ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə15/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

44 
 
olmaqla,  əxlaq,  metafizika, din və estetikaya bağlıdır.
2
) Hüquq-
ların aksioloji baxımdan öyrənilməsində əsas məqsəd hüquqların 
dəyər  tərkibinin  araşdırılmasından  ibarətdir.  Hüquq  normaları 
cümlələrdə və ifadələrdə əks olunur.  Buradan da nəzəri əsasları 
meydana  gəlmiş  olur.  Hüquqla  biliklərin  formal  bərabərliyi 
ortaya çıxır. Hüquq dəyərlərinin öyrənilməsi hüquq normalarının 
mahiyyətinin  aşkarlanması  mənasını  verir.  Aksiologiya  elmi-
metodoloji  bir  sistemdir.  Sistemli  öyrənmədir.  Hüquq  universal 
və məxsusi anlayışlardan ibarətdir. Deməli, hüquq anlayışlarına 
dəyərlər vermək hüququn universal və məxsusi dəyər əsaslarını, 
universal və məxsusi dəyərlərini meydana gətirmiş olur. (Qeyd: 
elmi  yanaşmalara  əsasən,  hüququn  aksiologiyası  –hüquqi 
dəyərlər  haqqında,  qanunun  hüquqi  əhəmiyyəti  (pozitiv  hüqu-
qun) və dövlətin əhəmiyyəti haqqında təlimdir.
3
 Bir çox hallarda 
leqistik  (qanuni)  dəyər  anlayışından  da  istifadə  olunur.  Hüquq 
fəlsəfəsində 
-hüququn 
ontologiyası(hüququn 
mövcudluğu 
haqqında  təlim),  hüququn  qnoseologiyası  (hüququn  dərk  olun-
ması  haqqında  təlim),  leqistik  ontologiya  (hüququn  normativ-
hüquqi  səndələrdə  əks  olunması  haqqında  təlim),  leqistik 
qnoseologiya  (bu  təlimə  görə  hüquq  haqqında  biliklər  dövlətin 
rəsmi  bəyanatında  əks  olunur),  libertar-hüquqi  ontologiya  (bu 
yanaşmaya  görə  hüququn  mövcudluğu  hüquqi  əhəmiyyət  kəsb 
edən  qanunların  mövcudluğu  ilə  eynilik  təşkil  edir.  Burada 
obyektiv  hüquqi  mövcudluğu  əks  etdirən  pozitiv-hüquqi  hadi-
sələr,  formal  bərabərliklər  mövcuddur.
1
  Daha  bir  elmi  izaha 
əsasən,  hüquqi  aksiologiya  (legal  axiology)  hüquq  fəlsəfəsinin 
bir  qolu  olandan  bəri  –hansı  ki,  hüquqi  dəyərlər  problemini 
nəzərdən keçirir və hüquqi model yaradacaq dəyərləri izah edir. 
Aksiologiyanın  mövcudluğu  ona  görə  əhəmiyyətlidir  ki,  hüquq 
                                                 
2
 Axiology.www.yourdictionary.com/axiology  
3
 Предмет и проблем юридической 
аксиологии.www.centrlaw.ru/publikacii/page35/page37/index.html. 
1
 Правовая аксиология. Список терминов. web-local.rudn.ru/web-
local/uem/ido/fil_p/gloss.htm#Gloss_5  


45 
 
sistemi  daxilində  dəyərlərin  rolunu  əks  etdirir.  Cəmiyyət 
dəyərlərinin  formasiyası  (quruluşu)  hüquq  sisteminin  layihəsini 
müəyyən edir
2
) . 
 
Hüquq  həm  də  gerçəkliklərdən  və  həqiqətlərdən  ibarətdir. 
Hüquq  realdır,  reallıq  gerçəklikdir.  Deməli,  həqiqət  elə 
reallıqdadır  və  hüquqlardadır.  Hüquqların  epistemoloji  baxım-
dan  öyrənilməsi  də  mümkündür.  (Qeyd:  epistemologiya  –
yun.episteme-bilik,  logos-təlim-fəlsəfi-metodoloji  bir  fənndir, 
hansıda  ki,  biliklərin  quruluşu,  funksiya  və  inkişafı  öyrənilir. 
Burada  epistemolgiya  qnoseologiya  ilə  eyniləşir.  Fərq  də 
mövcuddur. Qnoseologiya “subyekt-obyekt”, epistemologiya isə 
“obyekt-bilik” (biliyin obyektiv strukturu) aspektindən yanaşma 
edir  və  bilik  obyekt  kimi  götürülür.  Epistemologiyanın  əsas 
problemləri:  bilik  necə  qurulub?,  elmi-nəzəri  və  praktiki 
fəaliyyətdə  biliyin  obyektivləşməsi  və  mexanizasiyası  prob-
lemləri nələrdən ibarətdir?, biliklərin hansı tipləri mövcuddur?, 
“həyatın”,  biliklərin  dəyişməsi  və  inkişafı  üzrə  hansı  ümumi 
qanunları  mövcuddur?  Burada  obyekt  ideal  və  real  əsaslara 
malik olur
1
.) Hüquqların təbiiliyi, qnoseoloji və ontoloji əsasları 
onun  epistemoloji  bazasını  meydana  gətirmiş  olur.  İnsan  təbii, 
real  və  gerçək  bir  məxluqdur.  Buna  görə  də  hüquqi  biliklər 
həqiqdir.  Həqiqidir,  ona  görə  ki,  subyektiv  və  obyektivdir. 
Hüquqi  biliklər  subyektlərin  nəzəriyyələrindən,  baxışlardan 
meydana  gəldiyindən  həqiqi  və  gerçək  olur.  Hüquq  (norma 
olaraq)  gerçək  biliklərin  obyektidir.  İnsan  hüquqları  həqiqidir, 
real  və  gerçəkdir.  Normalarda  insan  hüquqlarının  ümumi 
aspektləri və konkret aspektləri öz əksini tapır. Hüquq normaları 
insan  hüquqlarını  reallaşdırır  və  gerçəkləşdirir.  Buradan  da 
həqiqilik meydana gəlir. İnsan hüquqları həqiqi biliklərin obyek-
                                                 
2
 Anais Guillemot. Legal axiology from the philosophy of Law. August 29, 
2012. http://www.akimoo.com/2012/legal-axiology-from-the-philosophy-
of-law 
1
 А.Ю.Бабайцев. Эпистемология. 
terme.ru/dictionary/175/word/yepistemologija 


46 
 
tinə  çevrilir.  Hüquqi  biliklər  obyektivdir  və  müəyyən  quruluşa, 
formaya  malikdir.  Mənaları  mövcuddur,  onun  mənası  reallığın 
qnoseoloji  və  ontoloji  əsaslarla  dərk  olunmasındadır.  Elmdə 
hüququn  epistemologiyası  dedikdə,  “hüquqi  düşüncələr”in 
müxtəlif  sahələr  üzrə  komplektləşdirilməsi  başa düşülür: hüquq 
nəzəriyyəsi,  hüquq  sosiologiyası,  hüquqi  və  sosial  psixologiya, 
hüquq fəlsəfəsi kimi düşüncə istiqamətləri mövcuddur.
2
 
 
Hüququn  fəlsəfəsi.  Hüququn  fəlsəfəsi  anlayışın  dərin  və 
çalarlı  fəlsəfi  məzmununda  formalaşır.  Subyektiv  və  obyektiv 
analiz hüququn aksioloji və epistemoloji əsaslarını formalaşdırır. 
Subyektiv  analizlər  müəyyən  xətlər  üzrə  cəmləşərək  obyektiv 
analizi meydana  gətirir.  Hüququn  fəlsəfəsi  anlayışa müxtəlif və 
sistemli  yanaşma  təlimindən  meydana  gəlir.  Hər  bir  təlim 
istiqaməti  özündə  başqa  istiqamətləri  də  cəmləşdirir.  Müəyyən 
müstəvi  üzrə  fikir  cərəyanları  sistemi  formalaşır.  Hər  bir 
istiqamətin tərkibi digər istiqamətlərin tərkibləri ilə bağlanır. Bu 
halda  təlimlər-elmlər,  fənlər  meydana  gəlir.  Təlimlər  hüquq 
anlayışının  müxtəlif  bucaqlardan  formalaşmasını,  bu  baxımdan 
çoxaspektli  izahının  yaranmasını  təmin  edir.  Hüquq  fəlsəfəsi 
hüquq anlayışına universal və məxsusi yanaşmanı təmin edir. Bu 
yanaşma  sayəsində  hüquq  anlayışının  dərin  mahiyyəti  dərk 
olunur. Hüququn tərkibi, forma və məzmunu hüquq fəlsəfəsində 
aşkar  olunur.  Mahiyyət  açılır.  Hüquq  fəlsəfəsi  anlayışa  sistemli 
yanaşmadan  meydana  gəlir.  Burada  tərkib  fərqləri,  seçim 
fərqləri  sistemin  daxilində  təsnifatı  və  çoxşalarlılığı  meydana 
gətirir.  Hüquq  fəlsəfəsi  özündə  hüququn  tərkibini  təşkil  edən 
material-maddi  resurslarla  mənəvi  resurslar  arasında  bağla-
yıcılığı  təmin  edir.  İnsanların  hüquqlarının  mahiyyətini  onların 
maraqları  kontekstində  izah  edir.  Hüquq  anlayışına  geniş 
yanaşma  o  halda  meydana  gəlir  ki,  təlimlər çox olur və hər bir 
                                                 
2
А.И. Овчинников. Эпистемология правового мышления. metodologlab. 
narod.ru/pravo/st4.htm 
 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə