ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə36/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

107 
 
 İnsanlar da sistemlər olaraq 
 ətraf  sistemlərin  tərkib 
ünsürləridir.  İnsanlar  ətraf  aləmlə  vəhdət  yaratmaq  və  ətraf 
aləmə  təsir  etmək  imkanlarına  malikdirlər.  Daxili  sistem  kənar 
sistemlə  əlaqədə  meydana  gəlir.  Ətraf  aləmin  daxili  də 
sistemlərdən  formalaşır.  Sistemlər  arasında  olan  fərqlərin  əsas 
xüsusiyyətləri 
elementlərdən 
təşkil 
olunur. 
Dəyərlərin 
müxtəlifliyi  məhz  sistemlərdə  olan  rəngarəngliyi  və  sistemlər 
arasında  oilan  fərqliliyi  meydana  gətirir.  Bu  baxımdan  da 
dəyərlər  müxtəlif  olur.  Dəyərlərin  müxtəlifliyi  onların  faydalı 
olmalarının  tam  fərqliliyini  meydana  gətirmir.  Bütün  dəyərlər 
faydalıdır,  çünki  istifadə  olunandır.  Elementlər  arasında  olan 
məkan  müxtəlifliyi  və  məkan  şəbəkələri  məhz  sistemlər 
arasında,  strukturlar  arasında  olan  fərqlərin  yaranmasının 
əsaslarını  təşkil  edir.  Bağlayıcılıq  və  məkan  sistem  elementləri 
arasında  olan  dəyərlərin  formalaşmasını  təmin  edir.  Strukturlar 
və  yarımstrukturlar  arasında  olan  əlaqələr  sistemi  məhz  ümumi 
sistemlərin  əsaslarını  təşkil  edir.  Fərqlər  də  bu  sistemlərdən  və 
strukturlardan  və  onların  təzahürlərindən  yaranır.  Elementlər 
arasında olan fərqlər əslində vahid dəyərlərin əsaslarını yaradır. 
İnsan hüquqlarının genişliliyi və bütün lazımi sahələri əhatə 
etməsi  məhz  dəyərlər  sisteminin  əsaslarını  meydana  gətirmiş 
olur.  Məxsusi  hüquq  sistemi  və  bu  baxımdan  da  ayrı-ayrı 
sahələrdə  olan  normalar  sistemi  ümumi  dəyər  sisteminin 
tərkibini təşkil edə bilir.  
Sistemlərin tərkib elementləri mövcuddur. Tərkib elementlər 
arasında  olan  əlaqələr  sistemin  bütövlüyünü  meydana  gətirir. 
Sistemin  bütövlüyü  onun  məkanlar  vəhdətindən  ibarətdir. 
Deməli, sistem dəyərlərdən ibarət olan bir forma və məzmundur. 
Məkanlar  vəhdəti  də  elə  elementlər  cəmindən  asılıdır.  Hər  bir 
sistem  müxtəlif  elementlərdən  təşkil  olunur.  Elementlər 
kəmiyyəti  və  elementlər  arasında  məkan  birləşməsi  məhz 
sistemin  tərkib  müxtəlifliyinin  əsaslarını  meydana  gətirir. 
Kəmiyyət,  yəni  elementlərin  birləşməsi  həcmi  və  çəkisi  məhz 
fərqləri formalaşdırır. Bununla yanaşı, enerji amili də mühüm rol 


108 
 
oynayır.  Enerji  amili  də  məhz  sistemin  daxili  elementlərinin 
cəmindən  formalaşır.  Daxili  elementlərin  qarşılıqlı  hərəkət 
mexanizmisi  məhz  enerjinin  məkan  baxımından  sistemdaxili 
mənbəyini yaradır.  
Əgər  dəyər  elementdirsə,  onda  elə  sistemin  özü  də 
bütövlükdə  bir  dəyərdir.  Sistemin  tərkib  elementləri  məhz 
dəyərlərdən  ibarətdir.  Ətraf  aləm  bütünlükdə  ümumi  bir  dəyər 
mənbəyidir  və  məkanıdır.  Hər  bir  element  bir  dəyərdir  və 
dəyərlər tərkibidirsə, onda belə qərara gələ bilərik ki, sistemlərin 
özləri də dəyərlərdir. 
Sistemlər  daxillərində  olan  fərqlər  əslində  müxtəlif 
koordinatlardan olan dəyərlərin məcmusunu təşkil edir. Deməli, 
sistemlər elə dəyərlərin oxşar və fərqli cəhətlərini özlərində əks 
etdirirlər.  Dəyərlər  arasında  olan  oxşarlıqlar  və  ziddiyyətlər, 
paralelliklər və kəsişmələr əlaqələrin dəyərli vəhdətini meydana 
gətirir.  Hüquq  sistemində  ədalət  prinsipi  bütün  bağlayıcılqıda 
sistemin dəyərli əsaslarını meydana gətirir.  
Sistemlər  dəyərlərin  fərqli  qaydada  istifadə  olunmasını 
təmin  etməklə  yanaşı,  bütöv  qaydada  da  təmin  olunmanın 
əsaslarını formalaşdırır. Sistem dəyərlərin istifadəsi üçün gücləri 
meydana  gətirir.  Potensialı  artırır.  Potensialın  artması  da  öz 
növbəsində dəyərlərin ümumi olaraq artmasına xidmət edir. 
Sistemlər  dəyərlərin  məcmuəsini  meydana  gətirir.  Dəyərlər 
də öz növbəsində sistemlərin formalaşmasına xidmət edir. 
Hüquq  normaları  sistemi  dəyərlərin  törənməsini  meydana 
gətirir.  Burada  normalar  sistemi  hər  bir  hüquq  tərəfinin 
potensialını 
müəyyən 
edir. 
Dəyərlər 
şəbəkələnir 
və 
şəbəkələndikcə  də  yeni-yeni  dəyərləri  özündə  cəmləşdirir. 
Şəbəkələnmə  dəyərlər  törəməsinin  bazasında  dayanır.  Törəmə 
prosesləri  baza  dəyərlərin  qorunmasına  və  inkişafına  xidmət 
edir. Baza hüquqları baza hüquqi dəyərlər kimi əhəmiyyət kəsb 
edir.  Törəmə  hüquqlar  da  dəyərlərdir.  Törəmə  hüquqlar  həm 
baza  hüquqların  möhkəmlənməsini  təmin  edir,  həm  də  yeni 


109 
 
hüquqları  meydana  gətirir.  Yeni  hüquqlar  əlavə  hüquqlar 
sayəsində aşkar olunur.  
 
İnsan hüquqları bir dəyər kimi 
 
Əvvəlcə də qeyd olunduğu kmi, hüquq haqdır və təbiətdən, 
eləcə də fövqəltəbiətdən insanlara verilən nemətdir. Haqq nemət 
olduğundan da bir dəyərdir.  Nemət qida  verir. Hüquq insanı öz 
səlahiyyətləri və ixtiyarlarına görə qidalandırır. Hüquq dövlətdə 
və  cəmiyyətdə  insanların  qarşılıqlı  əlaqələr  sistemində,  əlaqələr 
müstəvisində insanların dəyərlər əldə etməsi üçün vasitə və alət 
rolunu oynayır. Hüquq insanların digər dəyərləri əldə etmələrinə 
səbəb  olan  bir  dəyərdir,  həm  tərkib,  həm  də  vasitə  dəyəridir. 
Deməli,  insan  həyatının  bütün  elementləri  dəyərlərdən  təşkil 
olunur;  çünki  insanlar  hüquqları  ilə  dəyərlər  qazanırlar.  Dəyər 
dəyərləri  şərtləndirir.  Hüquq  vasitəsi  ilə  həyatın  inkişaf  yolları, 
hərəkət  istiqamətləri  müəyyən  olunur,  aşkarlanır.  Dəyərlərin 
qazanılması  istiqamətləri  fəaliyyət  dəyərləri  ilə  müəyyən  edilir. 
Haqq  insanları  hər  zaman  müşayiət  edir  və  insanların  daxilləri 
ilə xariclərinin təmaslarını (burada ədalətli qaydada təmaslarını) 
və  şərtləndirici  vəhdətini  meydana  gətirmiş  olur.  İnsan  özünün 
haqlı olmasını özünün rastlaşdığı şəraitlərdən müəyyən edir. Hər 
bir  məqamda  insan  öz  hərəkətlərinə  haqq  verir.  Lakin 
hərəkətlərinin  haqsız  olduğunu  da  dərk  edir.  Bu  baxımdan  da 
dəyərlər  müxtəlif  bucaqlardan,  yanaşmalardan,  faydalar  əldə 
etməkdən  ibarət  olur.  Hüququn  dəyərliliyi  onun  tətbiqi 
üsullarında,  nəticəsində,  müdafiə  mahiyyətində  öz  əksini  tapır. 
İnsanlar  ontoloji  və  qnoseoloji  aspektlərdə  dəyərli  olmalarını 
dərk edə bilirlər. İnsanlar fikirlərini və özlərini dəyərli məxluqlar 
kimi  görürlər  və  hüquqlarının  da  bu  iki  aspektdə  dəyərli 
olmasını  dərk  edirlər.  İnsan  dəyərləri  anlayış  kimi  həm  varlıq, 
həm  də  fikir  təlimlərindən  meydana  gəlir.  İnsanların  qabiliyyət 
və  istedad  fərqləri,  eləcə  də  yaş  müxtəliflikləri  onların  dəyər 
fərqlərini  də  meydana  gətirir.  İnsan  hüquqları  insanların 



Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə