14
meydana gətirir. Fəlsəfə və elm dərin başlanğıcları müəyyən
edir. Nəticələr
də ümumiləşmiş olur. Nəticələr
yeni
başlanğıclara-tezislərə və anti –tezislərə çevrilir. Fəlsəfi məzmun
da sistemlilikdə yaranır. Yəni, fəlsəfə öz obyektinə tərkib və
bütöv, bundan irəli gələrək əlaqələr və vəhdət prizmasından
yanaşır. Hər bir elementin xassəsi onun sistemdə rolunu
müəyyən edir. Sistemin enerjisində, hərəkətində, bu baxımdan
da forma və məzmununda hər bir elementin öz yeri olduğundan,
element özünə istiqamətləri cəlb edir. Element istiqamətlər üçün
müəyyən trayektorik nöqtələrdə başlanğıc və son koordinat
rolunu oynayır. Fəlsəfə daima öz obyektini ucaldır, daxilən və
ətraflar üzrə genişləndirir, dərinləşdirir və kəmiyyətini artırır,
dəyərləndirir və buna görə də dərin mənalı edir. Aşkarlanma
proseslərini dərinləşdirir və ətraflar üzrə geniş şəbəkəli edir.
Genişlənmə prosesi dəyərlərin artmasına xidmətə yönəlir.
Fəlsəfi yanaşma təlim istiqamətləri üzrə pozitiv və geniş təhlil-
lərin əsaslarını yaradır. Bu baxımdan da mürəkkəbliyi açır,
həmçinin mürəkkəbliyi yaradır və elmin sayəsində qısa yolların
aşkarlığının pozitiv nəticələrini əldə edir.
Strukturların ardıcıl olaraq yaradılması müəyyənliyin
meydana gəlməsi prosesidir. Bir və ya da bir neçə məsələyə
sistemli, əhatəli olaraq fəlsəfi aspektdən yanaşma həmin obyektə
konseptuallıq, çoxməzmunluluq və mürəkkəblik baxımından
yanaşmadır. Konseptual yanaşma zamanı obyektlər arasında
əlaqələr zənciri formalaşır və müəyyən məkan üzrə vəhdət -
bütövlük meydana gəlir. Konseptual yanaşmada çoxlu sayda
istiqamətlər mövcud olur ki, bu istiqamətlər arasında olan
bağlılıq xüsusiyyətləri sistemləri tərkib və bütövə, hissəyə və
vahidə çevirir. Burada tətbiq olunan metodlar bağlayıcılıq yolu
ilə elmi istiqamətləri təsnifat və seçim yolu ilə müəyyən
etməkdən ibarət olur. Vəhdət tərkib elementlərin rəngarəng-
liyindən formalaşır. Məsələn, beynəlxalq hüquq dövlətlərin ayrı-
ayrı sahələrdə müəyyən etdikləri hüquqi aktlarda (sənədlərdə)
formalaşır. Beynəlxalq hüquq sistemi (dövlətlərin münasibətlər
15
və əlaqələr hüququ, beynəlxalq aləmdə fəaliyyət hüququ)
sahələrdə mövcud ola hüquq normalarının cəmindən meydana
gəlir. Beynəlxalq hüquq fəlsəfəsi formalaşmış olur ki, bu
formalaşma da beynəlxalq aləmə canlı və pozitiv istiqamətlərdə
yanaşmadan ortaya çıxır.
Fəlsəfə müxtəlif məkanlarda mövcud olan qeyri-müəyyən
vəhdəti müəyyən vəhdətə çevirir. Burada artımın səviyyəsi,
aşkarlanma dərəcəsi elementin dərəcəsindən asılı olur. Deməli,
hər bir element sistem daxilində elmin və fəlsəfənin obyekti
rolunu oynaya bilir. Konseptuallıq sistemli mənada və həm də
vahid mənada, bütövləşmiş mürəkkəb məzmundan özünü təsdiq
etmiş olur. Sistemlilik bir prosesli hal olaraq müəyyən sərhədləri
olan və mexanizmlərə malik olan vasitələrin qarşılıqlı hərəkət,
təmas, əlaqə vəziyyətlərinin bütövlüyü kimi başa düşülə bilər.
Burada hər bir elementin həmin məkanda öz yeri vardır. Bu
baxımdan da sistemə müxtəlif bucaqlardan yanaşma elə sistem
tərkibində hər bir elementin fəlsəfi-elmi məzmununu meydana
gətirmiş olur. Fəlsəfi mahiyyət o halda büruzə verir ki,
ziddiyyətlər və paralelliklər daha çox aşkar olunur, fikirlərdə
üzərə çıxır. Fəlsəfə dərin mənalı olan şeyləri özünə obyekt edir.
Dərin məna, geniş mahiyyət isə nəticə etibarilə geniş
faydalardan, əsaslı səmərələrdən meydana gəlir. Deməli, hüquq
fəlsəfəsi, o cümlədən, hüquqla bağlı dərin fikirlər, müsbət
mövqelər dəyərlərdən ibarət olur.
Fəlsəfədə konseptualizm başlıca xəttə və əhatəli düşüncə
sxeminə çevrilir. Konseptualizm bir universallaşdırıcı və
məxsusiləşdirici təlimdir və buna görə də dəyərlidir. Konsep-
tualizm bir tərəfdən hüququn strukturunu, nəzəri fikirlərin
cəmləşmiş strukturunu yaradır, digər tətəfdən isə rəngarəngliyi
meydana gətirir. Konseptualizm də tərkib baxımından çoxlu
sayda istiqamətlərdə olan trayektoriyalardan, bağlayıcılıqldan
asılı olur. Konseptuallığın yaranmasını vəhdət prinsipi ilə
bağlayıcılıq şərtləndirir. Fəlsəfi fikrin qrafik yolu ilə (sxemli,
struktur formada) tərkiblərə ayrılması fikir müstəvisində olan
16
rəng çalarlığının əsaslarını meydana gətirmiş olur. Konseptuallıq
özündə çoxistiqamətli yanaşma üsullarını əks etdirir ki, belə
yanaşma da sistemə cəlb olunan və sistemi meydana gətirən
elementlər toplusunun əsaslarını formalaşdırır. Konseptuallıq
sistemlilikdir, daha çox əhatəlilikdir. Əhatəlilik isə tərkiblərin
daha geniş əsaslarla müəyyən olunmasıdır. Bu halda elementlər
zənciri və istiqamətləri formalaşmış olur. Elementlər zəncirində
oxşarlıqlar və eyniliklər, həm də onlardan irəli gələrək
müxtəlifliklər yaranır. Fəlsəfədə obyektə nəzərən, obyekt
üzərində müşahidələr, nəzarət etmələr mövcud olur. Bu müşa-
hidə və nəzarət baza etibarilə elementlərin tərkib hissələrə
ayrılmasını təmin edir. Konseptuallıqda, müstəvi artımında,
sfera genişlənməsində qeyri-müəyyənliklər daha çox müəyyən-
liklərlə əvəz olunur. Aşkarlanma zamanı müəyyən məkanı əhatə
edən elementlər toplusunun xarakteri, bu baxımdan da sistem-
daxili əsasları açılır. Sistemli yanaşma buna görə də aydınlaş-
manın və gerçəkləşmənin kəmiyyətini böyüdür. Aydınlığın və
gerçəkliyin, həqiqətin kəmiyyəti özündə reallığı və düzgünlüyü
əks etdirir.
İnsan hüquqları anlayışı fikirlərdə düzgün və həqiqi
biliklərdən ibarətdir, çünki burada aşkar olunmalar aydın
olduğuna görə həqiqət də insanlar üçün siqnallarını ötürənlərdir.
Hüquq bir anlayış kimi insanın özü üçün mücərrəd həqiqətdir.
Aşkar olunan hər bir şey düzgündür, həqiqidir. Aşkar
olunmayanlar da həqiqiqir, lakin onlarda gizli, bir çox tərəflər
üçün açılmamış həqiqət mövcuddur. İnsan hüquqlarına dair
fikirlər açılarkən zənginləşmə prosesi gedir. Zənginləşmə
prosesi dəyərləri artırmaqla yanaşı, hüquq dəyərsizliyini də
meydana gətirə bilir. Aşkarlanma zamanı müstəvi və məkan
genişlənir. Qeyri-müəyyənliyin həqiqiliyə çevrilməsi prosesləri
baş verir. Burada proses sonsuzdur. Deməli, hüquqların və
maraqların tükənən sonu yoxdur. Nisbi sonluqları və müəyyən
koordinatlarda mütləq sonluqları vardır. Burada genişlənmə
prosesləri həm dərinə, həm də ətraflara doğru baş verir.
Dostları ilə paylaş: |