ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə26/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

77 
 
müəyyənliyə  çevrilmə  prosesinin  təzahürünü  əks  etdirir. 
Reallaşma  tələbatların  ödənilməsinə  istiqamətlənir.  Deməli, 
dəyərlər  tələbatların  ödənilməsindən  ortaya  çıxır  və  yeni 
dəyərlər 
şəbəkələnir. 
Dəyərlərin 
aktivləşməsi 
zamanı 
bağlayıcılıq  meydana  gəlir.  Bu  bağlayıcılıq  yeni  bir  dəyər 
sisteminin-dəyər sistemi içərisində dəyər strukturunun-əsaslarını 
ortaya çıxarmış olur.  
Anlayışın passiv və aktiv mənası mövcuddur. Passivlik onun 
daimiliyində olur, aktivlik isə passivlikdən törəmədə, oyanmada 
meydana  gəlir.  İnsanları  cəmiyyətin  və  dövlətin  aktiv  üzvünə 
onların  hüquqlarının  mövcudluğu  amili  çevirir.  Hüquq  insanın 
həm  özünə,  həm  də  başqasına  dəyərlər  vermək  üçün  əsasları 
ortaya  çıxarır.  Hüquq  bütün  insan  düşüncələri  üçün  ancaq 
pozitiv bir status və etalon (ölçü kriteriyası) rolunu oynayır. Bu 
baxımdan dəyər olaraq hüquq hər zaman mövcud olur. Deməli, 
dəyərlər insanların özlərinə immanentdir. İnsanların haqlı olaraq 
ifadə  olunmaları,  onların  hərəkətlərinin  və  maraqlarının  təmin 
olunması  ictimai-siyasi  baxımdan  hüquqlarda  əksini  tapır. 
İnsanların  sistemli  həyat  tərzləri,  onların  sistemli  fəaliyyətləri 
məhz  dəyərlərin  əsaslarını  özündə  cəmləşdirir.  Fəlsəfə 
dəyərlərin  tərkibini  düşüncənin  obyekti  edir.  Eləcə  də  insan 
hüquqlarına universal bir məna kimi dəyər verir. İnsan hüquqları 
anlayışının  dərk  olunmasında,  onun  mahiyyətinin  başa 
düşülməsində,  aydınlaşma  proseslərində  elm  və  məntiqi  əmə-
liyyatlar,  metodlar  dərketmənin  özünün  mahiyyətini  meydana 
gətirir.  Dərketmə  öz-özlüyündə  müəyyən  bir  proses  olaraq 
müəyyən  metodoloji  istiqamətləri  birləşdirir.  Bu  metodoloji 
istiqamətlər  isə  dərketmənin  üsullarını  formalaşdırır.  İdrak 
(təfəkkür,  düşüncə)  konstruksiyası  insan  hüquqları  anlayışının 
elmi-fəlsəfi  mənasını  açır  və  ümumi  metodoloji  prinsiplər 
(məsələn,  çeşni  ilə  “xalça  toxuma”  prinsipi)  obyektə  müna-
sibətdə  tətbiq  olunur.  Eləcə  də  konstruksiyaların  hissə-hissə 
açılması,  sökülməsi  prinsiplərini  özündə  əks  etdirir.  Həm 
toxuma,  həm  də  sökmə  zamanı  tərkib  hissələrin  aydınlşaması 


78 
 
prosesləri  baş  verir.  Toxuma  zamanı  tərkib  hissələr  arasında 
müstəqillik itir, tərkib hissələrin ümumi vahid sistemdə rolu artır 
və  rolların  birləşdirilməsi  prosesləri  baş  verir.  Vəhdət  meydana 
gəlir  və  ümumi  potensial,  güc  formalaşır.  Buradan  da  bütövün 
məkanı  böyüdükcə  ətrafı  da  genişlənir,  müstəvisi  və müstəvilər 
konstruksiyası  da  genişlənir.  Birləşmə  məkan  bütövünə  xidmət 
edir.  Sökülmədə  isə  aydınlaşma,  tərkib  hissələrin  müstə-
qilləşməsi  prosesləri  yaşanır.  İctimai-siyasi  münasibətlər 
sistemində  tərkib  hissələr  arasında  əlaqələr  yaylı  olur.  Bu 
baxımdan  da  bərk  sistemlərə  nəzərən  ara  məsafələri  daha  çox 
olur.  Ara  məsafələri  “yaylı”  funksiyanı  yerinə  yetirir  və  tərkib 
hissələr  arasında  müstəqilliyə  bir  qədər  xidmət  edir.  Bu 
baxımdan  da  ictimai-siyasi  sistemlər  bərk  sistemlərə  nisbətən 
hərəkət  vəziyyətində  olurlar  və  bu  hərəkət  vahid  və  müəyyən 
məkanda  baş  verir.  Məkan  müstəqil  hərəkətlərdən  daxilən 
böyüyür  və  ətraflar  üzrə  genişlənir.  Deməli,  məkanlar  böyü-
dükcə  qeyri-müəyyənlik  müəyyənliklə  əvəzlənir  və  gerçək-
liklərin,  aşkarlıqların  həcmi  artır.  İnsan  hüquqlarında dəyərlərin 
əhəmiyyətini  artırmaq  üçün  nəzəri  fikirlərin,  istəklərin, 
iradələrin sayının artması lazım gəlir. Eyni zamanda hüquqların 
reallaşması imkanlarını böyüdən resursların sayı çoxalır.  
Hüquq dəyər olduğundan təlim meydana gəlir. Yəni pozitiv 
hüquq  dəyərlərin  formalaşmasının  bazasında  dayanır.  Aksiolo-
giya  dəyərlər  haqqında  təlim  olaraq,  dəyərlərin  öyrənilməsi, 
dəyərlərin  mahiyyətinin  aşkarlanması  funksiyasını  yerinə  yeti-
rərək,  insan  hüquqlarının  tərkib  elementlərinin  faydalar  kimi 
mövcudluğunu mühakimələr, sübutlar və məntiqi nəticələr  yolu 
ilə  aydınlaşdırmaq  funksiyasını  yerinə  yetirə  bilər.  Aksiologiya 
hüququn  dəyərlərinin  aşkarlanması  və  hüquqdan  dəyər  kimi 
istifadə  olunmasının  elmi  əsaslarını  müəyyən  edir.  Aksiologiya 
bir təlim istiqaməti olaraq təfəkkürdə insan hüquqlarının fərdi və 
universal  əsaslarını  meydana  gətirir.  Aksiologiyanın  vəzifəsi 
insan  hüquqlarının  tərkib  elementlərinin  və  bölgüsünün  dəyərli 
əsaslarını  müvafiq  yollarla  (burada  deduktiv  və  induktiv 


79 
 
mühakimə  yolu  ilə,  eləcə  də  təcrübi  və  nəzəri  əsaslarla) 
müəyyən  etməkdən  və  aşkarlamaqdan  ibarətdir.  İnsan 
hüquqlarının  dəyərli  əsasları  hüquqların  tərkib  ünsürləri  ilə  və 
tərkib 
ünsürlərinin 
faydaları 
ilə 
(insanların 
ümumi 
mövcudluğunda  və  fəaliyyətləri  zamanı)  dərk  etməkdən 
ibarətdir.  Dərketmənin  mücərrəd  bir  paneli  yaranır.  Dəyərləri 
dərk  etmənin  müəyyən  başlanğıc  və  son  panel  tərkibi  mövcud 
olur.  İnsan hüquqlarının  sahələr üzrə əhatə olunması müstəvilər 
qatlarını yaradır.  
İnsan hüquqları onun dəyəri ilə birlikdə dərk olunur. Çünki 
hər bir hüquq norması tərkibinə görə dəyərlərdən ibarətdir.  
Dərketmənin  tərkib  hissələri  vardır.  Bu  tərkib  hissələr 
istiqamətlərdən  və  obyektlərdən  asılıdır.  Tərkib  hissələrin  dərk 
olunması  nəzəri  istiqamətlərin  meydana  gəlməsinin  əsasında 
dayanır.  
 
Dərketmənin bu kimi metodoloji əsaslarını müəyyən etmək 
olar: 
 
-insan  hüquqlarının  universal  təbii  dəyər  olmasının  elmi-
məntiqi yollarla, həmçinin sübutlarla, faktlarla, təcrübi və nəzəri 
əsaslarla  müəyyən  olunması  -insan  hüquqları  anlayışının 
insanları  hər  zaman  qoruması  və  maraqlarının  təmin 
olunmasına istiqamətlənməsi baxışlarının formalaşması
-insan  hüquqlarının  sahələr  üzrə  müstəvilər  meydana 
gətirməsi  və  dəyərlərin  müstəvilər  qatlarından  ibarət  olmasının 
müəyyən edilməsi; 
-insan 
hüquqlarının 
tərkib 
elementlərinin 
(burada 
mənəviyyatı  təşkil  edən  elementlər,  insanların  mənsubiyyət  və 
bağlılığını, 
idarəetməsini 
müəyyən 
edən 
bağlayıcı 
və 
əlaqələndirici elementlər) dəyərli əsaslarının müəyyən olunması; 
-insan hüquqlarının tərkibini təşkil edən elementlərin birinin 
digərini şərtləndirməsinin əsaslarının dəyərli olmasının müəyyən 
olunması.  Tərkiblər  dəyərli  olanda  digərlərini  də  şərtləndirir. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə