ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə41/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   36   37   38   39   40   41   42   43   44

122 
 
dövlətin  vəzifəsindən,  ixtiyar  və  səlahiyyətlərindən,  mənsubluq 
xüsusiyyətlərindən formalaşan bir anlayış rolunu oynayır.  
Hüquq  tərəfi  mövcudluğun  özüdür  və  həqiqətdən, 
görünüşdən  və  digər  duyğu  orqanları  ilə  qəbul  edilən  əlamət-
lərdən  ibarətdir.  Hüquq  tərəfi  öz  hüquqlarını  fəaliyyəti 
sferasından  müəyyən  edir.  Tərəf  fəaliyyət  göstərirsə,  deməli, 
canlıdır.  Bu  halda  hüquqlara  malikdir.  Hüquqlar  və  vəzifələr 
fəaliyyət  dairəsini  və  məkanını  müəyyən  etmək  üçündür.  Tərəf 
olaraq dövlət öz əlamətləri ilə obrazlanır və həqiqəti əks etdirir. 
Tərəf dəyərlərdən təşkil olunur, elə dəyərlərin özüdür. Buna görə 
də hüquq dəyərlərin özündən ibarət olur. Dövlət universallaşmış 
dəyər  subyekti  olaraq  dəyərləri  genişləndirir,  çünki  onun 
fəaliyyəti  genişdir.  Bu  genişlənmə  resursları  artırır.  Resurslar 
böyüdücü  əhəmiyyət  kəsb  edir.  Hər  bir  tərəfin  münasibətlər  və 
əlaqələr  sferasında,  hüquqi  müstəvidə  vəzifə  və  funksiyaları 
mövcuddur.  Vəzifələr  və  funksiyalar  hərəkət  sferalarını  və 
hərəkət sərhədlərini müəyyən zamanda və imkanlar çərçivəsində 
müəyyən  edir.  Vəzifələr  və  funksiyalar  dəyərlərdir  və  hüquqi 
gerçəkliklərdir.  Bu  baxımdan  da  bir  dəyəri  yaradır,  şərtləndirir. 
Hüquqi  gerçəkliklər  maddi-mənəvi  aləmdə  büruzə  verir.  Çünki 
hüquqi  müstəvidə  hərəkətlər  var.  Hərəkətlər  də  maddi-mənəvi 
aləmdə formalaşır. Hüquq maddi-mənəvi aləmin tərkibinə haqlar 
verir.  Vəzifə  və  funksiyalar  hüquqların  özünü  yaradır  və 
böyüməsini  meydana  gətirir.  Hüquq  təsdiqedici  faktor  rolunu 
oynayır.  Hüquq  da  mövcud  olan  subyektin  vəzifə  və 
funksiyalarını 
müəyyən 
edir. 
Hüquq 
müəyyən 
qədər 
səlahiyyətləri  olan  subyektin  hərəkətinin  göstəricisidir.  Dövlət 
də  subyektdir,  vəzifə  və  funksiya  tərəfidir.  Öz  tərkibində  çoxlu 
sayda  vəzifələri  və  funksiyaları  olan  ünsürləri  cəmləşdirir.  Bu 
baxımdan  da  dövlətin  də  hüquqları  mövcuddur.  Dövlət  öz 
tərkibini idarəetmə və tənzimetmə obyekti edir. Dövlətin obyekti 
elə  tərkibindən  ibarətdir.  Dövlətin  tərkibi  də  reallıqların 
əsaslarını  yaradır.  Reallıqlar  dəyərlər  üzərində  meydana  gəlir. 
Dövlətin  vəzifə  və  funksiyalarının  əsas  obyekti  onun  tərkibini 


123 
 
təşkil  edən  ünsürlərdir,  elementlərdir.  Dövlət  öz  tərkibi  ilə-
hakimiyyət  və  vətəndaşlar  tərəfləri  ilə  -hüquqlarına  malikdir. 
Dövlət hüquq iki baza tərəfin-hakimiyyətin və vətəndaşların (hər 
kəs  hakimiyyətdə  təmsil  olunur)  hüququndan  ibarətdir.  Bu  iki 
baza  istiqamət  içərisində  isə  çoxlu  sayda  subyektlər  vardır  ki, 
müəyyən hüquqlara sahibdirlər. Hakimiyyətin də vətəndaşlardan 
ibarət  olmasını  nəzərə  alsaq,  onda  belə  qərara  gəlmək  olar  ki, 
dövlətin  hüququ  elə  vətəndaşların,  cəm  halda  isə  xalqın 
hüququndan 
ibarətdir. 
Dövlətin 
hüququ 
vətəndaşların 
hüquqlarının  təminatına  yönəlir.  Burada  dövlət  strukturlaşmış 
formadır  və  onun  hüquqları  da  sistemli  və  strukturlu  mahiyyət 
kəsb  edir.  Dövlətin  özünün  dəyərlər  məcmuəsindən  ibarət  olan 
bir struktur olmasını nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, 
dövlətin  hüququ  elə  dəyərlərdən  ibarətdir.  Dövlət  dəyərlər 
məcmusunu  yaradır  və  məcmunun  özünü  təşkil  edir.  Dövlət 
həqiqi və gerçək bir formasiyadır. Onun fəaliyyəti də görülən və 
digər  vasitələrlə  duyulandır.  Dövlətin  fəaliyyətinə  bağlı  olan 
hüquqları reallığı əks etdirir və həqiqiliyi meydana gətirir.  
Dövlət  hüququ  baza  əsaslarla  dövlətin  konstitusiya 
qaydasında  müəyyən  olunmuş  vəzifə  və  funksiyalarında  əks 
olunur.  Vəzifə  və  funksiyalar  dövlət  hüququnun  obyektinin 
əhatəsini  əks  etdirir.  Dövlət  hüququ  onun  səlahiyyətlərinin 
göstəricisidir.  Bu  göstərici  də  vəzifələrdə  və  funksiyalarda  öz 
əksini  tapır.  Dövlət  hüquq  dövlətin  sərhədlər  daxilində  və 
beynəlxalq  sferada  onun  hərəkətlərini  şərtləndirir.  Dövlət 
hüququ istiqamətləri artırmaqla və genişləndirməklə yeni istiqa-
mətlərdən  ibarət  olur.  Şərtləndirmə  istiqamətləndirmə  ilə 
müəyyən  olunur.  Dövlət  hüququ  dövlət  hakimiyyətinin 
idarəçiliyinə  əsaslanır  və  həm  də  idarəçiliyi  şərtləndirir.  Hüquq 
idarəetmə  ilə  təsdiq  olunur.  Hüquq  idarəetməni  dəyərə  çevirir, 
idarəçilik  də  hüquqi  dəyərləri  meydana  gətirir.  Səlahiyyətlər 
idarəçiliyin  məğzində  dayanır.  İdarəetmə  hərəkətlərdən  ibarət 
olur  ki,  hərəkətlər  də  subyektin  və  obyektin  mövcudluğunu 
ortaya  qoyur.  Dövlət  hüququ  dövlət  və  cəmiyyət  arasında 


124 
 
təmasları,  əlaqə  və  münasibətləri  şərtləndirir  və  onlara  hüquqi 
əsaslar  verir.  Dövlət  hüququ  ionsanların  maraqlarının  təmin 
edilməsini əsas məqsəd hesab edir.  Burada insanların maraqları 
ümumən  pozitiv  məna  kəsb  edir  və  hüquq  da  dəyər  kimi  bu 
maraqları  təmin  etməyə  yənləndirilir.  Dövlət  hüquq  insanların 
maraq kimi mövcud olan dəyərlərinin təmin olunmasına xidmət 
edir.  
Hüququn  tərkibi  dəyərlərdən  ibarət  olduğundan  dövlət 
hüququ  da  dövlət  və  cəmiyyət  üçün  dəyərləri  meydana  gətirir. 
Dövlət  hüququnun  dəyərləri  dövlətin  dəyərli  olmasını 
şərtləndirir. Dövlətin dəyəri onun müdafiə, təminetmə və inkişaf 
kimi strateji funksiyalarından ortaya çıxır. 
Dövlət  öz hüquqlarını  daxildə  və  beynəlxalq sferada daima 
genişləndirir.  Bu  da  dövlətin  istifadə  etdiyi  resurslardan  irəli 
gəlir.  Resurs  artıqlığı  imkanları  böyüdür.  İmkanlar  hüququ 
genişləndirir.  Genişlənmə  dövlətin  real  hərəkətlərini  və 
imkanlarını əks etdirir. Deməli, genişlənmə həqiqiliyin məkanını 
böyüdür. Həqiqət dərinləşmədə daha çox büruzə verir. Hüququn 
dəyərləri  artdıqca  dövlətin  imkanları  və  resursları  da  böyüyür. 
Dövlətin hüquqyaratma, hüquqları qoruma və təminetmə siysaəti 
də dövlətin dəyərlərini genişləndirir, mahiyyətini aşkarlayır. 
Dövlətin  hüququ  (vəzifəsi,  səlahiyyəti,  məsuliyyət  və 
öhdəliyi-hansılar ki, tənzimləmənin əsasını təşkil edir) normalar 
şəkilində  qanunvericilikdə  əks  olunur.  Dövlət  öz  potensialını 
artırdıqca hüquqlarını da böyüdür. Bu baxımdan da hesab etmək 
olar  ki,  potensialın  artmasını  şərtləndirən  dəyərlər  elə  dövlət 
hüququnun özünü meydana gətirir. 
İnsanların  maraqları  vardır.  Bu  maraqlar  realdır.  Real 
olduğundan  da  gerçəkdir.  Deməli,  dövlət  hüququ  gerçəkliyin 
əsaslarını  yaratmış  olur.  Maraqların  real  əsasları  məhz 
hüquqların real mənasını aşkar edir. 
Dövlət hüququ elmin və fəlsəfənin əsas obyektini təşkil edir. 
Dövlət hüququ insan hüquqlarını təmin etmək üçündür və bunun 
baza  fəlsəfi  mənası  da  bundan  ibarətdir.  Dövlətin  hüququ 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə