdir

. Dövlətin “ətək gücü” artacaqdır. 

Yəni, sərhəd regionları  güclənəcəkdir. Ölkəni  XXI əsrin  ikinci  yarısında etibarən 

güclü  iqtisadi  texnoqurşaq  gözləyir.    Rusiyada  rus  dilində  danışan  şəxslərin 

sayının artacağı ölkənin  yeni iqtisadi mərkəzlərinin siyasi aktivliynə gətirib çıxara 

biləcəkdir.  Bu  baxımdan  da  ehtimal  etmək  olar  ki,  Rusiyanın  bir  mərkəzdən 

idarəolunması problemləri yaşana biləcəkdir. Çox güman ki, XXII-XXIII əsrlərdə 

indiki  Rusiya  ərazisində  meydana  gələcək  nəhənq  iqtisadi  rayonların  bazasında 

(sərhəd iqtisadi qurşaqlarında) siyasi qurumlar,  yeni dövlətlər, həm də rus dilində 

danışan xalqları olan dövlətlər yarana biləcəkdir.  



Rusiyanın  XXII-XXIII  əsrlərdə  dağılma  (ayrı-ayrı  regional  dövlətlərə)  

ehtimalını  şərtləndirəcək  kriteriyaları  şərti  və  konkret  olaraq  bu  şəkildə 

təsnif etmək olar: 

 

-Rusiyanın ərazisinin böyüklüyü.  Avrasiyanın  geosiyasi nəhəngi olması. 

Avrasiyada planetar dövlət rolunu oynaması; 

-ölkə  əhalisinin  azlığı  faktı  (mövcud  zamanda).  Bu  fakt  ölkə  resurslarını 

mənimsəmək üçün başqa ölkələrdən əhali cəlb etməni şərtləndircəkdir. Rusiya 

sənayesi və kənd təsərrüfatı miqrantların hesabına güclənə biləcəkdir; 




91 

 

-miqrasiya axınının güclənməsi və gələcək əsrdə daha da sürətlənməsi; 



-Rusiyanın  Asiyaya  meyilli  dövlət  olması.  Ölkədə  Asiyalı  xalqların  da 

yaşaması; 

-Rusiyada yaşayan xalqların çoxluğu (ölkə xalqları 100-dən çox dildə və 

şivədə, jarqonda danışırlar) və çoxdinlilik; 

-Ölkə resurslarının bolluğu və insanları cəlb edəcək xüsusiyyətləri; 

-Rusiyanın  XXI  əsrdə  sürətli  inkişafı  və  Avro-Asiyada  birləşdirici 

mərkəzi lider dövlətə çevrilməsi; 

-Rusiyanın daxili ərazilərinin sürətlə insanlarla dolacağı faktı; 

-Rusiyanı güclənməsi ilə ölkəyə ediləcək kənar siyasi təzyiq faktları; 

-sürətlənəcək iqtisadi gücün ölkə daxilində siyasi təfəkkürü oyatması  və s.  

 

Rusiya çox güman ki, XXII-XXIII əsrlərdə daxili amillərdən və xarici 

amillərdən bir neçə regional dövlətə bölünə biləcəkdir. 

 

Onu  da  nəzərə  almaq  lazımdır  ki,  bu  gün  Rusiyanın  parçalanmasından 



danışırlar.  Lakin  ölkənin  bölünməsi  və  ayrı-ayrı  siyasi  subyektlərə  çevrilməsi 

üçün ölkədaxilində kifayət qədər dövlətləri təşkil edə biləcək element yoxdur. 

Dövlətlər gələcək əsrlərdə elementlər zənginliyindən yarana biləcəklər. 

 

  



Beynəlxalq münasibətlərin tarazlı əsaslarla  formalaşmasında böyük  

dövlətlər bu kimi funksiyanı həyata keçirirlər 

 

Beynəlxalq  münasibətlərin  nəzəri  əsasları  ondan  ibarətdir  ki,  hər  bir 



dövlət bu sistemdə bir səs hüququna malikdir, sərbəst və suveren fəaliyyətlidir. 

Beynəlxalq  münasibətlər  sistemi  dünya  əlaqələr  sisteminin  tərkib  hissəsidir. 

Dünya  əlaqələrində  dövlətlərin  daxili  əlaqələri  də  mövcuddur.  Beynəlxalq 

münasibətlər və beynəlxalq əlaqələr dövlətlərin daxili strukturlarının qarşılıqlı 

əlaqələndirilməsindən  ibarət  olur.    Böyük  dövlətlər  dünyanı  həm  nəzəri,  həm 

də təcrübi əsaslarla (güc amilinə söykənən praktik siyasət)  nüfuz dairələrinə 

bölürlər.  Bu  bölgü  özünün  klassik  mahiyyətini  yenə  də  qoruyub 

saxlamaqdadır.  Klassik  mahiyyətdə,  klassik  formada  müharibələr  amilindən 

daha  çox  istifadə  olunurdu.  Hal-hazırda  isə  qarşılıqlı  müharibələri  daha  çox 

daxili işlərə  müdaxilə və ərazi  müdaxiləsi (hərbi baxımdan) əvəz etməkdədir.  

Böyük dövlətlər nəzəri hüquq normalarından və praktik vəziyyətlərdən istifadə 

edərək kiçik dövlətlərin ərazilərinə müdaxilələr edirlər.  

Beynəlxalq  münasibətlər  sistemi  regionlarda  mərkəzi  və  ətraf 

subyektlərin  əlaqələri  ilə  yaranır.  Sistemin  mərkəzi  və  ətraf  subyektləri 

anlayışı  və  faktların  mövcudluğu  təsnifata  görə  meydana  gəlir.     Təsnifatı  isə 

güc  və  gücü  yaradan  komponentlər  amili  formalaşdırır.  Beynəlxalq 

münasibətlər sisteminin müxtəlif güclü subyektləri təbii ki, mərkəzlərdə (bura 



92 

 

iqtisadi,  siyasi,  hərbi  mərkəzlər,  eləcə  də  mədəni  amillər  üzərində  qurulan 



mərkəzlər  aid  edilə  bilər.  Məsələn,  Avropa  İttifaqı  bir  güc  mərkəzi  olaraq 

Avropa  dəyərləri  üzərində  formalaşıb.  Bu,    mədəni  amildir)    birləşirlər.  Bu 

birləşmə sayəsində sistem yaranır. Sistemdəki mərkəzlər universal və məxsusi 

rolu  oynayırlar.    Universal  rol  tək  bir    regional  deyil,  digər  regional 

mərkəzlərdə  də  meydana  gəlir.  Böyük  dövlətlər  (xüsusilə,  ABŞ,  Rusiya, 

Avropa  İttifaqı  kimi  dövlətlər)  universal  rolu  oynamağa  çalışırlar.  Bu  da 

beynəlxalq  münasibətlər  sistemində  böyük  dövlətlərin  yuxarı  struktura  (belə 

qəbul  edək  ki,  piramidanın  yuxarı  strukturuna)  nəzarət  funksiyalarının 

tətbiqinə gətirib çıxarır. Münasibətlər sistemində səlahiyyətlərin genişlənməsi, 

vəzifələrin artması halları yaşanır.  

Sistemin  ayrı-ayrı  strukturları  formalaşır.  Ayrı-ayrı  strukturlar  əlaqələr 

vəhdətini  meydana  gətirir  və  vahidlik  yaranır.  Bu  vahidlik  daxildə  rəngarəng 

subyektlərdən  ortaya  çıxır.  Zahirən  isə  (təfəkkürdə  vəhdəti  yaradır). 

Beynəlxalq  münasibətlər  rəngarənglikdən  və  çalarlardan  ibarət  olur.    Bu 

baxımdan    da  beynəlxalq  münasibətlər  sisteminin  daxili  və  zahiri  bütövlüyü 

meydana gəlir. Böyük dövlətlər bu bütövlük daxilində, ayrı-ayrı regionlardakı 

strukturlarda  mərkəzi  subyekt  rolunu  oynamağa  çalışırlar.  Mərkəzi  subyekt 

rolunu oynamaq iradi və qeyri-iradi bir prosesə çevrilir. Sistemdə ayrılmalar, 

parçalanmalar  meydana  gəlir.  Rəqabət  formalaşır.  Bu  kimi  proseslərdən 

dünyanın  qeyri-mütləq  tarazlı  əsaslarla  idarə  olunması  halları  yaşanır.    

Mərkəzi  subyekt  rolu  özlüyündə  təsirediciliyi  meydana  gətirir.  Mərkəzi 

subyektlər  ətraf  subyektlərlə  trayektorik  bağlılıq  yaradırlar  və  təsir  imkanları 

əldə  edirlər.  Beynəlxalq  münasibətlər  strukturlarında  tarazlıqlar  mərkəzi 

subyektlərin  yaratmış  olduqları  strukturlar  arasında  mövcud  olur.  Bu 

strukturlar,  birləşmələr  (məsələn,  ittifaqlar)  çalışırlar  ki,  qlobal  və 

regional miqyasda sülh və sabitliyi qorusunlar. Bu kimi niyyətlər və buna 

yönəlik  aktlar  isə  öz-özlüyündə  gərgin  məzmunlu  tarazlıqları  yaradır. 

Gərgin  tarazlıqlar  qurşaqları  meydana  gəlir  ki,  bu  ərazilər  də  sanitar 

kordonlar rolunu oynayır.  

Böyük 


dövlətlərin 

beynəlxalq 

münasibətlərin 

tarazlı 


əsaslarla 

formalaşmasındakı rolu həm də nəticə etibarilə, proseslərin daxili mahiyyətinə 

görə  dünyanın  nüfuz  və  maraq  dairələrinə  bölümnəsi  ilə  nəticələnir.  İqtisadi 

nüfuz  məkanları,  iqtisadi  və  siyasi  təsir  strukturları  meydana  gəlmiş  olur. 

Dünyanın siyasi xəritəsi sanki dövlətlərin maraq dairələri üzrə  bölünür və yeni 

konturlar  cızılır.  Böyük  dövlətlər  dünyanın  tarazlı  əsaslarla  formalaşmasında  

yeni siyasi xəritələrin əmələ gəlməsini də təmin edirlər.  

Böyük  dövlətlərin  funksiyaları  liberal  və  radikal  əsaslara  söykənir. 

Böyük  dövlətlərin  liberal  formaları  beynəlxalq  hüququn  hamılıqla  qəbul 

edilmiş  norma  və  prinsiplərini  müəyyən  etməkdən,  hüquq  normalarını  qəbul 




93 

 

etməkdən  və  hüquq  normalarının  icrasına  beynəlxalq  nəzarəti  həyata 



keçirməkdən  ibarət  olur.  Beynəlxalq  hüquq  normalarına  əməl  etmək  dinc 

məqsədləri  özündə  ehtiva  edir  və  sülh  siyasətini  reallaşdırır,  sabitliyi 

müəyyənləşdirir.  Bu  anda  beynəlxalq  münasibətlərdə  yumşaq  tarazlıq 

formalaşır.  Beynəlxalq  münasibətlərin  radikal  funksiyalarında  isə  dövlətlər 

arasında  gərginliklər  yaranır.  Bu  halda  güc  amili  ortaya  çıxır,  təhdidlər 

yaranır, böhranlar meydana gəlir. Dövlətlər arasında münaqişələr, müharibələr 

ortaya  çıxır.  Beynəlxalq  münasibətlərin  radikal  məzmununda  forma  olaraq 

hərbi-siyasi ittifaqlar və qruplaşmalar ortaya çıxır. Əgər birinci halda iqtisadi, 

mədəni  ittifaqlar,  təşkilatlar,  birliklər  meydana  gəlirsə  ikinci  halda  daha  çox 

hərbi-siyasi bloklaşma ortaya çıxır. İkinci hal zamanı dünyanın güc mərkəzləri 

tərəfindən  nüfuz  dairələrinə  bölüşdürlməsi  halları  yaşanır.  Hər  iki  istiqamət 

üzrə  dövlətlər  beynəlxalq  münasibətlərin  tarazlaşdırlması  üçün  bu  kimi 

funksiyaları  yerinə  yetirirlər.  Həm  də  funksiyalar  strateji  və  taktiki  məzmun 

kəsb edir. Strateji məzmun odur ki, böyük dövlətlər hər zaman özlərinin dünya 

əlaqələr sistemində, dünya vəhdət sistemində nüfuzlarını qorumağa və bundan 

qazanclar əldə can atırlar. Radikal bölüşdürlmədə dövlətlər güc tətbiq etmə və 



çəkindirmə

  prinsiplərindən  istifadə  edirlər.  Bu  daha  çox  ətraf  orta  və  kiçik 

gücə  malik  olan  dövlətlərə  qarşı    həyata  keçirilən  siyasət  olur.  Eyni  zamanda 

dövlətlər böyük dövlətlər bir-birilərinə qarşı da istifadə edirlər. İstifadə zamanı 

iqtisadi,  siyasi  və  hərbi  üsullardan,  vasitələr  ortaya  çıxır.  Embarqo,  iqtisadi 

sanksiyalar, 

səfirliklərin 

geri 


çağrılması 

və 


diplomatik 

əlaqələrin 

dondurulması,  beynəlxalq  bir  çox  sahələrdə  ikitərəfli  əməkdaşlığın 

dayandırılması  və  dialoqların  dayandırılması  kimi  hallardan  geniş  istifadə 

olunur.  

 



94 

 

Bu kimi funksiyalar həyata keçirilir: 

 

Böyük dövlətlər təşkilatların yaradılması və bununla da dünya üzərində 



birbaşa və dolayı nəzarətin həyata keçirilməsi (məsələn, ABŞ-ın təşəbbüsü ilə 

BMT-nin  yaradılması,  NATO-nun  yaradılması,  digər  hərbi  blokların 

yaradılması;  SSRİ-tərəfindən  “Varşava  Müqaviləsi  Təşkilatı”nın  yaradılması, 

Rusiya  tərəfindən  MDB  çərçivəsində  Kollektiv  Müqavilə  Təşkilatının 

yaradılması,  ümumiyyətlə,  Avropa  İttifaqının  yaradılması,  ATƏT-in 

yaradılması    və  s.).    Bu  da  ölzüyündə  liberal  və  radikal  əsaslara  söykənir. 

Liberal  əsaslar  daha  çox  iqtisadi,  mədəni  amilləri,  radikal  əsaslar  isə  iqtisadi 

amillərlə  yanaşı,  hərbi  amillərdən  istifadəni  də  nəzərdə  tutur.  Bu  kimi  aktlar 

özlüyündə  beynəlxalq  münasibətlərin  ümumi  ruhunu  yaradır  və  aktorların, 

xüsusilə böyük dövlətlərin xarakterik xüsusiyyətlərini meydana gətirir; 



-vasitəçilik  missiyasının  yerinə  yetirilməsi

-bu  yolla  böyük  dövlətlər 

münaqişə  və  mübahisələrdə  birbaşa  və  dolayı  yollarla  iştirak  edirlər  və 

tənzimləmə funksiyasını yerinə yetirirlər. Məsələn, ATƏT-in Minsk qrupunda 

ABŞ,  Rusiya  və  Fransanın  (həmsədrlik  institutu  ilə)  iştirakı,  İranın  nüvə 

proqramına dair “altılıq” ölkələrin iştirakı; 



-beynəlxalq  hüquq  normalarının  qəbulu

-BMT  Nizamnaməsini  və 

aparıcı  beynəlxalq təşklilatların hamı tərəfindən qəbul edilmiş normaları; 

-kütləvi  qırğın  silahları  üzərində  nəzarət  funksiyasının  həyata 

keçirilməsi-

nüvə,  bakterioloji  və  kimyəvi  silahlar  üzərində  nəzarət 

funksiyasının  həyata  keçirilməsi.  Nüvə  silahlarının  və  onların  tərkib 

hissələrinin  üzərində  beynəlxalq  nəzarətin  həyata  keçirilməsi  buna  misaldır. 

Nəzarət  üçün  beynəlxalq  normaların  qəbul  edilməsi  böyük  dövlətlərin 

marağında  olur  və  silahların  geniş  yayılmaması  əsas  məqsədlərə  çevrilir. 

Suriyanın kimyəvi silahlarına nəzarəti də buna misal çəkmək olar.  

Böyük  dövlətlər  ayrı-ayrı  dövlətlər  və  sahələr  üzərində  nəzarəti  həm 



qarşılıqlı  olaraq  (iki  və  çoxtərəfli  qaydada),

  həm  də  BMT  çərçivəsində, 

digət təşkilatlar çərçivəsində  həyata keçirməyə çalışırlar. Bu anda beynəlxalq 

hüquqdan geniş istifadə olunur; 



-humanitar  intervensiyanın  həyata  keçirilməsi

-böyük  dövlətlər 

humanitar fəlakətlərin mövcud olduğu ölkələrə müdaxilələr edirlər. Bosniyada 

ABŞ tərəfindən bu siyasət tətbiq olunub; 

-terrorla  mübarizə  məqsədilə  koalision  fəaliyyət  həyata  keçirirlər. 

Məsələn,  Suriyada  və İraqda PKK və İŞİD-lə  mübarizə üçün böyük dövlətlər 

birləşirlər. 

-transmilli korporasiyalar təşkil edirlər

-dünya iqtisadi sisteminə nüfuz 

etmək üçün korporasiyalar təşkil edirlər.   

 

 



 


95 

 

 



 

 

 

  



  

 

 



 

 

 

 

 

 

 



96 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

Elşən Misir oğlu Nəsibov 

 

 

CƏMİYYƏT, MƏDƏNİYYƏT VƏ  SİYASƏT FƏLSƏFƏSİ 

 

 

SİYASƏT III CİLD 

Kitabın   İkinci bölümü 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

“Elm və təhsil ” nəşriyyat-poliqrafiya müəssisəsi



 

 

 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə