ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə30/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

89 
 
vəzifələr istiqamətləndirici, hüquqları müəyyənedici əhəmiyyətə 
malik  olur.  Bu  baxımdan  da  vəifələr  hüquqları  təsdiq  edən 
dəyərlər rolunu oynayır. Vəzifələr normalarda və qaydalarda əks 
olunur.  Hüquqlar  da  vəzifələrə  başlanğıclar  verir,  onları 
istiqamətləndirir. Hüquq vəzifələri yaradır, vəzifələrin mahiyyəti 
hüquqda  əks  olunur.  Fəaliyyət  genişləndikcə  hüquqlar  da  artır, 
vəzifələr  də  böyüyür.  Vəzifələr  hüquqların  genişlənməsinə 
imkanlar  açır.  Hüquqlar  vəzifələri  özündə  daşıyır.  Vəzifələr 
özündə  borc  amilini  əks  etdirir.  Məsuliyyət  yaradır.  Deməli, 
hüquqlar  həm  də  borclarla  və  məsuliyyətlərlə,  öhdəliklərlə 
əlaqəlidir.  
Hüquq çox geniş bir anlayışdır və demək olar ki, insanların 
özlərini  bütün  ictimai-siyasi  və  sosial-məişət  məzmunlu 
fəaliyyətdə  müşayiət  edir.  Hüquq  bir  status  müəyyən  edən 
anlayış  və  kriteriyadır  və  insanların  hərəkətləri  güclü  və  zəif 
olanda  həmişə  müəyyən  qədər  mövcud  olur.  (Qeyd:  hüquqlar 
da kəmiyyət baxımından tərkib miqdarına xas olur. Tərkibləri 
həm  sahələr  meydana  gətirir,  həm  də  inkişafın  zərurətindən 
irəli  gələrək  yeni  normalar  bu  sahələri  zəruri  edir).  İnsan 
oturarkən,  ayaq  üstə  durarkən,  yatarkən  müəyyən  hüquqlara-
təbii  hüquqlara-mövcudluğun  bazasını  təşkil  edən  hüquqlara 
malik olur. Deməli, insan fərdi olaraq hər bir anda subyektivdir, 
özünəməxsus  məkan  üzrə  məxsusidir.  İnsanların  fiziki 
fəaliyyətləri, bioloji xüsusiyyətləri, psixoloji amilləri sıx şəkildə 
hüquqları  meydana  gətirir.  Hüquq  insanları  əhatə  edən  bir 
konseptual  anlayışdır  və  insanların  bütün  pozitiv  hərəkətlərinə 
haqq  verir.  İnsanlar  hərəkət  edərkən,  o  cümlədən  işləyərkən, 
yemək yeyərkən və digər hərəkətlər əsasında da hüquqlara malik 
olurlar.  Münasibətlərə  hüquqlar  rəvac  verir.  Məsələn,  qonşuluq 
münasibətlərinə  qonşuluqda  yaşamaq  hüquqları  əsas  vermiş 
olur.  Ailədə  yaşamaq  ailə  hüququnu  formalaşdırır,  ailə 
hüququndan  istifadəni  meydana  gətirir.  Ailə  hüququ  üzrə 
vəzifələrin  yerinə  yetirilməsi  məhz  ailə  dəyərlərinin  qorun-
masının əsasında dayanır.  


90 
 
Mövcud  şəraitlər  hüquqların  reallaşmasının,  hüquqların 
həyata keçməsinin əsaslarını meydana gətirmiş olur. Hüquqların 
reallaşması  da  fəaliyyətlə,  vəzifələrlə  müəyyən  olunur. 
İnsanların hərəkət sferaları və hərəkət dairələri vəzifələrində əks 
olunan  səlahiyyətlərini  də  meydana  gətirir.  Səlahiyyətlər 
ixtiyarlar  olaraq  hərəkətlərə  haqlar  verir.  Hüquq  hərəkətlərin 
tərkibini  formalaşdırır.  Burada  edilməli  olan  hərəkətlər  əks 
olunur.  
Hüquq  və  vəzifə  bir-birinin  tərkibidir.  Hüquq  öz  “dalınca 
vəzifəni  aparır”,  vəzifə  də  özü  ilə  hüququ  daşıyır.  Deməli, 
dəyərlər  immanent  olurlar  və  atributiv  xarakter  kəsb  edirlər. 
Dəyərlər qarşılıqlı şərtləndirici olurlar. Hüquq vəzifələrə, icraya 
qapı  açır.  Məsələn,  bir  şəxsin  mühüm  dövlət  postuna  təyin 
olunması  onun  aidiyyatı  səlahiyyətlərini  və  vəzifələrini  geniş-
ləndirir.  Yeni  dəyərlərin  əldə  olunması  imkanlarını  artırır. 
Dövlət məmuru postu dəyərdir və dəyərlərin yerinə yetirilməsinə 
xidmət edir. Dövlət rəhbərinin vəzifələri ona konstitusiya ilə və 
digər  qanunvericilik  aktları  ilə  verilmiş  hüquqlardan  genişlənir. 
Səlahiyyətlər və vəzifələrin böyüməsi məsuliyyət və öhdəliklərin 
də  genişlənməsinin  əsaslarını  meydana  gətirmiş  olur.  Bu 
baxımdan da hüquqsuz vəzifə ola bilməz. Vəzifə daha çox fiziki 
və əqli qabiliyyətə bağlıdır. Hüquqların əldə olunmasında da bu 
kimi kriteriyalar əsas götürülür. Qabiliyyət də dəyərdir. Deməli, 
vəzifələr  dəyərlərdən  yaranır.  Dəyərlərin  təsnifatı  və  müxtəlif 
tərkibi  bir-biriləri  üçün  mənbə  rolunu  oynayır.  Hüquqlar 
vəzifələrdən  bir  qədər  geniş  ola  bilir.  Məsələn,  təzə  dünyaya 
gələn  insanın  vəzifələri  yox,  hüquqları  mövcuddur.  Onun  uşaq 
vəzifələri  tədricən  formalaşır  və  uşaq  məktəbə  gedəndə 
dərslərini  hazırlamaq  vəzifəsinə  sahib  olmağa  başlayır  və 
məsuliyyət  ortaya  çıxır.  Buradan  da  görünür  ki,  fəaliyyət 
qabiliyyəti  artdıqca,  cəmiyyətin  tələblərinə  müvafi  olaraq 
hüquqlar  və  vəzifələr  artır.  Lakin  bütün  vəzifələr  ilk  növbədə 
hüquqlar  üzərində  qərarlaşır.  Burada  mövcudluğun  ilkin 
mərhələsi  məhz  hüquqi  dəyərlərin  başlanğıc  mərhələsini 


91 
 
müəyyən  edir.  Dəyərlər  müəyyən  trayektorik  xətlər  üzrə 
başlanğıclardan  müəyyən  sonluqlara  qədər  formalaşmağa 
başlayır. 
Hüququ  sistemə  salan  vəzifələrdir,  məsuliyyət  və  öhdə-
liklərdir  ki,  bunlar  da  qaydalardan  ibarətdir.  Qaydalar  da 
dəyərlər  olduğundan  vəzifələrin  dəyərli mahiyyətini zəruri  edir. 
Hüququn  nizamlı  mahiyyəti  müəyyən  dairələr  üzrə  meydana 
gələn,  hərəkətlərlə  müşahidə  olunan  və  nəticələnən  vəzifələrdə 
öz əksini tapır. Vəzifə hüquqa dəyər verəndir, hüquq da vəzifəyə 
dəyər  verir.  Hüquqlar  vəzifəyə  başlanğıclar  verir,  vəzifələr  də 
hüquqları  genişləndirir.  İnsanların  imkanları,  hərəkət  sferaları 
artdıqca  vəzifələri  də  artır.  Vəzifələr  artdıqca  yeni  imkanlar 
meydana  gəlir,  fəaliyyətin  genişlənməsi  vasitələrin  sayını 
çoxaldır, bu da özlüyündə hüquqları şaxələndirir və daxildən və 
ətraflardan hüquqların tərkibini zəngin edir.  
İnsan  kainatın  ünsürü  və  Ulu  Tanrının  yaranış  məxluqu 
olduğundan  özündə  şüurlu  hərəkətləri  ehtiva  edir.  İnsan  məhz 
siqnallar  (elementar  zərrəciklər)  məcmuəsindən  ibarət  olan  bir 
strukturdur.  Bütün  qəbul  etdiyi  siqnallar  vasitəsilə  özünü  idarə 
edir və nizamlayıcı, bu baxımdan sistemli mahiyyətli hərəkətlər 
yerinə  yetirir.  İnsan  daimi  olaraq  qəbul  etdiyi  siqnallarla  öz 
daxilini  və  ətraf  aləmini  tarazlaşdırır.  Maraqlarının  və 
məqsədlərinin  təyinatını  müəyyən  edir.  İnsanlar siqnallarla  əldə 
etdiklərindən  özlərini  maraqlar  və  məqsədlər  sistemlərində  hiss 
edərək  nizamlı  qaydada  hərəkət  edirlər.  Burada  risqlər  və 
ehtiyatlar,  gəlirlər  və  itkilər  mütləq  və  nisbi  əsaslarla hesablana 
bilir.  Siqnallar  dəyərli  vasitələrdən  əlamətləri  daşıyan  dəyərlər 
funksiyasını  yerinə  yetirir.  (Qeyd:  gəlirlər  və  itkilər 
sistemlilikdən  ortaya  çıxan  vasitələrdir.  Hər  ikisi  paylaşılma 
prinsipnə,  bölünmə  prinsipinə  söykənir. Hər ikisinin əsasında 
insan hərəkətləri mühüm rol oynayır).  
Şüurlu hərəkətlər elə daha çox nizamlı olan məqsədyönlü və 
həm  də  digər  canlılara  nisbətən  daha  mürəkkəb  nizamlı 
hərəkətlərdir.  Deməli,  insanlar  mürəkkəb  siqnallara  görə  digər 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə