ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə40/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   ...   36   37   38   39   40   41   42   43   44

119 
 
qoruyan, 
dəyərlərin 
əldə 
olunmasını 
təmin 
edən 
ümumiləşdirilmiş  və  xüsusiləşmiş,  həm  də  konkretləşmiş 
sistemli  dəyərlərin  vəhdətindən  ibarətdir.  Dövlətdə  və  dövlətlər 
arasında  insan  hüquqlarının  təmin  olunması  tərəflərin  müəyyən 
etidiyi norma və qaydalarla müəyyən olunur. Norma və qaydalar 
sistemin  istiqamətlərinin  əsaslarını  təşkil  edir.  Normalar  təbii 
nizam  üçün  qəbul  olunur.  Təbii  nizam  da  zəruri  və  vacib,  həm 
də  məcburi  olduğuna  görə  də  təbiidir.  Siyasətin  istiqamətləri, 
forma  və  məzmunu,  hədəfi,  proseslərin  başlanğıcı  və  sonu  elə 
hüquq  normalarında  əks  olunur.  Hüquq  normaları  dəyərlər 
olaraq  digər  dəyərlərin  əldə  edilməsini  təşkil  etmək  üçündür. 
Burada  hüquq  normaları  dəyərlər  kimi  istiqamətləri  və  sahələri 
müəyyən  edir.  Hüquq  normaları  bütün  dəyərlərin  cəmiyyətdə 
inkişafının əsaslarını meydana gətirir. Hüquqlar sistemləri təşkil 
edir.  Sistemlər  normaları  meydana  gətirir.  Deməli,  hüquqlar 
sistemi  dəyərlərdən  ibarətdir  və  dəyərlərin  əsaslarını  ortaya 
çıxarır.  Sistem  bir  dəyər  kimi  digər  dəyər  tərkiblərinin 
yaranmasını  zəruri  edir.  Hüquq  normalarının  əks  olunduğu 
vasitələr  də  dəyərlərdir.  Bütün  subyektlər  də  dəyərlərdir.  Buna 
görə  də  subyektlərin  və  obyektlərin  əsaslarını  dəyərlər  təşkil 
edir. Dəyərlər mühafizəedici funksiyanı daşıyır. 
İnsanların mənəvi aləmləri, maraq və mənafeləri cəmiyyətdə 
adət  normaları  və  dövlətin  qəbul  etdiyi  hüquq  normaları  ilə 
tənzim  olunur.  Hər  iki  norma  sistemi  vərdişlərin  əsaslarını 
meydana  gətirir.  Hüquq  normalarının  tənzim  etdiyi  obyektlər 
məhz  dəyələrdən  ibarətdir.  Buna  görə  də  hüquq  normalarının 
özləri  həm  birbaşa  dəyərlərdir,  həm  də  dəyərləri təmin  edəndir. 
Hüquq  normaları  dəyərləri  tənzimedən  tənzimedici  dəyərlərdir. 
Hüquq  normaları  dəyərlər  kimi  digər  dəyərləri  qoruyur  və 
qoruyucu  vasitələr  olaraq  dəyərlərə  çevrilir.  Bu  baxımdan  da 
hüquq  normalarının  tez-tez  qəbul  olunması  və  zamanın  və 
inkişafın  tələblərini  ödəməsi  məhz  dəyərlərin  əsaslarını 
formalaşdırmış  olur.  Hüquq  normaları  dəyərlərin  istifadə 


120 
 
subyektlərinin  təsnifatını,  obyektlərin,  mənbələrin,  resursların 
təsnifatını meydana gətirir. 
Hüquq 
normalarının 
qəbulu 
prosesləri, 
prosedurlar, 
mexanizmlər məhz dəyərlərin əsaslarını meydana gətirmiş olur.  
 
 
Hüquq sahələri-həqiqilik və dəyər müxtəlifliyi 
 
Hüquqa  aid  fikirlər  (yəni  haqqın,  ixtiyar  və  səlahiyyətin 
istənilməsinin  dillə  ifadə  olunması),  hüquq  sistemi  sahələri 
dəyərlərdən  ibarətdir.  Fikir  dəyəri  ifadə  edən  dəyərdir.  Fikir 
həqiqət  və  dəyər  olaraq  istəniləni,  hərəkəti, məqsəd  və vəzifəni 
ifadə  edir.  Bu  baxımdan  da  dəyərləri  yaradır.  Hüquq  sahələri 
hüququn 
subyektlərindən, 
hüquq 
daşıyıcılarından 
və 
obyektlərindən,  yəni  hüquqların  üzərində  əks  olunduğu 
vasitələrdən meydana gəlir. Hüquq sahələri dəyərli subyektlərin 
maraqlarından  və  fəaliyyətindən  ortaya  çıxır.  Bu  vasitələr  də 
aşkar  olduğundan  həqiqiliyi  əks  etdirir.  İnsan  fəaliyyəti 
həqiqidir,  realdır.  Real  olduğundan  da  gerçəkdir.  Deməli,  sahə-
ləri  yaradan  fəaliyyət  və  aidiyyatı  hüquq  normaları  gerçək-
liklərin  bazasında  dayanır.  Maraqların  tənzim  olunması  və 
maraqların  müxtəlifliyi,  fərqli  iştirakçılıq  dəyərlərin  fərqli 
əsaslarla  formalaşmasını  təmin  edir.  Fərqli  dəyərlər  və  onların 
qəbul  edilməsi  hüquqların  fərqli  sahələr  üzrə  aşkarlanmasını 
ortaya  qoyur.  Sahələr  həmin  sahələri  meydana  gətirən 
subyektlərin  həqiqi  maraq  və  vəzifələrindən,  həm  də  iştirak-
çılıqdan  formalaşır.  Hüquq  sahələri  tənizmləmənin  müxtəlif-
liyinə  görə  yaranır.  Burada  hüquq  anlayışı  bütün  sahələr  üzrə 
universal  dəyər  rolunu  oynayır.  Dəyərlərin  idarə  olunması 
məsələləri üzə çıxır. Hər bir subyekt hüquq sahəsində iştirak edir 
və  hüquq  sahəsinin  yaradıcısı  kimi  çıxış  edir.  Hüquq  sahələri 
ona  görə  dəyərlərin  əsasında  dayanır  ki,  dəyərlər  tənzimləmə 
zamanı və dəyərlərarası əlaqə və münasibətlərdə aşkarlanır.  


121 
 
Hüquq  sahələrinin  müxtəlifliyi  hüquqların  sərhədlənməsini 
və  subyektə  uyğun  şəkildə  təmin  olunmasını  meydana  gətirir. 
Sərhədlənmə  də  imkan  və  potensiala  görə  mövcud  olur. 
Sərhədlər əsasən qoruyucu və təminedici funksiyanı daşıyır. 
Hüququn  sahələr  arasında  olan  əlaqə  və  münasibət  əsasları 
sahələr üzrə hüququn təmin olunması funksiyasını yerinə yetirir. 
Buradan  da  tənzimləmə  və  idarəetmə meydana  gəlir.  İdarəetmə 
hüquq  elementləri  arasında  olan  münasibət  və  əlaqələrin 
rəvanlığını  təmin  etmək  məqsədilə  həyata  keçirilir.  Burada 
həqiqilik  aşkar  olunur.  Həqiqilik  sahələr  üzrə  hüquq 
subyektlərinin  vəzifə  və  funksiyalarını  təmin  etmək  üçün 
meydana gəlir.  
Hüquq anlayışı baza dəyər və kriteriya kimi bütün sahələrdə 
mövcud  olur.  Elementlər  müxtəlifliyi  sahələrin  müxtəlifliyini 
yaradır.  Sahələr  ona  görə  dəyərli  olur  ki,  aralarında  sərhədlər 
formalaşır.  Bu  sərhədlər  qarşıdurmaların  qarşısını  almaq  və 
müəyyən  məkanda  lazımi  tədbirləri  görmək  funksiyasını  yerinə 
yetirir. Sərhədlər hüquq təminatı üçün məkanı meydana gətirir.  
 
 
Dövlət hüququnun aksioloji və epistemoloji əsasları 
 
Dövlət  hüquqi  konseptual  məna  kəsb  edərək,  hüquqi 
tərəflərdən  ibarət  olan  bir  mexanizmdən  yaranan  ümumiləşmiş 
və  məxsusiləşmiş  anlayışdır.  Dövlət  hüququ  dövlətin  bütün 
pozitiv 
hərəkətlərinin, 
fəaliyyətinin 
təsdiqedici 
amilidir, 
kriteriyasıdır.  Dövlət  hüququ  dövlətin  bütün  fəaliyyətinin 
(hərəkətlərdən  meydana  gələn  tənzimləmə  funksiyasının,  idarə-
çiliyin,  bunların tərkibi olan təminetmənin) əsaslarında dayanır. 
Dövlət  tərəfdir,  münasibət  və  əlaqə  hüququna  malikdir.  Bu 
hüquq  dövlətə  tərəf  kimi  vəzifələri  verir.  Vəzifələr  özündə 
səlahiyyətləri  cəmləşdirir.  Dövlətin  öz  sərhədləri  daxilində  və 
beynəlxalq  aləmdə  ixtiyarları  formalaşmış  olur.  Dövlət  hüququ 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə