ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə18/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

53 
 
gerçək  məxluqdur.  Buna  görə  də  özü-özünü  həqiqiləşdirir, 
gerçəkləşdirir.  Təbiət,  insan  və  onun  hüquqları  haqqında  olan 
məlumatlar həqiqidir.  
Həqiqlik  həm  universaldır,  həm  də  məxsusi  özəlliklərə 
malikdir.  Hüquq  universal  olmaqla  yanaşı,  həm  də  məxsusidir. 
Buna görə də bütün şəxslərdə tam bərabər hüquqlar ola bilməz. 
Eyni  zamanda  bütün  şəxslərdə  tam  bərabər  imkan,  səlahiyyət, 
ixtiyar və s. kimi mənəvi kriteriyalar ola bilməz.  
Ulu Tanrı dəyərdir, çünki bütün yaranışların səbəbkarıdır və 
yarananlar  Onun  verdiyi  tərkiblərdir  .  Təbiəti,  kainatı,  canlı 
aləmləri  Ulu  Tanrıdan  kənarda  düşünmək  olmaz.  Ulu  Tanrının 
bəxş etdiyi insan xüsusiyyətləri dəyərdir. Hüquq mənəvi aləmin, 
şüurun  tərkib  hissəsidir.  İnsan  öz  hüquqlarını  şüurları  ilə  dərk 
edərək,  maddi  aləmlərinin  vəhdətini  meydana  gətirir.  Deməli, 
insan  şüurları  hüququn  əsası  olmaqla  dəyərdir.  Dəyərdir,  ona 
görə  ki,  təbiət,  kainat,  Ulu  Tanrının  bəxş  etdiyidir.  İnsanlar  öz 
şüurları ilə öz cismani mövcudluqlarını təbiətlə, kainatla və Ulu 
Tanrı  ilə  vəhdətdə  qəbul  edirlər.  İnsanlar  kainatı  ona  görə 
düşünə  bilirlər  ki,  ondan  olan  tərkibdirlər.  Düşünmə  onların 
daxillərindən  meydana  gəlir.  Deməli,  insanlar  öz  daxillərindən 
irəli  gələni  düşünür.  Kainat  siqnalları  insanların  xaricilərini  və 
daxillərini  bütövləşdirir  və  onları  kainata  bağlayır.  İnsan 
siqnalları  gerçəkliyin  aşkarlanması  funksiyasını  yerinə  yetirir. 
İnsan  hüquqları  gerçəkdir,  həqiqidir,  bu  baxımdan  da  gerçək 
aləmlə vəhdətdədir.  
Ulu  Tanrı  bütün  aləmlərin  yaradıcısı  və  özü  olduğundan 
onun  yaratdığı  da  həqiqidir.  Bütün  varlıqlar  həqiqətin  əsasıdır. 
İnsanın  mənəvi-maddi  aləminin  birləşdiricisi  olan  hüquqları  da 
həqiqidir. Həqiqidir, ona görə ki, aydındır və gerçəkdir. Gerçək-
liklərə təkan verəndir və hərəkətləri istiqamətləndirəndir. 
Ulu  tanrı  forma  baxımından  tam  sərhədləri  ilə  müəyyən 
olunmayan,  lakin  məzmun  baxımından  bütün  aləmi  ağuşuna 
alan sonsuz əbədi varlıq olduğundan, həm geçəkdir, həm də təbii 
hüquqların  verilməsi  “səlahiyyətinə”  görə  vahiddir,  yeganə 


54 
 
tərəfdir.  Deməli,  Ulu  Tanrı  həqiqiliyi  özündə  cəmləşdirən  bir 
dəyərdir.  Təbii  hüquqların  gerçəkliyi  və  kainatın  mövcudluğu, 
təbiətin göz özündə olması fövqtəbiətin və siqnallarının məzmun 
və mahiyyət baxımından gerçəkliyini sübuta yetirmiş olur. 
 
Nəticələr: 
 
-Ulu  Tanrı  fövqdür,  sonsuz  bütövdür,  sərhədləri  olmayan 
məkandır; 
-insan  hüquqlarını  (burada  hüquqlar  dedikdə,  şüurla,  əqllə 
bağlı  olaraq,  məqsədli  hərəkətləri  meydana  gətirən  səlahiyyət, 
ixtiyar, məxsusluq və mənsubluq nəzərdə tutulur) bəxş edəndir; 
-kainat  duyulandır,  təbiət  duyulandır,  insanlar  siqnalları 
qəbul etdiyinə görə təbiət və kainat həqiqidir. Buna görə də Ulu 
Tanrı həqiqidir; 
-hüquq dəyərdir, onu  bəxş edən kainat, fövqtəbiət  dəyərdir. 
Hüququn dəyərliliyi fiziki və mənəvi varlıqdan meydana gəlir; 
-insan  –  təbiət-kainat  vəhdəti  gerçəkdir,  insan  maraqları 
gerçəkdir, hüquqi fikirlər gerçəkdir və bu baxımdan da dəyərdir və s. 
 
 
 
Dəyər anlayışı 
 
Dəyər məcasi mənada qiymət, əhəmiyyət, ləyaqət, keyfiyyət 
kimi başa düşülür.  
İlk  növbədə  qeyd  etmək  lazımdır  ki,  ən  əsas,  ən  birinci 
dəyər  fövqtəbiətdir,  sonra  təbiətdir,  -hansı  ki,  insanlar  onlardan 
yaranıb,  onlardan  tərkib  əldə  ediblər.  Fövqtəbiət  və  təbiət 
mövcudluğun özüdür. Burada qarışmış, əlaqəli və sistemli təbiət 
vardır.  İlk  dəyər  makroməkanın  başlanğıcıdır,  başlanğıc 
verəndir. Sonra isə insanlar öz-özləri üçün dəyərlərdir. Həmçinin 
ətraf  aləm  dəyərlərdən  ibarətdir.  İnsanlar  dəyərlər  müstəvsində 
özlərinin  əlaqə  və  münasibətlərdən  ibarət  olan  dəyərlərini 
formalaşdırırlar.  Bu  formalaşdırma  əlaqələrdən,  təsirlərdən 


55 
 
meydana  gəlir.  İnsanın  duyğu  orqanları  ilə  qəbul  edilən  hər  bir 
əlamət, obraz dəyərdir. Lakin subyektiv olaraq dəyər olmaya da 
bilər. Məsələn, bir şəxs hər bir duyduğu siqnalı özü üçün dəyərli 
hesab etməyə bilər. Çünki ondan zərər görə bilər. Bu baxımdan 
da  zaman,  məkan,  imkan  və  gerçəkliklər  dəyərlərdən  təşkil 
olunur.  Dəyərlərin  ən  böyük  həcmi  qeyri-müəyyənlikdədir. 
Deməli,  “qaranlıqlar”  “yatmış  dəyərlər”  dir.  Enerji  artımı 
işıqlanmanın  bazasında  dayanır.  Buna  görə  də  hərəkət,  qüvvə, 
enerji,  elementlərin  sürəti,  kütləsi,  çəkisi,  kəmiyyəti,  forma  və 
məzmunu  dəyərlərdən  ibarətdir.  (Qeyd:  dəyər  fəlsəfəsinə  görə, 
dəyər-insan  həyatı  üçün  əhəmiyyətli  olan  təbii  və  mədəni 
predmetlərdir,  hansılar  ki,  onlar  insanların  dünyaya  etdikləri 
təsirlərdən meydana gəlir, eləcə də öz-özünə təbii olaraq ortaya 
çıxır.  Yüksək  dəyər  digərləri  ilə  müqayisədə,  əks  olan  tərəflə 
müqayisədə  meydana  gəlir.  İnsanlar  yaxşıya  can  atırlar;  çünki 
pislik  var,  həqiqətə  can  atırlar;  çünki  yalan  var,  insanlar 
gözəlliyə  məftun  olurlar;  çünki  eybəcərlik  var.  Qiymətləndirmə 
qabiliyyəti  dərketmə  ilə  əlaqəlidir.  Dəyərlər  ariyentasiyasının 
özünəxas  birləşməsi  (maraqlar,  təqdimatlar,  inamlar,  inaclar, 
baxışlar,  hisslər,  əxlaq-davranış  prinsipləri)  hər  bir  insanın 
daxili 
aləminin 
unikallığını 
meydana 
gətirir, 
onun 
təkrarolunmaz  şəxsiyyətinin  və  individuallığının  bazasında 
qərarlaşır
1
. Elmi baxışa əsasən, dəyər insanlıqla bağlıdır. Onun 
tarixi  də  insanlığın  tarixini  əks  etdirir.  Bütün  mövcud 
problemlər  dəyər  problemidir.  Aksiologiya  XX  əsrdən  müstəqil 
elmi  istiqamət  kimi  inkişaf  etməyə  başlamışdır  və  bir  çox 
elmlərin  qarışığını  özündə  cəmləşdirir.  Burada  təlimlər  olaraq 
etika,  estetika,  sosiologiya  cəmləşir.  Aksiologiya  özündə 
təlimləri ümumiləşdirir.
2

                                                 
1
Ценность. 
Философу.рф/словарь/статья/3-философия-ценностей/48-
ценность  
2
 Archie J.Bahm.  Axiology:  The Science of Values. Editions Rodopi B.V., 
Amsterdam-Atlanta,GA1003.
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə