ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə17/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

50 
 
digər ulduzlar) insandan aralıdır və insanlar onu tərəf kimi görə 
bilirlər.  Arada  məsafəni  elementlər  toplusu  yaradır.  Lakin  Ulu 
Tanrı  insanlardan  aralı  məkanda  olmadığından  onu  görmək 
olmaz.  İnsan  yalnız  onu  duya,  hiss  edə  bilər;  çünki  O,  həm  də 
insanın  içərisindən  başlayır  və  insanın  əməllərinin,  fikirlərinin 
nizamlayıcısı  və  nəzarətçisidir.  O,  insanın  içərisindəki  və 
xaricindəki  bütövdür.  İnsanın  əməlləri,  fikirləri  Allah  nizamına 
tabedir.  Allah  insanın  içərisində,  ətrafında,  daxilində  və 
xaricindədir,  insan  Onun  tam  nəzarətindədir.  Canlılar  öz 
əlamətləri ilə, daxilləri ilə Allahdan bir tərkibidirlər. Lakin bu o 
demək deyil ki, Allah canlı aləm (məsələn, insan) kimidir. Allah 
o  formada  canlıdır  ki,  sonsuz  böyüklükdə  olaraq,  daima  hərə-
kətdədir,  enerjisi  tükənməzdir,  kainatın,  təbiətin  yaradıcısı, 
qurucusu  və  özüdür,  əsas  nizamlayıcısıdır,  ağuşuna  alandır. 
Bütün aləmlər Allahın tərkibidir, lakin tam tərkib görünə bilməz. 
Derməli,  Ulu  Tanrı  daha  çox  insanlar  üçün  qeyri-müəyyəndir. 
Gözlə  görünmür,  ancaq  qüvvə  kimi  hiss  olunur.  Uzaqda 
olmadığına görə gözlə görünmür.  
İnsan  əməlləri  ilə  Allaha  tabedir.  Bu  baxımdan  da  Allahın 
qanunlarından  kənara  çıxmaq  insanlar  üçün  deyil.  İnsanlar 
onlara  məxsus  olan  dairədə,  Ulu  Tanrının  verdiyi  sərhədlər 
daxilində  hərəkətlər  etmək  imkanlarına  malik  olurlar.  Dairələr 
sadəcə  olaraq  kiçik  və  böyük  olurlar.  Lakin  sərhədlənirlər. 
Sərhədləri də məkanlar müəyyən edir. Hər bir sərhəd dairəsində, 
sərhəd  əhatəsində  siqnal  kəmiyyəti  mövcud  olur.  Bu  siqnal 
kəmiyyəti insanların təbiətlə, fövqtəbiətlə əlaqələrini, eləcə də öz 
aralarında  olan  əlaqələrini  meydana  gətirir.  Bu  baxımdan 
insanlar  arasında  münasibətlər  və  əlaqələr  həm  təbiət  qanunları 
ilə,  həm  də  fövqtəbiət  qanunları  ilə  tənzim  olunur.  Təbiət  də 
fövqtəbiətin tərkibi olduğuna görə belə nəticəyə gəlmək olar ki, 
bütün  insanlar  fövqtəbiətin  universal  qanunları  ilə  idarə 
olunurlar.  Bu  nöqteyi-nəzərdən  də  insanlar  nə  qədər  öz 
sərhədlərindən  “kənara”  çıxsalar  da  nəticələr  etibarilə  makro 
məkanda  yenə  Allah  qanunlarına  tabe  olacaqlar.  Bu  baxımdan 


51 
 
təbii  olaraq  “Allahsız  insana”  rast  gəlmək  mümkün  deyil. 
İnsanın  etdiyi  bütün  əməllər  özünə  qayıdandır,  öz  nizamı 
üçündür.  Sərhədlər  məkanında  qarşılıqlı  nizamlılıq  və  asılılıq 
mövcuddur.  Allahın  insana  bəxş  etdiyi  imkanlar  sərhədləri 
onların  hüquqlar  sərhədləri  ilə  əlaqəlidir.  Hüquqlar  çox  olanda 
insanların fəaliyyətləri də artıq olur. Allah bir çox şəxslərə geniş 
imkanlar  bəxş  edir  ki,  hüquqlarını  genişləndirə  bilsin. 
Hüquqların  genişlənməsi  bir  tərəfdən  fəaliyyət  imkanlarını 
genişləndirir,  digər  tərəfdən  də  məsuliyyəti,  öhdəliyi,  həm  də 
əzabları  problemləri  artırır.  Çox  əməl  (hərəkət,  fəaliyyət)  çox 
problem  yaradır.  Çünki  sərhədlərin  daxilləri  problemlərlə  dolu 
olur. O insanlar daha çox istedadlı, qabiliyyətli, bilik və bacarıqlı 
olurlar  ki,  onlar  Ulu  Tanrının  daha  çox  enerjili  məxluqlarıdır. 
Enerjili  insanlar  seçilmişlərdir.  Onların  enerjisi  təbiətdən  və 
fövqtəbiətdən  gəlir.  Onlara  digərləri  ilə  müqayisədə  siqnallar 
çox gəlir və siqnalları çox ötürürlər. Bəzən onlara çox imkanlar 
verildiyindən 
əzablarla,  əziyyətlərlə  qarşılaşırlar;  çünki 
potensialları hesabına çox keşməkeşli yollar keçirlər.  
Qeyd  olundu  ki,  Allahı  təsvir  etmək,  konkret  formasını 
yaratmaq mümkün deyil; çünki insan onun daxilindədir. Təsviri 
olsa,  Ulu  Tanrı  kiçik  olar.  Bu  da  mümkün  deyil  ki,  makronu 
yaradanın  özü  kiçik  olsun.  Allah  formalı  olsa  onda  tərəf  kimi 
çıxış  edər.  Bu  halda  da  kiçilər.  Allah  formasızdır.  Kainat 
elementləri  (ulduzlar,  planetlər,  kosmik  fəza)  Allahın  yarat-
dığıdır,  onun  tərkib  hissələridir.  Biz  yalnız  Allahın  müəyyən 
hissələrini  görə,  duya  bilirik.  Onun  əsas  hissəsi  (deyək  ki,  tam 
hissəsi) bizə qeyri-müəyyəndir. Biz insanlar heç zaman onu aça, 
tam  mənada  aşkar  edə  bilmərik.  Lakin  O,  bizə  nəzarət  edir, 
bizim  hərəkətlərimizi  nizamlayır.  Bizim  daxilimiz  onun 
nizamının,  qüvvə  və  enerjisinin  tərkibidir. Allah bütün aləmdir, 
lakin ayrıca forma olaraq canlı və cansız deyil.  
İnsan  nizama  tabedir,  Allaha  tabedir.  Nizam  da  Allahındır. 
Nizam  qüvvə  və  enerji  ilə  yaranır.  Hər  şeyin  əsasında  isə 
yerdəyişmə  ilə  xassələnən  hərəkət  dayanır.  Deməli,  kainat  və 


52 
 
onun  enerjisi  nizamlayıcı  olmaqla  Allaha  məxsusdur.  Allah 
bütün  hərəkətlərin  nizamlayıcısıdır.  Allahı  kainatdan,  təbiətdən 
tam  kənarda-ayrıca  tərəf  kimi  axtarmaq  da  düzgün  deyil.  Bu 
halda  biz  onun  yaratdıqlarını,  nizamlı  xüsusiyyətlərini  inkar 
etmiş  oluruq.  Allahın  təcəssümü  təbiətdə  var.  İnsanlar  Allaha 
yaxın  olanda  Allah  da  onlarla  daha  yaxın  olur.  (Qey:  əslində 
Allah  bütün  insanlarla  birlikdədir,  çünki  insanlar  onun 
məxluqudur. Lakin o insanlara özünü bir qədər aydın edir ki, 
həmin  insanlar  Onun  qanunlarına  daha  yaxın  olaraq  əməl 
edirlər.  Əməli  saleh  insanlar,  qəlbi  yumşaq,  ürəyiaçıq  və 
mənəviyyatını zəngin edən insanlar Allaha daha yaxın olurlar 
və  Allah  onları  özünə  yaxın  edir  və  özündən  çox  şeyləri 
aşkarlayır,  siqnalları  artıq  göndərir.  Nizama  tabe  olmaq, 
ə
dalətə,  haqqa  tabe  olmaq deməkdir.  Deməli, Allah enerjinin, 
qarşılıqlı nizamın, haqqın, ədalətin, xeyirxahlığın, müdrikliyin 
sahibidir.  Allaha  yaxınlıq  əlamətlərin  nisbətən  çox  aşkar 
olunmasıdır. Allaha yaxınlıq ondan göndərilən siqnalların çox 
qəbuludur  və  ötürülməsidir.  Bu  baxımdan  da  peyğəmbərlik, 
Allah  elçiliyi  həmin  şəxslərdə  enerjinin  bolluğu,  müəyyən 
şə
xslərdə siqnalların çoxluğu deməkdir).  
Ümumiyyətlə,  insanlar  Allah  nizamından  kənarda  ola 
bilməzlər. Çünki insan onun məkanında və daxilində qərarlaşıb. 
İnsanlar  qarşılıqlı  əlaqədə  olurlar  və  buna  görə  də  kainatın 
ümumi nizamında qərarlaşırlar. Hər şey  Ulu Tanrı qanunları ilə 
idarə olunur.  
Allah  insanlara  enerji  verir  və  azaldır.  Deməli,  O, 
nizamlayıcıdır. Ədalətli, daxili taraz insanlarına daha çox enerji 
verir və seçilmişləri yaradır, siqnalları ilə formalaşdırır. Deməli, 
istedad, qabiliyyət, bilik və bacarıq hər kəsdə eyni dərəcədə ola 
bilməz.  Müdriklər  daxilləri  taraz  insanlardır.  Şəxslərdə 
xeyirxahlıq, yumşaqlıq da buradan meydana gəlir.  
İnsanlarda  hüquqlar  təbiidir.  Burada  təbii  dedikdə,  Ulu 
Tanrının  yaratdığı  məxluqlara  verdiyi  nemətlər  nəzərdə  tutulur. 
İnsan  təbii  olduğundan  da  hüquqları  həqiqidir.  İnsan  həqiqi, 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə