ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   2   3   4   5   6   7   8   9   ...   44

14 
 
meydana  gətirir.  Fəlsəfə  və  elm  dərin  başlanğıcları  müəyyən 
edir.  Nəticələr 
də  ümumiləşmiş  olur.  Nəticələr 
yeni 
başlanğıclara-tezislərə və anti –tezislərə çevrilir. Fəlsəfi məzmun 
da  sistemlilikdə  yaranır.  Yəni,  fəlsəfə  öz  obyektinə  tərkib  və 
bütöv,  bundan  irəli  gələrək  əlaqələr  və  vəhdət  prizmasından 
yanaşır.  Hər  bir  elementin  xassəsi  onun  sistemdə  rolunu 
müəyyən  edir.  Sistemin  enerjisində,  hərəkətində,  bu  baxımdan 
da forma və məzmununda hər bir elementin öz yeri olduğundan, 
element özünə istiqamətləri cəlb edir. Element istiqamətlər üçün 
müəyyən  trayektorik  nöqtələrdə  başlanğıc  və  son  koordinat 
rolunu  oynayır.  Fəlsəfə  daima  öz  obyektini  ucaldır,  daxilən  və 
ətraflar  üzrə  genişləndirir,  dərinləşdirir  və  kəmiyyətini  artırır, 
dəyərləndirir  və  buna  görə  də  dərin  mənalı  edir.  Aşkarlanma 
proseslərini  dərinləşdirir  və  ətraflar  üzrə  geniş  şəbəkəli  edir. 
Genişlənmə  prosesi  dəyərlərin  artmasına  xidmətə  yönəlir. 
Fəlsəfi  yanaşma  təlim  istiqamətləri  üzrə  pozitiv  və  geniş  təhlil-
lərin  əsaslarını  yaradır.  Bu  baxımdan  da  mürəkkəbliyi  açır, 
həmçinin mürəkkəbliyi  yaradır və elmin sayəsində qısa yolların 
aşkarlığının pozitiv nəticələrini əldə edir.  
Strukturların  ardıcıl  olaraq  yaradılması  müəyyənliyin 
meydana  gəlməsi  prosesidir.  Bir  və  ya  da  bir  neçə  məsələyə 
sistemli, əhatəli olaraq fəlsəfi aspektdən yanaşma həmin obyektə 
konseptuallıq,  çoxməzmunluluq  və  mürəkkəblik  baxımından 
yanaşmadır.  Konseptual  yanaşma  zamanı  obyektlər  arasında 
əlaqələr  zənciri  formalaşır  və  müəyyən  məkan  üzrə  vəhdət  -
bütövlük  meydana  gəlir.  Konseptual  yanaşmada  çoxlu  sayda 
istiqamətlər  mövcud  olur  ki,  bu  istiqamətlər  arasında  olan 
bağlılıq  xüsusiyyətləri  sistemləri  tərkib  və  bütövə,  hissəyə  və 
vahidə  çevirir.  Burada  tətbiq  olunan  metodlar  bağlayıcılıq  yolu 
ilə  elmi  istiqamətləri  təsnifat  və  seçim  yolu  ilə  müəyyən 
etməkdən  ibarət  olur.  Vəhdət  tərkib  elementlərin  rəngarəng-
liyindən formalaşır. Məsələn, beynəlxalq hüquq dövlətlərin ayrı-
ayrı  sahələrdə  müəyyən  etdikləri  hüquqi  aktlarda  (sənədlərdə) 
formalaşır.  Beynəlxalq  hüquq  sistemi  (dövlətlərin  münasibətlər 


15 
 
və  əlaqələr  hüququ,  beynəlxalq  aləmdə  fəaliyyət  hüququ) 
sahələrdə  mövcud  ola  hüquq  normalarının  cəmindən  meydana 
gəlir.  Beynəlxalq  hüquq  fəlsəfəsi  formalaşmış  olur  ki,  bu 
formalaşma da beynəlxalq aləmə canlı və pozitiv istiqamətlərdə 
yanaşmadan ortaya çıxır.  
Fəlsəfə  müxtəlif  məkanlarda  mövcud  olan  qeyri-müəyyən 
vəhdəti  müəyyən  vəhdətə  çevirir.  Burada  artımın  səviyyəsi, 
aşkarlanma  dərəcəsi  elementin  dərəcəsindən  asılı  olur.  Deməli, 
hər  bir  element  sistem  daxilində  elmin  və  fəlsəfənin  obyekti 
rolunu  oynaya  bilir.  Konseptuallıq  sistemli  mənada  və  həm  də 
vahid mənada, bütövləşmiş mürəkkəb məzmundan özünü təsdiq 
etmiş olur. Sistemlilik bir prosesli hal olaraq müəyyən sərhədləri 
olan  və  mexanizmlərə  malik  olan  vasitələrin  qarşılıqlı  hərəkət, 
təmas,  əlaqə  vəziyyətlərinin  bütövlüyü  kimi  başa  düşülə  bilər. 
Burada  hər  bir  elementin  həmin  məkanda  öz  yeri  vardır.  Bu 
baxımdan  da  sistemə  müxtəlif  bucaqlardan  yanaşma  elə  sistem 
tərkibində  hər  bir  elementin  fəlsəfi-elmi  məzmununu  meydana 
gətirmiş  olur.  Fəlsəfi  mahiyyət  o  halda  büruzə  verir  ki, 
ziddiyyətlər  və  paralelliklər  daha  çox  aşkar  olunur,  fikirlərdə 
üzərə çıxır. Fəlsəfə dərin mənalı olan şeyləri özünə obyekt edir. 
Dərin  məna,  geniş  mahiyyət  isə  nəticə  etibarilə  geniş 
faydalardan,  əsaslı  səmərələrdən  meydana  gəlir.  Deməli, hüquq 
fəlsəfəsi,  o  cümlədən,  hüquqla  bağlı  dərin  fikirlər,  müsbət 
mövqelər dəyərlərdən ibarət olur.  
Fəlsəfədə  konseptualizm  başlıca  xəttə  və  əhatəli  düşüncə 
sxeminə  çevrilir.  Konseptualizm  bir  universallaşdırıcı  və 
məxsusiləşdirici  təlimdir  və  buna  görə  də  dəyərlidir.  Konsep-
tualizm  bir  tərəfdən  hüququn  strukturunu,  nəzəri  fikirlərin 
cəmləşmiş  strukturunu  yaradır,  digər  tətəfdən  isə  rəngarəngliyi 
meydana  gətirir.  Konseptualizm  də  tərkib  baxımından  çoxlu 
sayda  istiqamətlərdə  olan  trayektoriyalardan,  bağlayıcılıqldan 
asılı  olur.  Konseptuallığın  yaranmasını  vəhdət  prinsipi  ilə 
bağlayıcılıq  şərtləndirir.  Fəlsəfi  fikrin  qrafik  yolu  ilə  (sxemli, 
struktur  formada)  tərkiblərə  ayrılması  fikir  müstəvisində  olan 


16 
 
rəng çalarlığının əsaslarını meydana gətirmiş olur. Konseptuallıq 
özündə  çoxistiqamətli  yanaşma  üsullarını  əks  etdirir  ki,  belə 
yanaşma  da  sistemə  cəlb  olunan  və  sistemi  meydana  gətirən 
elementlər  toplusunun  əsaslarını  formalaşdırır.  Konseptuallıq 
sistemlilikdir,  daha  çox  əhatəlilikdir.  Əhatəlilik  isə  tərkiblərin 
daha geniş əsaslarla müəyyən olunmasıdır. Bu halda elementlər 
zənciri və istiqamətləri  formalaşmış olur. Elementlər zəncirində 
oxşarlıqlar  və  eyniliklər,  həm  də  onlardan  irəli  gələrək 
müxtəlifliklər  yaranır.  Fəlsəfədə  obyektə  nəzərən,  obyekt 
üzərində  müşahidələr,  nəzarət  etmələr  mövcud  olur.  Bu  müşa-
hidə  və  nəzarət  baza  etibarilə  elementlərin  tərkib  hissələrə 
ayrılmasını  təmin  edir.  Konseptuallıqda,  müstəvi  artımında, 
sfera  genişlənməsində  qeyri-müəyyənliklər  daha  çox  müəyyən-
liklərlə əvəz olunur. Aşkarlanma zamanı müəyyən məkanı əhatə 
edən  elementlər  toplusunun  xarakteri,  bu  baxımdan  da  sistem-
daxili  əsasları  açılır.  Sistemli  yanaşma  buna  görə  də  aydınlaş-
manın  və  gerçəkləşmənin  kəmiyyətini  böyüdür.  Aydınlığın  və 
gerçəkliyin,  həqiqətin  kəmiyyəti  özündə  reallığı  və  düzgünlüyü 
əks etdirir.  
İnsan  hüquqları  anlayışı  fikirlərdə  düzgün  və  həqiqi 
biliklərdən  ibarətdir,  çünki  burada  aşkar  olunmalar  aydın 
olduğuna görə həqiqət də insanlar üçün siqnallarını ötürənlərdir. 
Hüquq  bir  anlayış  kimi  insanın  özü  üçün  mücərrəd  həqiqətdir. 
Aşkar  olunan  hər  bir  şey  düzgündür,  həqiqidir.  Aşkar 
olunmayanlar  da  həqiqiqir,  lakin  onlarda  gizli,  bir  çox  tərəflər 
üçün  açılmamış  həqiqət  mövcuddur.  İnsan  hüquqlarına  dair 
fikirlər  açılarkən  zənginləşmə  prosesi  gedir.  Zənginləşmə 
prosesi  dəyərləri  artırmaqla  yanaşı,  hüquq  dəyərsizliyini  də 
meydana  gətirə  bilir.  Aşkarlanma  zamanı  müstəvi  və  məkan 
genişlənir.  Qeyri-müəyyənliyin  həqiqiliyə  çevrilməsi  prosesləri 
baş  verir.  Burada  proses  sonsuzdur.  Deməli,  hüquqların  və 
maraqların  tükənən  sonu  yoxdur.  Nisbi  sonluqları  və  müəyyən 
koordinatlarda  mütləq  sonluqları  vardır.  Burada  genişlənmə 
prosesləri  həm  dərinə,  həm  də  ətraflara  doğru  baş  verir. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə