Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə7/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   2   3   4   5   6   7   8   9   10   ...   44

14 

 

Beynəlxalq 



münasibətlərin 

sosioloji 

xüsusiyyətləri 

beynəlxalq 

münasibətlərdə  iştirak  edən  dövlətlərin  həm  etnik,  həm  də  maddi  amillərinə 

əsaslanır.  

Beynəlxalq  münasibətlərin  sosiologiyası  beynəlxalq  münasibətlərdə 

böyük və kiçik dövlətlərin sosial maraqları aspektindən öyrənir. Burada hesab 

etmək  olar  ki,  xalqlararası,  cəmiyyətlərarası  əlaqələr  obyekt  rolunu  oynayır. 

Xalq  diplomatiyasının  özü  də    beynəlxalq  münasaibətlərin  psixoloji  və 

sosioloji baxımından öyrənilməsində obyekt rolunu oynaya bilir.      

 

Şə

xsiyyət və onun cəmiyyətdə rolu 

 

Şəxsiyyət öz daxilində tərkib elementlərlə zəngin olan strukturu yaratmaq 



amilidir.  Şəxsiyyət  tərkibi  zəngin  olan  bir  anlayışdır,  dərketmədir.    Şəxsiyyət 

bioloji  amillərlə  ətraf  elementlərin  vəhdətindən  meydana  gələn  və  bu 

baxımdan  da  yüksək  insani  keyfiyyətləri  özündə  əks  etdirən  bir  vasitədir, 

məcmudur, ümumiləşdirici kriteriyadır.    Şəxsiyyət məkanda formalaşır və bu 

baxımdan  da  məkanın  elementlərindən,  axın  cərəyanlarından  faydalanır.  

Şəxsiyyəti enerjiyaradan  elementlər təqdim etməklə  ailə, cəmiyyət və dövlət  

yetişdirir. Şəxsiyyətlər də bu sahələrin yüksələn xətlə inkişafına təsirlər edirlər. 

Şəxsiyyət  amili    müsbət  mənalar  kəsb  edən  insanlarda  olur.  Şəxsiyyət 

cəmiyyətin  nüfuzlu  göstəricisidir.  Müqayisədə  digərlərinə  təsir  edən 

təbəqəsidir. Şəxsiyyətdə subyektin, tərəfin nisbətən zəngin elementlərlə təmin 

olunması amili var. Daxili zəngin olan şəxs,  fərd öz mövcudluğu və əməli ilə 

şəxsiyyətə çevrilir. Şəxsiyyət cəmiyyətdə və dövlətdə, əlaqələr və münasibətlər 

strukturunda  insanların  özünü  aparmaq  kriteriyasıdır.  Şəxsiyyət  bir  statusdur 

və  daima  insanları  müşayiət  edir.  Şəxsiyyət  amili  insanı  sistemli  və  ahəngli 

həyata bağlayır.  

Məlumdur  ki,  insanlar  cəmiyyətdə  və  dövlətdə  məskunlaşırlar.  Hər  iki 

qurumda  müxtəlif  tərkibli  proseslər  həyata  keçirilir.  Bu  proseslər  insanların 

iradələri  ilə  təmin  olunur.  Güclü  insanlar  prosesləri  yönləndirə  bilirlər.  Məhz 

bu insanlara olan inam və etibar kriteriyası həmin insanları şəxsiyyətə çevirir.  

Şəxslər də şəxsiyyət kimi öz əməlləri ilə özlərini sübuta yetirirlər. Şəxsiyyətlər 

cəmiyyətdə kreativ funksiya daşıyırlar. Bu baxımda da şəxsiyyəti yüksək olan 

insanlar  daha  mədəni  və  intellektual,  yəni  zəkalı  olurlar.  Şəxsiyyət  kimi 

formalaşmanın əsas yolu ailədən, məişətdən, cəmiyyətdən və dövlətdən keçir.   

Cəmiyyət  və  dövlət  insanın  psixi-sosial  varlığının  əsaslarını  təşkil  edir. 

Çünki  insanlar  məhz  bu  qurumlarda  maddi-mənəvi  keyifiyyətlər  əldə  edirlər.   

Hər iki qurum insan daxilindən gələn təbii bir dəyərdir. İnsanlar daxili aləmləri 

ilə dövlət və cəmiyyətlərini vəhdətləşdirirər. İnsanlar həm də xarici aləmləri ilə 

cəmiyyət  və  dövlət  fəlsəfəsini  formalaşdırırlar.  İnsanların  şəxsi  kriteriyaları 

cəmiyyətdə  formalaşır.  Dövlət  hakimiyyətində  təmsil  olunma  şəxsin  əxlaqını 



15 

 

yaradır.  Şəxsiyyət  dövlət,  cəmiyyət,  xalq  və  insan  vəhdətini  meydana  gətirir.  



Şəxs  dövlətdə  və  cəmiyyətdə  öz  əməli  ilə  şəxsiyyətə  çevrilir.  Fəaliyyətin 

sistemli  xarakter  kəsb  etməsi  və  insan  xüsusiyyətləri  məhz  şəxsiyyətin 

formalaşmasına  təsirlər  edir.  Şəxsiyyətlərin  yetişməsi  siyasət  və  cəmiyyət 

institutlarında  formalaşır.  Belə  mərkəzlər  sistemli  norma  və  qaydaları  özündə 

ehtiva  edir.  Bu  baxımdan  da  insanın  əməlləri  də  normalara  və  qaydalara 

salınır.  İnsan  əxlaqı  məişət,  cəmiyyət  və  dövlət  fəlsəfi  vəhdətini  meydana 

gətirir.  

Şəxsiyyət  fərdin  zəngin  statusunu,  ictimai  mövqeyini  və  cəmiyyətdəki 

nüfuzunu  müəyyən  edən  mərkəzləşdirici  kriteriyadır.  Şəxsiyətlər  biliklərlə 

zəngin  olurlar  və  proseslərdən  aydın  nəticələr  çıxarmaq  qabiliyyətini  özündə 

cəmləşdirirlər.     

 

Şə

xsiyyəti yetişdirən kriteriyalar (şəxsiyyətin xarakteri) 

 

Şəxsiyyəti  yetişdirən  kriteriyalar  ailədə,  cəmiyyətdə  və  dövlətdə  çoxluq 



təşkil  edir.  Şəxsiyyətin  yetişməsi  proseslərini  oyadıcız,  ayıldıcı  və  bu 

baxımdan  da  enerjiverici  elementlərin  qəbulu  məsələsi  zəruri  edir.      Şəxs  ilk  

növbədə  anadan  taraz  və  enerjili  dünyaya  gəlir.  Sonra  isə  ətrafdan  enerji 

toplayır.  Bununla  yanaşı,  ətrafa  enerji  verir  və  digərləri  də  bu  enerjidən 

faydalanırlar.  Bu  istiqamətdə  şəxs  enerjili  olur  və  şəxsiyyət  kimi  ətrafdakı 

prosesləri  tənzimləyə  və  axar  verə  bilir.    Burada  təbii  əqli  nəticə  və  olan 

şeylərin  obrazlanması  halları  önəm  kəsb  edir.  Şəxsiyyəti  yetişdirən 

kriteriyalara təbii amillərdən tutmuş insan yaradıcılığı və quruculuğu aid olur. 

Bu vasitələr obrazlanma yaradır. Bu aspektdə şəxsiyyətin yetişməsi prosesləri 

mərkəzə yönələn, yəni insanlara doğru yönələn və mərkəzdən ayrılan xarakterə 

malik  olur.      Obrazlanma  insan  düşüncələrində  əks  olunur.  Bu  aspektə  ailə 

tərbiyəsi,  məktəb  həyatı  və  iş  yerləri,  cəmiyyət  və  dövlət  mərkəzləri  

şəxsiyyətin  yetişməsi  üçün    elementlər  müəyyən  edən  məkan  rolunu  oynayır. 

Şəxsiyyət zaman-zaman cəmiyyətdə və dövlətdə, ailədə baş verən proseslərdən 

bəhrələnərək yetişir. Şəxsiyyətin yetişməsində sistemli qaydada biliklərin əldə 

olunması önəm kəsb edir Biliklər insan təfəkkürünün ard-arda aydınlaşmasına 

gətirib çıxarır. Bu baxımdan da ardıcıl qəbul edilən informasiyalar şəxsiyyətin 

formalaşmasına  səbəb  olur.  Müdrik  insanlar  daha  çox  şəxsiyyətli  olurlar. 

Şəxsiyyətli  insanlar  ətrafa-digər  insanlara  təsir  edən  şəxslər  olurlar.  Bu 

baxımdan insanın  hətta  xarici görünüşü, fizioloji strukturu  da önəm  kəsb edir 

Şəxsiyyət etika və estetikanın vəhdətində meydana gəlir. Şəxsiyyət öz daxilini 

fəaliyyəti ilə uyğunlaşdırır və bu baxımdan da daxili aləmi ilə yanaşı,  əməli də 

sistemləşir,  pozitiv    mənalar  alır.  Şəxsiyyətin  yetişməsində  kənar  sistemli 

qüvvələr  də  mühüm  rol  oynayır.  Şəxsiyyət  müqayisədə  yetişir.  Nəticələr 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə