101
dəyərləri onun mənasının tərkibini təşkil edən komponentlərdən
ibarət olur. Bu komponentlər insan həyatının normal gedişini
təmin edir. İnsan həyatının dəyərlər sistemi onun maraqlarının
formalaşdığı obyektlər sistemindən ibarət olur. İnsanı dəyərləri
saxlayır, təmin edir. İnsan da öz dəyərlərini qoruyur və onu
inkişaf etdirir. İnsan həyatının dəyərləri həyatın zənginləşməsini
və zamanla davam etməsini təmin edir. Dəyərlər pozitivdirlər və
enerji verən ünsürlər rolunda çıxış edirlər. Dəyərlər enerji verici
və enerji paylayıcı, enerji ötürücü amillər kimi əhəmiyyət kəsb
edir.
Dəyər insan həyatının əsas mənasını özündə daşıyan
ünsürlər, komponentlər rolunda çıxış edir. Dəyər qiymətdir,
qiymətli olan vastədir. Dəyər maddi və mənəvi olmaqla
bölgüdən ibarətidir. Həm maddi dəyərlərin, həm də mənəvi
dəyərlərin öz tərkibi mövcuddur. Bu mövcud olan komponentlər
baza olaraq enerji daşıyıcılarıdır. İnsan həyatının dəyər
kəmiyyəti mövcuddur. Bu dəyər kəmiyyəti məhz insanın özünün
dəyər subyekti kimi əhəmiyyət kəsb etməsinin əsasında dayanır.
Maddi dəyərlər o dəyərlərə deyilə bilir ki, insanlar onlardan
özləri üçün istifadə edirlər, yararlanırlar və onu qoruyurlar.
Maddi dəyərlər mənəviyyatın zənginləşməsinə xidmət edir.
Maddi və mənəvi dəyərlər və onlara qiymətlərin verilməsi
başlıca olaraq insan xarakterindən asılı olur. Maddi dəyərlər
nizamlayıcı əhəmiyyət kəsb edir.
Dəyərlər insanların xarakterlərini dəyişən komponentlər
kimi də əhəmiyyət kəsb edirlər. İnsanlar bu dəyərlərdən istifadə
edərək öz pozitiv həyatlarını təmin edə bilirlər. Dəyərlər elə bir
şeylərdir ki, insanlar onlarda məna axtarırlar və bu mənalar da
poziitiv əsasları özündə cəmləşdirirlər.
Mənəvi dəyərlərin tərkibi də insanın mənəviyyatını təşkil
edən komponentlərdən, mücərrəd ünsürlərdən, hissi amillərdən
asılı olur. Mənəvi dəyərlər əxlqi dəyərlərin də əsasında dayanır.
Əxlaq özü bir mənəvi dəyərdir.
102
Mənəvi dəyərlərin tərkibi əsasən bu kimi amillər
üzərində formalaşa bilir:
-qiymətlər –o şeylər qiymətli olur ki, onun əlamətləri insan
beyinində dolğun şəkildə obrazlanır. İnsan qiymətli şeyləri bir
və ya da bir neçə obyektdə və subyektlə əlaqədə tətbiq edir.
Burada insan hüququ insanın özü üçün dəyərləndirmə vasitəsi
rolunda çıxış edir;
-inanclar-özündə
gümanları,
inamları,
əminliyi
və
arxayınlığı əks etdirən bir prosesdir və dəyərlərdir. Bu kimi
dəyərlər mövcud həyatla gələcək həyat arasında bağlayıcılığı
yaradır. Mövcud və gələcək həyat dəyərləndirici müstəvi ilə
əhatə olunur. Reallıqla gələcək zaman konkretliliklə mücərrədlik
vəhdətlənir. İnsan hüquqlarının dövlətdə və cəmiyyətdə təsdiqini
tapması insanı gələcəyə doğru inanclı edir;
-saflıq,
təmizlik,
düzgünlük-düzgünlük
sonrakı
əyriliklərdən insanların özlərini qoruyur. Belə ki, düzgünlük düz
olmayanda ondan sonra gələn xəttin istiqaməti dəyişir. Xəttin
istiqaməti dəyişəndə insanların həyat axarı da dəyişir. Əyriliklər
yaranır. Əyriliklər burulğanında insanlar “itə bilirlər”.
İnsanların obyektivliyi əks etdirən hüquqları özündə müəyyən
şəraitlər üzrə ədalətliliyi meydana gətirir. Ədalətlilik də
özlüyündə düzgünlüyü ehtiva edir. Saflıq bu və ya da digər
kəmiyyətdə düzgünlüyü meydana gətirir;
-lazımi anlarda (zəruri olan məqamlarda) şübhəlilik-
tərəflər arasında əminlik, arxayınlıq təbii ki, düzgünıükdən
meydana gəlir. Düzgünlüyün əyilməməsi üçün əyriliklərin
qarşısını almaq lazım gəlir. Bu anda şübhəliliyin ortaya
qoyulması zəruri amilə çevrilir;
-qeyri-şübhəlilik-düzgün istiqamətlər üzərində şübhələrin
dərinləşməsi düzgünlüyün dəyərdən düşməsinə səbəb ola bilər.
Bu baxımdan da aydınlıq və gerçəklik üçün qeyri-şübhəlilik,
əminlik və arxayınlıq ardıcıl qaydada gələn düzgünlüyün uzun
103
trayektoriyasının formalaşmasına səbəb ola bilər. Qəti inam
hissləri hüququn birxətli trayektoriyasından meydana gəlir;
-gözəllik və xoş sözlər-gözəllik həm material aləmdə
mövcud olur, həm də mənəvi düzgünlüyü özündə əksini tapır.
Xoş sözlər düzgünlüyün meydana gəlməsi üçün mülayimliyi
şərtləndirir;
-ağıllı və müdrik kəlamlar-ağıllı fikirlər aydınlaşdırıcı
olur. Ağıllı fikirlərin bazasında siqnallar daha çox mövcud olur.
Müdrik kəlamlar isə pozitivliyin və xidmətlərin əsasında
dayanır;
-xeyirxahlıq, müdriklik-xeyirxahlıq yaxşılıqdır və bu
baxımdan da ədalətlilikdir. Xeyirxahlıq bölüşmədir, razılıq və
paylaşmadır və təcavüzün qarşısını alan dəyərdir;
-fəzilət-lüğəti mənasına görə ağıl, kamal, elm-mərifət,
mərdlik, alicənablıq kimi mənaları əks etdirməklə, dəyərli
xarakterin formalaşmasına gətirib çıxarır. Yaxşılıq insanlar
arasında münasibət və əlaqələrin normal axar ilə davam
etməsinə söykənir;
-məziyyət-lüğəti mənası ilə bir şeyin, adamın üstünlüyünü
təşkil edən xüsusiyyət olmaqla, özündə xeyirxahlığı, fəziləti əks
etdirir. Alicənablıq, xeyirxahlıq bir məziyyətdir və buna görə də
üstün olan dəyərdir;
-şərəf, namus, qeyrət-hər bir insanın qoruycu mənəviyyat
ünsürü vardır. İnsanlar arasında sərhdələrin müəyyən
olunmasında şərəf, namus və qeyrət kimi kriteriyalar böyük rol
oynayır;
-vicdan-etiqad, inanc dəyərlərdən ibarətdir. Vicdan
insanların düzgün əməlləri üçün bir kriteriya rolunda çıxış edir;
-istedad-bacarıq və biliklərin realizə üsullarındandır.
İstedad dəyər kimi yaradıcılıq və quruculuğun əsasında
qərarlaşır, yaradıcılığa və quruculuğa təkan verir;
-qabiliyyət, qanacaq, hörmət və mərifət-bu kimi mənəvi
dəyərlər və dəyərləndirici kriteriyalar düzlük və ədalətliliyin
Dostları ilə paylaş: |