ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə35/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

104 
 
bazasında  dayanır.  İnsanların  düzgün  həyatının  “sükanı” 
rolunda çıxış edir
-sevgi  və  məhəbbət  duyğuları-bu  kimi  mənəvi  dəyərlər 
həyatın  mənasını  daha  da  çalarlı  edir.  İnsanları  bir-birinə 
bağlayır və qarşılıqlı bağlılığı meydana gətiriir
-nailiyyət,  uğur,  qazanc-bu  kimi  kriteriyalar  həyat 
dinamikasının  bazasında  dayanır.  Hər  üç  dəyər  elementi  digər 
dəyərlərin mərkəzləşməsini təmin edir
-xoş niyyət, xoş arzular və xoş münasibət-xoş arzular, xoş 
niyyət  və  yaxşı  münasibətlər  pisliyin  qarşısını  alır  və  gələcəyə 
ümidləri doğurur
-xoşbəxtlik  anları-xoşbəxtlik  məqamlardan  ibarətdir. 
Xoşbəxtlik insan həyatını daha da mənalı edir
-ailə  həyatı-ailə  həyatı  insanın  nizamlı  və  dəyərlərdən 
ibarət  olan  həyatıdır.  Ailə  həyatı  insan  üçün həyat dəyərlərinin 
qazanılmasını təmin edir
-ailə  tərkibi,  ailə  üzvləri  –ailə üzvləri sosial forma olaraq 
ailədə  birlik  yaradırlar.  Ailə  birliyi  insanlar arasında qarşılıqlı 
köməyin əsasında dayanır.  
Dəyərlər  mücərrəd  və  mütləq  olmaqla  iki  baza  aspektə 
bölünə  bilir.  Dəyərlər  ümumiyyətlə  çoxdur  və  mənəviyyat 
dəyərlərini  ifadə  edən  bütün  fikirlər  və  onların  konseptual 
məzmunu insanın maddi-mənəvi bütövlüyünü və mövcudluğunu 
meydana gətirir.  
 
Maddi 
dəyərlərin 
tərkibini 
aşağıdakı 
əsaslarla 
ümumiləşdirmək olar: 
-kainat və təbiət;  
-insanların bioloji bir varlıq kimi özləri; 
-insanlar üçün lazım olan maddi tələbatların əsasları; 
-insanlar üçün lazımi sosial şəraitlər; 
-insanlar üçün lazım olan material əsaslar; 
-insanların  mənəvi  əsaslarını  özündə  bağlayan  digər  maddi 
əsaslar.  


105 
 
Maddi-mənəvi dəyərlərin vəhdəti və hüquqi dəyərlər  
 
İnsan həyatı maddi  aləmdən təşkil olunduğundan  və maddi 
aləmlərin  üstü  (fövqü)  olaraq  mənəvi  aləmdən  təşkil 
olduğundan,  məhz  sistem  və  həm  də  qarışıq  struktur  formasını 
alan  dəyərlərdən  ibarətdir.  Maddi  dəyərlər  sistemi  ilə  mənəvi 
dəyərlər  sistemi  həm  ayrı-ayrılıqda,  həm  də  vəhdətdə  çulğaşır. 
Burada  bir-birinin  üzərində  qurulan  iki  dəyər  xətti  həm 
paraleldir,  həm  də  kəsişəndir.  Ən  əsası  isə  bir-birilərini 
şərtləndirəndir.  İnsanların  istifadə  etdikləri  bütün  nemətlər 
dəyərlərdir.  Həmçinin  material  aləm  də  dəyərlərdən  təşkil 
olunur.  Maddi  və  mənəvi aləmin  dəyərlilik vəhdəti  bu iki aləm 
arasında  mexanizmlər  sayəsində  meydana  gəlir.  Mexanizmlər 
qarşılıqlı  asılılıq  vəhdətini  və  şərtləndiriciliyi  üzərə  çıxarır. 
İnsanlar  maddi  imkanlarından  istifadə  edərək  öz  dəyərli 
aləmlərini formalaşdırırlar. Maddi aləmlə mənəvi aləm arasında 
keçid  maddinin  təkmilləşməsi  və  bu  baxımdan  da  maddinin 
yüngülləşməsi  ilə  xarakterizə  oluna  bilər.  Maddi-mənəvi 
dəyərlər  vəhdətdə,  birləşmədə  daha  da  dəyərli  olur.  Deməli, 
dəyərlər  bütövlüyü,  bütövlük  içərisində  keçidi  transvəhdəti 
meydana  gətirir.  İnsanlar  öz  maddi  durumları  ilə  mənəvi 
dəyərlərini  artırırlar.  Həmçinin  mənəvi  aləmləri  ilə  maddi 
aləmləri  üzərində  nəzarət  funksiyasını  yerinə  yetirirlər.  Maddi-
mənəvi aləm arasında keçidlər təbii ki, insanların maddi-mənəvi 
hüquqlarının 
bütövlüyünü 
şərtləndirir. 
Maddi 
hüquq 
normalarının  yerinə  yetirilməsi  mənəvi  hüquq  normalarının 
icrası  üçün  şəraiti  meydana  gətirir  və  şərtləndirir.  Mənəvi 
dəyərlər  maddi  dəyərlərin  kökündə  qərarlaşır.  Maddi  dəyərlər 
mənəviyyatdan,  onun  tərkibini  təşkil  edən  mənəvi  ünsürlərdən 
formalaşır.  Yəni  mənəvi  qiymət  verilərkən  maddi  amillər  də 
dəyərləndirilir.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  mənəvi 
dəyərlər həm də maddi aləmə verilən şüurlu qiymətin əsaslarını 
təşkil edir. İnsanların mənəvi hüquqlarının dəyəri onların maddi 
hüquqlarının dəyərləri ilə şərtləndirilir. 


106 
 
Azadlıq,  sərbəstlik,  şəxsiyyətin  toxunulmazlığı,  vicdan 
azadlığı,  fikir  azadlığı  kimi  mənəvi  hüquqlar  bu  kimi  əxlaq 
kriteriyalarını  daha  da  statuslu  edir.  Burada  mənəvi  dəyərlərin 
tərkibini  maddi  dəyərlər  zənginləşdirir.  Maddi  asılı  olan  şəxs 
azadlıq dəyərindən tam faydalana bilməz.  
İnsan hüquqları fəaliyyətlə bağlı olduğundan fəaliyyətin özü 
də bir dəyər rolunu oynayır.  
Hüquqi  dəyərlər  daha  çox  inkişaf  etmiş  cəmiyyətlərdə 
yüksək  olur.  Kasıb  cəmiyyətlərdə  dəyərlər  də  itir,  belə  ki, 
hüquqların təmin olunması üçün lazımi resurslar çatışmır. Buna 
görə  də  insan  hüquqlarının  mənəvi  dəyərləri  başlıca  olaraq 
maddi imkanlardan asılı olur. Maddi imkanlar hüquqların təmin 
olunması  üçün  əsasları,  bazaları  meydana  gətirmiş  olur.  Hətta 
adət-ənənələrin  ifrat  dərəcədə  olması  insanların  azadlıq  və 
sərbəstlik kimi mənəvi hüquqi dəyərlərinin tərkibini azaldır.  
 
 
Dəyər və sistemlilik 
 
İnsan  həyatının  fiziki,  bioloji  və  mənəvi  hissələri 
sistemlərdən ibarətdir.  Buna  görə də insanların ətrafla təmasları 
da sistemli əhəmiyyət kəsb edir. Sistemli yanaşma da nizamlılıq 
prinsiplərindən  formalaşır.  İnsanın  maddi,  mənəvi,  fiziki 
mövcudluğu  sistemli  dəyərlərdən  təşkil  olunur.  Deməli,  sistem 
və sistemli yanaşma dəyərdən ibarətdir; çünki hər bir element və 
elementlər  arasında  olan  əlaqələr  dəyərdir.  Sistemin  əsasını 
müxtəlif ölçülü elementlər təşkil edir. Deməli, sistem dəyərlərin 
məcmusunu  təşkil  edən  vahid  dəyərdir.  Hər  bir  element 
müəyyən  məkanlarda  və  zamanlarda,  həmçinin  istifadə 
prinsiplərində  bir  dəyərdir.  Elementlər  vəhdəti  də  dəyərlərdən 
təşkil olunur, dəyərləri meydana gətirir. Ətraf aləmin mahiyyəti, 
forma  və  məzmunu  sistemlilikdən  ibarətdir.  Ətraf  özü  elə 
sistemli bir quruluşa malikdir.  


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə