ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.

səhifə16/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

47 
 
istiqamət də dərin mənanı aşkar edir. Bütün təlimlər vahid hüquq 
anlayışının  pozitiv  mahiyyətini  aşkarlayır.  Hüquq  təfəkkür 
piramidasının  başında  və  ətraflarında  öz  mahiyyətini  aşkar  edir 
və mənasını aydınlaşdırır.  
Hüquq  fəlsəfəsi hüquqların təminedici, qoruyucu və inkişaf 
etdirici  əhəmiyyətini  önə  çəkir.  Burada  hüququn  zaman  və 
məkanla təmin olunmasının əsaslarını üzərə çıxarır.  
 
 
Allahın varlığını dərk etmək -insan hüquqlarının dəyərli 
və  həqiqi  biliklərdən  ibarət  olması  qənaətinə  gəlmək 
kontekstində 
 
İnsan  makronun,  makro  məkanın  tərkibində  bir  mikro 
strukturdur.  Formasının  ətraf  aləmə,  təbiət  və  kainata  nisbətən 
kiçikliyi  bunu  deməyə  əsas  verir.  Eyni  zamanda  öz  məkanında 
məzmun  etibarilə  makrodur.  Daxili  çox  zəngindir,  yəni, 
istiqamətlər,  elementlər  birləşmələri,  eləcə  də  hərəkətlərinin 
tərkibi  çoxdur.  Daxili  mahiyyəti  çoxçalarlıdır.  Daxili  struk-
turunun  mürəkkəbliyi  də  bunu  deməyə  əsas  verir.  İnsan  makro 
məkandan  aldığı  siqnalların  mikro  məkanda  sintezini  və 
analizini  meydana  gətirir.  İnsan  böyüklükdən  kiçikliyə  doğru 
ölçü müstəvisində və vəhdətində məkanın içərisindədir, eləcə də 
kiçik  məkanda  böyük  məzmunludur.  İnsanın  böyük  məzmunu 
elə  insanların  özləri  tərəfindən  müəyyən  olunur.  Bu  da  insanın 
kainatın içərisində kiçik olmaqla, böyük mənalar kəsb etməsinə, 
dərin  mahiyyətə  malik  olmasına  sübutdur.  İnsan  öz  tutumunda, 
məkanında  təkmilləşmiş  makrodur.  İnsan  makro  mühitin  də 
içərisində  olmaqla  müəyyən  siqnalları  (məkanda  və  zamanda 
dəyişən  siqnalları)  emal  etmək  funksiyasını  yerinə  yetirir. 
Təkmilləşmiş varlıq olduğundan da özünün qərar tutduğu makro 
məkanda  siqnalları  qəbul  edə  və  dərk  edə  bilir.  İnsanın  daxili 
aləmi  makro  mühitdən  siqnallar  qəbul  edir,  eləcə  də  makro 
mühitə  siqnallar  göndərir.  İnsanın  daxili  strukturu  onun  xarici 


48 
 
ilə, ətraf makro məkanla siqnallar mübadiləsində olur. Ətrafdan 
kifayət qədər (öz vücudu və beyni ilə) siqnallar qəbul edə bilir. 
İnsan planet, Günəş, digər ulduzlar və fövqtəbiətin siqnallarının 
əhatəsindədir.  Bu  əhatə  mühitində  siqnal  kəmiyyətindən  yalnız 
öz  payını  götürür.  Deməli,  insan  hər  bir  siqnalı  tuta  bilməz. 
Universal  forma  universal  olaraq  siqnalların  qəbulunu  həyata 
keçirir.  Bu  baxımdan  da  insanlar  vahid  qanunlara  tabe  ola 
bilirlər.  Lakin  məxsusi  qabiliyyət  də  mövcuddur.  Bu  qabiliyyət 
və  istedad  məxsusi  konstruktivliyə  əsaslanır.  İnsan  cəmləşmiş 
forma və məzmunu özündə daşıyan modeldir, kainatın bir kiçik 
nümunəsidir,  eləcə  də  kainatın  davamıdır,  təbiətə  təsir 
göstərəndir. Bu baxımdan fövqtəbiətin tərkib hissəsidir. Təbiətə 
təsir  imkanlarının  mövcudluğu  insanın  davam  olan,  yəni  təbiət 
üzərində  müəyyən  qədər  “səlahiyyətləri”  olan  bir  quruluş 
(varlıq)  olmasını  sübuta  yetirir.  İnsan  bütün  aləmlər  kimi 
kainatın  tərkibidir.  Kainat  sonsuzdur,  buna  görə  də  makrodur, 
ölçüyəgəlməzdir.  Deməli,  insan  yalnız  bu  makro  sonsuz 
məkanda  öz  siqnal  payı  olan  məxluqdur.  İnsanın  siqnal  qəbul 
etmək  imkanları  daxili  potensial  baxımından  onun  istedad  və 
qabiliyyətinə əsaslanır. İnsan makromühitin kiçik bir modelidir, 
çünki  makronu  dərk  edə  bilir.  Makromühitin  daxilində  bir 
mikrodur. İnsanın daxili orqanları və ümumilikdə cismi kainatın 
tərkibini özündə cəmləşdirir. Kainatın, təbiətin tərkibindən insan 
yaranıb.  
İlahi  qüvvə,  ali  qüvvə  və  ali  enerji  kainat  sonsuzluğunun 
özüdür.  Həm  də  bizim  təsəvvür  etdiyimiz  kainatın  fövqüdür. 
Fövq  olduğuna  görə  sərhədlərsizdir,  məkansızdır,  yəni,  bütün 
məkanın özüdür. Deməli, insanlar, bütün canlılar, “cansız aləm” 
kainatın tərkibidir. Kainat Allahın,  yəni, fövqkainatın tərkibidir. 
Deməli,  insanlar,  bütün  canlılar,  cansız  aləm,  təbiət,  kainat 
Allahın  tərkibdir,  onun  parçasıdır.  Bunlar  Allahın  yaratdığı  və 
həm də özü olduğu məkanın tərkibidirlər.  Deməli,  bütün  ətraf 
aləm və daxili aləm, yəni insanlar Allahdan bir parçadırlar. 
Allaha  hər  şey,  bütün  varlıqlar  –insanlar  üçün  müəyyən  və 


49 
 
müəyyən  olmayan  bütün  mövcudluqlar-tabedir.  Allah  məzmun 
baxımından öz əlamətlərinə görə müəyyəndir, çünki insan onun 
tərkibidir. 
Forma 
baxımından 
isə 
müəyyən 
əlamətləri 
mövcuddur.  Tam  forması  yoxdur;  çünki  sonsuz  böyüklükdədir, 
onu  bitkin  formada  təsəvvür  etmək  qeyri-mümkündür.  İnsanlar 
Ulu  Tanrı  ilə  siqnallar  mübadiləsindədir.  Allah  insan  üçün 
gözəgörünməzdir, çünki insan onun nizamına tabedir, həm də o 
qədər  makrodur  ki,  insandan  aralı  qalıb  müəyyən  məkan 
formasını  ala  bilmir  ki,  insan  onu  ayrıca  olaraq  forma 
baxımından  görə bilsin.  Yəni, insandan uzaqda olan tərəf deyil, 
insanı ağuşuna almış nizamdır, qüvvədir, enerjidir. İnsandan yan 
olan tərəf deyil. Bu baxımdan da insan onun tərkibində yer alır. 
Ulduzlar, planetlər Allahındır. İnsan onun içərisindədir. Deməli, 
insan  heç  zaman  Allahı  ayrıca  varlıq  kimi  görə  bilməz,  onun 
formasını təsəvvüründə canlandıra bilməz. Bu, onun təbiətindən, 
potensialından 
tamamilə 
xaricdir. 
İnsan  təbiətdən  və 
fövqtəbiətdən  siqnalları  qəbul  edir.  İnsan  hara  baxsa,  Allahın 
müəyyən  əlamətlərini  görər,  ancaq  tam  formasını  görə  bilməz. 
Çünki  Onun  ayrıca  forması  yoxdur.  Ulu  Tanrı  ayrıca  varlıq 
olsaydı,  insanla,  təbiətlə  eyniləşərdi  və  tərəf  kimi  aralı  qalardı. 
Deməli,  O,  (burada  “O”  dedikdə,  Onu  tamamilə  ayrıca  olaraq 
tərəf kimi təsəvvür etmək olmaz) insanı idarə edir, insanın daxili 
və  xarici  aləmlərinin  özüdür.  Allah  insanın  həm  də  göz 
önündədir,  çünki  insan  duyğu  orqanları  ilə  Allahın  siqnallarını 
qəbul edir, onun tamamilə içərisindədir. Deməli, insan Allahdan 
uzaqda  deyil  və  tərəf  kimi  özündən  kənarda  görə  bilmir.  Allah 
insanın  gözündədir,  digər  duyğu  orqanlarındadır.  Allah  ayrıca 
(insandan  ayrı)  tərəf  deyil,  şəxs  deyil,  buna  görə  də  bütün 
tərəflərin  özüdür,  məcmusudr.  Deməli,  Ulu  Tanrı  bütövdür, 
böyüklüyünün  həddi  yoxdur,  makrodur,  sonsuzdur,  konkret 
məkanları,  sərhədləri  olmayan  varlıqdır.  Məlumdur  ki,  kənarı 
müəyyən  etmək  üçün  müəyyən  qədər  aralı  məkan,  məsafə 
lazımdır. 
Tərəflərin 
müəyyən 
olunması 
məkandan 
və 
elementlərdən  asılıdır.  Məsələn,  səma  cisimləri  (Ay,  Günəş, 




Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə