ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə32/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   28   29   30   31   32   33   34   35   ...   44
    Bu səhifədəki naviqasiya:
  • Hüquq

95 
 
genişləndirir,  digər  tərəfdən  subyektlərin  hərəkətlərinin  məh-
dudlaşmasını  təmin  edir.  Burada  qoruma  funksiyası  dəyərlərin 
qorunmasını  təmin  etmək  üçündür.  İnsanlar  öz  hüquqlarını 
qorumaqla  və  hüquq  normalarını  qorumaqla  əslində  dəyərlərini 
qorumuş olurlar.  
Vəzifələr  hərəkətləri  və  hərəkətsizliyi  özündə  cəmləş-
dirməklə,  müvafiq  aktlar  olmaqla  hüququn  tərkibini  təşkil  edir. 
Vəzifələr elə hüququn ifadə olunması hərəkətləridir, hərəkətlərin 
özüdür.  Hüquq  vəzifələrdə  əks  olunur.  Hüquqa  nail  olmaqla 
vəzifələr  əldə  etmək  olur. Vəzifələrin  yerinə  yetirilməsi hüquq-
ların əldə olunması və hüquqların təmin edilməsi mənasını verir. 
Məsələn,  valideyn  vəzifələrinin  yerinə  yetirilməsi  nəticələr 
etibarilə  uşaq  hüquqlarının  təmin  olunmasına  gətirib  çıxarır. 
Vəzifələr  genişləndikcə,  normalarla  genişləndikcə  hüquqlar  da 
genişlənir.  Vəzifələrin  genişlənməsi  həm  də  digər  tərəfdə 
hüquqların məhdudlaşmasına səbəb  ola bilir. Məsələn, valideyn 
uşaq  üzərində  öz  vəzifəsini  (səlahiyyətlərini)  ifrat  dərəcədə 
genişləndirərsə,  uşağın  hüquqlarını  məhdudlaşdırmış  olar,  onun 
səlahiyyətlərinin  əksəriyyətini  əlindən  almış  olar.  Onda  belə 
çıxır  ki,  hüquq  hərəkətlərlə  bağlı  olan  bir  mücərrəd  və  real-
konkret  məfhumdur,  konseptual  anlayışdır.  Hüquq  məkan 
genişləndirən  və  məhdudlaşdırandır.  Vəzifələr  hüququn  tərkib 
komponentidir. Hüquq vəzifələrə istiqamətlər verir, onun forma 
və məzmununu müəyyən edir. Vəzifələr normalarla ifadə olunur 
ki,  bu  da  hüququn  özü  demək  olur.  Hüquq  hərəkətlərdədir,  bu 
hərəkətlər  də  vəzifələrdədir.  Deməli,  hüquq  elə  vəzifələrdə 
meydana  gəlir.  Lakin  əvvəlcə  də  qeyd  olunduğu  kimi,  hüquq 
vəzifədən  qabaq  da  olur.  Məsələn,  uşaq  dünyaya  gələndə  onun 
hüquqları-insan  hüquqları  yaranır.  Hələ  vəzifəsi  olmur.  Uşağın 
vəzifəsi  müəyyən  yaşlardan  başlayır.  Məsələn,  uşaq  məktəbə 
gedir.  Bu,  onun  hüququdur.  Məktəbdə  şagird  kimi  (qaydalarda 
olduğu  kimi)  özünü  aparmaq  isə  uşağın  (məktəblinin)  əsas 
vəzifəsidir.  Dərslərini  hazırlamaq,  kitabları  oxumaq  və  bilikləri 


96 
 
mənimsəmək  onun  vəzifəsidir.  Bu  vəzifə  məhz  uşağın  şagird 
hüququndan  meydana  gəlir.  Bu  iki  aspektin  vəhdətində  uşağın 
fəaliyyət  və  hüquq  dəyərləri  meydana  gəlmiş  olur.  Şagird 
hüquqları  məsuliyyəti  də  artırır.  Uşaq  böyüdükcə  vəzifələri  də 
artır. Vəzifələri  artdıqca hüquqları  da artır. Tələbənin hüquqları 
meydana  gəlir.  Deməli,  vəzifələrin  böyüməsi  qabiliyyətə,  əqli 
qabiliyyətə,  əmək  qabiliyyətinə  bağlı  olur  və  imkanlardan  asılı 
olur.  İmkanlar dedikdə, belə  başa düşmək olar: məsələn, dövlət 
özünün maliyyə imkanlarına müvafiq olaraq məktəbləri zaman-
zaman  müəyyən  avadanlıqlarla,  informasiya  texnologiyaları  ilə 
təmin  edir.  Bu  təminat  olan  yerdə  məktəblərin  həmin 
vasitələrdən  istifadə  hüquqları  meydana  gəlir.  Yeni  hüquqlarla 
yanaşı,  onların  həm  də  vəzifələri  genişlənir.  Məsələn,  yeni 
vasitələrdən  istifadə  qaydalarına  əməl  etmək  artıq  onların 
vəzifələrinə  çevrilir.  Həmçinin,  bir  şəxsin  müəyyən  dövlət 
vəzifəsini  tutması  ilk  növbədə  onun  hüquqları  ilə  müəyyən 
olunur.  Hüquqlar  burada  müəyyən  kriteriyaları  əks  etdirir, 
tələbləri,  standartları,  formulaları  ifadə  edir.  Deməli,  hüquqlar 
tələblər,  standartlar  və  bunlardan  irəli  gələn  normalardan  ibarət 
olan  dəyərlərdir.  Bu  normalar  da  gerçək  imkanlara,  tələb  verən 
imkanlara bağlı olur. 
Vəzifələr  genişlənir,  hüquq  da  genişlənir.  Deməli,  dəyər 
dəyəri  genişləndirir.  Vəzifələr  həm  də  hüququ  sərhədləyir. 
Hüquq  sərhədləri  müəyyən  məkanlarda  və  zamanlarda 
vəzifələrlə  müəyyən  olunur.  Məsələn,  insanlar  adət  qaydalarına 
uyğun  olaraq  məişət  münasibətlərində  və  əlaqələrində  olurlar. 
İctimai  münasibətlərin  özü  elə  hüquqdan  meydana  gələn 
hüquqdur. Təbii olaraq  yaranır və formalaşır. Davranış əxlaqdır 
və  mənəviyyatın  tərkibidir.  Davranış  da  sərhədlənir.  Müvafiq 
qaydalarla davranmaq və əxlaq normalarına  əməl etmək hər bir 
şəxsin  vəzifəsinə  və  vəzifəyə  əməl  etmə  borcuna,  öhdəliyinə 
çevrilir.  Öhdəlikləri,  məcburi  və  zəruri  hərəkətləri,  davranışları 
özündə  ehtiva  edən  vəzifələr  hüquqları  sərhədləyir.  Müəyyən 


97 
 
olunmuş  davranış  qaydalarından  kənara  çıxmaq  məhz  davranış 
adətlərindən  kənara  çıxmaq  deməkdir.  Bu  halda  sərhədlər 
pozulur.  Sərhədlər  pozulanda  ya  hüquqlar  məhdudlaşır,  ya  da 
hüquqlar  genişlənir.  Kəsişmə  və  toqquşma  anında  daha  çox 
sərhədlər pozulur. Eyni zamanda qeyd etmək yerinə düşər ki, bir 
şəxsin  dövlət  vəzifəsini  tutmaq  hüququ  həmin  şəxsin  vəzifə 
öhdəliklərini  və  vəzifə  və  hüquq  səlahiyyətləri  dairəsini 
meydana gətirir. Dairələrdən kənara çıxmaq sərhəd pozuntusunu 
meydana  gətirir.  Bu  anda hüquqlar da məhdudlaşır. Subyekt öz 
səlahiyyətlərini aşır.  
Vəzifələrdə  səlahiyyətlər  müəyyən  olunur.  Səlahiyyətlər 
ixtiyarlardır,  hərəkət  imkanlarını,  sərhədlərini,  məkanlarını  və 
şəxslərin  təsir  obyektlərini  və  təsir  sahələrinin  əhatəsini  əks 
etdirir. Hüquq və vəzifələr məhz səlahiyyətləri meydana gətirir. 
Səlahiyyətlər  hüquqa  məxsus  olan  şəxslərin  statuslarını, 
mövqelərini  müəyyən  edir.  Səlahiyyətlər  hərəkətlərin  dərə-
cələrini  özündə  ehtiva  edir.  Səlahiyyətlər  hüquqlar  və  vəzifə-
lərdən meydana gəlməklə yanaşı, həm də hüquqlar və vəzifələrin 
istiqamətlərini  özündə  əks  etdirir.  Deməli,  səlahiyyətlər 
məzmunun əsasında dayanır. 
Hüququn  tərkibini  təşkil  edən  komponentlər  dəyərlərdən 
ibarət  olur.  Dəyərlər  məhz  komponentlərin  əsas  məzmununu 
ifadə edir. Dəyər hər bir hüquqi vəzifələrdə mövcud olur. Çünki 
hər bir hüquqi vəzifə pozitivdir.  
Qeyd: Vəzifələr və hüquqlar arasında eynilik var. Bir-birinə 
tərkibdir.  Hüquq  dəyişəndə  vəzifə,  vəzifə  dəyişəndə  hüquq 
dəyişir.  Burada  məkan  və  imkanlar  amili  dəyişdirici-artırıb-
azaldıcı  kriteriyalar  rolunda  çıxış  edir.  Hüququn  məkanı 
dəyişəndə subyektin vəzifəsi də dəyişir. Vəzifə dəyişəndə hüquq 
tərkibini dəyişdirir.  
Hüquq  –müsbət  bir  dəyərdir,  cinayət-mənfi  hərəkətdir, 
mənfi hərəkətin (əks təqdirdə, cəzanın tətbiqini məcbur və zəruri 
edən)  nəticəsidir.  Bu  baxımdan  da  “cinayət  hüququ”  ifadəsi 
düzgün  deyil,  hüququn  müsbət  xarakterinə  ziddir.  Hüququn 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə