ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə12/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

35 
 
əsaslarına  çevrilir.  Hüquq  normaları  insanların  özlərindən  asılı 
olmayaraq da mövcud olur və bu baxımdan da dəyərlər sonra da 
qazanılır. Dəyərlər mövcud və qazanılmış olmaqla şaxələnməyə 
məruz  qalandır.  Hüquq  normalarının  əvvəlcədən  mövcudluğu 
təbii  ki,  insanın  fərdi  qaydada  hüquq  sisteminə  malik  olan 
dövlətdə dünyaya gəlməsidir. Məsələn, təzə dünyaya göz açmış 
şəxslərin  hüquqlarını  təmin  etmək  üçün  əvvəlcədən  normalar 
mövcud olur. Onlar ilk olaraq vətəndaşlıq (onlara qədər mövcud 
olan  hüquqi-siyasi  status  forması)  əldə  edirlər  və  bununla  da 
ictimai-siyasi  vasitə  olan  hüquq  normalarından  istifadə  edirlər. 
Dəyərlər  məxsusi-universal  əsaslarla  nəzəri  olaraq  onların 
gəlişindən  qabaq  da  olur  və  uşaqlar  zaman-zaman  həmin 
dəyərlərdən istifadə etməyə çalışırlar.  
Dəyər  verilən  qiymətdir.  Təbii  ki,  daha  çox  təsnif  olunan, 
dərəcələnən  pozitiv  qiymətdir.  Verilən  qiymət  isə  fəlsəfi 
məzmuna  malik  olur.  Dəyərlərin  yüksəlməsi  elementlərin 
faydalılığının yüksəlməsi ilə xassələnir. Dəyərlər özündə yüksək 
diqqəti və əhəmiyyəti əks etdirir. Buna görə də fəlsəfi əhəmiyyət 
kəsb  edir.  İnsan  hüquqları  insanların  maddi-mənəvi  təsdiqini 
verən bir qiymətdir.  
Dəyər  özü  də  həqiqi  biliklərdən  ibarətdir.  Biliklər  reallıq-
ların  ifadəsidir,  faktların  obrazlanmasının  ifadə  olunmasıdır. 
Biliklərdə  əlamətlər  mövcud  olur,  əlamətlərin  obrazları 
məlumatlara  çevrilir.  Əlamətlərin  təzahürü  və  forması  siqnallar 
şəkilində  qəbuledicidə  bilikləri  meydana  gətirir.  Reallıqlar  da 
gerçəkliklərdir.  Deməli,  hüquq  normaları  dəyər  olaraq  gerçək 
biliklərdə,  obrazlanmış  ifadələrdə  öz  əksini  tapır.  Bu  subyektiv 
və  subyektivlikdən  meydana  gələn  obyektivlik  də  ola  bilər. 
Dəyər  həqiqi  olanı  həm  subyektiv,  həm  də  obyektiv  edir.  Bir 
məsələ, hadisə və ya da şey bir şəxs üçün dəyərli, digərləri üçün 
isə dəyərsiz olur. Məxsusi dəyərlər böyük məkanda mövcud olan 
universal dəyərlərin əsaslarını təşkil edir.  
İnsan  hüquqları  maddi-mənəvi  aləmin,  insanların  maddi-
bioloji  və  mənəvi  tərkiblərinin  əsaslarını  və  maddi-mənəvi 


36 
 
haqlarını,  ixtiyar  və  səlahiyyətlərini  meydana  gətirir.  İnsan 
hüquqları  insanların  mənəvi  mövcudluğunu  hər  bir  ictimai 
məsələdə,  münasibətlərdə  və  əlaqələrdə  təsdiq  etmiş  olur. 
Mənəviyyat  dəyər  olduğundan  hüquq  da  dəyər  kimi  onun 
təsdiqləyicisi  funksiyasını  yerinə  yetirir.  Hüquq  özü  insan 
həyatının tərkibinə, insanların ictimai fəaliyyətinə verilən haqdır, 
daha  doğrusu  qarşılıqlı  olaraq  tərəflərin  təbii  haqların  siyasi 
aspektdə  qəbul  olunmasıdır.  Hüquq  ictimai  və  siyasi  status 
olmaqla, insan həyatının  dinamikasını qəbul edən bir anlayışdır 
və  ictimai  münasibətləri  qaydalarla  tənzimləyən  normaları 
tanıyan və qəbul edəndir. Hər bir müsbət addım və onun tərkibi 
haqdır. Pozitiv məqsədlər, maraqlar, mənafelər, istəklər, arzular, 
meyllər  haqdır.  Yəni,  təbii  olan  və  hərəkətlərlə  bağlı  olan 
dəyərlər  haqdır,  təbiətdən  və  fövqəltəbiətdən  insanlara  verilən 
haqdır.  Cəmiyyəti,  dövləti,  bəşəriyyəti  qorumaq  və  yeni-yeni 
dəyərlər  əldə  etmək  üçün  insanlar  öz  aralarında  onu  qəbul 
ediblər ki, mənfi əməllər, ictimai təhlükəli aktlar törədilməsin və 
insan hərəkətləri dövlət tərəfindən nəzarətdə saxlanılsın. İnsanlar 
dövlət adlanan dəyərli qurumlara da xidmət etsinlər ki, özlərinin 
dəyərlərini  qoruya  bilsinlər.  Çünki  dövlət  olmasa  (hüququn 
məkanda və zamanda müəyyən  kəmiyyəti -artıb-azalan miqdarı 
var)  hüquqlar  sərhədləri  arasında  kəskin  toqquşmalar  yarana 
bilər.  Dövlət  cəmiyyətin  sabitliyinin  qarantı  kimi  mühüm 
funksiya  daşıyır.  Hüquq  həm  universal,  həm  də  fərdi  mənalar 
kəsb  edir.  Bu  baxımdan  da  dəyərlər  universal  və  fərdidir. 
Universallıq və fərdilik kəmiyyətlə əlaqəlidir. Universal dəyərlər 
bütün  insanlar  üçün  baza  olaraq  ümumi  xətləri  müəyyən  edir. 
Fərdi  dəyərlər  isə  ümumi  xətlər  içərisində  həm  fərdin  haqqını 
müəyyən  edir,  həm  də  fərdin  haqqını  şaxələndirir.  Qeyd 
olunduğu  kimi,  hüquq  siyasi,  mənəvi  və  ictimai  bir  statusdur. 
Status da verilən dəyərdir. Status hüququ və dəyərləri əhatə edir. 
Hüquq  insanlara  həm  ictimai,  həm  məişət  xarakterli,  həm  də 
siyasi  məzmunlu  statuslar  verir.  Statuslar  gerçəkləşdirici, 
həqiqətə 
çevirici 
funksiyanı 
meydana 
gətirir. 
Hüquq 


37 
 
normalarının  təsnifatının  epistemoloji  əsasları  da  buradan 
meydana  gəlmiş  olur.  Hüquq  özü  universal  bir  dəyərə  çevrilən 
status  rolunu oynayır.  Deməli,  status  dəyərdir.  Hüquq insanlara 
maddi,  bioloji  və  sosial  qurumlara  inteqrasiya  olunmaq, 
assosiasiya  olunmaq,  qurumları  yaratmaq  üçün  statuslar 
(səlahiyyətlər,  ixtiyarlar  verən  hüquqi  vəziyyətlər)  müəyyən 
edir.  Status  hüquqi  səlahiyyətləri  və  funksiyaları  müəyyən edir. 
Status  dəyər  olaraq  həmçinin  hüquqi  rejimləri  və  vəziyyətləri 
müəyyənləşdirir. Hüquqi rejimlər və vəziyyətlər pozitiv mənada 
dəyərləri ifadə edir. Status özü də universal və konkret-məxsusi 
dəyərə çevrilir. Bu baxımdan da insanlar siyasi, sosial və bioloji-
maddi  dəyərə  malik  olan  ünsürlərdir.  Dövlət,  onun  tərkibi  olan 
hakimiyyət,  strukturlar,  cəmiyyət,  vətəndaş  birlikləri,  fərdi 
vətəndaşlar  dəyərli  ünsürlərdir.  Siyasətin  istiqamətləri,  ümu-
miyyətlə, bütün pozitiv hərəkətlər dəyərlərdən ibarətdir. İnsanlar 
və  onların  yaratdıqları  bütün  sosial-siyasi  qurumlar,  münasi-
bətlər  və  əlaqələr  formaları,  mücərrəd  və  real  vasitələr  dəyərli 
vasitələr  hesab  olunurlar.  Müstəvilərin  aşkarlanması  kon-
tekstində dəyərlər dəyişir, ardıcıl olaraq bir-birini əvəzləyir. Bu, 
hər  şeydən  öncə  həyatın  dinamik  əsasları  ilə  bağlı  olur.  Ancaq 
köklü  dəyərlər  təbii  olduğundan  və  təbii  hüquqların  özü 
olduğundan  dəyişməz  və  bütün  hallarda  transfer  olunan  olur. 
Resurslar artdıqca azadlıqlar da artır. Sərbəstliklər genişlənir.  
İnsan özü təbii bir dəyərli varlıqdır. İnsanı xarakterizə edən, 
onun  tərkib  komponentlərini  formalaşdıran  bütün  ünsürlər, 
komponentlər  dəyərlərdən  təşkil  olunur.  İnsan  daxilən  dəyərli 
olmaqla,  öz  xarici  aləmini  də  dəyərlərin  qazanılması  ilə 
kontaktda  formalaşdırır.  Hüquq  normaları  da  insanın  daxili  və 
xarici aləmi arasında bağlayıcılığı meydana gətirir.  
Maddi aləm və onun yuxarısı və təkmil forması olan mənəvi 
aləm  (mənəvi  aləm  maddi  aləmin  müəyyən  nöqtələrdə  olan 
zirvəsidir  və  demək  olar  ki,  kiçik  hissələrə  bölünmüş  tərkibin 
birləşməsindən  yaranan  bütövdür)  dərk  olunur.  Hər  iki  aləm 
dərketmənin  obyektinə  çevrilir.  Hər  iki  aləmin  tərkib 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə