ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.

səhifə31/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

92 
 
canlılardan daha çox şüurludurlar. Mürəkkəb, yəni tərkibi zəngin 
olan  siqnallar  sayəsində  insanlar  mürəkkəb  vəzifələrə  və 
hüquqlara sahib olurlar.  
Bu  siqnalların  qəbulu  və  beyində  emal  olunması  reflek-
siyanın  əsaslarını  formalaşdırır.  İnsanların  şüurları  onların 
maddi-mənəvi  tələbatlarını  ödəmək  üçün  onlara  haqlar  verir. 
Təbii  olaraq  meydana  gələn  və  inkişaf  edən  haqlar  elə 
siqnalların  qəbulu  və  hərəkətlərin  geniş  miqyası  ilə  əlaqədar 
olur.  Hüquqlar  və  vəzifələr  subyektlərin  məkan  üzrə  mübari-
zəsini  meydana  gətirir.  Ümumi  qaydalar  dəyələr  kimi  məkan-
ların  əldə  olunmasına  xidmət  edir.  Deməli,  hüquq  dəyərlər 
olaraq məkanların əldə edilməsinə xidmət edir.  
İnsan hüquqlarının mahiyyəti əqli yollarla dərk olunur. Əqil 
də,  zəka  da  dəyərdir.  Zəka  artdıqca  dəyərlər  də  artır.  Çünki 
aydınlaşma  güclənir,  dərketmə  güclənir,  obyektlər  şaxələnir. 
Məkan böyüyür.  İşıqlanma və qeyri-müəyyənliyin müəyyənliyə 
çevrilməsi  prosesləri  genişlənir.  İnsan  hüquqlarının  tərkib  və 
bölgüsü  daha  çox  məntiqi  üsullarla  aşkar  olunur.  Bu  proseslər 
özləri dəyərlərdən ibarət olur.  
Siqnallar  qıcıqları  yaradır,  qıcıqlar  refleksiyanı  meydana 
gətirir, siqnalları ötürür.  Şüurlu hərəkətləri ilə müəyyən məkan-
larda və zamanlarda hərəkətləri yerinə yetirir. Bu hərəkətlər həm 
hüquqların  tərkibi  olan  vəzifələri  meydana  gətirir,  həm  də 
hüquqları  məkan  etibarilə  böyüdür.  Məkanın  böyüməsi  elə 
tərkibin və kəmiyyətin böyüməsinə səbəb olur.  
Yerinə  yetirilən  hərəkətlər  kəmiyyətləri  meydana  gətirir. 
İnsanların hərəkətləri onların təbii hüquqlarından, bunlardan irəli 
gələrək  vəzifələrindən  və  vəzifələrinə  haqlar  (ixtiyarlar)  verən 
səlahiyyətlərindən  meydana  gəlir.  Hərəkətlər  dərəcələnir. 
Dərəcələndikcə  həm  kəmiyyətini  dəyişir,  həm  məkanını  dəyişir 
(şaquli  və  üfiqi  trayektoriyalar  üzrə),  həm  də  müəyyən 
tərkiblərini  və  formalarını  dəyişir.  Bu  halda  vəzifələr  dəyişir. 
Hüquq  isə  ümumi  bir  etalon,  status  olmaqla  bütün  sahələrdə 
haqları  normalarla  müəyyən  edir.  Hər  bir  hərəkətin  tərkibi 


93 
 
mövcud  olur.  Hərəkətin  subyekti  məkanı  dəyişdikcə  hərə-
kətlərini  də  dəyişir.  Eləcə  də  hərəkətlərin  dəyişməsi  məkanın 
dəyişməsinə gətirib çıxarır.  
Şüurlu hərəkətlər daha çox nizamlı və qaydalı hərəkətlərdir. 
Hüquq  da  hərəkətlərdə  və  mövcudluqda  özünü  təsdiq  edir, 
aşkarlayır.  İnsanlar  həm  hərəkət,  həm  də  “hərəkətsizlik” 
hallarında hüquqlara sahib olurlar. 
İnsanların  müəyyən  sosial  strukturlarda,  eləcə  də  məişət 
strukturlarında  hərəkətləri  dərəcəli  əhəmiyyətə  malik  olur. 
Müəyyən  strukturlarda  insanlar  təcrübələr  əsasında  yeni 
qaydaları  müəyyən  edirlər.  Cəmiyyət  bir  struktur  olaraq qayda-
lardan təşkil olunur. Hərəkətlər təcrübələri və qaydaları yaradır. 
Qaydalar  davranış  normalarını  özündə  ehtiva  edir.  İnsanlar 
təcrübələr  sayəsində  qaydalar  yaradırlar.  Davranış  qaydaları  öz 
üzərlərində  yeni  davranış  qaydalarını  meydana  gətirir. 
Təcrübələr öyrətmə vasitələridir və öyrətmə üsullarını meydana 
gətirir.  Bu  baxımdan  da  təcrübələr  dəyərlərdir.  Müəyyən 
üsulların  tətbiqi  sayəsində  yeni  üsullar  peydah  olur.  Bu 
baxımdan  da  dəyərlər  bir-birilərini  şərtləndirir  və  aşkarlayıcı 
vasitələrə  çevirir.  Dəyər  dəyəri  aşkarlayır,  aydınlaşdırır. 
Qaydalar  əsasən  yenicə  cəmiyyətə  üzv  olan  insanlar  üçün  də 
davranış  normasına  çevrilir.  Deməli,  insanlar  cəmiyyətlərdə 
əvvəlcə  müəyyən  qaydaları  olan  strukturlarda  göz  açırlar, 
sonralar  davranış  qaydalarını  mənimsəyirlər  və  vəzifələr  əldə 
edirlər.  Qaydalar  dəyişə  bilir.  Bu,  hər  şeydən  öncə  imkanların 
zəruri etdiyi şəraitlərdən asılı olur.  
İnsanlar  dünyaya  gəlməmişdən  öncə  hüquqlara  sahib 
olurlar. Sonra isə hüquqların reallaşması, yəni vəzifələrin yerinə 
yetirilməsi prosesləri baş verir. İnsanlar obyektiv olaraq mövcud 
olan  universal  hüquq  normalarına  məxsus  olan  dövlətlərdə 
dünyaya göz açırlar. Hüquqların reallaşması sayəsində vəzifələr 
mövcud  olmuş  olur.  Vəzifələr  baza  etibarilə  (bir  təbii  qayda 
olaraq)  cəmiyyətdə  insanın  meydana  gəlməsindən  qabaq  olur. 
İnsanlar  həmin  vəzifələri  yerinə  yetirməyə  başlayırlar.  Deməli, 


94 
 
vəzifələr əslində cəmiyyətin özündə olan qaydalarda əksini tapır. 
İnsanlar  gəldikcə  davranış  normalarına  tabe  olurlar  və  əməl 
edirlər.  Vəzifələr,  vəzifələrdə  əksini  tapan  səlahiyyətlər 
(ixtiyarlar)  hüquqları  sərhədləyir.  Hüquqların  sərhədləri  dəyişə 
bilir. Burada sistemdaxili şaquli və üfiqi genişlənmələr baş verir. 
Resurslar  artır.  Hüquq  məkanları  bir-birini  əvəzləmək  imkan-
larına  malik  olur.  İnsanların  hərəkət  dairələri  sferaları  məhz 
hüquqların məkanını əks etdirir. Bu sferalar həm daralır, həm də 
genişlənir.  Müəyyən  xətlərdə,  sferalarda  kəsişmə  əmələ  gəlir, 
toqquşmalar ortaya çıxır. Toqquşmalar baza etibarilə sərhədlərin 
dəyişməsindən  meydana  gəlir.  Sərhədlər  qarşılıqlı  şəkildə 
dəyişəndə  məkan  çatışmazlığı  yaranarsa,  bu  hal  toqquşmaya 
gətirib  çıxarır.  Belə  halda  ya  gərginliklər  baş  verir,  ya  da 
güzəştlər  meydana  gəlir.  Toqquşmaların  müəyyən  hədləri 
qarşılıqlı  güzəştləri  meydana  gətirir,  eləcə  də  sərhədlərin 
digərinə  keçməklə  dəyişməsinə  səbəb  olur.  Bu  anda  müəyyən 
tərəfin hüquqları və vəzifələri məhdudlaşır, öz məkanını itirir.  
Hüquq  təbiidir  və  konseptual  əsaslarla  özündə  hərəkətlərin 
məzmunu  və  forması  etibarilə  vəzifələri,  ixtiyar  və  səla-
hiyyətləri, azadlıqları və sərbəstlikləri birləşdirir. Şərəf, ləyaqət, 
namus,  vicdan  və  s.  kimi  mənəvi-əxlaqi  dəyərlər  hüququn 
məzmunundadır.  Bu  kimi  mənəvi  dəyərlər  hüququ  həm  geniş-
ləndirir,  hüququn  tərkibini  təşkil  edən  komponentləri  həm 
çoxaldır,  həm  də  lazımi  şəraitlərdə  məhdudlaşdırır.  Hüquq  öz 
tərkib  komponentlərinə  immanentdir,  bu  baxımdan  da  sistemli 
əhəmiyyətə malikdir. Hüququn tərkib komponentləri həm hüqu-
qun ümumən tərkibini genişləndirir, həm də məhdudlaşdırır.  
Hüquq  anlayışı  həm  tərkibi  baxımından  çox  genişdir, 
müəyyən  məkanlarda  və  imkanlarda  genişlənəndir,  həm  də 
məhdudlaşandır,  sərhədlərlə  dairələrə  alınandır.  Cəmiyyət  və 
inkişafa təkanverici amillər çoxaldıqca hüquq da çoxalır. Hüqu-
qun  dairələrə  alınması  onun  ayrı-ayrı  sahələrə  bölünməsindən 
irəli  gəlir.  Hüququn  dairələrindən  çıxmalar bir tərəfdən  hüququ 




Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə