ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə20/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

59 
 
Dəyərlər  sistemlər  daxilində  zəngindir.  Bir  sistemin 
dağılması  elementlərin  passivliyini  yaradır,  formasını  və 
məkanını dəyişir. Ola bilər ki, bir element bir sistemdə az, digər 
sistemdə  çox  dəyərə  malik  olsun.  Sistemlər  genişləndikcə, 
böyüdükcə kəmiyyətlər də artır. Artdığına görə dəyərlər də artır. 
Elementlər  artır,  artanda  çəkisini  və  kəmiyyətini  böyüdür. 
Funksiya  genişlənir.  Funksiyanın  genişlənməsi  dəyərlərin  əldə 
olunmasını 
təmin 
edir. 
Deməli, 
genişlənən 
hərəkətlər 
dəyərlərdən ibarət olur. Burada makro formaya keçən dəyərlilik 
meydana  gəlir.  Bu  baxımdan  da  sistemlilik  məhz  dəyərlərin 
zənginləşməsinin  əsaslarını meydana  gətirir. Məsələn, cəmiyyət 
özü  bir  kollektiv  fəaliyyət,  əmək  münasibətləri,  əqli 
münasibətlər,  davranış,  maraq  və  mənafeni özündə cəmləşdirən 
bir  dəyərlər  sistemidir.  Cəmiyyət  və  dövlət  forması  məhz 
insanların 
dəyərli 
olmasının 
bazasında 
dayanır. 
Peşə 
istiqamətləri  də  dəyərlərdən  ibarət  olur.  Bir  istiqamət  bir  neçə 
sahəni  əhatə  edir.  Məsələn,  vəkillik  institutu  dəyərlər 
istiqamətlərindən  olaraq  həm  hüquq  institutudur,  həm  ictimai 
institutdur,  həm  də  dövlət  institutudur,  belə  ki,  dövlətin  hüquq 
sisteminin müdafiəçisidir. Vəkillik dəyər olaraq insanların bütün 
sahələrdə-istər  fərdi  qaydada,  istərsə  də  kollektiv  qaydada  tərəf 
olan  əlaqə  və  münasibət  formalarının  müdafiəçisidir.  Vəkillik 
institutu  cəmiyyətlə  dövlət  arasında,  vətəndaşla  dövlət 
hakimiyyəti  arasında  vasitəçi  rolunu  oynayır,  hüquqları  olan 
bütün  tərəflərin  hüquqi  müdafiə  funksiyasını  yerinə  yetirir. 
Dəyərin zənginliyi elə verilən vasitənin (obyektin) zənginliyidir. 
Dəyər  zənginliyi  sistem  zənginliyi  üzərində  meydana  gəlir. 
Sistem zənginlikdir, deməli, dəyər də zənginlikdir və kəmiyyətə 
bağlıdır.  Lakin  kəmiyyət  istifadə  zamanı  sistemli  və  nizamlı 
olur.  Dəyər  həm  də  bir  ifadədir  və  zənginliyin,  təkmilliyin, 
keyfiyyətin  ifadəsidir.  Dəyər  vermək  vasitələr  üzərində 
siqnalları  qəbul  etməkdən  meydana  gəlir.  İfadələr  siqnallardır, 
siqnalların  təzahürüdür  (məsələn,  nitq  sürətli  siqnaldır,  deməli, 
enerjidir;  nəfəs,  tənəffüs  enerjidir)  dəyərlər  də  siqnallardır.  Bu 


60 
 
baxımdan  da  siqnalların  qəbulu  və  təkmilləşməsi  məhz 
dəyərlərin  artmasının  əsaslarını  meydana  gətirir.  Dəyərlər 
dərəcələnirsə,  deməli,  siqnallar  da  dərəcələnir.  Dəyərlərin 
dərəcələnməsi  subyektlərin  dərəcələnməsini  də  meydana 
gətirmiş olur. Dəyərlər məkanlarda və zamanlarda dərəcələnir və 
bu,  əsasən  sistemlilik  prinsiplərindən  meydana  gələn  zərurətə 
çevrilir.  
Dəyərlər  genişlənən  hərəkətlərlə  yanaşı,  məhdudlaşan 
hərəkətlərin  də  bazasında  dayanır.  Burada funksiyanın  genişliyi 
müxtəlif  tərəflər  üçün  sərhədlərin  məhdudlaşmasını  yarat-
dığından  həmin  tərəflər  üçün  dəyərsizliyə  çevrilir.  Çox 
genişlənmə həm də genişlənən tərəf üçün dəyərsizliyin əsaslarını 
meydana  gətirmiş  olur.  Məhdudlaşma,  məkanın  kiçikliyi 
dəyərləri yaratmış olur.  
Dəyər vermək bir  hal və  proses kimi nəyisə (hadisə, maddi 
aləm,  mücərrəd  aləm  və  s.  olsun),  kimisə  müsbət  qiymət-
ləndirmədir.  Dəyər  vermək  dəyər  verilən  şeylərdən  istifadənin 
əsaslarını  təşkil  edir.  Müsbət  qiymət  bir  şeyə  verilən  yüksək 
diqqətdir,  əhəmiyyətdir.  Dəyər  zəruridir,  həm  də  lazım  olan 
vasitələri  zəruri  edir.  Dəyər  lazımı  və  zəruri  anlarda  meydana 
gələn  vasitələrə  çevrilir.  Müsbət  qiymət  dolğun  və  zəngin  əks 
olunmadan  meydana  gələndir.  Dolğun  və  zəngin,  pozitiv  əks 
olunma  etika  və  estetikadır.  Bu  baxımdan  da  gözəllik  bir 
dəyərdir.  Dəyərdir,  ona  görə  ki,  gözəl  görünmə  elə  dolğun 
görünmədir,  əks  olunmadır.  Bu  baxımdan  da  gözəllik  bir 
dəyərdir;  çünki  dolğun  bir  məzmundur,  vahiddir.  Gözəllik  o 
halda  xoş  görünür  ki,  burada  tarazlı  sistem  meydana  gəlir. 
Tarazlı  sistemlər  vərdiş  olunmuş  qaydalara  və  prinsiplərə, 
bundan irəli gələrək görünüşə xas olur. Bu baxımdan da tarazlıq 
da  bir  gözəllikdir.  Gözəllik  tarazlıqdır,  estetikadır.  Əxlaq  da 
gözəllikdir;  çünki  burada  sistemlilik  və  mənəviyyatlılıq  var. 
Tərbiyə  elə  dəyərlərin  qorunmasına  xidmət  edir.  Bu  baxımdan 
da  da  yüksək  mənəvi  dəyərlər  məhz  sistemlilikdir,  tarazlıqdır, 
bərabərlikdir,  məkanda  tarazlılıqdır.  Tarazlıq  olduğuna  görə  də 


61 
 
ədalətlilikdir.  Ədalət  olduğundan  da  saflıq  var.  Saflıq  özü  də 
dəyər  rolunu  oynayır.  Ümumiyyətlə,  insan  həyatında  nə  varsa, 
hamısı  dəyərdir.  Ən  əsası  odur  ki,  dəyərlər  istifadə  olunan  və 
istifadə olunmayana (məkandan asılı olaraq) bölünə bilir.  
Haqqın (burada mənəviyyatın tərkibi olan ixtiyar, vəzifə və 
səlahiyyət)  özü  də  bir  dəyərdir.  Haqq  nemətdir,  insanlar  bu 
nemətdən  istifadə  edirlər.  İnsanlar  öz  tarazlı  həyatlarını  və 
təbiətlə Ulu Tanrı ilə bağlantılarını məhz haqlarla təmin edirlər. 
Bu  baxımdan  da  insanlar  tarazlı  mühitdə,  tarazlı  prinsiplərlə 
məhz  haqqı  əldə  etmiş  olurlar.  İnsan  hüquqları  haqqdır, 
təbiətdən  və  fövqəltəbiətdən  insanlara  veriləndir.  Bu  baxımdan 
da  dəyərdir.  İnsan  hüquqları  şəbəkələnir,  sistemləşmə  xüsusiy-
yətlərinə malikdir. İnsan hüquqları insanların həyatlarının tarazlı 
əsaslarla  təmin  olunmasına  xidmət  edir.  Bu  baxımdan  da  insan 
hüquqları  tarazlı  münasibətlər  və  davranış  sistemlərinin 
əsaslarını  meydana  gətirir.  İnsanlar  öz  təbii  hüquqlarını  tarazlı 
əsaslarla  təmin  etməyə  çalışırlar.  İnsan  hüquqlarının  əsaslarını 
formalaşdıran  maraq,  mənafe,  məqsəd  kimi  kriteriyalar  da 
dəyərdir.  Bu  baxımdan  da  belə  qənaətə  gəlmək  olar  ki,  insan 
həyatını  təşkil  edən  bütün  maddi-mənəvi  kriteriyalar  məhz 
dəyərlərdən ibarətdir. Dəyərlərsiz heç bir şey ola bilməz. Məkan 
dəyişəndə  eyni  bir  subyekt  və  obyekt  (dəyər  vasitələri  kimi) 
dəyərini  artırıb-azalda  bilər. Hər  bir  elementin sistemdə öz  yeri 
var.  İtərkən  sistemin  də  kəmiyyəti  azalır  və  dəyərlər  azalır, 
çatışmazlıqlar  meydana  gəlir.  Bu  baxımdan  da  dəyərlərin  ən 
əsası  məhz  sistemlilik  prinsiplərində  öz  əksini  tapır.  Bəzən 
böyük  həcmli  şeylər  azalanda  öz  dəyərini  itirir.  Məsələn,  evin 
dirək  həcmi  (miqdarı)  azalırsa,  saxlama  gücü  də  azalır,  aşağı 
düşür.  Məkanda  məqsədli  istifadə  olunan  kəmiyyət  azaldıqca 
tutum da  azalır, əks təsir azalır. Ağırlıq saxlamaq funksiyası və 
gücü 
azalır. 
Deməli, 
insan 
hüquqlarının 
dəyərlənməsi 
kəmiyyətdən,  elementlər  tutumundan  asılıdır.  Məsələn,  resurs 
zənginliyi  hüquqların  təmin  olunması  üçün  zəngin  əsasları 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə