ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə22/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

65 
 
canlılar  zaman  və  məkan  əlaqəsində  və  qarşılıqlı  təmasında  elə 
dəyərlər  nisbətində  mövcud  olurlar,  təmas  qururlar.  Zaman  və 
məkan  ona  görə  dəyərlidir  ki,  elementlərdən  ibarətdir.  Bu 
baxımdan da elementlər də dəyərlərin əsaslarını meydana gətirir. 
Dəyərlər  bir-birilərini  müəyyən  zaman  və  məkanlarda 
əvəzləyirlər.  Zaman  və  məkan  element  və  qüvvənin  əsasını, 
enerjinin  əsaslarını  təşkil  etdiyindən,  onda  belə  nəticələrə 
gəlmək olar ki, hər şey dəyərdir. Sadəcə olaraq müəyyən şeylərə 
dəyərləri  vermək,  qiymətləndirmək  lazımdır.  Dəyərlərin,  yəni 
şeyləri  qiymətləndirmənin  də  öz  zamanı,  məkanı,  bu  baxımdan 
da  koordinatı  və  bucağı  mövcuddur.  Bu  baxımdan  da  təbiət  –
makro  və  mikro  aləmdə  bütünlükdə  elə  dəyərlərdən  təşkil 
olunur. 
Dəyərlər faydalı istifadə zamanı meydana gəlir və mücərrəd 
bir  amilə  çevrilir.  Dəyərlərin  verilməsi  və  dəyərlərdən  istifa-
dənin dərəcələri, faizləri meydana gəlir.  
İstifadənin özündə də dəyərlər cəmləşir. Dəyərli istifadə elə 
əslində  rasional  yanaşmalardan  meydana  gəlir.  Rasional 
yanaşmalar  nizamlı  və  sistemli  yanaşmaların  əsaslarını  təşkil 
edir. Nizamlı  istifadə  nizamlı və  sistemli  yanaşmanın əsaslarını 
ortaya  çıxarır.  Rasionallığın  özü  də  burada  bir  dəyərə  çevrilir. 
Əslində  isə  dəyər  hər  bir  şeydir,  hər  bir  fərdi  mövcudluqdur. 
Eləcə də birləşmiş mövcudluqdur.  
Dəyərlər  passiv  və  aktiv  ola  bilir.  Dəyər  məkanda  və 
zamanda aktivləşir və passivləşir. İnsanlar makro dəyərləri özləri 
üçün  həm  passiv,  həm  də  aktiv  edirlər.  Yəni,  dəyərlər  olduğu 
kimi qalır, lakin insanlar  onlardan müəyyən zaman intervalında 
istifadə  edirlər.  Mənəvi  dəyərlər  ümumiyyətlə  bütün  zaman  və 
məkanlarda  mövcuddur.  Bu  dəyərlərdən  istifadənin  faizləri 
meydana  gəlir.  İnsanlar  mənəvi  dəyərlərdən  həm  öz  aralarında 
olan  münasibət  və  əlaqələrdə,  həm  də  özlərinin  ətrafla  olan 
təmaslarında istifadə edirlər.  
Dəyərlər  həm  də  istifadə  ölçülərindən  asılı  olur.  İstifadənin 
nizamlı  əsasları  mövcud  olur,  istifadə  ölşülərə  tabe  oluir. 


66 
 
Dəyərlərin  istifadəsində  konkret  ədədi  ölçülər  mövcud  olur. 
Məsələn,  bu  daha  çox  maddi  dəyərlərin  istifadəsində  tətbiq 
olunur.  Mənəvi  dəyərlərin  istifadəsi  isə  sonsuzluğa  aparıb 
çıxarır.  Bu  sonsuzluq  trayektoriyasının  da  tərkibi  ölçülərə 
bölünür.  Deməli,  insan  hüquqları  normaları  dəyərlərin  özünü 
təşkil edir.  
Dəyərin  pozitivliyi  onun  tarazlı  siqnallarında  əks  olunur. 
Tarazlı  siqnallar  da  insanların  beyinlərinin  tarazlı  əsaslarla 
formalaşmasına  öz  müsbət  təsirlərini  göstərir.  Tarazlı  beyin  də 
dəyərlərin  ardıcıl  şəkildə  siqnallarla  qəbul  olunmasını  təmin 
edir.  Bu  baxımdan  da  tarazlı  siqnallar  tarazlı  konstruksiyanın 
əsaslarını  təşkil  edir.  Tarazlı  konstruksiya  da  öz  növbəsində 
həyatın  tarazlaşmasının  əsaslarını  ortaya  çıxarır.  Tarazlaşma 
nisbi  bərabərlikdə  öz  əksini  tapır.  Bərabərlik  bir  tarazlıqdır. 
Tarazlıq  ədalətdir.  Ədalət  bərabərlikdirsə,  onda  dəyər  də 
bərabərlikdir.  Mənəviyyat  bu  baxımdan  bərabərlikdə  öz  əksini 
tapır.  Mənəviyyat  bərabərlikdirsə,  bu,  sistemdaxili  və  sistem-
lərarası  düzgünlükdə  (burada  kəmiyyət  düzgünlüyü)  özünü 
büruzə  verir.  Bu  baxımdan  da  hesab  etmək olar  ki, mənəviyyat 
elə  istiqamət  baxımından  daha  çox  düzgünlüklərdən,  ədalət-
lərdən  və  bərabərlikdən  ibarətdir.  Düzgünlük  mənəviyyatın 
tərkibindəki  xətlərin  istiqamətləri  ilə  əlaqəlidir.  İstiqamətlər 
düzdürsə,  onda  qətiliklə  hesab  etmək  olar  ki,  mənəviyyat  və 
dəyər də düzgünlükdən, düzgün istiqamətlərdən ibarətdir. Lakin 
burada  əyriliklər  də  mövcuddur.  Bu  əyriliklər  əsasən  düzgün-
lüklərin, düz  istiqamətlərin  içərisindən  başlayır, müxtəli  yönləri 
təşkil  edir.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  bir  düz  xətt 
üzərində  çoxlu  sayda  düz  xətləri  özündə  əks  etdirən  başlanğıc 
koordinatları və istiqamətləri mövcuddur. Başlıqlar və sonluqlar 
yeni  istiqamətlərə  rəvac  verdiyindən  dəyərlərin  əsaslarını  təşkil 
edə bilirlər.  
Dəyər  o  şeydir  ki,  (maddi  obyektlərdə)  ondan  pozitiv 
əsaslarla  istifadə  olunur.  İstifadə  olunanlar  çatışmazlıqların 
aradan qalxmasına xidmət edir. Deməli, çatışmazlıqları dolduran 


67 
 
vasitələr  dəyərlərdən  ibarətdir.  Buna  görə  də  dəyərlər  müəyyən 
məkanda tələb olunan enerjidir. İstifadə olunan şeylər də makro 
kəmiyyətdə  ətraf  aləmin  özüdür.  Ətraf  aləmdə  olan  tərkib 
hissələr  isə  mikrolardır.  Deməli,  ətraf  aləm  əslində  dəyərlərdən 
ibarət  olan  elementlərin  cəmidir.  Makro  dəyərlər  bir  mənbədir 
və  etalondur.  Bu,  o  deməkdir  ki,  makro  dəyərlər  hər  zaman 
ehtiyat  rolunu  oynayır  və  mənvəiyyatın  bazasını  təşkil  edir. 
Dəyərlər  makro  və  mikrolarda  mütləq  mənada  öz  əksini  tapır. 
Nisbi  mənada  isə  mikro  aləmdə  dəyişir.  Deməli,  mikro  aləm 
əslində  makro  dəyərlər  isçərisində  olmaqla  özündə  mikro 
dəyərləri  daşıyır.  Mikro  dəyərlər  o  halda  dəyərsiz  olur  ki,  ona 
baxışlar  zamanla  dəyişir.  Əhəmiyyət  vermək  məsələsi  ortaya 
çıxır.  Bununla  yanaşı,  koordinatlar  da  dəyişir.  Bu  da 
siqnallardan  asılı  olur.  Məsələn,  bir  bucaqdan  müsbət  olan 
dəyərlər  digər  bucaqdan  müsbət  görünməyə  bilər.  Lakin  bu  o 
demək deyil ki, müsbət görünməyən şeylər ümumilikdə müsbət 
deyil. Buradan da bir daha belə nəticəyə gəlmək olur ki, müsbət 
olan  şeylər  əslində  mənfinin,  müxtəlif  koordinatlardan  olan 
mənfinin  əsaslarını  təşkil  edir.  Dəyişən  mənzərə  elementlərin 
hərəkətindən  meydana  gələn  məkan  dəyişməsi  ilə  xarakterizə 
olunur.  Deməli,  dəyişən  mənzərənin  özü  də  dəyərlərdən  iba-
rətdir. Çünki dəyişikliklərdən faydalanmalar da meydana gəlir. 
Dəyərli  olan  şeylərə  ümumi  münasibət də  dəyərli  olur.  Ola 
da  bilir  ki,  dəyərli  olan  şeylər  maraq  müxtəlifliyinə  görə  bəzi 
tərəflərdə dəyərsiz kimi qiymətləndirilir.Münasibət özü dəyərləri 
meydana  gətirir.  Dəyərli  münasibət  insanların  öz  dəyərlərinin 
formalaşmasına  müsbət  təsirlərini  göstərir.  Müsbət  təsirlər  də 
xarakterlərin  müsbət  əsaslarla  formalaşmasında  rol  oynayır. 
Müsbət  xarakter  də  öz  növbəsində  müsbət insani  keyfiyyətlərin 
əsaslarını  təşkil  edir.  Müsbət  keyfiyyətlər  (bunlar  siqnallardan 
ibarət  olur  və  siqnalların  mərkəzləşməsini  təmin  edir) 
mənəviyyatın zənginləşməsini təmin edir. 
Dəyərlər  tükənməz  və  tükənən  (müəyyən  məkanlarda 
mütləq və nisbi) olur. Məsələn, maddi dəyərlər tükənə bilir. Belə 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə