ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix17.11.2018
ölçüsü1,74 Mb.
#81039
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

23 
 
bolluğundan  irəli  gəlir.  Həmçinin  müxtəlif  istiqamətlərdən 
yanaşmalar  müxtəlif  predmetlərin  yaranmasını  (müxtəlif  baxış 
bucaqlarının  formalaşmasını)  təmin  edir.  Elm  müstəvilərində 
başlanğıc və sonluqlar çoxdur. Məlumdur ki, bütün istiqamətlər 
sistemliliyə tabedir. Sistemin tərkibini açmaq olmazsa, elmlər də 
yarana bilməz.  
Əslində  vahid  kainat  sistemində  mütləq  məkan  başlanğıcı 
nisbiləşir.  Məntiq  universal  və  məxsusi  qaydada,  yəni  hər  bir 
məxsusi  əlamətləri  ortaya  çıxarmaqla  sonsuz  sayda  cəhətləri, 
əlamətləri müəyyən edə bilər. Bu baxımdan da məntiqin məhdud 
məkanı  yoxdur.  Hər  bir  məkan  özü  bir  məntiqin  predmetidir, 
məntiqin  obyektidir;  çünki  əlaqəli  elementlərdən  ibarət  oldu-
ğundan tərkib və nəticədir. Sonsuz məkanda deduktiv mühakimə 
istiqamətləri elmi istiqamətlərin say çoxluğunu meydana gətirir. 
Məhdud  məkanda,  yəni  kiçik  məkanda  da  çoxlu  sayda  məntiqi 
nəticələrə 
gəlmək 
mümkündür. 
Çünki 
məkanda 
uzun 
məsafələrin  başlanğıcları  və  sonluqları  birləşir.  Burada  məntiq 
daxili  şəbəkənin,  bütöv  sisteminin  daxili  mahiyyətini  axtarmaq 
funksiyasını  yerinə  yetirir.  İstənilən  dərk  prosesi,  düşünmə 
prosesi,  kəmiyyəti  müəyyən  şeyləri,  vasitələri  özünə  obyekt 
seçir.  Obyektlərsiz  dərketmə  yoxdur.  Obyektlərsiz  düşüncələr 
mümkün  deyil.  İnsan  və  onun  fəaliyyəti,  təbiətlə  təmasları 
hüquqi  düşüncənin,  hüquq  fəlsəfəsinin  obyekti  rolunu  oynayır. 
Qeyri-aşkar  şeylər  haqqında  düşünmələr  də  həmin  şeylərin 
mövcud  olması  haqqında  xəbər  verir,  çünki  insan  təbiətdən, 
fövqtəbiətdən  kənar  heç  nə  düşünə  bilməz.  Eləcə  də  ətraf  aləm 
həm  də  təbiətdən  və  fövqtəbiətdən  ibarətdir.  (Qeyd:  belə  hesab 
etmək  olar  ki,  düşüncə  öz  obyektindən  elementlər  axınını  qəbul 
edir. Bir şey haqqında çox düşünmək həmin şeydən enerjini çox 
çəkməyə  gətirıb  çıxarır.  Bu  anda  insanın  daxili  enerjisi  artır, 
artım  əvvəlki  balansı  pozur  (obyektdə  və  subyektdə)  və  yeni 
balansın  meydana  gəlməsinə  qədər  müəyyən  problemlər 
yaşanır.  Buna  görə  də  düşüncələrdən  doymaq,  razılaşmaq  kimi 
cəhətlər meydana gəlmiş olur). Burada obyektlər həm mücərrəd, 


24 
 
həm də konkret ola bilər. Bütün hallarda tərkiblər parçalanır, ya 
da tərkiblərdən bütövlər əmələ gəlir. Fəlsəfə həm mücərrəd, həm 
də  mütləq  şeyləri  özünə  obyekt  seçir.  Bütöv  və  tərkib  elə 
bütövdur.  Tərkib  həm  zərrəcikdir,  hissədir-vahiddir,  həm  də 
bütövdür- vahiddir.  
İnsan  hüquqları  mücərrəd –mənəvi anlayışdır. Lakin həm 
də  konkret  olaraq  maddi-mənəvi  vəhdətin  ifadə  olunmasıdır, 
anlayış  kimi  eləcə  də  maddi-material  aləmin  təcəssümüdür. 
İnsan  hüquqları  insana  xas  olan  bütün  tərkib  və  xarakterik 
cəhətlərin  bazasında  dayanır  (təbii  ki,  maddi-mənəvi  ehtiyac-
lardan  ibarət  olmaqla)  və  bu  cəhətlərin  aşkarlanmasını,  təsdiq-
lənməsini  təmin  edir.  İnsan  insanlara  cəmiyyətdə  və  dövlətdə 
ictimai-siyasi statuslar verir. İnsan hüquqları ümumiləşmiş ifadə 
olaraq,  konseptual  və  bu  baxımdan  bütün  sahələri  əhatə  edən 
dərin  düşüncə  obyekti  kimi  fəlsəfənin  predmetidir.  İnsan 
hüquqları  həm  də  xüsusiləşmiş,  konkretləşmiş  anlayışdır, 
ifadədir.  Bu  baxımdan  da  elmin  obyektidir  və  problemin  həll 
olunmasına  istiqamətlənir.  İnsan  hüquqlarının  insanın  yaşadığı 
cəmiyyətdə  və  dövlətdə  təmin  olunması  problemləri  məhz  bu 
anlayışın  elmin  obyekti  olmasına  səbəb  olur.  Maraqlar  özü  ilə 
insan  hüquqlarını  daşısa  da,  maraqların  fərqliliyi  və  güc  amili 
insan  hüquqları  sahəsində  çarpazlaşmanı  və  “pozuntuları” 
(başqa istiqamətlərə yönəlməni) meydana gətirir. Bir istiqamətdə 
hüquqlar böyüyür, digər istiqamətdə isə məhdudlaşır. Güclülərin 
və  zəiflərin  məkan  uğrunda  mübarizəsi  sayəsində  çox  zaman 
fərdin hüquqları tamamilə itir və fərdin həyatdan “vaxtsız” (əgər 
biz alın  yazısına, tale qismətinə inansaq, onda hesab edə bilərik 
ki,  tənzimləmənin  tərkibi  olaraq  vaxtında)  getməsi  ilə 
nəticələnir.  Onda  hər  şey  zərurət  amilinə  tabe  olur. Çünki təsa-
düflük  fikir  olaraq  yalnız  görünməyən,  əvvəlcədən  hiss 
olunmayan  hadisələrin,  lakin  olmalı  hadisələrin  ifadəsidir. 
Nizamdan  kənar  heç  nə  yoxdur.  Dövlətdə  və  siyasi  əlaqələr 
müstəvisində  nizamın  rəsmi  və  normallaşdırıcı  vasitəsi  hüquq 
normalarıdır.  İnsan  hüquqları  da  zərurətin məhsuludur.  İnsanlar 


25 
 
cəmiyyətdə  və  dövlətdə  yaşayırlar,  bu  bir  zərurət  formasıdır, 
zəruri  əlaqə  və  münasibət  məkanıdır.  Burada  insanların 
hüquqları da zəruri olaraq meydana gələndir; çünki insan dövlətə 
onun azadlığını müəyyən qədər təmin edən qurum kimi baxır.  
Fərqli  subyektlərə  görə  insan  hüquqlarının  zaman  və 
məkanda, 
imkanlar 
daxilində 
təmin 
olunmasının 
əsas 
problemləri  meydana  gəlir.  Bu  problemlərin  aşkarlanması  və 
həll  olunması  funksiyasını  elm  həyata  keçirir.  Elm  sistemin 
tərkibində  olan  elementin xassəsini  öyrənir və  elementin xassə-
sini  onun  funksiyasında  bağlayır.  Elm  fəlsəfəyə  xidmət  etmiş 
olur.  Elm  (burada  fəlsəfi  hüquqşünaslıq  –insan  hüquqlarının 
fəlsəfəsi  anlayışını  sistemləşdirən  elm  və  fənn  istiqaməti)  insan 
hüquqlarının insanlararası münasibətlər və əlaqələrdə, insanların 
cəmiyyətlə  və  dövlətlə  əlaqə  və  münasibətlərində,  insanların 
inkişafa  müvafiq  olaraq  hüquqları  ilə  bağlı  problemlərini, 
ümumiyyətlə  isə  fəlsəfi  kateqoriyalarla  bağlı  problemlərini 
aşkarlamaq  funksiyasını  həyata  keçirir.  Həyata  keçirmə  daha 
çox  məzmun  üzərində  yüklənir.  Mahiyyətin  aşkar  olunması 
məqsəd  kimi  çıxış  edir.  Bu  istiqamətdən  çıxış  edərək  hesab 
etmək olar ki, insan hüquqlarının dəyərliliyi amili onun problem 
kimi həll olunmasında (həll olunma elə aydınlaşma prosesidir və 
təminatı özündə  əks  etdirir)  universal  etalonlar kimi istifadəsini 
zəruri  edir.  Dövlət,  cəmiyyət,  hakimyyət,  vətəndaş,  idarəetmə 
(onun  subyekti  və  obyekti,  obyektinin  meydana  gətirdiyi 
predmet), tənzimləmə (obyekt və subyekt), müşahidə (obyekt və 
subyekt) məhz dəyərlərdən ibarət olur.  
İnsan  hüquqları  alidir,  çünki  dəyərlidir,  bütün  tərkib 
dəyərlərin  özüdür  və  bu  baxımdan  da  onun  dərk  olunmasında 
ontoloji  (varlıq)  və  qnoseoloji  (idrak)  təlimləri  mühüm  rol 
oynayır. Varlıq təlimi insanı və onun maraqlarını obyekt edir, 
məna  axtarır,  bioloji-fiziki  mahiyyəti  üzərə  çıxarır,  idrak 
təlimləri isə insanların şüuru fəaliyyətlərinin əsaslarını, müəyyən 
obyektlərə  müxtəlif  yanaşma  tərzlərini  öyrənir,  sistemləşdirir, 
ümumiləşdirir  və  baxışları  təhlil  edir.  Epistemologiya  (həqiqi, 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə