ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə37/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

110 
 
hərəkətlərini şərtləndirir və onu qoruyur. Deməli, hüquq hərəkət 
üçün  dəyərverici  ünsürə  çevrilir.  İnsanların  mənəvi  dəyərləri 
onların hüquqlarının icrası ilə qorunur. Hüquqlarda universal və 
məxsusi  əlamətlər  formalaşır.  Mənəviyyatın  özündə,  daxilində, 
məğzində hərəkət dayanır, hərəkət də haqları cəmləşdirir, haqqla 
istiqamətlənir.  Deməli,  mənəvi  dəyərlərin  tərkibi  hüquqlardan 
ibarətdir.  Hüququn  da  tərkibi  mənəvi-maddi  ünsürlərdən, 
elementlərdən  təşkil  olunur.  Bu  baxımdan  da  insan  hüquqları 
dəyərdir  və  dəyərlər  sisteminin  əsaslarını  təşkil  edir.  İnsan 
hüquqları  əxlaqın  tərkibi  olduğundan  əxlaq  sisteminin  tərkibini 
də  əks  etdirir.  Onda  insanın  münasibətlər  və  əlaqələr  sistemi 
bütünlükdə  pozitiv  dəyərlərdən  təşkil  olunur.  Əxlaq  insanların 
mənəvi  aləmlərinin  tərkibi olduğundan  mənəviyyatın dəyərlərlə 
zənginləşməsində  iştirak  edir.  Mənəvi  aləmlərinin  tərkibi 
olduğundan  da  dəyərlər  məcmuəsini  özündə  cəmləşdirir. 
Mənəviyyat hüquqlar üçün dəyər olduğundan əxlaq da hüququn 
dəyərinə  çevrilir,  hüquqları  möhkəmlədir,  öz  sərhədlərində 
saxlayır.  Əxlaq  hüququn  sərhədlənməsini  təmin  edə  bilir  və 
mənəvi  dəyərləri,  eləcə  də  hüquqları  qoruyur.  İnsan  hüquqları 
bir anlayış kimi maddi-mənəvi aləmin tərkibini ifadə edən siyasi 
və  ictimai  bir  yanaşmadır,  ifadədir.  Hüquq  dəyərdir.  Bu 
baxımdan  da  ayrı-ayrı  sahələrdə  dəyərlərin  məcmusudur. 
Hüququn  bölgü  əsası  dəyərlərin  bölgü  əsasını  meydana  gətirir. 
İnsan  hüquqları  dəyərli  olan  insanların  maddi-mənəvi  aləmlə, 
dəyərlər  mühiti  ilə  vəhdətini  yaradır.  İnsan  hüquqları  hər  bir 
anda  insanların  pozitiv  maraqlarını  dəyərlərlə  formalaşdırır.  Bu 
baxımdan  hüququn  tərkibi  elə  dəyərlərin  tərkibindən  ibarətdir. 
Hüquq  azadlıqları,  sərbəstlikləri  özündə  ehtiva  edir.  Bu 
baxımdan  da  dəyərlərdən  ibarət  olur.  Azadlığın,  sərbəstliyin 
rəsmi əlaqələrdə ifadəsi, reallaşması dəyərləri əks etdirir.  
İnsan  hüquqları  tərkibdir,  bütövdür,  hissədir,  bu  baxımdan 
da  tərkibi  zəngin  olan  dəyərlərdən  ibarətdir.  Dəyərlər 
hissələrdən,  elementlərdən  təşkil  olunur.  Hüquq  normaları 
dəyərlərin  ifadəsinin  əsaslarını  meydana  gətirir.  Hüquq 


111 
 
normaları  dəyərlərin  normalarını  yaradır.  Deməli,  dəyərlər  də 
tənzimedici  əhəmiyyət  kəsb  edir.  Dəyərlərin  tərkibi  də 
ölçülərdən ibarətdir.  
İnsanların  hüquqi  dəyərləri  onların  haqlara,  maddi-mənəvi 
aləmləri üzərində əxlaqi ixtiyarlara malik olmaları ilə xarakterizə 
olunur.  Məxsusilik,  mənsubiyyətlilik,  ixtiyar  və  səlahiyyətlər 
dəyərlərin bazasında dayanır.  
İnsan  hüquqları  normalar  şəkilində  mövcud  olur.  Deməli, 
normalar  da  dəyərdir.  Dəyər  əxlaq  fəlsəfəsinin,  əxlaq 
düşüncəsinin  tərkibidir.  İnsan  hüquqları  fərd  və  kollektiv  üçün 
hər  bir  anda  dəyərlərdən  ibarətdir.  İnsan  hüquqlarının  yerinə 
yetirilməsi, 
təmin 
olunması 
məhz 
dəyərlər 
sisteminin 
faydalılığını artırır. Hər bir an bir hüquqdur. Hüquq da dəyərlər 
məcmuəsindən  ibarətdir.  Deməli,  hər  bir  an  elə  dəyərlərdən 
ibarətdir.  
 
 
Hüquq normaları dəyərlər sisteminin tərkibi kimi 
 
Norma,  ölçü  nizamın  əsası  olmaqla  yanaşı,  faydalardan 
ibarətdir;  çünki  istifadə  olunandır,  tənzim  edəndir,  qaydalara 
salandır.  Qaydalar  da  müsbətdir;  çünki  faydalıdır.  Hüquq 
normaları  dəyişəndə  dəyərlər  də  dəyişir.  Baza  insani  dəyərləri 
qoruyan və təmin edən normalar dəyişir və son məqsəd yenə də 
baza  dəyərlərin  mühafizəsinə,  təminatına  yönəlir.  Normalar  ya 
yeni  dəyərləri  yaratmanı  nəzərdə  tutur,  ya  da  özündən  sonrakı 
dəyərləri  dəyişir.  Hüquq  normaları  dəyər  olaraq  dəyərlər 
arasında,  insanlarla  dəyərlər  arasında  üzvi  bağlılığı  müəyyən 
edir. Hüquq normalarının tətbiqi sayəsində dəyərlər daima canlı 
və  aktiv  vəziyyətdə  aşkar  olunur.  Hüquq  normalarının  və  icra 
aparatının mövcudluğu cəmiyyəti və dövləti vahid formada canlı 
qaydada  fəaliyyət  göstərməyə  vadar  edir.  (Qeyd:  hüquq 
nəzəriyyəsinə görə, hər bir normada ümumi davranış qaydaları 
mövcuddur.  Qaydalar  icra  olunmalıdır.  Normanın  bu  hissəsi 


112 
 
elmdə hipoteza adlanır. Hüquq normaları davranış qaydalarının 
özünü,  hüquq  subyektlərinin  hüquq  və  vəzifələrini,  yəni 
dispozisiyasını  müəyyən  edir.  Üçüncüsü,  isə  sanksiyaları  tələb 
edir  və  yerinə  yetirilməsi  məcburidir.  Nəzəriyyə  hüquq 
normalarını  hipotez,  dispozisiya  və  sanksiyaları  müəyyən  edən 
qaydalar  kimi  qeyd  edir.  Hüquq  normaları  səlahiyyətverci, 
məcburedici və qadağanedici olur. Hüquq normaları insanların, 
onların kollektivlərinin davranışını onlara subyektiv hüquqların 
verilməsi  ilə,  yaxud  üzərlərinə  vəzifələrin  qoyulması  ilə 
tənzimləyir
1
.  Digər  bir  fikirə  əsasən,  hüquqda  əsas  toxuma  –
hüquq  normasıdır.  Hüquq  norması  hüquqla  tənzim  olunan 
insanın  davranış  modeliduir.  Hüquq  sistemlərində  dövlət 
tərəfindən  məqbul  sayılan,  yaxud  məqbul  sayılmayan  müxtəlif 
növ ictimai münasibətlər modelləşdirilir
2
.).  
İnsan  həyatının  bütün  hərəkətlər  sistemi  təbii  normalardan 
və  tərkiblərdən  ibarətdir.  Təbii  normalar  və  təbii  tərkiblər 
nizamlamanın  əsasında  dayanır.  Nizamlama  üçün  vasitələri 
meydana  gətirir.  Normalar  və  qaydalar  ölçülər  şəkilində 
nizamlamanın  əsaslarını  meydana  gətirmiş olur. Təbii normalar 
şaxələnir  və  törəmə  şəkilində  yeni  normalar  aşkar  olunur. 
Təbiilik  öz  ardınca  yeni  təbiiliyin  aşkarlanmasını  şərtləndirir. 
Burada  fəaliyyət  normaların  şaxələnməsini  meydana  gətirir, 
şərtləndirir. Qanunvericilikdə baş verən dəyişikliklər zərurətdən 
meydana  gəlir.  Şərtləndirmə  həm  inkişafı,  artmanı  təmin  edir, 
həm  də  mühafizə  funksiyasını  yerinə  yetirir.  İnsan  hüquqları 
üzrə  normaların  artımı  təbii şəkildə  hüquq  normaları sisteminin 
dəyərini  meydana  gətirir.  Məsələn,  qanunlardan  ibarət  olan 
məcəllələr  müvafiq  tənzimetmə  sahələrinin  dəyərlərinin  əldə 
                                                 
1
  Hüquq  və  qanunvericilik  -  Hüquq  normaları.  Hüquq  nəzəriyyəsi. 
kayzen.az/blog/law/7820/hüquq- normaları.html 
2
  Cinayət  hüquq  normasının  mühafizəedici  funksiyası  haqqında.  V.Ş. 
Quliyev.  Bakı  Dövlət  Universiteti.  Bakı  Universitetinin  Xəbərləri.  Sosial-
siyasi  elmlər  seriyası.  N4.  2009.  static.bsu.az/w8/Xeberler%20  Jurnali/ 
Sosial%202009%204/67-74pdf 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə