ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.

səhifə42/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
1   ...   36   37   38   39   40   41   42   43   44

125 
 
vətəndaşların,  xalqın  və  insanların  ali  hüquqlarının  tərkibindən 
ibarət  olur.  Dövlət  hüququnun  dərin  fəlsəfi  mənası  onun 
aksioloji  və  epistemoloji  əsaslarını  formalaşdırmış  olur.  Dövlət 
hüququnun  aksioloji  mənası  dedikdə,  ilk  növbədə  bu  anlayışa 
dəyərlilik  aspektindən  yanaşmanı  meydana  gətirir.  Aksioloji 
əsaslar  dövlətin  konstitusiya  hüququnun  dəyərlərdən  ibarət 
olmasında müəyyən olunur. Dövlətin cəmiyyəti tənzimləməsinin 
fəlsəfi-hüquqi  əsasları  da  dəyərlərin  bazasında  dayanır. 
Epistemologiya  dövlət  hüququnun  gerçəkliyində  və  real 
məzmununda öz əksini tapmış olur.  
 
 
ƏLAVƏ:  
İnsan hüquqları anlayışı üzrə elmi-tədqiqatın əsasları  
 
Belə bir sual ətrafında fikir qurmaq olar: elm nədir?-bu suala 
elmin  vəzifə  və  funksiyalarını,  təyinatını,  məqsədini  aşağıdakı 
qaydada  ümumiləşdirilmələrlə  cavab  vermək  mümkündür. 
Elmin  vəzifə  və  funksiyaları  çox  genişdir  və  əhatəlidir.  Elmin 
vəzifə  və  funksiyaları  sonsuz  ucalığı  özündə  əks  etdirən 
çoxmərtəbəlidir.  Hər  bir  mərtəbədə  nəticələr  əldə  olunur.  Bu 
mərtəbələr  içərisində  də  tərkib  istiqamətlər  və  elementlər 
çoxdur.  Başlanğıclar  və  sonluqlar  çoxdur.  Elm  mərtəbələrdə 
(burada müxtəlif fiqur alan mərtəbələr ola bilər) başlanğıclar və 
sonluqlar  vəhdətindən  meydana  gəlir.  Başlanğıclarda  və 
sonluqlarda 
məqsədlər 
cəmləşir. 
Elm-vəzifə, 
funksiya, 
məqsədlərdən ibarət olan bir bütövdür. Mərtəbələr bütövlükdür, 
zəngin bütövlükdür, bu baxımdan da fəlsəfi məzmunludur. Elm 
burada  fəlsəfəyə  xidmət  edir.  Hər  bir  struktur  tamamlaması 
konseptuallıq baxımdan fəlsəfi mahiyyət kəsb edir. Elm müxtəlif 
müstəvilərdə  və  məkanlarda  fəlsəfəni  yaradır.  Elm  həm  də 
vahidi  tərkiblərə  bölür  və  bir  sistemin  tərkibini  digər  sistemlə 
əlaqələndirir.  Elm  sayəsində  bir  müstəviyə  müxtəlif  bucaq-
lardan,  müxtəlif  istiqamətlərdən  yanaşmalar  edilir.  Burada  hər 


126 
 
hesablama, həmç hərəkət, quruluş, həm də tərkib maddə mühüm 
rol  oynayır.  İstifadə  əsasları  da  başqa  bir  elmi  istiqamətləri 
meydana  gətirir.  Elmi  yanaşma  sistemlər  arasında  zərrəciklərin 
istifadəsini  meydana  gətirir.  Mərtəbələrin  başlanğıcı  və  nisbi 
sonları  arasında  olan  məkanda  mövcud  olan  elementlərin 
bağlayıcılıq  xüsusiyyətləri  müəyyən  edilir.  Bağlaytıcılıq  həm 
keçidləri  meydana  gətirir,  həm  də  fərqlilikləri,  oxşarlıqları 
yaradır.  Burada  müxtəlif  ölçülü  elementlər  arasında  seçim 
qrupları  yaranır.  Elementlər  arasında  olan  əlaqələr  müxtəlif 
bucaqlarda  fərqli  yarımstrukturları  meydana  gətirir.  Bu 
baxımdan  da  bir  şərti  bütövün  tərkibi  çoxlu  sayda  müxtəlif 
ölçülü və müxtəlif məkanlı bütövlərdən ibarət olur. 
Elmdə  subyektiv  analizlər  və  sintezlər  həyata  keçirmək 
mümkündür.  Hər  hansı  bir  yenilik  bir  nəticədir.  Yeniliyin  əldə 
olunması  müxtəlif  istiqamətlərdən  ortaya  çıxır.  Hər  bir  yeni 
istiqamət bir  yenilikdir və əldə edilən nəticələr də yeniliklərdən 
ibarət  olur.  Bu  baxımdan  da  elmi  yeniliklər  müəyyən 
istiqamətlərin  sonluğundan,  nəticələrindən  başlayır,  eləcə  də 
müəyyən bir başlanğıc koordinatından meydana gəlir. Elmdə hər 
bir cərəyan bir təlim rolunu oynayır. Elmdə cərəyanlar çoxdur və 
bu  baxımdan  da  istiqamətlər  də  çoxluq  təşkil  edir.  Elm 
müstəvidə  mənfi  və  müsbət  cəhətləri  aşkarlayır.  Faydalılığın 
dərəcəsini müəyyən edir.  
 
Elmin vəzifə və funksiyaları baxımından mahiyyəti:  
 
-elm  obyekt  və  obyektlər  üzərində  çoxtərəfli  araşdırma 
istiqamətlərini özündə əks etdirən bir vasitədir; 
-elm  araşdırma  üsullarını  və  araşdırma  vasitələrini  özündə 
cəmləşdirən bir vasitədir; 
-elm  yeni  araşdırma  istiqamətlərini  özündə  cəmləşdirən  bir 
vasitədir, istiqamətdir, bütövdür;  
-elm  nəticələrdən  yeni  nəticələrin  əldə  olunmasını  və 
nəticələrin şaxələnməsini təmin edən bir vasitədir;  


127 
 
-elm  ayrı-ayrı  sahələr  üzrə  meydana  gələn  biliklər 
sistemidir; 
-elm ayrı-yarı sahələr üzrə formalaşmış sistemli məlumatlar 
toplusudur; 
-elm bir formula və modeldir ki, ondan gələcək istiqamətlər 
üçün istifadə olunur; 
-elm  məqsədlərə  çatmaq  üçün  sistemli  məlumatlar 
toplusudur; 
-elm  hədəfləri  müəyyən  etmək  üçün  müəyyən  bilikləri 
özündə  əks  etdirən  sistemli  istiqamətlərdən  ibarət  olan 
strukturdur; 
-elm  fəaliyyətə  və  maraqlara,  tətbiq  sahələrinə  müvafiq 
olaraq sahələrdən ibarət olan bir vasitədir; 
-elm fəlsəfi obyektin tərkibini parçalayan bir vasitədir; 
-elm  təsirlər  və  tətbiqlər  üsullarını  və  vasitələrini  müəyyən 
edən və əldə olunmuş nəticələrin istifadəsi üsullarını və yenidən 
tətbiqini müəyyən edən vasitədir; 
-elm  vahidi  tərkibə  parçalayan  bir  vasitədir  və  tərkiblərin 
müxtəlif məkan və sistemlərdə istifadəsini təmin edəndir və s.  
Elmi  -tədqiqatın  obyekti  mövcud  olur.  Obyekt  mövzunu 
(predmeti)  müəyyən  edir.  Obyekt  parçalanır  (bu  parçalanma 
həm  fikirlərdə,  həm  də  prakltiki  əməllərdə  mövcud  olur)  və 
siqnallar  şəkilində  məntiqi  üsullarla  baş  beyində  əks  olunur. 
Beyin  siqnalları  qəbul  edir,  sistemləşdirir, sistem  şəkilində əldə 
etdiyi  siqnalları  tərkib  hissələrə  parçalayır  və  nəticələr  əldə 
edilir.  Bundan  da  dərketmə  meydana  gəlir.  Dərketmə  həm  də 
beyinin konstruktiv funksiyası ilə yerinə yetirilir. 
İctimai-siyasi  sahələrdə  elmi-tədqiqatın  obyekti  həm 
mövcud  hadisələrin  tərkib  hissələrindən  ibarət  olur,  həm  də 
analizlər  yolu ilə  gələcək hadisələrin məzmunundan ibarət olur. 
Birinci  məsələdə,  istiqamətdə  baş  verən  hadisələrin  tərkibi 
müəyyən  olunur,  ikinci  məsələdə  isə  proqnozlaşdırma  həyata 
keçirilir.  Gələcək  hadisələrin  ümumi  və  xüsusi  istiqamətləri 
müəyyən  edilir.  Proqnozlaşdırma  proseslərində  tərkiblər 




Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə