ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə34/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

101 
 
dəyərləri onun mənasının tərkibini təşkil edən komponentlərdən 
ibarət  olur.  Bu  komponentlər  insan  həyatının  normal  gedişini 
təmin  edir.  İnsan  həyatının  dəyərlər  sistemi  onun  maraqlarının 
formalaşdığı  obyektlər  sistemindən  ibarət  olur.  İnsanı  dəyərləri 
saxlayır,  təmin  edir.  İnsan  da  öz  dəyərlərini  qoruyur  və  onu 
inkişaf etdirir. İnsan həyatının dəyərləri həyatın zənginləşməsini 
və zamanla davam etməsini təmin edir. Dəyərlər pozitivdirlər və 
enerji verən ünsürlər rolunda çıxış edirlər. Dəyərlər enerji verici 
və  enerji  paylayıcı,  enerji  ötürücü  amillər  kimi  əhəmiyyət  kəsb 
edir. 
Dəyər  insan  həyatının  əsas  mənasını  özündə  daşıyan 
ünsürlər,  komponentlər  rolunda  çıxış  edir.  Dəyər  qiymətdir, 
qiymətli  olan  vastədir.  Dəyər  maddi  və  mənəvi  olmaqla 
bölgüdən  ibarətidir.  Həm  maddi  dəyərlərin,  həm  də  mənəvi 
dəyərlərin öz tərkibi mövcuddur. Bu mövcud olan komponentlər 
baza  olaraq  enerji  daşıyıcılarıdır.  İnsan  həyatının  dəyər 
kəmiyyəti mövcuddur. Bu dəyər kəmiyyəti məhz insanın özünün 
dəyər subyekti kimi əhəmiyyət kəsb etməsinin əsasında dayanır.  
Maddi dəyərlər o dəyərlərə deyilə bilir ki, insanlar onlardan 
özləri  üçün  istifadə  edirlər,  yararlanırlar  və  onu  qoruyurlar. 
Maddi  dəyərlər  mənəviyyatın  zənginləşməsinə  xidmət  edir. 
Maddi  və  mənəvi  dəyərlər  və  onlara  qiymətlərin  verilməsi 
başlıca  olaraq  insan  xarakterindən  asılı  olur.  Maddi  dəyərlər 
nizamlayıcı əhəmiyyət kəsb edir.  
Dəyərlər  insanların  xarakterlərini  dəyişən  komponentlər 
kimi də əhəmiyyət kəsb edirlər. İnsanlar bu dəyərlərdən istifadə 
edərək öz pozitiv həyatlarını təmin edə bilirlər. Dəyərlər elə bir 
şeylərdir  ki,  insanlar  onlarda  məna  axtarırlar  və  bu  mənalar  da 
poziitiv əsasları özündə cəmləşdirirlər.  
Mənəvi  dəyərlərin  tərkibi  də  insanın  mənəviyyatını  təşkil 
edən  komponentlərdən,  mücərrəd  ünsürlərdən,  hissi  amillərdən 
asılı olur. Mənəvi dəyərlər əxlqi dəyərlərin də əsasında dayanır. 
Əxlaq özü bir mənəvi dəyərdir. 


102 
 
Mənəvi  dəyərlərin  tərkibi  əsasən  bu  kimi  amillər 
üzərində formalaşa bilir: 
 
-qiymətlər –o şeylər qiymətli olur ki, onun əlamətləri insan 
beyinində  dolğun  şəkildə  obrazlanır.  İnsan  qiymətli  şeyləri  bir 
və  ya  da  bir  neçə  obyektdə  və  subyektlə  əlaqədə  tətbiq  edir. 
Burada  insan  hüququ  insanın  özü  üçün  dəyərləndirmə  vasitəsi 
rolunda çıxış edir
-inanclar-özündə 
gümanları, 
inamları, 
əminliyi 
və 
arxayınlığı  əks  etdirən  bir  prosesdir  və  dəyərlərdir.  Bu  kimi 
dəyərlər  mövcud  həyatla  gələcək  həyat  arasında  bağlayıcılığı 
yaradır.  Mövcud  və  gələcək  həyat  dəyərləndirici  müstəvi  ilə 
əhatə olunur. Reallıqla gələcək zaman konkretliliklə mücərrədlik 
vəhdətlənir. İnsan hüquqlarının dövlətdə və cəmiyyətdə təsdiqini 
tapması insanı gələcəyə doğru inanclı edir
-saflıq, 
təmizlik, 
düzgünlük-düzgünlük 
sonrakı 
əyriliklərdən insanların özlərini qoruyur. Belə ki, düzgünlük düz 
olmayanda  ondan  sonra  gələn  xəttin  istiqaməti  dəyişir.  Xəttin 
istiqaməti dəyişəndə insanların həyat axarı da dəyişir. Əyriliklər 
yaranır.  Əyriliklər  burulğanında  insanlar  “itə  bilirlər”. 
İnsanların  obyektivliyi  əks  etdirən  hüquqları  özündə  müəyyən 
şəraitlər  üzrə  ədalətliliyi  meydana  gətirir.  Ədalətlilik  də 
özlüyündə  düzgünlüyü  ehtiva  edir.  Saflıq  bu  və  ya  da  digər 
kəmiyyətdə düzgünlüyü meydana gətirir
-lazımi  anlarda  (zəruri  olan  məqamlarda)  şübhəlilik-
tərəflər  arasında  əminlik,  arxayınlıq  təbii  ki,  düzgünıükdən 
meydana  gəlir.  Düzgünlüyün  əyilməməsi  üçün  əyriliklərin 
qarşısını  almaq  lazım  gəlir.  Bu  anda  şübhəliliyin  ortaya 
qoyulması zəruri amilə çevrilir
-qeyri-şübhəlilik-düzgün  istiqamətlər  üzərində  şübhələrin 
dərinləşməsi  düzgünlüyün  dəyərdən  düşməsinə  səbəb  ola  bilər. 
Bu  baxımdan  da  aydınlıq  və  gerçəklik  üçün  qeyri-şübhəlilik, 
əminlik  və  arxayınlıq  ardıcıl  qaydada  gələn  düzgünlüyün  uzun 


103 
 
trayektoriyasının  formalaşmasına  səbəb  ola  bilər.  Qəti  inam 
hissləri hüququn birxətli trayektoriyasından meydana gəlir; 
-gözəllik  və  xoş  sözlər-gözəllik  həm  material  aləmdə 
mövcud  olur,  həm  də  mənəvi  düzgünlüyü  özündə  əksini  tapır. 
Xoş  sözlər  düzgünlüyün  meydana  gəlməsi  üçün  mülayimliyi 
şərtləndirir; 
-ağıllı  və  müdrik  kəlamlar-ağıllı  fikirlər  aydınlaşdırıcı 
olur. Ağıllı fikirlərin bazasında siqnallar daha çox mövcud olur. 
Müdrik  kəlamlar  isə  pozitivliyin  və  xidmətlərin  əsasında 
dayanır
-xeyirxahlıq,  müdriklik-xeyirxahlıq  yaxşılıqdır  və  bu 
baxımdan  da  ədalətlilikdir.  Xeyirxahlıq  bölüşmədir,  razılıq  və 
paylaşmadır və təcavüzün qarşısını alan dəyərdir
-fəzilət-lüğəti  mənasına  görə  ağıl,  kamal,  elm-mərifət, 
mərdlik,  alicənablıq  kimi  mənaları  əks  etdirməklə,  dəyərli 
xarakterin  formalaşmasına  gətirib  çıxarır.  Yaxşılıq  insanlar 
arasında  münasibət  və  əlaqələrin  normal  axar  ilə  davam 
etməsinə söykənir; 
-məziyyət-lüğəti  mənası  ilə  bir  şeyin,  adamın  üstünlüyünü 
təşkil  edən  xüsusiyyət  olmaqla,  özündə  xeyirxahlığı,  fəziləti  əks 
etdirir. Alicənablıq, xeyirxahlıq bir məziyyətdir və buna görə də 
üstün olan dəyərdir
-şərəf,  namus,  qeyrət-hər  bir  insanın  qoruycu  mənəviyyat 
ünsürü  vardır.  İnsanlar  arasında  sərhdələrin  müəyyən 
olunmasında  şərəf,  namus  və qeyrət  kimi  kriteriyalar böyük rol 
oynayır
-vicdan-etiqad,  inanc  dəyərlərdən  ibarətdir.  Vicdan 
insanların düzgün əməlləri üçün bir kriteriya rolunda çıxış edir;  
-istedad-bacarıq  və  biliklərin  realizə  üsullarındandır. 
İstedad  dəyər  kimi  yaradıcılıq  və  quruculuğun  əsasında 
qərarlaşır, yaradıcılığa və quruculuğa təkan verir; 
-qabiliyyət,  qanacaq,  hörmət  və  mərifət-bu  kimi  mənəvi 
dəyərlər  və  dəyərləndirici  kriteriyalar  düzlük  və  ədalətliliyin 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə