ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

29 
 
genişlənməsi  prosesləri  meydana  gəlmiş  olur.  İnsanların 
müvafiq  məkanlarda  geniş  təmsil  olunma  və  iştirakları  buna 
nümunədir.  Burada  mücərrədlikdə  əlaqələr  və  münasibətlər 
fonunda  hüquq  genişlənir.  Dövlətin  hüququ  vətəndaşlarının 
hüquqlarını  qoruyan  dəyərlərin  məcmusundan  ibarətdir.  Bu 
baxımdan  da  dəyər  əsasən  cəmiyyətlərdə,  əlaqələr  quruluş-
larında,  tərəfləri  olan  strukturlarda,  dövlətlərdə  mövcud  olur. 
Heç  bir  şəxs  cəmiyyətdən  və  dövlətdən  kənarda  dəyərli  ola 
bilməz.  Çünki  insan  artıq  neçə  minilliklərdir  ki,  sosial-siyasi, 
etno-mədəni,  milli-təşkilati  ünsürdür.  Dəyər  üçün  insana  digər 
insan,  eləcə  də  digər  tərəf  (məsələn,  qruplaşmış  tərəf-  dövlət, 
cəmiyyət,  ailə  və  s.)  dəyər  verməlidir.  Dəyərlər  həm  də 
müqayisədə  meydana  gəlir.  Bir  şey  digər  bir  şeyin  dəyərli 
olmasını şərtləndirir. Bir şey digər bir şeyə əlamət verir. Müqa-
yisə  üçün  tərəflərin  elementlərinin  tərkib  kəmiyyətləri  əsas 
götürülür.  İnsanların  dövlətdə  və  cəmiyyətdə  ali  məxluq  kimi 
dəyərələndirilmələri  onların  şəxsiyyətini  meydana  gətirir. 
Şəxsiyyət özündə canlı aləmin yüksək mənəvi-şüuru fəaliyyətini 
əks etdirir. Deməli, dövlət və cəmiyyət insanları şəxslərə çevirən 
əsas  strukturlardır.  Universal  dəyər  tərkib  dəyərlərinin  vəh-
dətindən  meydana  gəlir.  Fəaliyyətin  genişliyi,  şərtləndirici 
resursların  bolluğu,  resursların  törəmə  funksiyaları  və  geniş 
şəkildə sistemləşmə əsasları və cəmiyyətin tərəflərinin, subyek-
tlərin  sayının  çoxalması  hüquqların  fərdi  və  universal  qaydada 
şaxələnməsinə  səbəb  olur.  Bəzən  hüquq  normaları  dəyərsizliyi 
də,  faydalar  gətirməməyi  də  şərtləndirir.  Bu  anda  inkişafa, 
lazımi tələblərə cavab verməyə mane olan ünsür rolunu oynayır. 
Hüquqların sərhədləri anlayışı və bu anlayışın maraq sferalarına 
cavab vermələri üzərində qurulması məhz müəyyən şəxslər üçün 
maraqların genişlənməsinin qarşısını alır. Bu anda hüquq (hüquq 
normaları)  bəzi  tərəflər  üçün  qadağanedici,  məhdudlaşdırıcı 
vasitə olaraq dəyərsiz bir şeyə çevrilir. Buradan da bu anlayışın 
müsbət  və  mənfi  olmaqla  (burada  yenə  də  məkan  nəzərdə 
tutulur)  konseptual  əsasları,  özündə  müxtəlif  bucaqlardan 


30 
 
müsbət  və  mənfi  meyarları  meydana  gəlmiş  olur.  Mənfiliklərə 
baxmayaraq,  insan  hüquqlarının  konseptuallığından  meydana 
gələn  müstəvisi  onun  bütöv  dəyərliliyini  ortaya  çıxarmış  olur. 
Təbii  ki,  “dəyərsizlik”  tərkibi  də  olur  ki,  bu  da  sistem 
elementləri  arasında  bağlayıcı  funksiyanın  yerinə  yetirilməsinə 
xidmət  edir.  Bir  məkanda olan  dəyərsizlik (lakin  öz məkanında 
dəyərli)  başqa  bucaqlarda,  tərəflərdə  dəyərlərin  əsaslarını 
meydana  gətirir.  Buradan  da  əksliklərin  vəhdəti,  müsbət  və 
mənfinin, bir məkanda olan çox enerji və az enerjinin mahiyyəti 
formalaşmış  olur.  İnsan  hüquqlarının  konseptuallığı  onun 
sistemliliyində  öz  əksini  tapır  və  sistemliliyini,  əlaqəliliyini, 
bağlayıcılığını  və  şərtləndiriciliyini  meydana  gətirir.  Konsep-
tuallıq  isə  hər  bir  məqamda  hüquqların  təmin  olunması  funksi-
yasını  yerinə  yetirir.  Qaydaları  və  normaları  yaradır.  Məsələn, 
qanunvericilik  vasitələri  normalar  şəkilində  insan  hüquqlarının 
hər  bir  bağlayıcı  əsaslarını  müəyyən  edən  qaydaları  meydana 
gətirir. Bir norma öz ardınca digər normaların yaranmasını təmin 
edir.  Bir  norma  digərini  tələb  edir;  çünki  ardıcıl  hərəkətlər 
normaları  tələb  edir,  qaydaların  tətbiqini  tələb  edir.  Bütün 
aşkarlanma 
hallarında 
həqiqi 
biliklər, 
yəni 
şəraitlərin, 
vəziyyətlərin  reallıqlarda  ifadə  olunması  vasitələri  formalaşmış 
olur.  İnsan  hüquqlarının  tərkibinin  subyektiv  və  obyektiv 
əsasları  məhz  hüquqların  ifadə  olunmasının  real  vasitələrini 
ortaya çıxarmış olur.  
İnsanların  fəaliyyətinin  genişliyi  hüquqların  şaxələnməsini 
(hər  bir  addımda,  fəaliyyət  və  əlaqələrdə  hüquq  insanları 
müşayiət  edir),  dəyərlərin  sistemləşməsini  və  strukturlaşmasını 
təmin  edir.  İnsan  hüquqlarının  dərketmənin  ifadələrdə  aşkar-
lanmasını  təsdiq  edən  normalarda  öz  əksini  tapması  hüquq 
normalarının da dəyərli olmasını meydana gətirir. Hüquq norma-
larının  dəyərliliyi  prinsipi  bu  normaları  yaradan  tərəflərin,  yəni 
vətəndaşların-dövlət  hakimiyyətinin  və  ictimai  tərəflərin 
dəyərliliyi  prinsiplərini  yaradır.  Dəyər  özü  də  normativlik  üçün 
müəyyən  bir  etalon,  ölçü  funksiyasını  yerinə  yetirir.  Dəyərlərin 


31 
 
ölçülər  əsasında  müəyyən  olunması  insan  həyatının  ölçülərdən 
ibarət olmasından irəli gəlir. Dəyər meyarlarla ölçülür və mütləq 
və  nisbi  əsaslara  malik  olur.  Ölçüləri  də  kiçik  və  böyük 
elementlər  meydana  gətirir.  Deməli,  dəyərlər  elə bütöv insanın, 
insanlığın  özüdür  və  hüquqlar  bütöv  insanı  həm  bütöv  (burada 
mənəvi  bütövlük),  həm  də  tərkibdə  təsdiq  etmiş  olur.  İnsanın 
nizamlı  fəaliyyəti,  nizamlı  əməlləri  məhz  hüquqların  və  onun 
tərkibinin 
normalarla 
ifadə 
olunmasına 
şərait  yaradır. 
Hüquqların 
normalarla 
ifadə 
olunması 
hüququn 
ölçü 
kriteriyasının  əsaslarında  qərarlaşır.  İnsan  hüquqları  əxlaqın  da 
tərkibi  olduğundan,  həm  də  əxlaq  normalarını  özündə  cəmləş-
dirdiyindən  dərin  fəlsəfi  məzmuna  və  dəyərlər  sisteminə  malik 
olur.  Əxlaq  özündə  saflığı,  tərbiyəni  birləşdirir,  saflıq  dəyərdir, 
deməli,  əxlaq  və  hüquq  da  dəyərdir.  Əxlaqın  tərkib  elementləri 
elə  dəyərlərin  tərkib  elementlərinə  çevrilir.  Əxlaq  da  davranış 
normaları  və  normalara  əməl  edilən  qaydalardan  ibarət 
olduğundan  sistemli  əhəmiyyətə  malik  olur.  Əxlaq  normaları 
davranış normalarının həm tərkibi olduğundan, həm də davranış 
normalarına  pozitiv  mənalar  verdiyindən  dəyərləri  özündə 
cəmləşdirir.  Dəyərlər  fəlsəfəni  əxlaq  və  hüquqla  vəhdətləşdirir, 
elementlərin  məzmunu  barədə  və  onların  mahiyyəti  haqqında 
məlumatlar  verir.  Fəlsəfə  hüququ  və  əxlaqı  dəyər  obyekti  kimi 
öyrənə bilir. Fəlsəfə dəyərlərdən ibarət olan geniş məzmundur, 
çünki müdrikliyi, ucalığı özündə cəmləşdirir. Geniş məzmun ona 
verilən qiymətlərdə özünü dəyər kimi təsdiq edir. Geniş məzmun 
elə  dəyərlərin  özü  demək  olur.  Fəlsəfə  buna  görə  də dəyərlidir. 
Dəyərlidir,  çünki  idrakın  qida  mənbəyidir,  obyektlərin 
nəhəngliyidir  və  şüurların,  fikirlərin  cəmləşməsini  meydana 
gətirir.  Fəlsəfə  kəmiyyətcə  müəyyən  predmet  üzrə  daha  çox 
düşünmə  deməkdir.  Kəmiyyət  isə  burada  məkan  müstəvisində 
üfiqi  və  şaquli  olur.  Fəlsəfə  maddi-mənəvi  obyektlə  insanın 
mənəvi  aləmi  olan  şüuru  və  materiyası  arasında  (şüur 
materiyanın  davamıdır  və  ali  təkmil  formasıdır)  mənalı, 
aydınlaşmış  bağlayıcılıq  edir.  Hər  iki  aləmi vəhdətdə  axtarır  və 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə