ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə29/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

86 
 
Deməli, hüquq dəyər olaraq dəyərlər elementlərinin vəhdətindən 
ibarət  olan  konseptual  məna  kəsb  edir.  Hüquq  dəyərlərin  əldə 
olunması  üçün,  eləcə  də  dəyərlərin  qorunması  üçün  lazım  olan 
hərəkətlərin  edilməsini  şərtləndirir.  Hüquq  hərəkəti  ona  görə 
şərtləndirir  ki,  özünü  yenidən  təsdiq  etsin,  aşkarlasın.  Haqq 
vəzifə  panelini,  müstəvisini  əhatə  edir.  Bütün  vəzifələrə 
səlahiyyətlər  verir.  Vəzifələrin  müəyyən  məkanlarda  birləşmiş 
mücərrəd  paneli  elə  haqqın  əsaslarını  və  müstəvisini  meydana 
gətirir.  Haqq  müstəvisi  vəzifə,  öhdəlik  və  məsuliyyət  müs-
təvisini öz daxilində cəmləşdirir.  
Belə  bir  fikir  ətrafında  (tezis  olaraq)  sintez  (tezislər 
birləşməsi,  fikir  birləşməsi)  yaratmaq  olar:  -hüquq  və  vəzifələr 
nədir,  onlar  anlayış  kimi  bir-birilərini  necə  şərtləndirir. 
Vəzifələr və hüquqlar necə bir-birilərini tamamlayır. Onlar necə 
bir-birilərinin daxillərini tamamlayır və s. Qəbul etmək olar ki, 
elə  əslində  hüquq  universallaşan,  bütövləşən,  buna  görə  də 
konkretləşən,  xüsusiləşən  ümumi  bir  anlayışdır.  İnsan  harada 
varsa, hüquqları da onunladır. Hüquq bağlılıq  yaradır və ardıcıl 
qaydada  vəzifələri  müəyyən  edir.  İnsanlar  hərəkətlər  etdikcə 
vəzifələrini də genişləndirirlər və hüquqlara malik olurlar. Vəzi-
fələrin  tərkibi  -şaxələnməsi  və  məhdudlaşması-hüququn  şaxə-
lənməsini  və  məhdudlaşmasını  yaradır.  Hüquq  subyektiv  məna 
kəsb edir və obyektivliyi də meydana gətirir. Hüquq və fəaliyyət 
bir-birini  tamamlayan,  bir-birinə  şərt  verən  kriteriyalardır. 
İnsanların  fəaliyyət  sahələri  hüquqların  sahələrini  meydana 
gətirir.  Hüquqların  yerinə  yetirilməsi  imkanları  və  dərəcələri 
vardır.  Hüquqlar  şaxələndikcə  fəaliyyət  də  şaxələnir.  Lakin 
imkanlar  hüquqların  şaxələnməsini  təmin  edir.  İmkanlar 
vəzifələri  genişləndirir,  vəzifələr  hərəkətləri  böyüdür.  Nəticədə 
imkanlar  artır.  İmkanların  artması  hüquqların  genişlənməsini 
təmin  edir.  Hüquqlar  böyüdükcə  vəzifələr  də  böyüyür. 
Hüquqları 
gerçəkliyə 
çevirən 
imkanlardır, 
fəaliyyətdir, 
potensialdır.  Hüquq  fəaliyyətlə  aktivləşir.  Mənbə  kimi  hər 
zaman  mövcud  olur.  Lakin  passivlikdən  aktiv  fazasına  doğru 


87 
 
fəaliyyət  zamanı  keçid  edir.  Məsələn,  normativ-imperativ 
(məcburi)  və  digər  normativ  hüquq  normaları  müəyyən 
dəyişikliklərə  məruz  qalmaqla  hər  hər  zaman  mövcuddur.  Bu 
normalar  hüququn  nəzəri  baxımından  daimiliyini  şərtləndirir. 
Hüquq  norması  fərdi  olaraq  tətbiq  olunmayanda  kimlərsə  üçün 
passiv  olaraq  qalır.  Lakin  zərurət  ortaya  çıxanda  hüquqlar 
aktivləşir,  normalar  tənzimedici  qaydalar  olaraq  tətbiq  olunur. 
Hüquqların  təmin  olunması  şəraitlə  bağlı  olan  bir  hadisəyə 
çevrilir,  həmçinin  tələbatlar  amili  də  burada  xüsusi  önəm  kəsb 
edir.  
Onu  da  qəbul  etmək  lazımdır  ki,  vəzifələr  və  hüquqlar 
konseptual əsaslara malik olan anlayışlardır. Ona görə ki, bütün 
sahələri,  tənzimləmə,  qaydalarasalma  sahələrini  əhatə  edir.  Bu 
anlayışların  konseptuallığı  həm  də  insanların  təbii  xüsu-
siyyətlərinə,  təbii  fəaliyyətlərinə  əsaslanır.  Fəaliyyətlərin  çox-
genişliliyi,  həmçinin  üfiqi  və  şaquli  sistemliliyi  məhz  təbii 
hüquqların  genişlənməsini  və  inkişafa  müvafiq  olaraq  pozitiv 
əsaslar almasını təmin edir. Hüquqlar təsnif olunur: təbii və onun 
davamı olan, təbii hüquqların təmin olunmasına yönələn pozitiv 
hüquqlar tərkibinə bölünür. Təbii hüquqlar əsas dəyərlər kimi öz 
əhəmiyyətini  qoruyub  saxlayır  və  onun  reallaşması  əsasən 
pozitiv  hüquqların  təmin  olunması  ilə  yerinə  yetirilir.  Təbii 
hüquqların  təsdiqini  pozitiv  hüquqlar  müəyyən  edir.  Deməli, 
təbii  hüquqların  qorunmasını  pozitiv  hüquqlar  təmin  edir. 
Burada  baza  dəyərləri  digər  dəyərlər  möhkəmləndirir,  təmin 
edir. Vəzifələri də bu qaydada təbii və pozitiv vəzifələrə ayırmaq 
olar. Təbii vəzifələr və pozitiv vəzifələr ictimai vəzifələrin, ailə-
məişət  vəzifələrinin  və  siyasi  vəzifələrin  bazasında  dayanır. 
Əslində  isə  bütün  pozitiv  vəzifələr  təbii  vəzifələrin  tərkibində 
qərarlaşır. Çünki insan təbii məxluqdur və insanların yaratdıqları 
bütün  sosial-iqtisadi  formasiyalar,  əlaqələr  quruluşları  məhz 
insanların  təbii  xassələrindən,  yəni  qurucu  və  yaradıcı 
olmalarından irəli gəlir. İnsanlar özlərinin təbii olan əlamətlərinə 
görə  dəyərli  məxluqlardır.  İnsanların  fəaliyyəti  ilə  genişlənən 


88 
 
hüquqları  da  təbii  hüquqlardır.  Təbii  hüquqların  artması,  təbii 
hüquqların  təmin  olunması  elə  əslində  pozitiv  hüquqların 
böyüməsini  təmin  edir.  Hər  bir  anda  insan  üzərinə  vəzifələr 
düşür. Dəyərlərin əldə olunması və istifadəsi, onların qorunması 
məhz  vəzifələr  yerinə  yetirildikcə  mümkün  olur.  Vəzifələr 
fəaliyyət  qabiliyyətinə  müvafiq  olaraq  dərəcələnir,  eləcə  də 
sahələrə  ayrılır,  təsnif  olunur.  Vəzifələr  yaşla  əlaqədar  olaraq, 
eləcə  də  cins  müxtəlifliyinə  görə  azalıb  –artır,  öz  məkanını 
dəyişdirir.  Məkan  dəyişəndə  yeni  hüquqlar  sahələrinə  daxil 
olmaq imkanları meydana gəlir. Hüquqlar və vəzifələr şəxslərin, 
tərəflərin, subyektlərin və obyektlərin dəyərlərini müəyyən edir. 
Vəzifələr  və  hüquqlar  konseptuallığı  ona  görə  özlərində 
cəmləşdirirlər  ki,  həm  vəzifələr  sahələrə  ayrılmaqla  təsnif 
olunur,  həm  də  ayrıca  hüquqlar  təsnifat  obyektinə  çevrilir. 
Hüquqlar  dəyər  təkibi  etibarilə  də  təsnif  olunur.  Hüquq  norma-
larının  ayrı-ayrı  sahələr  üzrə  məcəllələşməsi  meydana  gəlir. 
Hüquq  normalarının  ixtisaslaşması  prosesləri  yaşanır.  Konsep-
tuallıq  hüquqların  daima  inkişafında  da  öz  əksini  tapır.  Baza 
hüquqlar, mövcud və gələcək hüquqlar arasında bir inkişaf xətti, 
yüksəlmə,  artma  trayketoriyası  mövcud  olur.  Yüksəkliyə  və 
artıma doğru inkişaf prosesləri zamanı sistemlilik təkmilləşir və 
tənzimləmə  sayəsində  baza  hüquqi  prinsiplər  qalmaqla,  öz 
mahiyyətini saxlamaqla daha da inkişaf edir. Konseptuallıq həm 
daxili artımda, həm də sistemlilikdə meydana gəlir.  
Hüququn  reallaşması  hərəkətlər  sayəsində  mümkündür. 
Hərəkətlər dəyər olaraq onları dəyərləndirən, onlara istiqamətlər 
verən  hüquqlara  dəyərlər  verir.  Çünki  hərəkətlər  əsnasında 
hüquqlar  reallaşmağa  başlayır.  Hərəkətlərin  motivləri  hüquqları 
dəyərli edir. Buradan da vəzifələrin dəyərli əsasları formalaşmış 
olur.  Hərəkətlər  də  vəzifələrdə-burada  həm  sosial-ictimai 
vəzifələrdə,  həm  də  peşə  və  ixtisasla  əlaqədar  olan  vəzifələrdə
öz  əksini  tapır.  Vəzifə  görülən  və  görüləcək  işlərin  norma  və 
qaydalarla  müəyyən  olunmasıdır.  Vəzifələr  özündə  məqsəd  və 
maraqları əks etdirir, eləcə də müəyyən yolları göstərir. Deməli, 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə