ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə11/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

32 
 
mənasını  bütöv  görmək  funksiyasını  qarşıya  qoyur.  Fəlsəfə  və 
elm birlikdə təfəkkürdə aləmlər arasında vəhdət yaradır, aləmləri 
təsnif  edir,  yəni,  tərkibinə  görə  seçir,  əlamətinə  görə  ayırır.  Bu 
baxımdan  da  dəyərlərin  tərkibi  genişlənir.  Dəyərlər  şüur  və 
materiyanı  vəhdətləşdirir  və  insanın  ümumi  hüquqlarının 
əsaslarını meydana gətirir. İnsanlar elm və fəlsəfə yolu ilə bütün 
şeylərin  mənalarını  dərin  edir.  Əlamət  və  tərkib  bir-birini 
şərtləndirir,  əlamət  tərkibdən  ibarət  olur,  tərkibin  təzahürünü 
yaradır.  Fəlsəfə  məhz  ümumiləşdirilmiş  və  xüsusiləşdirilmiş 
məzmunda  dəyərlərdən  ibarətdir.  Buna  görə  də  dəyərlərin 
konseptuallığı və əhatəliyi-geniş məkanı əhatə etməsi- fəlsəfənin 
obyektidir.  Fəlsəfə  dəyərlərin  əsaslarını,  forma  və  məzmununu, 
mahiyyətini  elm  yolu  ilə  məntiqi  mühakimələr  çıxarmaq  üsulu 
ilə  öyrənir.  Bu  halda  fəlsəfə  öz-özünü  sübuta  yetirmiş, 
təsdiqləmiş  olur.  Fəlsəfəni elm həm  dəyərli edir, həm də aşkar-
lanmanın  qeyri-düzgün  istiqamətləri  mövcud  fəlsəfi  fikirlərin 
əhəmiyyətini  endirmiş  olur.  (Yanaşma  subyektiv  olduğundan 
daha  çox  həmin  yanaşmanı  edən  şəxs  üçün  həqiqi  və  real 
görünür. Başqası üçün isə aşkarlanma, aydınlaşma proseslərində 
həqiqilik  meydana  gəlir).  İnsan  hüquqlarının  qarşılıqlı  şərtlən-
diriciliyi  də  dəyərlərin  əsaslarını  meydana  gətirmiş  olur.  İnsan 
hüquqlarının  universal  mahiyyətində  və  tərkibində  elementlər 
olaraq  dəyərlər  toplandığından  da  hüquqlar  dəyərlər  sistemini 
özündə cəmləşdirir. İnsan hüquqları insanların daxili aləmləri ilə 
onların  xarici  aləmlərinin  vəhdətini  meydana  gətirir.  Dəyər 
insanların  bütün  varlığının  (məxluqun  tərkibinin,  yəni 
substansiyanın  atributlarının)  əsaslarını  təşkil  edir.  İnsan 
fikirləri,  maddi-mənəvi,  mücərrəd  və  konkret vasitələr  üzərində 
əlaqələr  formalarıdır  və  bundan  meydana  gələn  yollar, 
istiqamətlər  dəyərlərdir.  Buna  görə  də  bütün  mövcudluqlar 
(məxluqlar),  yaranışlar,  hətta  yaradanın  (xaliqin)  özü  dəyər 
olaraq  fəlsəfənin,  dərin  və  xeyirli  düşüncənin  obyektidir. 
İstənilən bir şeydə böyük məna, geniş məzmun dəyər verməkdə 
əksini  tapır.  Fəlsəfə  insanları  geniş  məna  etibarilə  özünə 


33 
 
məzmun  edir.  Yəni,  insan  özünüdərk  düşüncəsini  yaşayır. 
İnsanın  hüququ  dəyər  kimi  insanın  özünü  təsdiqinə  şərait 
yaradır.  Dərin  düşünmə  ətraflara  və  dərininə  doğru  siqnalları 
qəbul  etməkdən  ibarət  olan  bir  prosesdir.  İnsan  fəaliyyətinin 
nəticələri,  onların  quruculuq  və  yaradıcılıq  qabiliyyətləri  bir 
dəyərdir.  Əldə  olunan  nəticələr  də  dəyərdir.  Başlanğıclar  və 
sonluqlar  dəyərlərdir.  İnsanların  inancları  və  hadisələrə 
subyektiv baxışları da insanların müstəqil varlıq kimi dəyərlərini 
meydana  gətirir.  İnsanların  fəaliyyət  sxemləri,  bu  baxımdan 
yolları,  hərəkət  üsulları  dəyərlərdir.  Əldə  olunan  məhsullardan 
düzgün istifadə qaydaları da dəyərlərdir. Hüquq normalarla ifadə 
olunaraq  əldə  olunan  məhsullardan  istifadə  üsullarını,  normalar 
və qaydalarını meydana gətirir və istifadəçilərə haqlar verir. Bu 
baxımdan da dəyərlərdən təşkil  olunur.  Haqq dəyərləri müdafiə 
edir. Dəyərlər də haqqın  müdafiəçisi rolunda çıxış edir. Haqqın 
özü  də  dəyər  rolunu  oynayır,  əsasən  dəyərin  özüdür,  çünki 
insanlar  üçün  lazımdır.  İnsanlar  üçün  etalon  rolunu  oynayır  və 
dəyər ölçüsü kimi əhəmiyyət kəsb edir.  
İnsan  həyatının  nizamlanması  prosesləri  dəyərlərdən 
ibarətdir.  Nizamlama  prosesləri  dəyərlərin  mexanizmlərinin 
əsaslarını  təşkil  edir.  Hüquq  normaları  tənzimedici  və  ölçülər 
müəyyənedici  olduğundan  dəyərlərdən  ibarət  olur.  İnsanlar 
arasında  əlaqələri  tənzim  edən  dövlət,  dövlət  hakimiyyəti,  o 
cümlədən  hüquq  normalarını  yaradan,  onların  icrasını  təmin 
edən  və  hüquq  normalarını  qoruyan  (hüquq  normaları  nəzəri 
olaraq  mövcud  olur  və  tətbiq  zamanı  qorunur,  ümumi  tətbiq 
olunan  qayda  rolunu  oynayır)  hüquq  normaları  sistemi  dəyər-
lərdən  ibarətdir.  Dövlət  siyasətinin  bütün  pozitiv  istiqamətləri 
dəyərlərdən  təşkil  olunur.  İnsanların,  cəmiyyətin  dəyərlərini 
qoruyan  üst  qurumlardır.  Çünki  dövlətin  əsas  funksiyası  elə 
xidmətlər  göstərməkdən  ibarətdir.  Dövlət  dəyərli  qurumdur, 
həmçinin  dəyərləri  təmin  edən  əsas  potensial  tərəfidir.  Dövlət 
insan  fəaliyyətinin  nəticələri  olaraq  əldə  olunan  resursların 
istifadə qaydalarını və normalarını meydana gətirən, aşkar edən 


34 
 
dəyərə  çevrilir.  Dəyərlər  insanların  özlərinə  xidmət  edən  bütün 
vasitələr:  alətlər  və  subyektlərdir.  Buna  görə  də  nizamlama 
qaydaları,  nizamlama  mexanizmləri,  nizamlama  üsulları, 
nizamlama  prosesləri  dəyərləri  özündə  cəmləşdirir.  Dövlət 
quruluşu  və  dövlətin  funksiyası  dəyərlərdən  ibarətdir  və 
dəyərlərin özlərini meydana gətirir.  
Bütün hüquqi (qanunvericilikdə) proseslər gerçəkliklərdən, 
həqiqiliklərdən  ibarətdir.  Həqiqilik də dəyərdir.  Həqiqiliyin də 
öz  nisbəti  (aşkar  olunma  miqdarı)  vardır.  Çünki  gerçəkliyin, 
aşkar  olunmanın  da  öz  nisbəti  mövcuddur.  Həqiqi  məzmun 
dəyərlərin  epistemoloji  əsaslarını  ortaya  qoymuş  olur.  (Qeyd: 
hüququn  pozitiv  mənada  normalarda  və  qaydalarda  öz  əksini 
tapması  hüququn  subyektivlikdən  obyektivliyə  keçidini  təmin 
edir.  Obyektivlik  hər  kəs  tərəfindən  qəbul  edilməli  olan 
normalarda  və  qaydalarda  əksini  tapır.  Hüquqi  münasibətlərdə 
“hər  kəs  normaya  tabedir” prinsipi normanın özünü obyektiv 
və həqiqi edir. Burada subyektivlik də obyektivlikdən çıxış edir. 
Hüquqda  epistemoloji  biliklər  məhz  hüquq  normalarının 
qanunvericilik halında mövcud olmasından irəli gəlir). Müəyyən 
qədərdə  olan  dəyərin  özü  də  həmin  qədərli  gerçəklikdir. 
Gerçəklik  də  duyğu  orqanları  ilə  qəbul  olan  bütün  şeylərdir, 
varlıqlardır.  Gerçəkliyin  aşkar  olunması  dərəcəsi  məhz 
dəyərlərin  dərəcəsini,  miqdarını,  kəmiyyətini  ortaya  çıxarır. 
Dərketmənin,  duyğu  orqanları  vasitəsilə  qəbul  etmənin  həddi 
dərk  edən  üçün  dəyərlərin  həddini  müəyyən  edir.  İnsan  üçün 
müəyyən  bir  şeyin  dəyəri  həmin  insanın  dərketmə  dərəcəsi  və 
səviyyəsi  ilə  müəyyən  olunur.  Əhəmiyyət  və  faydalılıq 
dərketmənin dərəcəsi ilə əlaqəlidir.  
Hüquq  normaları  dəyər  olaraq  mövcud  olur,  yaranır, 
fikirlərin  məhsulu  kimi  meydana  gəlir.  Hüquq  normaları 
maraqları  qoruyur  və  toqquşmaların  (maraqlar  sferasında, 
maraqlar  müstəvisində)  qarşısını  almaq  funksiyasını  yerinə 
yetirir. Deməli, hüquq normaları qoruyucu dəyər vasitəsi rolunu 
oynayır.  Dəyər  olduğundan  da  məqsədli  şəkildə  nizamlamanın 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə