ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.

səhifə38/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

113 
 
olunmasına  və  qorunmasına  xidmət  edən  ümumi  qaydaları, 
normativ  hüquqi  əsasları  meydana  gətirir.  Strukturlaşma 
dəyərləri  qruplaşdırır,  bağlayır  və  vəhdətini  meydana  gətirir. 
Bağlayıcılıq  dəyər  kimi  aşkarlanmanın,  yəni  müəyyənliyə 
çevrilmənin  bazasında  dayanır.  Müəyyənliyə  çevrildikcə 
normalar  artır,  fəaliyyət  genişlənir.  Genişlənən  fəaliyyət  yeni 
dəyərə  malik  olan  hüquq  normalarını  meydana  gətirir.  Hüquq 
normaları digərini qoruyur və bu baxımdan da qarşılıqlı bağlılıq 
sistemləri  formalaşmış  olur.  Bəzi  hüquq  normalarının  dəyərləri 
tənzim 
etmək 
funksiyasını 
nəzərdən 
keçirək: 
Bütün 
konstitusiyalar  hüquq  normaları  sistemindən  ibarət  olmaqla, 
dəyərləri  hüquqi  normalara  salır.  Bu  normalar  dəyərləri 
nizamlayan  normativ  və  təsdiqedici  dəyərlər  kimi  əhəmiyyət 
kəsb  edir.  Məsələn,  2  aprel  1997-ci  il  tarixli  Polşa 
Respublikasının Konstitusiyasında yazılır ki, Polşa Respublikası 
onun 
bütün 
vətəndaşlarının 
mülküdür, 
var-dövlətidir. 
(Respublika  Bölməsi.  Maddə.1).
1
  Burada  dövlətin  bir  dəyər 
forması kimi xalqa məxsusluğunu əks etdirir. İkinci maddədə isə 
yazılır  ki,  Polşa  Respublikası  sosial  ədalət  prinsipini  həyata 
keçirən  demokratik  hüquqi  dövlətdir.  Bu  normada  sosial  ədalət 
dəyərinin təminedici tərəfi kimi dövləti əsas götürür.
2
 Dördüncü 
maddə ali hakimiyyətin xalqa məxsusluğunu ifadə edir. Buradan 
da  hakimiyyətin  dəyər  olaraq  xalqa  aid  olmasını  ifadə  edir, 
hüquqi aspektlərini əks etdirir və hakimiyyətin səalhiyyətlərinin 
xalqın  səlahiyyətləri  ilə  bağlı  olmasını  sübuta  yetirir.  Cənubi 
Koreya  Respublikasının  Konstitusiyasında  da  qeyd  olunur  ki, 
Koreya Respublikasının ali hakimiyyəti xalqa məxsusdur; bütün 
dövlət  hakimiyyəti  xalqdan  formalaşır.  (maddə  1)
1
.  Cənubi 
                                                 
1
КОНСТИТУЦИЯ ПОЛЬСКОЙ РЕСПУБЛИКИ.www.uznal.org/ 
constitution.php?text=Poland&language=r
 
2
 Yenə orada  
1
 КОНСТИТУЦИЯ РЕСПУБЛИКИ КОРЕЯ (ЮЖНАЯ КОРЕЯ). 
Принята: 17 июля 1948 года. Статус: 29 октября 1987 года). 
www.legalportal.am/download/constitutions/110_ru.pdf  


114 
 
Koreya Konstitusiyası onu da qeyd edir ki, bütün dövlət vəzifəli 
şəxslər  xalqa  xidmət  edirlər  və  xalq  qarşısında  məsuliyyət 
daşıyırlar. (maddə 7).  
Dövlət dəyərləri, xalqın dəyərlərini qoruyan tərəf kimi çıxış 
edir.  Bu  baxımdan  da  Polşa  Respublikasının  Konstitusiyasında 
qeyd  olunur  ki,  Polşa  Respublikası  öz  müstəqilliyini  və 
ərazisinin  toxunulmazlığını  qoruyur,  insan  və  vətəndaş 
hüquqlarını  və  azadlıqlarını,  həmçinin  vətəndaş  təhlükəsizliyini 
təmin edir, xalqın irsini qoruyur, həmçinin bərabər tarazlı inkişaf 
prinsipini  əldə  rəhbər  tutaraq  ətraf  mühitin  qorunmasını  təmin 
edir. (Maddə. 5.)
2
  
Ər-arvad ittifaqı olan nigah, ailə, analıq və valideynlik Polşa 
Respublikasının  Polşa  Respublikasının  müdafiəsi  və  himayəsi 
altındadır. (Maddə 18.). Polşa Respublikası müstəqillik uğrunda 
mübarizə aparan veteranlara, xüsusilə, müharibə əlillərinə xüsusi 
qayğı  göstərir.  (Maddə.19)
3
.  Cənubi  Koreya  Konstitusiyasına 
əsasən, dövlətin öhdəliyi Koreya Respublikasının hüdudlarından 
kənarda  yaşayan  vətəndaşları  müdafiə  etməkdən  ibarətdir. 
(maddə  2.  ).  Normaların  dəyərləri  qoruyan  və  inkişaf  etdirən 
dəyərlərdən ibarət olmasının nəzəri əsaslarına dair daha bir misal 
olaraq  qeyd  etmək  olar  ki,  23  may  2007-ci  ildə  qəbul  olunan 
Azərbaycan  Respublikasının  milli  təhlükəsizlik  konsepsiyası 
təhlükəsizlik mühiti, ölkənin milli maraqları, milli təhlükəsizliyə 
təhdidlər,  milli  təhlükəsizlik  siyasətinin  əsas  istiqamətləri  kimi 
sahələri  və  fəaliyyət  predmetlərini  əhatə  edir.  Konsepsiyada 
qeyd 
olunur 
ki, 
Azərbaycan 
Respublikasının 
milli 
təhlükəsizliyinin  təmin  edilməsində  əsas  vəzifələrdən  biri  onun 
milli  təhlükəsizliyinə  təhdidlərin  aradan  qaldırılması  və  ya 
nəzarətdə  saxlanılmasıdır.  Təhdidlər  ölkənin  müstəqilliyi 
suverenliyi,  ərazi  bütövlüyü  və  konstitusiya  quruluşuna  qarşı 
                                                 
2
 КОНСТИТУЦИЯ ПОЛЬСКОЙ РЕСПУБЛИКИ.www.uznal.org/ 
constitution.php?text=Poland&language=r 
3
 Yenə orada 


115 
 
olan  qəsdlərdən  ibarətdir.  Sənəd  milli  və  dini  tolerantlıq 
mühitinin qorunması, elm, təhsil, mədəniyyət siyasətinin həyata 
keçirilməsi  və  mənəviyyatın  qorunmasını  strateji  məqsəd  və 
vəzifələr kimi qarşıya qoyur
4

 
Hüquq  normaları  sistemində  dəyişikliklər  fonunda  həyata 
keçirilən  islahatlar  məhz  yeni  hüquq  normalarının  yaranmasını 
təmin  edir.  Sistem  daxilən  yenilənir  və  yeni  dəyərlər  yeni 
tələblərdən  yaranır  və  yeni  tələblərə  də  cavab  verir. 
Qanunvericilikdə  həyata  keçirilən  dəyişikliklər  bu  məqsədlə 
həyata keçirilir.  
İnsan  həyatı  və  fəaliyyəti  təbiidir,  ona  görə  ki,  hərəkətlər 
təbiidir,  insanlara  fövqəltəbiətdən  və  təbiətdən  veriləndir. 
Burada  dəyər  amili  mühüm  funksiya  daşıyır.  Mənafe,  maraq, 
ehtiyac,  tələbat  zərurətləri  də  təbiidir.  Hərəkətlər  bu  kimi 
tələbatların  ödənilməsinə  yönəldilir.  Bu  kimi  xüsusiyyətlər 
insanların  daxilləri  ilə  immanentdir,  daxillərinin  tərkib 
hissələridir.  İnsanlar  təbii  xassələrin  təkibi  olaraq  qurucu  və 
yaradıcı  olurlar,  münasibətləri  və  əlaqələri  tənzim  edən 
cəmiyyətlər  və  dövlətlər  qururlar.  Bu  zaman  onların  dəyərli 
məzmunları  meydana  gəlmiş  olur.  Münasibətlər  və  əlaqələr 
dəyərlərdir  və  buna  görə  də  dövlət  və  cəmiyyət  fəaliyyət 
baxımından dəyərlərin qorunmasına yönəlir. Dövlət və cəmiyyət 
də  əlaqələrin  və  münasibətlərin  dəyərli  olmasını  təmin  edir. 
İnsanlar  qurucu  və  yaradıcı  məxluq  olmaqla,  öz  əməklərini 
faydalı əsaslara, faydalı nəticələrə yönəldirlər. Məqsədlər burada 
pozitivləşir,  bu  baxımdan  da  dəyərlənir.  Nəticələrdən  əldə 
olunanlar  da  dəyərli  olurlar.  Bu  yöndə  insanların  bütün 
hərəkətləri  təbii  olur  və  dəyərlərdən  təşkil  olunur.  Cəmiyyətdə 
olan  münasibətlər  və  əlaqə  dəyərlərini  qorumaq  üçün  dövlətlər 
                                                 
4
 Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası. Azərbaycan 
Respublikası  Prezidentinin  2007-ci  il  23  may  tarixli  sərəncamı  ilə  təsdiq 
edilmişdir.  
 




Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə