Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   2   3   4   5   6   7   8   9   ...   44

10 

 

Hakimiyyətin iradəsi 

 

Hər bir canlı birlik (şəxs) özündə iradi əsasları cəmləşdirir. İradə təbii ki, 



xarakterin əsas tərkibidir. Burada şəxsin, tərəfin, o cümlədən hakimiyyətin və 

hakimiyyətdə  təmsil  olunanların  xarakteri,  fəaliyyət  xüsusiyyətləri  cəmləşir.  

Mətinlik, dözümlük, əzmlilik, mərdlik, cəsurluq və digər müsbət keyfiyyətlər, 

tərkibi  zəngin  elementlərdən  ibarət  olan  xarakter  möhkəm    iradəni 

formalaşdırır.  İradənin  tərkibində  dönməzlik,  cəsurluq,  şücaətlilik,  eləcə  də 

saflıq,  doğruluq,  dürüstlülk    kimi  tərbiyəvi  əhəmiyyət  kəsb  edən  pozitiv  

elementlər  mövcuddur.      İradə  qüvvəyə  və  potensiala  bağlı  olur.  İradə 

möhkəmliyi  resurs  üzərində  təsir  imkanlarını  meydana  gətirir.  İradənin 

tərkibini  təşkil  medən  elementlərin  zənginliyi  müəyyən  məkanda  xarakter 

dolğunluğunu  yaradır.  Bu  da  özlüyündə  iradəni  formalaşdırır,  obrazlandırır.  

Qüvvə və potensialı isə subyektə və obyektlər (üzərində təsir olunan vasitələr 

mənbələr)    yaradır.  Obyektin,  onun  resurslarının  zənginlyi  subyektin 

zənginliyini  formalaşdırır.    Subyektlərin  fəaliyyəti  obyektlərin  fəaliyyətini 

özündə ehtiva edir. Subyekt obyektin güclü olmasında maraq nümayiş etdirir.  

İradə  hərəkətlərdən,  fəaliyyətdən  meydana  gəlir.  Tərkib  kimi  zənginləşir.  

İradə  maraq  və  məqsədlərə  görə  özünə  istiqamət  müəyyən  edir.  İradə 

hərəkətlərin tərzini, bu aspektdə gücün və qüvvənin xarakterini müəyyən edir. 

İradə  mövcud  vəziyyətdən  və  gələcək  planlardan,  strateji  proqramlardan 

formalaşır.  

Hakimiyyətin  iradəsi  hakimiyyətin  hüququndan  və  bundan  irəli  gələrək 

vəzifələrindən  ortaya  çıxır.  İradə  özündə  möhkəm  dayanıqlığı,  siyasi  kursda 

dönməzliyi,  baza  axarları  cəmləşdirir.  Hakimiyyətin  iradə  sferası  özlüyündə 

dövlətin  fəaliyyət  sferasını  cəmləşdirir.  Dövlətin  daxili  və  xarici  siyasəti 

hakimiyyət iradəsinin əsas məkanını təşkil edir.  

Hakimiyyət  xalqın  iradəsini  ifadə  edən  bir  qrupdur.    Hakimiyyət    qrup 

halını  təşkil  etdiyindən  həmin  qrupun  da  iradəsi  mövcud  olur.  Bu  aspektdə 

hakimiyyət  özündə  həm  xalqın,  həm  də  özünün  mənafeyini  güdür. 

Hakimiyyətdə    təmsil  olunan  qrupun  maraqları  pozitiv  mənada  ümumxalq 

maraqlarından  formalaşır.    Hakimiyyət  cəm  halda  dövlətin  mənafeyini  də 

müdafiə  edir.  Dövlətin  mənafeyinin  təmin  olunması  özlüyündə  hakimiyyətin 

mənafeyinin  təmin  olunmasına  səbəb  olur.      Hakimiyyətin  iradəsi  onun 

siyasətində, 

hakimiyyətin 

idarəçiliyində, 

fəaliyyətində 

əks 


olunur. 

Hakimiyyətin iradəsi onun ortaya qoyduğu istəklərdə, məqsəd və mənafelərdə 

təcəssüm  olunur.  Hakimiyyətin  iradəsi  onun  siyasətinin  məğzini  ifadə  edir. 

Hakimiyyətin  iradəsi  dövlət  liderlərinin  də  şəxsi  iradəsini  özündə  ehtiva  edir. 

Dövlət rəhbərlərinin şəxsi portreti dövlətin daxili və xarici maraqlarını müdafiə 

etmək və tanımaqdan ibarət olur. Hakimiyyətin iradəsi ölkənin resursları ilə də 

formalaşır. Hakimiyyət bu resurslardan öz iradəsinə müvafiq qaydada istifadə 

etməyə çalışır. Bu baxımdan da dövlətin möhkəmlənməsi, cəmiyyətin sabit və 




11 

 

təhlükəsiz  qalması  hakimiyyətin  möhkəm    iradəsini  özündə  ehtiva  edir. 



Hakimiyyət  dövlətin  və  cəmiyyətin  inkişafına  qarşısına  məqsəd  qoyur.  Bu, 

hakimiyyətin  pozitiv  məqsədidir.  Pozitiv  məqsəd  pozitiv  iradə  formalaşdırır. 

Hakimiyyətin gücü onun fəaliyyətindən yarandığından hakimiyyət öz iradəsini 

də güc toparladığı məkana yönəldir.  

Hakimiyyətin  iradəsinə  qətilik,  mütləqlik,  müəyyənlik,  şəffaflıq  kimi 

hallar  aid  oluna  bilər.  Hakimiyyətin  iradəsi  onun  açıq  niyyətini  ifadə  edir.  

Hakimiyyət  öz  saf  əməli  ilə  özünün  iradəsini  ortaya  qoya  bilir.  Hakimiyyətin 

iradəsi müəyyən məsələləri qətiyyətlə yerinə yetirməkdən meydana gəlir. 

Hakimiyyət öz iradəsini müəyyən informasiya vasitələri ilə xalqa çatdırır. 

Xalqın  vəziyyəti  ilə  bağlı  məlumatlara  vaxtında  və  lazımi  səviyyədə  verilən 

reaksiyalardan irəli  gələrək  hakimiyyət öz iradəsini gücləndirir. Hakimiyyətin 

iradəsi  ölkə  daxilində  və  beynəlxalq  əlaqələrdə  lazımi  səviyyədə  xalqını 

müdafiə etməkdən və maraqlarına xidmət etməkdən ibarət olur. Hakimiyyətin 

iradəsi mühafizəkarlqla liberallığın vəhdətində formalaşır.  

Hakimiyyət  iradəsi  onun  siyasi  fəaliyyətində  olan  baza  prinsiplər  üzrə 

dönməzlikdən  formalaşır.  Hakimiyyətin  iradəsi  onun  şəffaf  fəaliyyətində, 

xalqla  olan  açıq  təmaslarında  daha  da  güclənir.  Bu  kimi  tərzdən  elementlər 

cəmləşir. Şəffaf hakimiyyət enerjidən çox geniş istifadə edə bilir ki, bu hal da 

dövlətin  iradəsinin  möhkəmlənməsini  zəruri  edir.    Hakimiyyət  öz  iradəsi  ilə 

özünün məqsədlərini ortaya qoyur.  

Hakimiyyətin  iradəsi  sabitliyə  xidmətə  yönəlir  və  güclü  iradə  xalqla 

dövlət  arasındakı  əlaqələrin  rəvan  şəkildə  qurulmasına  əsaslanır.  Hakimiyyət 

öz  gücünü  səfərbər  edir.  Hakimiyyətin  iradəsi  cəm  halda  hakimiyyətin 

fəaliyyət  tərzini  özündə  ehtiva  edir.    Hakimiyyətin  iradəsi  onun  mövcud  və 

gələcək  fəaliyyəti  arasında  müəyyənliyi  ortaya  çıxarır  və  hakimiyyətin 

fəaliyyətinin    daxili  məzmununu  formalaşdırır.  Hakimiyyətin  həlli  vacib 

məsələlərdə  iradəsizliyi  onun  biganəliyini  ortaya  qoyur.  Biganəlik  də 

özlüyündə  həlli  vacib  problemlərin  vaxtında  həll  olunmasının  qarşısını  kəsir. 

Bu da nəticə etibarilə  maraqların kəsirini  meydana  gətirir. Dövlət zəifləyir və 

bütün resurslardan vaxtında istifadə oluna bilmir.  

 

   Azadlıq haqqında 



 

Hər bir şəxs (fərd və ya da qrup)  müəyyən məkanda mövcuddur, yaşayır, 

fəaliyyət  göstərir.  Müəyyən  məkan  daxilində  hərəkət  edir,  eləcə  də  məkanı 

aşır,  sərhədləri  keçir.    Şəxs  mövcud  məkanı  genişləndirir,  eləcə  də  mövcud 

olan  məkan üzərində öz fəaliyyətini artırır, hərəkətinin miqyasını böyüdür.  

Məkanlar  şaquli  və  üfiqi  qatlar  üzrə  olur.  Ətraf  üzrə  məkanlar  və  üfiqi 

məkanlar  elementlərdən  ibarət  olur.  Elementlər  elə  məkanı  yaradır.  İnsanlar 

toplumu  yaşayış  məkanını,  məskənini  meydana  gətirir.  Xalqlar  toplumu 

dövləti meydana gətirir. Məkanlar (burada yaşayış məskənləri nəzərdə tutulur)  



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə