ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə21/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

62 
 
meydana gətirmiş olur. Ancaq resursların həddən artıq zənginlyi 
dəyərlərin kəmiyyətini və tərkibini azaldır.  
İnsan hüquqlarının əks olunduğu kriteriyalar, vasitələr məhz 
qarşılıqlı olaraq  bir-birilərinə dəyərlər  verirlər. Bu baxımdan da 
hesab  etmək  olar  ki,  insanların  hüquqlarının  əsaslarını  təşkil 
edən  maddi-mənəvi  kompozisiya  məhz  hüquqi  dəyərlər 
sisteminin  əsaslarını  formalaşdırır.  Dəyərlər sistemi də öz-özlü-
yündə  ondan  müəyyən  kəmiyyətlərlə  faydalanmanın  əsaslarını 
yaratmış  olur.  Bu  baxımdan  da  dəyərlər  sistemi  mənbə  rolunu 
oynayır.  Sistemin  dəyər  bazası  onun  fəaliyyətinin  artmasına 
xidmət  edir.  Hüquq  normaları  sistemi  dəyərlərdən  ibarət 
olduğundan  dəyərlərin  məkanda  qorunması  və  artması  üçün 
mühüm əhəmiyyət kəsb edir.  
Yüksək  diqqət  həqiqətən  diqqəti  yetirən  tərəfindən  irəli 
sürülürsə,  deməli,  onun  obyekti  həqiqətən  də  dəyərlidir,  onun 
təkmilləşmişidir,  sadə  və  dolğundur.  Dəyərlər  həm  ona  verilən 
qiymətdən  (burada  qiymət  verən  şəxsdən),  həm  də  onun 
özündən,  yəni  obyektin  özündən  meydana  gələndir.  Siqnallar 
dəyərlərin  məzmununun  yaratmaqla,  dəyər  subyektləri  və 
obyektləri arasında bir bağlayıcılığı ortaya çıxarır.  
Dəyər  seçimdir,  məkan,  şərait  və  zamanda  seçiləndir  və 
seçilənə  verilən  yüksək qiymətdir.  Seçilən şeylər  nümunələrdir. 
Əslində  hər  şey  baza  olaraq  nümunədir.  Nümunələr  o  halda 
seçilən  olur  ki,  onlar  fərqlənə  bilirlər.  Müəyyən  əlamətlərinə 
görə seçilə bilirlər. Bu baxımdan dəyərlər həm də nümunələrdir. 
Burada  dəyərlərin  universallıq  içərisində  məxsusiliyi  meydana 
gəlir.  Dəyərlərin  dərəcələnməsi  həm  universallıqda,  həm  də 
məxsusilikdə özünü büruzə verir. Bu baxımdan da dəyərlər həm 
ümumi,  həm  də  xüsusi  halın  obyektidir,  vasitəsidir. 
Universallaşma  dəyərlərin kəmiyyətini artırır. Eləcə də dəyərlər 
universallığın  və  məxsusiliyin  subyektini  özündə  əks  etdirir. 
Dəyərlər  ümumi  və  məxsusi  əsaslara  malik  olur,  bu  anda 
müxtəlif  koordinatlardan  yanaşmalar  meydana  gəlir.  Deməli, 
dəyərlər  universaldır,  lakin  onlara  yanaşmalar  konkretdir, 


63 
 
məxsusidir.  Bir  sözlə,  həyatda  nə  varsa  dəyərlidir.  Lakin 
dəyərlər zaman, məkan,  şərait məsələsində istifadə olunur,  yəni 
hər şey istifadə anında dəyərə çevrilir.  
Dəyər  vermək  bir  proses  olaraq  diqqəti  yüksək  səviyyədə 
özünə  cəzb  edən  bir  amildir.  Dəyər  məzmun  olduğundan  bir 
fəlsəfədir. Dəyər tərkibə görə verilir. Dəyərlərin nisbətən yüksək 
səviyyəsi  məhz  dəyərlərin tərkib zənginliyindən  meydana  gəlir. 
Məzmunun  fəlsəfi  əsası  da  məhz  məzmuna  verilən  tarazlı 
qiymətlərdən,  həm  də  yüksək  qiymətlərdən  irəli  gəlir.  Təbii  ki, 
əvvəlcə də qeyd olunduğu kimi, dəyərlər də dərəcələnir. Yüksək 
dəyərin maksimal həddi yoxdur və bu, əsasən müəyyən bir şeyin 
dolğun  qaydada  əks  olunmasından  irəli  gəlir.  Çox  dəyərli  olan 
şeylərdən  siqnallar  daha  çox  daxil  olur.  Bu  baxımdan  da 
dəyərlərin  dərəcələnməsi  kəmiyyətlərə  (tərkib  miqdarına, 
həcmə,  tutum  məkanına)  bağlı  olan  məsələdir.  Müxtəlif  zaman 
və  məkanlarda  dəyərlərin  dərəcələnməsi  halları  meydana  gəlir. 
Bu dərəcələnmə də əsasən dəyərləri verən şəxslərin diqqətindən 
və  dəyərlərin  əks  olunduğu  vasitələrin  (konkret  və  mücərrəd 
vasitələr) əks olunmasından ortaya çıxır. Dəyər bu baxımdan elə 
müəyyən  dərəcədə  “doyma”  siqnallarından  ibarət  olan  bir 
nemətdir. Dəyərlər o halda meydana gəlir ki, yəni, o halda təbii 
olan şeylərə qiymətlər verilir ki, dəyər verilən şeylərin siqnalları 
beyində  (mərkəzlərdə)  daha  çox  siqnalları  qəbul  etmək 
iqtidarında  olur.  Beyin  dəyərləri  ayırd  edə  bilir.  Dəyər  verilən 
şeylərin  siqnalları  məhz  sistemli  olaraq  cəmləşir.  Bu  baxımdan 
da  hesab  etmək  olar  ki,  dəyər  elə  kəmiyyətlə  əlaqəlidir  və 
elementlərin  tarazlı  quruluşuna  əsaslanır.  Kəmiyyət  və 
təkmilləşmə  çox olduqca dəyərlər də  arta bilir. Dəyərin artması 
həm  də  kəmiyyətin  azalması  ilə  əlaqəli  ola  bilər.  Məsələn,  aza 
qane  olmanın  özü  bir  dəyərdir.  Çoxlu  həcmdə  var-dövlətin 
artmasının özü bir dəyərsizlikdir; çünki ona verilən qiymətlər də 
dəyərini  itirə  bilir.  Kəmiyyətin  müəyyən  məsələdə  və  hədlərdə 
həddən  artıq  çoxalması  təbii  olaraq  dəyərlərin  əhəmiyyətini 
azaltmış  olur.  Ən  əsası  odur  ki,  artan  kəmiyyətlərdə  hər  bir 


64 
 
element  dəyərli  olur,  lakin  ona  qoyulan  ümumi  dəyərlər  itir. 
Kəmiyyət artdıqca elementlərin məkanı artır və diqqət müstəvisi 
də  genişlənir.  Elementlərin  məkanları  artdıqca  bir  məkandan 
olan  dəyərləri  də  bir  qədər  azala  bilər.  Məsələn,  çoxlu  sayda 
evladları olan valideynlər üçün evlad dəyərsizliyi meydana gələ 
bilir.  Say  baxımından  kəmiyyətin  çoxalması  dəyərlərin  aşağı 
düşməsinə  səbəb  ola  bilir.  Burada  həmçinin  evladların 
dəyərlərinə  görə  müqayisələnməsi  halları  yaşanır.  Kəmiyyətin 
artması  ruhun  sakitləşməsinə  səbəb  ola  bilər.  Bu  baxımdan  da 
ruhun  tam  sakitləşməsi  diqqətsizliyi  yarada  bilər.  Kəmiyyət 
çoxluğu  etinasızlığı  yarada  bilər.  Belə  qəbul  etmək  olar  ki, 
əhalisi  az  olan  ölkələrdə  mütəxəssisə  verilən  dəyər  əhalisi  çox 
olan  ölkələrə  nisbətən  yüksək  ola  bilər.  Burada  say  çoxluğu 
dəyərsizliyi yarada bilər.  
Nəticə  etibarilə  hesab  etmək  olar  ki,  kəmiyyət  azalanda 
təkmilləşmə  meydana  gəlməlidir.  Dəyərlər  də  təkmilləşmənin 
əsasında  dayanır.  Bu  baxımdan  da  təkmilləşmənin  müəyyən 
məkan və zamanlarda olan sadəliyi dəyərlərin əsaslarını yaradır. 
Deməli,  dəyərlər  əslində  sadəlikilərin  özündədir.  Sadəlik 
saflıqdır,  saflıq  dəyərdir.  Nəticə  etibarilə  hesab  etmək  olar  ki, 
dəyər  elə  saflığın  məhz  özüdür.  İnsanların  az  yaşadıqları 
cəmiyyətlərdə resurs çatışmır. Bu baxımdan da insan say hesabı 
ilə  öz-özünə  dəyərli  olur. Az  insanların  yaşadıqları dövlətlər öz 
potensiallarını  itirməmək  üçün  vətəndaşlarına  dəyərlər  vermək 
məcburiyyətində  qalırlar.  Eləcə  də  çətin  iş  şəraiti  olan 
məkanlarda  resursları  əldə  etmək  üçün  mütəxəssislər  və  digər 
işçilər belə cəmiyyətlərdə çox dəyərli olurlar.  
Dəyər  o  şeydir  ki,  ondan  müəyyən  zamanlarda  və 
məkanlarda,  bunlardan  irəli  gələn  gerçəkliklərdə,  reallıqlarda 
yaxşı  mənada,  həmçinin  faydalı  əsaslarla,  maddi  və  mənəvi 
baxımdan  yararlanmaq  üçün  istifadə  olunur.  Zaman  və  məkan 
insanlar üçündür, bu baxımdan da dəyərlər də insanlar üçündür. 
Zaman  və  məkanın  özü  də  dəyərlidir.  Çünki  hərəkətlərin, 
inkişafın,  müdafiənin  bazasında  dayanır.  İnsanlar  və  digər 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə