ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə23/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

68 
 
ki,  müəyyən  kəmiyyətə  malik  olan  bir  şeyin  istifadəsi  həmin 
şeyin  həmin  məkanda  tükənməsinə  gətirib  çıxarır.  Mənəvi  –
abstarkt  dəyərlər  isə  ümumən  tükənməzdir  və  ondan  istifadə 
etdikcə  zənginləşə  bilir.  Konkret  maddi  aləm  üzərində  mövcud 
olan  mənəvi  dəyər  maddi  aləmin  tükənməsi  ilə  azala  bilir. 
Deməli,  mənəvi  dəyərlər  ümumən  tükənməzdir  və  əsasdır. 
Maddi  aləmin  müəyyən  məkan  və  zamanda  tamamilə  azalması 
mənəvi  aləmin  azalmasına  səbəb  olur.  Mənəviyyat  maddinin 
üstü  olduğundan,  belə  hesab  etmək  olar  ki,  təkmilləşən  bir 
nemətdir. Bu baxımdan da istifadə etdikcə daha da zənginləşir.  
Qeyd  olundu  ki,  hər  bir  element  bir  dəyərdir.  Həmçinin 
dəyərlər  sisteminin  tərkibidir.  Çünki  elementlər  vəhdətinin 
tərkibidir.  İstənilən  dəyərli  sistemdə  çatışmayanı  əvəz  etmək 
lazımdır. Bu çatışmayan da elə elementin özüdür. Deməli, nəticə 
etibarilə müəyyən bir məkanı dolduran elementlər vəhdəti də bir 
dəyərdir,  dəyərlər  kompleksidir.  Komplekslilk  dərəcələnir, 
deməli,  dəyərlər  dərəcələnir.  Dərəcələndikcə  kəmiyyət  artır. 
Deməli,  kəmiyyət  çoxaldıqca  dəyərlər  də  müəyyən  məkanda 
artır.  Elementlər  məkanda  vəhdətləşir.  Bu  anda  onlar  dəyərə 
çevrilir.  Dəyər  fərdi  və  universal  olur,  fərdi  və  universal  istifa-
dələr  üçün  nəzərdə  tutulur.  Fərdi  dəyərlər  insanlar  və  onların 
yanaşdıqları,  əlaqə  və  münasibət  qurduqları  vasitələrdir. 
Universal  dəyərlər  də  fərdi  və  universal  istifadə  üçündür. 
Deməli,  əslində  dəyərlər  mütləq  olmaqla  bərabər,  dəyişkən  və 
nisbidirlər.  Dəyişəndə  dəyərlər  mütləqliklər  koordinatında  yer 
alırlar.  Bu  baxımdan  da  dəyərlər  şaxələnir  və  sistemləşir,  eləcə 
də sistemləşmənin tərkibini təşkil edir.  
Sistemdə  dəyərlər  onu  təşkil  edən  elementlərin  cəmindən 
asılı  olur.  Çatışmazlıq  olduqda  dəyərlər  də  öz  kəmiyyətini  və 
məkanını  itirir.  Bu  baxımdan  da  dəyərlər  kəmiyyət  və  məkan 
fəlsəfi  kateqoriyasına  aid  olur.  Buna  görə də dəyərlər kəmiyyət 
baxımından və münasibət, eləcə də əlaqə etibarilə dərəcələnirlər, 
əhatə olunurlar.  


69 
 
Elementlərin  vəhdəti  məhz  dəyərlərin  kompleks  olaraq  və 
vəhdətdə  əsaslarını  təşkil  edir.  Element  dəyərdirsə,  onda 
elementlər  cəmi  də  dəyərlər  cəmindən  təşkil  olunur.  Bu 
baxımdan  da  dəyərlər  bir  kompleksliliyi  təşkil  edir.  Fərdin 
hüququ  kollektivin  hüququnu  yaradır  və  onun  dəyər  tərkibinə 
çevrilir.  Əgər  element  dəyərdirsə,  bütün  aləm  elementlərdən 
təşkil olunursa, deməli, ətraf aləm dəyərlərdən ibarət olur. Ətraf 
aləmlə  daxili  sistemin  sintezi  dəyərləri  birləşdirir  və  subyekti 
ümumən dəyərə çevirir.  
Dəyərli  (qiymətli)  olan  şeylər  sistemin  daxilindədir.  Elə 
sistemin  də  əsaslarını  təşkil  edir.  Sistem  daxilində  həm  də 
müəyyən  dəyərlər  əldə  edilir.  Bu  baxımdan  da  dəyərlər  həm 
təbii  yolla  əldə  edilənlərdən  ibarət  olur,  həm  də  hərəkətlər 
sayəsində  sonradan  qazanılır.  Dəyərlər  məzmun  baxımından 
müsbət  olan  şeylərdir.  Dəyərlər  müxtəlifliklərdən  ibarətdir  və 
müxtəlifliklərin,  rəngarəngliklərin  də  əsaslarını  təşkil  edir.  Bu 
baxımdan  da  dəyərlər  kəmiyyət  dərəcələrini  özündə  əks  etdirir. 
Mənfi olanlar isə az dəyərlərdir, az əhəmiyyətli olandır. Burada 
dəyərləri  uyğunsuzluqlar  meydana  gətirir.  Mənfilərin  artması 
dəyərlərin  azalmasına  səbəb  olur.  Müsbət  olan  şeylər  isə 
müxtəlif  ölçülərdə  olan  elementlərdə,  maddi  aləmdə  öz  əksini 
tapır.  Dəyərlər  artdıqca  müsbətliklər  də  artır.  Müsbətliklərin 
artması kəmiyyətlərin artımında öz əksini tapır.  
Dəyərlər  məkanlarda  da  mövcuddur.  Bu  baxımdan  da 
müxtəlif  məkanlar  dəyərlərdən  təşkil  olunur.  Dəyərlərin  bol 
olduğu  məkanlar  məhz  dəyərlərin  köklü  əsaslarını  meydana 
gətirir.  Dəyərlər  kəmiyyətinin  çoxlaması  dəyərli  məkanları 
böyüdür.  Məsələn,  müəyyən  bir  regionda  sülhün  və  sabitliyin 
mövcudluğu  ətraflara  doğru  genişlənə  bilir  və  dəyərlər  arealını 
genişləndirir.  
Təbiət  özü  bir  dəyərdir,  həm  də  dəyərlər  tərkibindən 
ibarətdir.  Təbiətin  daxili  aləmi  dəyərlərin  vəhdətindədir. 
Dəyərlər  təbiidir,  təbii  olandır.  Təbii  dəyərlər  enerji  artması  və 
azalması  nisbətində  öz  kəmiyyətini  artırır  və  azaldır.  Təbiət 


70 
 
sistemində  dəyərsizlik  isə  ümumiyyətlə  ola  bilməz.  Sadəcə 
olaraq  bir  koordinatda  olan  dəyərsizlik  digər  koordinatda  olan 
dəyərlərin 
əsaslarını 
təşkil 
edir. 
Deməli, 
dəyərlər 
koordinatlardan  formalaşır  və  məkanların  əsaslarını  təşkil  edir. 
Dəyərlər nisbiləşir və dəyişən mütləqləri özündə əks etdirir. Bu 
dəyişmə  də  zaman  uyğunsuzluğundan  baş  verir.  Stereotiplər 
dəyərsizliyə çevrilir.  
Dəyərlər 
maddiyyat 
üzərində 
qurulan 
zəngin 
mənəviyyatdır.  Dəyərlər  həm  də  mənəviyyatın  özüdür,  ona 
verilən qiymətdir. Dəyərli olan şeylər məhz insanlar tərəfindən 
dəyərləndirilir. Deməli, təbiətin əsasını dəyərlər təşkil edir. Həm 
də dəyərlər siqnallara bağlı olaraq insan baxışlarının məhsuluna 
çevrilir.  İnsanlar  və  canlılar  təbiət  daxilində  olan  digər  dəyər-
lərdir.  Dəyərlər  maddi  və  onun  yuxarısı  olan  mənəvi  tərkib-
lərdən  ibarətdir.  Maddi-mənəvi  müxtəlifliyə  görə  dəyərlər 
sahələr  və  sistemlər  daxilləri  üzrə  dərəcələnirlər.  Dərəcələnmə 
dəyərlər kompleksini meydana gətirir.  
Dəyərlər  pozitivlərdən  ibarətdir.  Sistemdə  törənən  fayda-
ların  məcmusudur  və  dəyişən  mənzərəsidir.  Təbiət  və  insanlar 
dəyərlər  kriteriyası  ilə  əlaqədə  və  təmasda  olurlar.  Dəyər 
qiymətdir. Etalondur, ölçü amilidir və kriteriyasıdır. Dəyər həm 
ölçü kriteriyasıdır, həm də ölçülən bir vahiddir. Dəyər kəmiyyət 
və  kəmiyyətdən  meydana  gələn  keyfiyyətdir.  Dəyərin  tərkibi 
tarazlı  elementlərdən  ibarət  olur.  Keyfiyyətdir,  ona  görə  ki, 
görünüşü və doyumu vardır. Dəyər faydalıdır, ona görə ki, isti-
fadə olunandır və əldə ediləndir, qazanılandır.  
Dəyərlər  sistemi  tarazlı  sistemlərdən  təşkil  olunur.  O  şey 
dəyərlidir ki, ondan müxtəlif komponentlər üçün istifadə edirlər. 
Dəyərlər  həm  də  istifadə  üçün  müəyyən  dəyərli  və  faydalı 
elementləri təqdim edirlər.  
Tarazlı  elementlər  dəyərli  vasitələrin  əsaslarını  təşkil  edir. 
Dəyər bir şeyin dolğun və pozitiv mənalı tərkibidir. Dəyər insan 
həyatını zənginləşdirir. İnsan həyatının dolğun mənası əvəzlənən 
və  cəmləşən  dəyərlərdən  ibarət  olur.  Dəyərlərin  əlamətləri  əks 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə