ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə39/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   36   37   38   39   40   41   42   43   44

116 
 
və cəmiyyət strukturları böyük funksiya daşıyırlar. Buna görə də 
normalar tənzimedici məna kəsb edərək dəyərlərə çevrilirlər.  
Təbiilik  bir  dəyərdir.  Dəyərlərin  məcmuəsindən  ibarətdir. 
Bütün  təbii  xarakterlər  dəyərlərdən  təşkil  olunur.  Buna  görə  də 
insanın  mənəvi  aləminin  tərkibi  məhz  dəyərlərdən  ibarət  olur. 
Təbii  dəyərlərin  törəmələri  vardır.  Ümumiyyətlə,  törəmə  təbii 
şəkildə  artır.  Deməli,  insanların  pozitiv  olan  bütün  şeyləri 
təbiidir  və  dəyərlərdir.  İnsanlar  dəyərlərin  nəticələrindən  yeni 
dəyərlərin  əldə  olunmasında  istifadə  edirlər,  yeni  dəyərlər 
meydana gətirirlər. Bu da təbiidir, çünki insanlar üçün lazımdır. 
Neqativlik  də  dəyərlilikdir.  Lakin  başqa  məkanlardan  və 
bucaqlardan  baxanda  pozitiv  olurlar.  Buradan  da  bütün 
məkanların  və  elementlərin  dəyərliliyi  məsələsi  meydana  gəlir. 
Hüquq  normaları  həm  ictimai,  həm  də  siyasi  dəyərlər  kimi 
əhəmiyyət  daşıyır.  Hüquq  normaları  strukturlar  olan  dəyərlərin 
əsaslarını formalaşdırır. Strukturlar və mexanizmlər dəyərlərdən 
ibarət  olur.  Hüquq  normaları  dəyərlər  kimi  həm  mexanizmləri 
formalaşdırır,  həm  də  onun  işləməsini  təmin  edirlər.  Hüquq 
normalarının  ardıcıl  və  sxematik  olaraq  tətbiqi  qaydaların 
yaranmasını və vərdişlərin meydana gəlməsinin əsaslarını təşkil 
edir.  
İnsanlar  həyatlarında  normalar  və  ölçülər  məcmuəsindən 
təşkil  olunurlar.  Hətta  onların  fiziki  quruluşları  da  ölçülərə 
tabedir.  Beyinin  və  orqanizmin,  material  aləmin  və  şüurun 
nizamlı  funksiyası  həyatın  nizamlı  əsaslarını  formalaşdırmış 
olur. Məkan özü belə ölçülərdən ibarətdir. Ölçüləri də elementlər 
meydana 
gətirir. 
Elementlərin 
yerdəyişməsi 
ölçülərin 
dəyişməsinə, kəmiyyət və keyfiyyət dəyişməsinə gətirib çıxarır. 
Bu baxımdan da bütün ölçü kriteriyaları dəyərlərdən ibarət olur. 
Burada  normalar  ölçülərin  əsaslarını  təşkil  edir.  Qaydalarla 
hərəkət  də  insanların  daxili  ölçülərini  müəyyən  etmək  üçün 
edilir.  İnsanların  daxili  tələbatları  ilə  xarici  təması  norma  və 
qaydalarla müəyyən edilir və ölçülərə tabe edilir. İnsanlar bütün 
məkan  və  zamanlarda  müəyyən  tərkibi  olan,  kəmiyyəti  olan 


117 
 
ölçülərə  tabedir.  Bu  ölçülər  insan  sərhədlərini,  hüquq 
sərhədlərini  meydana  gətirir.  Sərhədlər  hərəkətlərin  nisbi  son 
hədlərini 
göstərir. 
İnsanların 
hərəkətləri 
və 
onların 
istiqamətlərinin  tərkibi  ölçülərdən  ibarət 
olur.  Ölçülər 
elementlərdir,  zərrəciklərin,  elementlərin  cəmidir.  Ölçüləri 
hüququn  tərkibini  müəyyən  edən  kriteriyaların  tərkibi 
formalaşdırır.  Ölçülər  kəmiyyətin  böyüməsinin  və  kiçilməsinin 
bazasında  qərarlaşır.  Ölçülər  dəyərlərdir.  Ona  görə  dəyərlərdir 
ki,  həm  sistemin  mexanizmisini  formalaşdırır,  həm  də  sistemin 
tərkibini  müəyyən  edir.  Buna  görə  də  qorunmalı  olan 
dəyərlərdən  təşkil  olunur.  Burada  zaman,  məkan,  element, 
tərkib,  kəmiyyət,  keyfiyyət  dəyərlərin əsaslarını təşkil edir.  Hər 
bir dəyər elementin hərəkətindən asılı olur.  
Hüquq 
normalardan 
ibarət 
olduğundan 
hüquqların 
bütövlüyü (burada hüquq müstəvisi, hüquq paneli, hüquq bloku, 
hüquq  planşeti  və  s.)  elə  normaların  bütövlüyündən,  ayrı-ayrı 
normaların  toplusundan  meydana  gəlir.  Buradan  da  hüququn 
universal  mahiyyəti  üzərə  çıxır.  Hüquq  normaları  hər  bir 
məqamda  və  vəziyyətlərdə  dəyərləri  qoruyur.  Hüquq  normaları 
sistemi  dəyərləri  tənzim  edən,  dəyərlərin  məcmusunu  yaradan 
normalar  sistemindən  ibarət  olur.  Məsələn,  bütün  beynəlxalq 
konvensiyalar  dəyərləri  qoruyan  beynəlxalq hüquqi sənədlərdir. 
İnsanlıq  (humanizm)  dəyərdir.  Bu  baxımdan  İşgəncələrə  və 
digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza 
növlərinə  qarşı  BMT-nin  10  dekabr  1984-cü  il  tarixli 
Konvensiyası  dünya  ölkələrini  işgəncələrə  və  digər  qəddar, 
qeyri-insani,  yaxud  ləyaqəti  alçaldan  rəftar  və  cəza  növlərinə 
qarşı  mübarizənin  çoxtərəfli  aspektlərini  özündə  əks  etdirir. 
Konvensiyanın  ikinci  maddəsinə  əsasən,  hər  bir iştirakçı dövlət 
öz  yurisdiksiyasında  olan  hər  hansı  ərazidə  işgəncə  hərəkətinin 
qarşısını  almaq  üçün  təsirli  qanunvericilik,  inzibati,  məhkəmə 
tədbirləri,  yaxud  digər  tədbirləri  görürlər.  Bu  maddənin  ikinci 
hissəsində  deyilir  ki,  necə  olursa-olsun,  heç  bir  müstəsna  hal  –
müharibə  vəziyyəti  və  ya  təhlükəsi,  daxili  siyasi  qeyri-sabitlik, 


118 
 
yaxud hər hansı digər fövqəladə şərait-işgəncəyə haqq qazandıra 
bilməz.
1
  Burada  insani  dəyərlər  əsasdır.  Dəyərləri  qoruyan 
konvensiya maddələri sistemlidir və konseptual əhəmiyyət kəsb 
edir. Bu baxımdan sözügüdən sənədin 19-cu maddəsində yazılır 
ki,  iştirakçı  dövlətlər  bu  Konvensiaynın  onlar  üçün  qüvvəyə 
mindiyi  vaxtdan  keçən  bir  il ərzində  BMT  Baş  katibi vasitəsilə 
Komitəyə  bu  Konvensiyaya  əsasən  öhdəliklərini  həyata 
keçirmək  üçün  gördükləri  tədbirlər  haqqında  məruzə  təqdim 
edirlər. 
Dəyərlərin faydalı qaydada istifadəsində də hüquq normaları 
əhəmiyyət  kəsb  edir.  Hüquq  normaları  dəyərlər  kimi  insanların 
əlaqələrində  və  rəsmi  münasibətlərində  böyük  əhəmiyyət  kəsb 
edir. İnsanlar dövlət adlanan qurumda və cəmiyyətdə yaşayırlar. 
Dövlət və cəmiyyət ona görə dəyərlərdən ibarətdir ki, özlərində 
əlaqələr  və  münasibətlər  məkanlarının  məcmusunu  yaradırlar. 
Burada  məkan  üzrə  şaquli  və  üfiqi  strukturlaşma  prosesləri 
həyata  keçirilir.  Strukturlaşma  özü  də  dəyərlərin  məcmusunu 
özündə  əks  etdirən  vahid  strukturlar  cəmindən  ibarət  olan 
müstəviyə  çevrilir.  Strukturlaşma  mücərrəd  panelin  və  bütöv 
dəyər planşetinin formalaşmasında əsas rola malik olur.  
Hüquq  normaları  dövlətçilik  sisteminin  və  onun  təşkilati 
strukturlarının  əsaslarını  təşkil  edir.  Dövlət özü də dəyər olaraq 
cəmiyyətdəki  digər  dəyərləri  qorumaq  funksiyasını  yerinə 
yetirir.  Dövlət  dəyərlər  sistemindən  ibarət  olan  bir  qurumdur, 
strukturdur.  Dəyərlər  dəyərləri  təmin  etmək  və  dəyərləri 
qorumaq,  həm  də  dəyərləri  artırmaq  üçündür.  Hüququn 
təbiiliyindən  və  insanların  təbii  qurucu,  yaradıcı  olduqlarından, 
normalar  da  təbii  olur.  Normaların  təbii  olması  insanların  təbii 
quruluşuna,  maddi-mənəvi  aləminə  bağlıdır.  Dövlətlərin 
yaranması da zəruri və təbii bir prosesə çevrilir. Dövlət dəyərləri 
                                                 
1
 İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və 
cəza  növlərinə  qarşı  BMT-nin  10  dekabr  1984-cü  il  tarixli  Konvensiyası. 
www.genprosecutor.gov.az/?az/content/57/ 
 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə