ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə27/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

80 
 
Bu baxımdan sistem daxilən dəyərli olur. Dəyərlər paneli digər 
digər dəyərlər panellərindən meydana gəlir
-insan  hüquqlarının  bölgü  ünsürlərinin  dəyərli  olmasının 
əsaslarının  müəyyən  olunması  -insan  hüquqlarının  bütün 
sahələri,  bütün  tərkibləri  ona  görə  dəyərlidir  ki,  normalar 
insanları  bütün  sahələrdə  və  əlaqələrdə  qoruyur  və  onların 
maraqlarını təmin edir
-insan  hüquqlarından  irəli  gələrək  insanların  vəzifə  və 
funksiyalarının,  məqsədlərinin  dəyərli  olmasının  müəyyən 
edilməsi -hüquq ilə maraq və mənafe arasında dəyərli əlaqələrin 
müəyyən edilməsi-hüquqa dəyər verən insanın maddi və mənəvi 
aləmidir
-insan hüquqlarının dəyərli sistem xarakterli və bu baxımdan 
faydalı,  qiymətli  tərkiblərdən  ibarət  olmasının  müəyyən 
edilməsi; 
-insan  hüquqlarına  aid  normaların  dəyərlərinin  müəyyən 
edilməsi  -normalar  tələblərə, standartlara,  ümumən tələbatlara 
lazımi anlarda cavab verməlidir ki, dəyərli olsun
-insan  hüquqlarının  ümumi  dəyərləndirici  kriteriya  kimi 
əsaslarının  müəyyən  edilməsi.  Hər  kəs  öz  hüquqlarından, 
haqqından  çıxış  edir  və  bu,  bir  etalon  rolunu  oynayır.  Fərdi 
dəyərləndirmə, qiymətləndirmə meydana gəlir; 
-insan  hüquqlarının  dəyərli  əsaslarından  irəli  gələrək  bütün 
şəxslər, o cümlədən ayrı-ayrı yaş qrupları, cins qrupları və peşə 
qrupları  üçün  universallaşdırıcı  kriteriya  olmasının  əsaslarının 
müəyyən olunması; 
-insan  hüquqlarının  müxtəlif  və  ya  da  eyni  məkanda 
subyektiv və obyektiv dəyər olmasının müəyyən edilməsi;  
-hüquq  normalarının  tənzimedici  və  struktur  yaradıcı 
olmalarının əsaslarının və bu baxımdan da dəyərlərinin müəyyən 
edilməsi; 
-hüquq  normalarının  kəmiyyət  baxımından  ölçü  hədlərinin 
müəyyən  edilməsi  -hüquq  normalarının  tərkib  elementlərinin 
müəyyən olunması


81 
 
-hüquq  normalarının  sərhədlərinin  dəyərli  əsaslarının 
müəyyən  edilməsi-sərhədlənmə  bölgü  üzrə  tənzimlənmə 
deməkdir. 
Tənzimlənmə 
də 
öz 
növbəsində 
insanın 
“özünüdərki”ni meydana gətirir; 
-hüquq  normalarının  qoruyucu,  təminedici  əsaslarının 
müəyyən edilməsi; 
-hüquq  normalarının  pozitiv  əsaslarının,  proteksionist 
əsaslarının,  bu  baxımdan  da  sistemləşdirici  funksiyalarının 
dəyərli əsaslarının müəyyən edilməsi; 
-hüquq  normalarının  fəlsəfi  kateqoriyalara  uyğun  olaraq 
dəyərli əsaslarının müəyyən edilməsi; 
-hüquq  normalarının  sərhədlər  müəyyənedici  funksiyasının 
müəyyən olunması; 
-hüquq  normaları  sisteminin  hüquq  sisteminə  xidmətlərinin 
dəyərli əsaslarının müəyyən edilməsi; 
-hüquq  normalarının  daxilən  hüquq  normaları  sistemini 
təzələməsi əsaslarının müəyyən edilməsi; 
-hüquq 
normalarının 
dəyərli 
əsaslarının, 
dəyərlər 
kriteriyasının fəlsəfi kateqoriyalarla müəyyən edilməsi; 
-hüquq  normalarının  faydalılığının  müqayisələr  əsasında 
müəyyən olunması;  
-hüquq normalarının bir-biriləri üçün şərtləndirici olmasının 
əsaslarının müəyyən edilməsi və s.  
Bu  kimi  funksiyaları  aşkar  etmək  məqsədilə  məntiqi 
əməliyyatlardan, o cümlədən sillogizmlərdən, mühakimələr yolu 
ilə  nəticələrə  gəlməkdən  istifadə  olunur.  Formal  və  dialektik 
məntiq  dərketmənin  tərkibini  genişləndirir  və  müəyyən 
məkanlarda bütövləşdirir.  
Dialektik  dəyər  vəhdəti  dialektik  məntiqi  əsaslardan 
formalaşır.  Bu  halda  mürəkkəb  tərkibli  dəyərlər  vəhdəti 
meydana  gəlir.  Mürəkəb  məntiq  dəyərlərin  kəmiyyətini  artırır. 
Bu  anda  dəyərlər  panelində  mövcud  olan  bəzi  elementlər  zəif 
dəyərlərə  çevrilir.  Bolluq  zəif  dəyərlərin  meydana  gəlməsinə 
şərait yaradır.  


82 
 
İnsan hüquqlarında dərketmənin epistemoloji əsasları 
 
Elmdə  belə  bir  yanaşma  var  ki,  epistemologiya  əsaslan-
dırılmış  bilik  və  əqidə  öyrənilməsidir.  Bilikləri  öyrənən  sahə 
kimi,  epistemologiya  bu  kimi  suallara  cavab  verir:  Hansı 
biliklərin zəruri  və  kafi şərtləri  var?,  biliyin mənbələri nələrdən 
ibarətdir?,  biliklərin  quruluşu  və  məhdudiyyətləri  nələrdən 
ibarətdir?.  Epistemologiya  həqiqi  bilikləri  öyrənən  elm  sahəsi 
kimi  epistemologiya  bu  kimi  suallara  cavab  verir:  ədalət 
konsepsiyasını necə başa düşmək olar?, ədalətli (həqiqi, düzgün) 
inanclar hansı formada ədalət doğurur? kiminsə qənaətinə görə, 
daxili, ya da xarici olur? və s.
1
 
 
İnsan  hüquqları  maddi-mənəvi  aləmin  statusu  olmaqla, 
onların  nizamlı  əsaslarını  sübut  etməklə  gerçəklikdir,  çünki 
aşkarda  olmadır.  Bütün  aşkar  olunanlar  gerçəkdir,  çünki 
görünəndir  və  digər  orqanlar  vasitəsilə  duyulandır.  İnsan 
hüquqlarında subyektivlikdən meydana gələn obyektiv qaydalar 
həqiqidir,  gerçəkdir.  Görünmənin  və  duyulmanın  kəmiyyəti 
dəyərlərin  kəmiyyətini  meydana  gətirir.  Burada  gerçəklik  və 
həqiqilik  həm  konkretdir,  həm  də  mücərrəddir.  Konkretdir  ona 
görə  ki,  mütləq  və  həqiqidir,  mücərrəddir  ona  görə  ki,  gözlə 
görünməsə  də  belə  duyulandır,  dərkolunandır.  İnsan  hüquqları 
hər zaman gerçəkləşir, çünki hərəkətlər, fəaliyyət, münasibət və 
əlaqələr  hər  zaman  mövcud  olur.  Onun  reallaşması  elə  gerçək-
ləşməsinin  əsaslarını  təşkil  edir.  Hüquqların  ardıcıl  qaydada 
gerçəkləşməsi  hüquq  sisteminin  formalaşmasına  gətirib  çıxarır. 
Eləcə də mövcud hüquq  sisteminin əsaslarını təşkil edən hüquq 
normalarının  aşkarlanmasına  xidmət  edir.  İnsan  hüquqlarının 
gerçək mahiyyəti ilk növbədə insanların özlərinin real mövcud-
                                                 
1
  Epistemology.  First  published.  Dec  14.  2005.  Stanford 
Encyclopedia  of  Philosophy.  http://plato.stanford.  edu/entries/ 
epistemology/ 
 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə