ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə33/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

98 
 
dəyərli təbiətinə cinayət sözünü tətbiq etmək düzgün deyil. Cəza 
vermək (cinayəti törədənə) haqqı var. Dövlət bir güc tərəfi kimi 
cəza vermək haqqına malikdir. Zərər vurmaq (əməlləri cinayətə 
uyğun,  cinayətə  oxşar  hallarla  nəticələnən)  haqqı  da  ola  bilər. 
Lakin  belə  əməllərə,  nəticəsi  zərər  verən  hərəkətlərə  də 
cinayətlər (cinayət məhkəmənin hökmü ilə təsdiq olunur) demək 
olmaz.  Çünki  müsbət  hərəkətləridir  və  cəza  verilməsini  tələb 
etmir. Bu, müəyyən şəraitlərdən və zərurətdən asılıdır. Məsələn, 
özünümüdafiə zəminində son addım olaraq, zərər vuracaq şəxsə 
(qabaqlayıcı  olaraq)  və  zərər  vuran  şəxsə  (zərər  vurma  anında 
zərər vurana cavab vermə) zərər vurmaq məcburiyyətində qalan, 
bu baxımdan  zor  tətbiq  etmək  istəyən,  qəsdən  adam öldürməyə 
səbəb ola biləcək hücumların qarşısını almaq və ya da zor tətbiq 
etmə zamanı zor tətbiq edəni öldürmək nəticə etibarilə bir hadisə 
kimi cinayət olsa da, burada zəruri müdafiə hüquqları bu addımı 
cinayət hesab etməyə bilər. Burada özünümüdafiə məqsədilə əks 
tərəfə  əvvəlcədən  zərər  vurma  (onu,  onları  zərərsizləşdirmə) 
haqqı  ola  bilər.  Cinayət  hərəkətləri  daha  çox  düşünülmüş  və 
məqsədli  olur.  Deməli,  hər  bir  zərərverici  hərəkət  cinayət 
deyil.  Özünümüdafiə  məqsədilə  vurulan  zərər  cinayəti 
əsaslandırmır,  zərər  vurmağa  yönəlmiş  hərəkətlər  cinayət 
deyil.  Hər  bir  müsbət  hərəkəti  qoruyan,  müdafiə  məqsədilə 
olunan  hərəkət  mənfi  deyil.  Deməli,  hər  bir  zərərverici  hərəkət 
tam mənfi ola bilməz. Onun müsbət tərəfləri də var. O baxımdan 
mənfidir  ki,  zərərlər  vurulur.  Bu  baxımdan  da  hər  bir  mənfi 
hərəkət cinayət hesab oluna bilməz.  
Cəzavermə hüququ var. Bundan irəli gələrək cəza verən və 
cəzaya  məruz  qalan  tərəflər  üçün  vəzifələr  müəyyən  olunur. 
Cəzavermə  vəzifələri  cəzavermə  səlahiyyətini,  məcburiyyətini, 
öhdəliyini, məsuliyyətini və zərurətini meydana gətirir. Cinayəti 
törədən  də  cəzaçəkmə  vəzifəsinə,  -məcburi  olaraq  və  zəruri 
olaraq,  -  məsuliyyətinə,  məcburi  öhdəliyə  malik  olur.  Məkan 
hüquqları və vəzifələri dəyişdirir. Burada vəzifələr –məcburi və 
icbari  vəzifələr-mühüm  rol  oynayır.  Məsələn,  cinayət  törədən 


99 
 
şəxsin  azadlıqları,  bu  baxımdan  azadlıq  hüquqları  və  vəzifələri 
məhdudlaşdırılır.  Cəzaçəkmə  müəssisələrində  isə  həmin  şəxsin 
yeni  məcburi  vəzifələri-hansıları  ki,  onları  cəza  olaraq  yerinə 
yetirməyə  borcludur-meydana  gəlir.  Şəxsin  məhbus  hüquqları 
yaranır.  Burada  məkan  amili  dəyişdirici  kriteriya  rolunda  çıxış 
edir.  Bir tərəfdə  azadlıqlar, hüquqlar məhdudlaşır, digər tərəfdə 
isə  yeni hüquqlar və vəzifələr meydana  gəlir. Məkan dəyişməsi 
ümumən hüquq tərkibini və azadlıqlar kəmiyyətini dəyişdirir: bir 
məkanda azaldır, digərində isə  yeni qaydalarla artırır.  Hüquqlar 
transməkanda keçici xarakterə malik olur, tərkibini dəyişir, yeni 
vəzifələr müəyyən olunur. Transməkandan yeni məkana keçidlər 
artıq  yeni  hüquqları, öhdəlikləri və vəzifələri müəyyən edir. Bu 
baxımdan  da  hüquqları,  vəzifələri  və  öhdəlikləri  məhz  məkan-
lardakı  fəaliyyət,  əlaqələr,  münasibətlər  formaları  müqayisəli 
edir.  Onlar  həm  ümumi  xarakterli  olur,  həm  də  fərqləndirici 
əsaslara  malik  olur.  Fərqləndiricilik  isə  tərkibin  artıb-azalması 
ilə  əlaqəlidir.  Məsələn,  azadlıqlar,  sərbəstliklər  dustaqxanalarda 
və digər cəzaçəkmə müəssisələrində azaldılır.  
Qanunvericilik  hüquqların  inkişafını  və  müdafiəsini 
qarşısına  məqsəd  qoyur.  Qanunvericilik  normalardan  və qayda-
lardan  ibarətdir.  Qaydalar  normalarla  hərəkət  etmək  üsullarıdır. 
Qanunvericilikdə müəyyən məhdudlaşdırılmalar ola bilir. Bu da 
müsbətliklərin  qorunmasına  istiqamətlənir.  Normalar  müdafiə-
edici  və  təminedici,  inkişafedici  olur.  Burada  məhdudlaşdırıl-
malar hüququn müdafiəsinə və inkişafına söykənir. 
Vəzifələr  hüquqların  dəyərli  olmasını  təmin  edir.  Hüquq 
dəyərliliyi də öz növbəsində vəzifələri dəyərli edir.  
 
 
Dəyərlər və insan mənəviyyatının tərkibi 
 
Mənəviyyat  müsbət  olan,  faydalar  verən  və  insan 
maraqlarına  və  mənafeyinə  xidmət  edən  tərkiblərdən  ibarətdir. 
Mənəviyyatın  özü  elə  dəyərlərdən  ibarətdir.  Dəyər  saxlanc, 


100 
 
müdafiə  vasitəsidir,  kriteriyasıdır.  Münasibətlərdə  dəyərlər 
ölçüdür, etalondur. Hər bir şəxs öz dəyərini qorumaqla dəyərlər 
üzərində əlaqə qurmağa çalışır. Dəyərlər xətlərdən ibarətdir. Hər 
bir  xətt  öz  başlanğıcından  müxtəlif  istiqamətlər  üzrə  qabağa 
istiqamətlənir.  Düz  xətt  dəyərdir.  Lakin  düzxətlərin  müxtəlif 
başlanğıc  koordinatları  vardır.  Deməli,  dəyərlər  ümumi 
mənəviyyat xəttində olan müxtəlif istiqamətli dəyərlərdən ibarət 
olur. Mənəviyyat trayektoriyasında müxtəlif koordinatlarda olan 
dəyərlər  mövcuddur.  Bu  baxımdan  da  dəyərlərin  tərkibi 
dəyişkəndir,  dəyişkəndir,  ona  görə  ki,  başqa  istiqamətlərə 
buradan  da  xətlər  keçir.  Deməli,  mənəviyyat  şaxələnir. 
Şaxələnmə  sayəsində  dəyərləri  də  şaxələndirir.  Dəyərlərin 
dəyişkənliyi  iki  baza  əsasda  və  istiqamətdə  mümkündür: 
birincisi,  vahid  xətdə  olan  şaxəli xətlər  üzərində  dəyişkənliklər, 
ikincisi  isə  kəsişmələrdən,  toqquşmalardan  olan  dəyişkənliklər. 
Bu  hallar  mənəviyyatı  təşkil  edən  vasitələrin  tərkibini  artırır  və 
azaldır. Dəyərlər müxtəlifliyi meydana gəlir.  
İnsanlar  dəyərlər  sistemindən  ibarət  olan  maddi  və  mənəvi 
strukturdurlar.  İnsanın  özü  elə  əbədi  mövcudluğun  və  təbiətin 
məhsuludur. Əbədi mövcudluq öz-özlüyündə əbədi bir dəyərdir. 
İnsanların ətraf sistemlə təmasları da vardır. Bu təmasların özləri 
də  dəyərlərdir.  Bununla  yanaşı,  ətraf  sistemlər  də  dəyərlərdir. 
İnsanlar  qidalandıqları  bütün  şeylərdən  dəyərlər  əldə  edirlər. 
Deməli,  ümumən  dəyərsiz  olan  şey  yoxdur.  Lakin  müxtəlif 
bucaqlardan  dəyərsizlik,  az  əhəmiyyətlilik  vardır.  Ümumən 
insanlar  dəyər  ünsürləri  olaraq  tamamilə  dəyərlər  sistemində 
qərarlaşırlar.  Bu  baxımdan  da  sistemlər  və  onun  vahidləri 
dəyərlərdən təşkil olunur.  
İnsanların  əxlaqı  və  maddi  strukturları  onların  dəyərlər 
sisteminin  formalaşmasının  əsasında  dayanır.  İnsanın  pozitiv 
həyatı  dəyərlərdən  asılıdır.  Asılıdır,  ona  görə  ki,  dəyərlərdən 
təşkil  olunur.  İnsanların  ümumi  həyatları  məzmunlardan 
ibarətdir.  Məzmunlar  da  dəyərlərin  mənasını  formalaşdırır. 
Dəyər tərkibində keyfiyyətlər olan bir vasitədir.  İnsan həyatının 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə