ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə28/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

83 
 
luğunda  öz  əksini  tapır.  İnsan hüquqlarının  gerçəkləşməsi  onun 
normalarla  isbat  olunmasında  təcəssüm  olunur.  İnsan  hüquqları 
real  olduğundan  dərk  olunma  obyektinə,  həqiqi  biliklərin 
obyektinə  çevrilir.  Həqiqi  biliklər  hüquq  normalarının  pozitiv 
mahiyyətində  özünü  büruzə  verir.  Hüquqların  həqiqi  biliklər 
olması  ilk  növbədə  onun  təbii  mahiyyətindən  meydana  gəlir. 
Bütün  düşüncələr  biliklərdir.  Hüquq  düşüncələrdən  ibarətdir. 
Düşüncələr  ifadə  olunan  biliklərdir.  Deməli,  hüquq  biliklərdə 
ifadə olunur. Biliklərdə ifadə olunan isə realdır, həqiqidir, çünki 
deduktivlik  belə  qənaətə  gəlməyə  imkan  verir.  Təbii  şəkildə, 
fəaliyyətdən irəli gələrək aşkar olunduğuna görə həqiqi biliklərin 
obyektinə  çevrilir.  Hüquq  qeyri-müəyyənlikdən  müəyyənliyə 
keçidlər zamanı reallaşır, həqiqiləşir. Həqiqi biliklər, düzgün və 
gerçək  biliklər  artır.  Çünki  insan  fəaliyyəti  genişlənir  və 
genişləndirici vasitələr  də  genişlənir.  Genişləndirici vasitələr  də 
dəyərlər  rolunda  çıxış  edir.  Hüquq  normalarının  sənədlərdə 
əksini tapması hüquq normalarının həqiqiliyini meydana gətirir.  
 
İ
nsan  hüquqları  anlayışının  epistemoloji  əsaslarla  dərk 
olunmasını aşağıdakı kimi ümumiləşdirmək olar: 
 
-insan  hüquqlarının  qeyri-müəyyənlikdən  müəyyənliyə 
keçidi  zamanı  reallaşmasının,  aşkarlanmasının  əsaslarının 
müəyyən edilməsi; 
-insan 
hüquqlarının 
tərkib 
kəmiyyətinin 
zamanla 
formalaşmasının  və  kəmiyyətin  artması  ilə  gerçəkliyin 
artmasının müəyyən edilməsi; 
-insan  hüquqları  anlayışının  həqiqi  və  real  olmasının 
əsaslarının  müəyyən  edilməsi  -insanın  pozitiv  mənada 
özünüdərk fəlsəfəsinin formalaşması; 
-insan  hüquqlarının  insanların  real-maddi  aləmləri  ilə 
vəhdətinin əsaslarının müəyyən olunması; 
-insan  hüquqlarının  vəzifə  və  normalarla  müəyyən  şəkildə 
təmin olunmasının əsaslarının müəyyən olunması; 


84 
 
-insan  hüquqlarının  subyektiv  real  əsaslarının  müəyyən 
olunması; 
-insan hüquqlarının təbii real əsaslarla müəyyən olunması; 
-insan  hüquqlarını  təmin  edən  normaların  real  əsaslarının 
müəyyən olunması və s.  
 
 
 
 
Hüquqlar və vəzifələr -dəyərlər kimi 
 
Hər  bir  nizam,  norma,  qayda,  qanun,  mexanizm  dəyərdir. 
Mövcud  olan  şey  və  onun  hərəkəti,  hərəkətlərin  motivləri  və 
nəticələr  dəyərlərdir.  Maraq,  məqsəd,  mənafe  dəyərdir. 
Dəyərdir,  ona  görə  ki,  tələblərdir  və  ödənilməyə  ehtiyacı  olan 
amillərdir. Ehtiyacı olan dəyərlər onların ödənilməsi üçün lazımi 
vasitələri  dəyərli  edir.  Buradan  da  dəyərlərin  başlanğıc  və  son 
formaları  meydana  gəlmiş  olur.  Dəyərlər  sistemi  tərkib 
baxımından  müxtəlif  dəyərlərin  əsaslarını  ortaya  qoyur.  Bir 
sistemin  yaranması  üçün  müxtəlif  dəyərlər  istiqamətləri 
meydana  gəlmiş  olur.  Normalar  və  qaydalar  bir-birini  şərtlən-
dirərək  istiqamətlər  şəkilində  dəyərlərin  formalarını  meydana 
gətirir.  Normalar  və  qaydaların  yerinə  yetirilməsi  üsulları  da 
dəyərlərdir.  Çünki  vahid  mövcudluğun,  sistemin  yaranması 
mexanizmlərinin  tərkibidirlər.  Norma  və  qaydalardan  istifadə 
olunduqda  nizamlama  prosesləri  yaşanır,  yeni-yeni  nəticələr  və 
vasitələr  əldə  olunur.  Bu  vasitələr  də  maraq  və  mənafeyə, 
ümumi  bütövə  xidmət  edir.  Hüququ  normalar və  qaydalar kimi 
dəyərlər  təşkil  edir.  Deməli,  hüququn  tərkibi  dəyərdir.  Onun 
icrası,  təmin  olunması,  hüquqi  hərəkətlər  dəyərlərdir.  Vəzifələr 
hərəkətlərdir,  üsullardır,  qaydalardır,  yerinə  yetirilməsi  vacib 
olan amillərdir. Bu baxımdan vəzifələr dəyərlərdir. Hüquqlar və 
vəzifələr  dəyərlərdən  təşkil  olunur.  Sistemin  bir  hissəsinin 
itirilməsi  təbii  ki,  dəyərlərin  kəmiyyətinin  azalması  kimi 
xarakterizə olunur.  


85 
 
Hüquqlar  və  vəzifələr  sistem  daxilində  təbii  mövcudluğa, 
yaranışa  və  təbii  əlaqələrə,  vəhdətə  malikdir.  Təbii  olduğundan 
haqdır, buna görə də dəyərlərdən ibarətdir. Hüquqlar və vəzifələr 
sistemli mahiyyət kəsb edir. Hər iki anlayış sistem daxilində bir-
birini  şərtləndirir.  Haqq  vəzifəyə  rəvac  verir,  onu  səlahiyyət-
ləndirir.  Hüquq  vəzifəni  dəyərləndirir,  dəyərə  çevirir.  Hüquqlar 
sistemi  dəyərlər  sisteminin  bazasında  dayanır.  Vəzifə  də  haqqı 
genişləndirir. Hər iki anlayış bir-birini tamamlayır. Hər iki dəyər 
bir-birini tamamlayır, buradan da bütöv dəyər meydana gəlir. Bu 
baxımdan  da  insanın  vəzifə  və  hüquqlarının  son  qəti  sərhəddi 
yoxdur.  Vəzifə  potensialı  artırır,  imkanlar  böyüdükcə  vəzifələr 
də böyüyür.  
İnsan birlikdə həm haqqa malikdir, həm də vəzifəyə. Haqq 
və vəzifə insanın nizamlı hərəkətlərinə rəvac verir. Deməli, haqq 
və  vəzifələr  dəyərləri  yaradır.  Çünki  nizamlı  hərəkətlər 
dəyərlərdən  ibarət  olur.  İnsanların  məqsədyönlü  hərəkətləri 
onların haqq və vəzifələri ilə müəyyən olunur. Haqq və vəzifələr 
dəyərlər  olaraq  insanların  maddi-mənəvi  dəyərlərini  əhatə  edir 
və  maddi-mənəvi  dəyərlərinin  vəhdətini  meydana  gətirir.  Eləcə 
də  maraqların  təmin  olunması  üçün  əsasları  əhatə  edir. 
Mənafenin  təmin  olunması  haqq  və  vəzifələrdən  asılı  olur. 
Mənafe  burada  dəyərləri  formalaşdırır.  Mənafe  özü  də  dəyər 
olaraq  yeni  dəyərləri  meydana  gətirir.  Məqsədyönlü  hərəkətlər 
məqsədli qaydada nizamlamanın əsaslarını təşkil edir. İnsanların 
bütün  hərəkətləri  nizamlı  olur.  Lakin  məqsədli  hərəkətlər  daha 
çox nizamlı hərəkətlər hesab olunur. Məqsədin pozitiv tərkibinin 
artması  dəyərin  pozitiv  tərkibinin  genişlənməsinə  səbəb  olur. 
Haqq  və  vəzifə  bir-birini  şərtləndirir.  Bu  şərtləndirici  paneldə, 
müstəvidə məsuliyyət və öhdəliklər formalaşır. Haqq vəzifənin 
yerinə  yetirilməsinə  əsas  verir,  bütün  vəzifələri  əhatə  edir. 
Deməli, haqq bir dəyər olaraq vəzifələr olan dəyərlərin meydana 
gəlməsini  şərtləndirir.  Haqq  özündə  ixtiyar,  malik  olmaq, 
sərəncam  vermək,  sahiblik  hüququ  qazanmaq  və  bunlardan 
şaxələnən istənilən hüquqları qazanmaq imkanlarını cəmləşdirir. 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə