ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə14/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

41 
 
Buradan  da  fərqlilik  üzərə  çıxır.  Fərqlilik  sistemdə  kəmiyyət 
fərqlərindən  və  forma  fərqlərindən  ortaya  çıxan  bir  haldır, 
formadır,  vəziyyətdir).  Bu  baxımdan  da  dərketmə  prosesi 
konkret müstəvi və mücərrəd müstəvi üzrə, xəyali müstəvi üzrə 
həyata  keçirilə  bilər.  Müstəvilərdə  uzaq  və  yaxın  məsafələr 
dərketmədə  birləşə  və  vəhdət  təşkil  edə  bilər.  İstiqamətlərin 
müxtəlifliyi  sahələr  müxtəlifliyindən  ortaya  çıxır.  Dərketmənin 
genişlənməsi  yaradıcılığı  və  quruculuğu,  bu  baxımdan  da 
fəaliyyəti  genişləndirir.  Düşüncə  fərqliliyi  əsasən  təbiətdə, 
kainatın  vahid  sistemində  mövcud  olan  rəngarəngliklərdən, 
bununla  əlaqədar  olaraq  meydana  gələn  müxtəlif  siqnallardan, 
eləcə  də  siqnalların  emalından  asılıdır.  Düşüncə  fərqi  enerjinin 
fərqli  təsirindən,  obyektin,  mənbənin,  subyektin  fərqli  qəbu-
lundan  yaranır.  Düşüncə  fərqliliyi  rənglərdən  meydana  gələn 
çalarların zənginliyidir. Düşüncə fərqliliyi tərkibin zənginliyidir. 
Bu  baxımdan  da  dərketmənin  fərqli  əsasları  məkan,  zaman  və 
varlıq  prinsiplərinə  söykənir.  Məkan  böyüdükcə  varlıq  geniş-
lənir,  varlıq  genişləndikcə  əlaqələr  və  təsirlər  fərqləri  meydana 
gəlir.  Burada  sürət,  enerji,  qüvvə  və  kəmiyyət  amili  məhz 
dərketmənin  fərqliliyini  meydana  gətirir.  İnsan  fəaliyyətinin 
müxtəlifliyi də fikirlərin, dərketmənin müxtəlifliyini şərtləndirir, 
aşkarlayır.  Subyektiv  qabiliyyət,  istedad  amili,  məlumat  almaq 
və  emal  etmək  bacarığı,  eləcə  də  daha  çox  məkanlarda  olmaq 
imkanları  kəmiyyət  baxımından  düşüncə  fərqlərini  yaradır. 
Kəmiyyətin  düşüncələrdə  mövcudluğu  da  düşüncələrin  key-
fiyyətini  meydana  gətirir.  Sistemlilikdə  daha  çox  əlamətlərin 
aşkar  olunması  və  əlamətlərin  siqnallarının  qəbul  olunması 
dərketmənin  fərqli  əsaslarını  meydana  gətirir.  Dərketmə  həm 
tərkib etibarilə zəngin olan daxili fərqlərdən yaranır, burada həm 
də  sahələrin  müxtəlifliyindən  fərqlilik  üzərə  çıxır.  Deməli, 
dərketmə dərəcələnir, eləcə də təsnif olunur. 
Məlumdur  ki,  dərketmə  tərkib  etibarilə  təsnif  olunan 
universal  bir  qabiliyyətdir.  Həmçinin  fərdi  və  subyektivdir. 
Dərketmə  konstruktivlik  və  bağlayıcılıq  əsasında  genişlənir. 


42 
 
Konstruktivlik  bütün  obyektlərdə  tərkib  və  bütövün  əsaslarını 
ortaya  çıxarır.  Düşüncələrin  ardıcıllığı  dərketmənin  ardıcıllığını 
yaradır.  Düşüncə  və  dərketmə  ardıcıllığı  dəyərlər  şəbəkəsini 
formalaşdırır.  Dərketmə  konkretlilik  və  mücərrədliliyi meydana 
gətirir. Duyğu orqanları və onların meta əsaslı fəaliyyəti, fövqəl 
hissiyyatlar  dərketməni  bir  qədər  fövqə  qaldırır.  Fövqə  qalxma 
dərketmənin  qeyri-müəyyənliyi  ilə  müəyyənliyini  vəhdətdə 
birləşdirir.  Dərketmənin  genişlənməsi  həm  də  fikirlər  ardı-
cıllığından  və  şərtlənmənin  ardıcıllığından  meydana  gəlir.  Fikir 
fikirləri  şərtləndirir,  burada  emal  proseslərinin  artımı  elə 
dərketmənin  sahəsini  böyüdür.  Dərketmənin  istiqamətləri  və 
obyektləri  genişlənir.  Dərketmə  insanlar  arasında  qarşılıqlı  fikir 
mübadilələri apararkən, eləcə də diskussiyalar həyata keçirərkən 
böyüyür.  Böyümə  də  siqnal mübadilələri  zamanı  enerji axınları 
sayəsində  mövcud  olur.  Dərketmə  böyüdükcə  elementlər 
arasında əlaqələr də daha çox aşkar olunur. 
Hüquq  ümumi  və  humanitar  sahə  olmaqla,  universal 
dərketmə  obyektinə  çevrilir.  Hüququ  dərk  etmək  üçün  onun 
müxtəlif  sahələrini  obyektə  cəlb  etmək  lazımdır.  Hüququn 
dərketmə  sahələri  insanların  fəaliyyət  istiqamətlərindən  asılıdır, 
eləcə də müxtəlif bucaqlardan olan düşüncələr hüququn müxtəlif 
dərketmə  obyektlərini  formalaşdırır.  Dəyər  özü  bir  dərketmə 
istiqamətidir.  Dəyərlər  həm  universal,  həm  də  fərdi  əsaslarla 
dərk oluna bilir. Hər bir dəyərin öz obyekti var. Hüququn dəyəri 
onun  bütün  sahələrində  mövcuddur,  çünki  hüquq  özü  elə  bir 
nemətdir,  hər  bir  sahədə  mövcuddur.  Dəyər  hüquq  anlayışını 
həm  universal,  həm  də  fərdi  qaydada  dərk  etdirir.  Dəyərlər 
hüquq anlayışı üzərində mühafizəkarlığı meydana gətirir. Dəyər-
lərin  dərk  olunması  üsulları  onun  metodologiyasını,  dərketmə 
əsaslarını  ortaya  çıxarır.  Eyni  zamanda  dəyərlərin  məzmununu 
aydınlaşdırır.  Dəyərlər  fəlsəfi  kateqoriyalara  uyğun  olaraq 
aydınlaşır, əhəmiyyəti aşkar olunur.  
Hüquqlar  dəyərdir,  vəzifələr  də  dəyərdir.  Onların  hər  ikisi 
vəhdətdədir. Hər ikisi dəyərləri özündə daşıyır. Vəzifələrlə bağlı 


43 
 
olan  dəyərlər  hüquqların  tərkibinin  dəyərlərini  yaradır.  Bu 
baxımdan  vəzifələrin  tərkib  etibarilə  yerinə  yetirilməsi  məhz 
dəyərlərin yaranmasına səbəb olur. Vəzifələr və hüquqların dərk 
olunması  onların  metodoloji  aspektlərini,  elmi  əsaslarını 
meydana gətirir. 
Fəlsəfi-məntiqi  metodlar,  obyektə  deduktiv  və  induktiv 
yanaşmalar  üsulları  məhz  hüquqi  dəyərlərin  tərkiblərini 
aşkarlayır.  Hüquqi  dəyərlərin  tərkibləri  arasında  bağlayıcılığın 
özü elə bütövlüyü meydana gətirir. Bu baxımdan da hesab etmək 
olar  ki,  dəyərlər  vəhdət  olan  hüquqi  sistemdən  ibarət  olur. 
Dəyərlər  hüququn  subyektini  də  dəyərli  edir.  Ümumiyyətlə  isə 
hüquq subyektlərinin  azadlıqları  və  sərbəst  fəaliyyətləri, burada 
sərbəst  imkanları  məhz  dəyərlərin  sistemli  tərkibini  meydana 
gətirir. Dəyərlər dərəcələnir, təsnif olunur. Məsələn, müqayisədə 
nisbətən  dəyərli  olmaq  amili  meydana  gəlir.  Dəyərlərin  əsası 
elementlərin məkanları və məkanda olan tutumları, həcmləri ilə 
müəyyən oluna bilir.  
Aksiologiya  dəyərlərin  öyrənilməsinin  elmi  əsaslarını 
özündə 
cəmləşdirir. 
Dəyər 
əlaqələrdə,  münasibətlərdə, 
fəaliyyətdə və təbiətlə təmasda tətbiq olunur. (Qeyd: aksiologiya 
–yun.axia-dəyər  və  logos-təlim,  anlayış,  söz-  dəyərlərin  təbiəti, 
onların  əsasları  və  mənşəyi,  mövcudluğu,  funksiyası,  fərqli 
dəyərlərin  tipləri  və  iyerarxiyaları  (predmetlər, hadisələr,  məh-
sul,  həmçinin  insanlar  üçün  tarixi,  sosial,  mədəni  əhəmiyyəti 
olan  ənənələr,  norma  və  ideallar)  haqqında  fəlsəfi  təlimdir.  Bu 
sahədə  biliklərin  cəmləşməsi  və  fəlsəfi  fənn  ondan  ibarətdir  ki, 
dəyərlərin  mənası  yaranır.  Burada  yalan  və  həqiqət,  etikada 
xeyir  və  şər  nəzəri  olaraq  dərk  olunur.  Dəyərlər  və  qiymətlər 
arasında  əlaqələr  məsələsində  suallar  qoyulur.
1
  Aksiologiya 
fəlsəfənin  bir  qolu  kimi,  dəyərlərin  təbiəti  və  tipləri  ilə  əlaqəli 
                                                 
1
 Энциклопедия эпистемологии и философии науки. Аксиология. 
Epistemology_of_science.academic.ru/17/aксиология. 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə