ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.

səhifə13/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

38 
 
komponentləri və istiqamətləri dərketmənin əsaslarını təşkil edir. 
Komponentlər  maddi-mənəvi  dəyələr  sistemini  formalaşdırır. 
Hər  iki  aləmin  tərkib  ünsürləri  dəyərlərdən  təşkil  olunur. 
Buradan  da  maddi  dəyərlər  sistemi,  həmçinin  mənəvi  dəyərlər 
sistemi formalaşır. Maddi və mənəvi aləmin tərkib ünsürləri cəm 
halda  dəyərlərin  sistemli  əsaslarını  təşkil  edir.  Dəyərlər  toplusu 
maddi-mənəvi aləmin vəhdətini meydana gətirir. Dəyərlər də bu 
baxımdan  tərkib  hissələrdən  ibarət  olur.  Dəyərlərin  tərkib 
hissələri  maddi  və  mənəvi  aləm  üzərində  formalaşan 
qiymətlərdən  asılı  olur.  Qiymətlər,  dəyərlər  istifadə  zamanı, 
tətbiq  zamanı  əhəmiyyətlərdə,  faydalılığın  dərəcəsində  özünü 
göstərir.  
Dəyər  maddi  aləmə  verilən  mənəvi  qiymətdir.  Eyni 
zamanda  mənəvi  aləmin  özünə  verilən  qiymətdir,  dəyər-
ləndirmədir.  Dəyərləndirmə  isə  nemətdir,  faydalanmaq  üçün 
əsasdır.  Dəyər  müsbət  və  faydalı  əsaslarla  qiymət  verməklə 
dərketmənin  obyektidir,  həm  də  dərketmə  obyektinin  (məsələn, 
hüququn  dəyərli  olması  onun  obyekt  kimi  dərk  olunmasından 
ibarətdir) faydasının əsaslarıdır. İnsan hüquqlarının dəyərləri də 
dərk  olunur.  Bu  anda  insan  öz-özünü  dərk  edir.  İnsan 
hüquqlarının  dəyərlərinin  qiymətləndirilməsi  bir  istiqamət  kimi 
dərketmənin müəyyən obyektləridir.  
Hüquq  və  normaların  bütün  istiqamətləri  hüququn  obyekti 
olduğundan,  həm  də  dəyərlərin  obyektidir,  mənbəsidir.  Hüquqi 
dəyərlərin  öyrənilməsi  hüququ  dəyər  obyekti  kimi  müəyyən 
edir.  Buradan  da  aksiologiyanın  insan  hüquqları  predmeti 
formalaşmış olur.  
Qeyd  olunduğu  kimi,  insan  hüquqları  dərk  olunur. 
Dərketmə  duyğu  orqanları  vasitəsilə  qəbul  edilən  siqnalların, 
axınların,  axınların  hərəkətindən  yaranan  enerjinin  beyində 
aydınlaşma  prosesi  kimi  qəbul  olunmasıdır.  Enerjinin  ardıcıl 
qəbulu  zərrəcikləri  axınıdır  ki,  bu  da  aydınlaşmanı  meydana 
gətirəndir.  Axının  sürəti  beyində  zərrəciklərin  miqdarını  artırır 
və  nəticədə  aydınlaşma  və  dərketmə  böyüyür.  Dərketmə 


39 
 
böyüdükcə  aşkarlılıq  da  artır.  Artan  aşkarlılıq  sadəlikdən 
mürəkkəbliyə, ondan da təkmilləşərək yenidən sadəliyə çevrilir. 
Aydınlaşma  daha  da  yaxınlaşma  və  siqnalların  qəbul  edilən 
mərkəzlərdə  özünə  daha  böyük  məkan  əldə  etməsidir.  Siqnal 
axınlarının  kütləsi,  miqdarı  çox  olanda  mərkəzdə  xüsusi  çəkisi 
də yaranır. Obyektin əlamətləri özünə mərkəzdə daha çox məkan 
əldə  edir.  Siqnal  axınları  çoxluğu  beyində  əlamətin  obraz-
lanmasını  güclü  edir.  Buna  görə  də  qeyri-müəyyən  olan 
obyektlərin  (hətta  uzaqlıqda  yerləşən  obyektlər)  müəyyənliyə 
çevrilməsi 
həmin 
obyektlərin 
siqnallarının 
axınlarının 
kəmiyyətindən  asılı  olur.  Uzaqda  yerləşən  obyektlərin  enerjisi 
çox olanda həmin obyektlərin siqnallarının digər tərəfdən (qəbul 
edənlər  tərəfindən)  qəbulu  da  çox  olur.  Siqnalların  dalğalarının 
qısa  olması  və  sürətinin  çox  olması  yaxınlaşmanı  və  o  da 
özlüyündə aydınlaşmanı  meydana  gətirir. Aydınlaşmanın artımı 
dərketmənin  dərinləşməsidir.  Aydınlaşma  əlamətlərin  daha  çox 
aşkar  olunmasıdır.  Bu  baxımdan  da  yaxın  məsafə  daha  çox 
dərindən  dərk  olunur,  çünki  axan  elementlər  özlərinə  daha  çox 
yerlər  əldə  edirlər.  Qəbul  olunan  mərkəzdə  elementlərin 
kütləsinin  çoxluğu  aydınlaşmanın  böyük  olmasına  əsas  verir. 
İnsan  hüquqlarının  mahiyyəti  dərinləşən  düşüncələr  kon-
tekstində daha çox aydınlaşır.  
Dərketmənin  dərinliyi  aydınlaşmanın  dərinliyindən  çox 
asılıdır.  Aydınlığın  artması  isə  obyektə  daha  da  yaxına 
getməkdən  asılıdır.  Bu  da  obyektin  əlamətlərini  xassələndirən 
siqnalların  (enerjinin)  çox  yaxınlaşmasıdır.  Düşüncələr  yaxına 
getməni təmin edir, çünki düşüncə artdıqca obyektdən daha çox 
siqnalları  qəbul  edir.  Axın  sürəti  çox  olduqda  mərkəzdə  qəbul 
olunan zərrəciklərin kütləsi də çoxalır. (Qeyd: belə hesab etmək 
olar  ki,  insanın  və  digər  canlıların  yaşadıqları  planet  digər 
planetə  və  Günəşə  siqnal  ötürürlər  və  onlardan  siqnallar  qəbul 
edirlər.  Buradan  da  enerji  mübadiləsi  prosesləri  baş  verir). 
Obyektin  kütləsi  çox  olanda  ondan  gələn  siqnalların  kəmiyyəti 
də  çox  olur.  Buna  görə  də  böyük  həcmli  obyektlər  daha  yaxşı 


40 
 
dərk  olunur,  qəbul  edilir.  (Gözə  görünməz  Allah  da  hər 
tərəfdə olduğundan, eləcə də sonsuz böyüklükdə olduğundan 
insanlar  tərəfindən  inanclarında  daha  böyük,  sonsuz  həddə 
böyük  formada  dərk  olunur.  O,  daima insanın daxilində və 
zahirində  insanı  müşayiət  edir.  İnsan  öz  həyatını  onun 
içərisində  axtarır.  Allah  nizamın,  qüvvənin,  tarazlaşdıranın 
özüdür  və  o  qədər  “mikrodur”  ki,  gözə  görünmür,  o  qədər 
makrodur ki, insan onun içərisində qərarlaşır. Allahın daxili 
həm  də  bütün  canlıların  daxilidir.  İnsan  daima  Allahı  hiss 
edir). Obyektə yaxın getmə, axının güclü olması aydınlaşmanın 
artması  demək  olur.  Bu  baxımdan  da  gerçəkləşmə  prosesləri 
güclənir.  Hadisələrin  daha  çox  aşkar  olunması  gerçəkləşmənin, 
müəyyənliyə  çevrilmənin  daha  çox  olmasına  səbəb  olur.  Buna 
görə  də  həqiqi  biliklər  haqqında  epistemoloji  təlim  öz 
əhəmiyyətini artırır və epistemoloji təlim dəyərə və əsaslı idrak 
təliminə çevrilir.  
Dərketmənin  istiqamətləri  müxtəlifdir.  Bu  baxımdan  da 
məkanı  və  cəhətləri  müxtəlidir.  Obyektlər  müxtəlif  olduğundan 
dərketmə  də  müxtəlif  olur.  Dərketmənin  məkanı  həm  yaxın 
bağlayıcılıqdan ibarət ola bilər, həm də vahid sistemdə obyektlər 
arasında  olan  məsafəni  uzada  bilər.  Burada  artıq  dərketmənin 
koordinatları  arasında  yaxınlıq  və  uzaqlıq  meydana  gəlir. 
Aksiologiya  epistemologiyanın  bazasında  da  qərarlaşır  və 
həqiqətin dəyəri predmet rolunu oynayır.  
Dərketmə  burada  həm  də  zaman  və  zaman  ardıcıllığına 
əsaslana bilər. İnsanlar müxtəlif zamanlarda baş verən hadisələri 
dərk  edə  bilərlər,  eləcə  də  zaman  ardıcıllığında  meydana  gələn 
hadisələr  arasında  bağlayıcılığı  aşkar  edə  bilərlər.  Buradan  da 
dəyələrin  şərtləndirici  vəhdəti  və  bağlayıcılığı  meydana  gəlmiş 
olur.  (Qeyd:  bağlayıcılıq  müəyyən  elementlər  vasitəsilə  həyata 
keçirilir.  Bu  elementlər  də  nizamlı  olaraq  digər  elementləri 
bağlayır.  Eyniliklərin  harmonik  əsasları,  yəni  fərqliliklərin 
bağlanması  elə  dəyərləri  meydana  gətirir.  Bir  xətt  boyunca 
mövcud  olan  eynilik  digər  xətt  boyunca  olan  eyniliyi  bağlayır. 




Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə