ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə24/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

71 
 
olunur  və  insanlar  onlara  qiymətlər  verir.  Dəyər  olan  şeydən 
insanlar  doyurlar,  enerji  əldə  edirlər.  Çatışmayan  şeylər  isə 
dəyərsizliyi  meydana  gətirir.  Eyni  zamanda  bir  şeyin  beyində 
çox  obrazlanması  onun  dəyərini  aşağı  salır.  Deməli,  vərdiş 
olunmuş vasitələr həm dəyər kimi əhəmiyyət kəsb edir, həm də 
müəyyən müddətdən sonra dəyərsiz bir vasitəyə çevrilir.  
Dəyər  o  tərkibdir  ki,  onda  möhkəmlilik  və  faydalılıq  var. 
Sistemlilik,  nizamlılıq  özü  də  bir  dəyərdir;  çünki  burada 
toplanmış  elementlər  mövcuddur.  Dəyər  enerji  verən  kom-
ponentdir, mənbədir, tərəfdir, obyektdir. Dəyər qida mənbəyidir 
və  dəyərlərin  vəhdəti  möhkəmliyi  meydana  gətirir.  İnsanın 
pozitiv  əməlləri  onun  dəyərlərində  əks  olunur.  Eyni  zamanda 
insanın pozitiv xarakteri və pozitiv əməllərinin özü də mücərrəd 
bir  dəyəri  meydana  gətirir.  Dəyər  insan  həyatının  əsasını  təşkil 
edən və insan həyatının əsas komponentlərini özündə əks etdirən 
konkret və mücərrəd bir anlayışdır, məfhumdur. 
Münasibətlərin  korlanması,  toqquşması,  kəsişməsi  dəyər-
lərin azalmasına və qarşılıqlı əlaqələrdə, təmaslarda, ünsiyyətdə 
enerjinin  azalmasına  səbəb  olur.  Burada  dəyərlərin  azalması 
halları  yaşanır.  Hesab  etmək  olar  ki,  enerji  dəyərdir,  enerji 
azalanda dəyər də azalır.  
Dəyərlər  insanları  özlərindən  asılı  vəziyyətdə  saxlayır. 
Dəyərlər  cəmiyyətdə  insan  münasibətlərinin  və  insan  hərə-
kətlərinin  əsas  istiqamətlərini  meydana  gətirir.  Dəyərlər 
həmçinin  münasibətlərin  qorunub  saxlanmasında  da  istifadə 
olunur.  Dəyərlər  körpülər  yaradan  obyektlər  və  subyektlər 
rolunda  çıxış  edir.  Dəyərlər  üzərində  hərəkət  insanların  pozitiv 
mənalarını əks etdirir, eləcə də pozitivliyə doğru silsilə xarakterli 
hərəkətlərinin əsaslarını meydana gətirir. İnsanlar dəyərləri həm 
qazanırlar,  müxtəlif  məkanlarda  əldə  edirlər,  həm  də  onlardan 
istifadə edirlər.  
Bütün münasibətlərdə dəyərlər kriteriyalar və ölçü etalonları 
rolunda  çıxış  edir.  Dəyər  mənəviyyat  və  əxlaq  fəlsəfəsinin 
tərkibidir.  Mənəviyyat  hüququ  yaradırsa,  deməli,  hüquq  da  bir 


72 
 
dəyərdir. Hüquqda insanın mənəvi dəyərləri və onun maddi aləm 
üzərində mənəvi istifadə haqları meydana gəlir.  
İnsanın  özü  bir  dəyər  olmaqla  bərabər,  onun  fikirləri, 
təmasları,  ünsiyyətləri  və  digər  özünü  ifadə  vasitələri  dəyərlər 
kimi  əhəmiyyət  kəsb  edir.  Qeyd  olundu  ki,  hüquq  özü  bir 
mənəvi dəyərdir. Lakin maddi maraqların əks olunduğu aspekt-
lərdə  də  maddi  dəyərlərin  ifadəçisidir.  Hüquq  dəyərdir,  haqdan 
gələndir,  bu  baxımdan  da  pozitiv  bir  kateqoriyadır.  Hüquq 
dəyərdirsə, deməli, onu daşıyan insan (tərəf) da dəyərdir, dəyər 
ünsürüdür.  Yaxud  da  başqa  cürə  ifadə  edək.-  İnsan  dəyərdir, 
onun  hüququ  da  dəyərdir.  Dəyər-müsbət  kriteriyaları  özündə 
daha  çox  əks  etdirən  konkretləşmiş  və  ümumiləşmiş  tərkib  və 
bütövdən ibarət olan bir sistemdir. 
Hüquq  dəyər  olduğundan  hüquqların  zaman  və  məkanla 
təmin  edilməsini  həyata  keçirən  cəmiyyət  və  dövlət  də  bir 
dəyərdir.  Hüquq  ideyadır,  dəyər  də  ideyadır.  İdeya  gözəllikdir, 
faydalıdır. Deməli, dövlət də ideyadır, faydalıdır. Dövlət hüquqi 
dəyərləri  qoruyan  və  inkişaf  etdirən  bir  formasiyadır.  Dəyərlər 
həm  ontoloji,  həm  də  qnoseoloji  aspektlərdə  mövcuddur.  İnsan 
təbii  varlıq  kimi  bir  dəyərdir,  həmçinin  insan  hüquqlarına  dair 
sistemli  baxışlar  da  bir  dəyərdir.  Obyektə,  real  hadisələrə 
söykənən məlumatlar da dəyərlərdir. Dəyər o şeydir ki, insanlar 
ondan  daima  qidalanırlar.  İnsanların  ruhlarını  zənginləşdirən və 
tarazlaşdıran kriteriyalar özləri bir dəyərdirlər. 
Dəyərlər  məkanda  və  zamanda  qazanılan  müsbət  və  enerji 
verən  amillərdir.  Məsələn,  insan  müəyyən  məkanda-dövlətində, 
cəmiyyətində müəyyən nailiyyətlər əldə edir. Bu nailiyyət onun 
üçün bir dəyərdir. 
Dəyərlər,  yəni  dəyərləri  özündə  əks  etdirən  siqnallar 
mübadilədə  olur.  Mənəvi  dəyərlər  ötürülür.  Maddi  dəyərlər  də 
ötürülür.  Deməli,  dəyərləri  ötürən  vasitələr  mövcuddur.  Bu 
vasitələrin özləri də dəyərlərdən ibarət olur. Cəm halda dəyərlər 
sistemləri  meydana  gətirirlər  və  sistemlərin  tərkibini  təşkil 
edirlər. 


73 
 
Dəyər universal bir anlayışdır. Dəyərlər insanlar üçün lazımi 
olan şeylərin hər birinin tərkibində mövcuddur.  
Hüquq  dəyərdir,  ona  görə  ki,  insanların  yaxşı  şeylər  əldə 
etməsinə  əsaslanır.  Yaxşı  şeylər  özlərində  hüquqları  daşıyırlar. 
İnsan  hüquqlarını  təmin  edən  dövlət  də  dəyərdir.  Dövlət 
insanların maddi və mənəvi dəyərlərini həm təmin edir, həm də 
qoruyur.  Dövlət  resurlardan  istifadə  edərək  hüquqi  dəyərlər 
sistemin təkmilləşdirir.  
Siyasi  sistemlər  də  dəyərdir.  İnsanların  hüquqi-mənəvi 
dəyərlərini  qoruyurlar.  Hakimiyyət  və  hüquq  normaları  sistem-
ləri də dəyərlərdir.  
Dəyərlərin  öyrənilməsi  və  dəyərləri  daşıyan  ünsürlər 
arasında  əlaqələrin  aşkar  olunması  və  biliklərin,  baxışların 
sistemləşdirilməsi  aksiologiyanı  meydana  gətirir.  Aksiologiya 
insan hüquqlarını fəlsəfi-elmi aspektlərdən tədqiq edir.  
İstənilən  bir  şeyə  dəyər  vermək  onu  doğmalaşdırmaq  və 
yaxın  etmək  deməkdir.  Deməli,  dəyər  əslində  yaxınlaşdırıcı, 
bağlayıcı  və  sistemlərdaxili  mənalar  kəsb  edən  kriteriyalardır. 
Dəyərlər zənginləşdirici və mənalar genişləndiricidir.  
İnsan həyatının dəyərləri zamana, məkana bağlıdır. İnsanlar 
ola bilir ki, bir məsələni və ya da bir maddi vasitəni müəyyən bir 
anda  dəyərləndirə  bilmirlər.  Bu,  o  halda  baş  verir  ki,  resurs 
bolluğu  mövcud  olur.  Lakin  sonradan  onun  yoxluğu  boşluq 
yaradır və onda dəyərlər çatışmazlığı meydana gəlir. Dəyərlər ən 
çox  çatışmazlıqlarda  dəyərlərə  çevrilir.  Buradan  da  belə  hesab 
etmək olar ki, əslində hər bir şey müsbət mənada bir dəyərdir.  
Dəyər  kimi  qiymətləndirmənin  və  aşkarlanmanın  da  öz 
zamanı vardır. Dəyərlərə olan münasibətlər də zamana və məkan 
uyğun  olur.  Məsələn,  bir  məlumat  bir  məkanda  müəyyən  an 
üçün  dəyərli  olmaya  bilir.  Lakin  məkanları  dəyişdikdən  və 
zamanı  ötürdükdən  sonra  dəyərlərə  çevrilə  bilir.  Deməli, 
dəyərlər  hər  zaman  insanları  müşayiət  edir.  Lakin  elementlərin 
dəyərlərə  çevrilməsinin  öz  zamanı  mövcud  olur.  Dəyər  bütün 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə