ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə19/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

56 
 
İnsalar  üçün  lazım  olan  vasitələr  öz  dəyərlər  həcminə  görə 
fərqlənirlər. Buna görə də dəyərlər dərəcələnir, təsnif olunur.  
İnsanlar  əsasən  tərəflər  şəbəkəsində,  tərəflər  kollektivində 
bir-biriləri üçün dəyərli olurlar. Burada da dəyərlərin (faydaların, 
qiymətlərin)  dərəcələnməsi  baş  verir.  Deməli,  ailə,  dövlət, 
cəmiyyət,  həmçinin  digər  münasibət  və  əlaqə  formaları  dəyər-
lərdən ibarətdir. Dəyərlər öz dərəcəsinə və məkanına görə fərqli 
kəmiyyətlərə məxsus olur. Element, məkan, zaman, enerji, sürət, 
qüvvə,  kəmiyyət,  keyfiyyət,  ölçü,  əlaqə,  münasibət  və  s. 
kateqoriyalar və kriteriyalar, onların obrazlanmasını təmin edən 
hərəkətdə  olan  siqnallar  dəyərlərdir.  Siqnal  axını  zərrəciklər 
axınıdır,  deməli  siqnal  kütləsi  dəyərlərdən  təşkil  olunur.  Bu 
baxımdan  da  həyatda  nə  varsa  hamısı  dəyərlərdən  ibarətdir  və 
dəyərlərin  özüdür.  Kainatın  dəyərləri  insanların  və  digər 
canlıların dəyərliliyini təmin etmək və qorumaq üçündür. Siqnal 
zərrəciklərin  sürətli  qaydada  müəyyən  istiqamətlər  üzrə 
hərəkətidir.  Siqnalın  kəmiyyəti  artdıqca  dəyərləri  də  artır  və 
həqiqiliyi 
meydana 
gəlir. 
Deməli, 
həqiqiliyin 
artması 
kəmiyyətlə,  həcmlə  bağlıdır.  Buna  görə  də  enerji  obyektlərin 
kəmiyyətini və keyfiyyətini dəyişmək xassəsinə malikdir. Enerji 
forma  və  məzmunu  da  dəyişə  bilir.  Lakin  siqnal  artımı  qəbul 
edən  mərkəzin  məkanını  çox  artıra  bilər.  Bu  halda  siqnalların 
artıq kəmiyyəti qeyri-dəyərə çevrilə bilər. 
Makro məkan, onun tərkib elementi və strukturu olan mikro 
məkan dəyərdir, dəyərlər məcmusudur. Bütöv dəyər öz tərkibinə 
güc  verir.  Bu  baxımdan  da  dəyərlər  dəyərlərdən  faydalanır. 
İnsan  bu  baxımdan  daima  öz  xeyrinə  doğru  hərəkət  etməyə 
çalışır. Sistem daxilində təbii hərəkətlər və onları yaradan enerji, 
qüvvə  dəyərlərin  əsasında  dayanır.  Qüvvə  hərəkətdən  və 
hərəkətlərdə olan elementlərdən meydana gəlir. Bu da enerjidir. 
Deməli,  qüvvə,  aktiv  qüvvə  kəmiyyət  və  hərəkətdən  ibarətdir. 
                                                                                                        
books.google.az/books?id=jqSRrmtQ_WoC&pg=PA140&lpg=PA140&dq=
axiology+of+law&source=bl&ots=j85c 


57 
 
Hərəkəti,  axını  isə  qeyri-hamar  müstəvilər,  yəni,  boşluqlar 
meydana  gətirir.  Buna  görə  də  məkan,  müstəvi  və  xassələr  öz-
özlərində  dəyərlərin  əsaslarını  meydana  gətirir.  Məkanı  çox 
aşmaq dəyərsizliyi yaradır. Bu nöqteyi-nəzərdən də hesab etnək 
olar ki, sərhədlər və nizam məkanları dəyərlərdən təşkil olunur.  
Nəzərə  almaq  lazımdır  ki,  istənilən  anda  tələbatları  ödəyən 
məbləğ,  vasitə  tələbatlara  ehtiyacı  olanlar  üçün  dəyərli  olur. 
Tələbatların  ödənilməsi  zamana  hesablanır.  Deməli,  tələbatlar 
dəyərləri tələb edir. Məsələn, müəyyən bir zamanda hüquq nor-
ması ilə müəyyən olunan pensiya məbləği artan bazar qiymətləri 
fonunda meydana gələn yeni şəraitlərin ödənilməsinə cavab verə 
bilmir.  Bu  anda  yeni  dəyərlərin,  yeni  normaların  yaranması 
zərurəti  meydana  gəlmiş  olur.  Deməli,  hüquqların  ödənilməsini 
əsaslandıran dəyərlər şəraitdən asılı olaraq dəyişir. Burada dəyər 
kəmiyyətdən,  ölçüdən,  miqdardan  asılı  olur.  Dəyərlərin  dəyiş-
məsini elementlərin tərkibi, kəmiyyəti müəyyən edir.  
Dəyər  (dəyər  vermək,  dəyərləndirmək)  anlayış  və  ifadə 
olaraq  dolğun  bir  məzmundur  və  istənilən  bir  şeyə  (konkret  və 
mücərrəd  olan  bir  şeyə)  verilən  fərqləndirici  müsbət  (yəni 
dolğun  və  yüksək  tərkibli)  qiymətdir.  Dəyər  müəyyən  bir 
elementə  təsirdə,  qarşılıqlı  təsirlərdə  faydalılığın  müəyyən 
olunmasıdır.  Faydalılığın  əsasıdır.  Faydalılıq  da  müəyyən 
məqama  və  şərtə  əsaslanır.  Dəyərlərin  dərəcələnməsi  müqayisə 
predmetinə  və  kriteriyasına  əsaslanır.  Faydalılığın  dərəcəsi 
dəyərlərin dərəcəsini meydana gətirir. Dəyər müəyyən bir şeyin 
lazımlılığı  və  vacibliyidir.  Buna  görə  də  hüquq  lazımdır  və 
insanların  bir-biriləri  ilə  münasibətlərini  tənzim  edir.  Hüquq 
tənzim  vasitəsinə  çevrilir  və  bir  etalon  (ölçü,  qiymətləndirici 
müqayisə kateqoriyası) rolunu ifadə edir. Tənzimləmə dəyərdir, 
bu  baxımdan  da  hüququn  dəyərinin  bazasında  dayanır. 
Tənzimləmə  normaları  hüquq  normalarını  meydana  gətirir. 
Tənzimləmə də əlaqələr və ümumilikdə həyat üçün çox vacibdir 
və  həyat  demək  olar  ki,  tənzimləmə  olmadan  strukturlu  və 
sistemli  qaydada  təmin  oluna  bilməz.  Tənzimləmə  dəyərli  olan 


58 
 
resurslardan  istifadə  qaydalarını  normalarla  meydana  gətirir. 
Tənzimləmə  isə  müəyyən  istiqamətlər  üzrə  ardıcıl  olaraq 
elementlərin 
düzülüşüdür 
və 
müəyyən 
sabit 
hərəkət 
müstəvsinidə  yerdəyişmədir.  Qiymətin  (qiymət  vermənin)  özü 
də  konkretliklə  yanaşı,  mücərrəddir.  Çünki  siqnallardan 
formalaşır.  Siqnallar  isə  həm  də  mücərrəd  olan  zərrəciklər 
axınıdır.  (Qeyd: mücərrədlik ən kiçik mütləq olan zərrəciklərin 
özüdür.  Gözlə  görməmək  elementin  kiçikliyindən  ortaya  çıxır). 
Deməli,  dəyər  əslində  zərrəciklər  axınlarından  ibarət  olan  bir 
pozitiv  istiqamətdir  və  nemətdir.  Nemətdir,  ona  görə  ki,  ondan 
yaxşı mənada istifadə olunur. Hər kəs eyni dərəcədə qiymət verə 
bilməz, dəyərləndirmək imkanına malik ola bilməz. Bir şey eyni 
dərəcədə  bütün  insanlar  tərəfindən  siqnal  kimi  qəbul  oluna 
bilməz.  Bu  baxımdan  da  dəyərlər  həm  fərdi  kəmiyyəti  özündə 
əks  etdirir,  həm  də  qarşılıqlı  əhəmiyyətə  və  əsasa  malik  olur. 
Buradan  da  belə  bir  nəticə  ortaya  çıxır  ki,  insanlar  eyni 
kəmiyyətdə siqnallar qəbul etmək iqtidarında olmurlar.  
Hər bir element bir dəyərdir, dəyər olduğundan da nemətdir. 
Elementlər  müxtəlifdir,  bu  baxımdan  da  birləşmələrdən 
ibarətdir.  Müəyyən  birləşmələr  də  bir  dəyərdir,  çünki  istifadə 
olunur.  Birləşmələr  kəmiyyət  və  məkan  etibarilə  dərəcələnirlər. 
Buradan  da  dəyərlərin  dərəcələnməsi-həm  dəyərlərin  verildiyi 
şeylərə, həm də dəyərləri verənlərə nisbətdə- məsələsi meydana 
gəlir.  Dəyərlərin  dərəcələnməsi  dəyərlər  obyektinin  və 
subyektinin  əsaslarını  və  sistemliliyini  meydana  gətirmiş  olur. 
Deməli, dəyərlər sistemlərdən, bütün elementlər sistemlərdən və 
siqnallar 
da 
sistemlərdən 
ibarətdir. 
Sistemlilik 
məhz 
elementlərin  kəmiyyətlər  baxımından  birləşmiş  sistemlərinin 
əsaslarını  meydana  gətirmiş  olur.  Bir  elementin  dəyəri  onun 
sistemdə  tutduğu  yerlə,  oynadığı  məkanla  müəyyən  olunur. 
Ümumiyyətlə, insan hüquqları insanların yaşadıqları dövlətlərdə 
və  cəmiyyətlərdə,  ailələrdə,  yəni  öz  məkanında  dəyərli  olur. 
Deməli,  hüquq  insanlara  dövlətlər,  cəmiyyətlər  və  ailələr  üçün 
verilib.  


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə