ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə7/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   2   3   4   5   6   7   8   9   10   ...   44

20 
 
hüququn 
fəlsəfəsi 
daha 
çox 
subyektivlikdə, 
həm 
də 
subyektivliyin müştərəkliyi olan obyektivlikdə öz əksini tapır.  
Məntiq  düşüncənin  konstruksiyasını  yaradan,  sistemli 
yaradıcılığı  əks  etdirən  əsas  vasitədir.  Düşüncələrin  tərkibini, 
obrazların  (elementlərin  siqnallar  yolu  ilə  beyin  mərkəzlərində 
əks  olunmuş  formaların)  əhatəli  və  sistemli  əsaslarını  məntiq 
müəyyən  edir,  nəticələri  üsul  olaraq  məntiq  ortaya  çıxarır. 
Məntiqin  funksiyası  əlaqələri  nəticələrə,  təsdiqedici  faktlara 
söykəməklə,  müəyyən  etməkdən  ibarətdir.  Deməli,  məntiq 
tərkibi  aşkarlayır,  bağlayıcılığı  müəyyən  edir,  məkanları  tapır. 
Onun  əsas  funksiyası  tərkiblərə  parçalamaq  və  tərkibləri 
birləşdirməkdən  ibarət  olduğu  üçün  proses  insan  hüquqlarının 
dəyərlər  tərkibini  meydana  gətirən  elementlər  arasındakı 
əlaqələri özündə ehtiva edir.  
İstənilən  istiqamətlərdə  düşüncələri  həyata  keçirmək  olar. 
Hər bir istiqamət bir müstəvi və axındır, cərəyandır, ona görə ki, 
siqnallar  toplusundan  ibarətdir.  İstiqamətlərin  genişlənməsi 
kəmiyyəti artırır və müstəvini genişləndirir. İstiqamətlər arasında 
əlaqələr mövcuddur. İstiqamətlər genişlənən məkanda meydana 
gəlir  və  cəhətlərdən  şaxələnir.  Burada  məntiq  şaxələnməni 
müəyyən  edir.  Düşüncələr  bağlayıcılığını  şərtləndirici  və  törə-
dici əsaslarla məntiq əməliyyatlar yolu ilə həyata keçirir. Düşün-
cənin sistemdaxili və sistemxarici mütləq son həddi yoxdur. Son 
hədsizlik  məkanın  ardıcıl  qaydada  genişlənməsini  meydana 
gətirir.  Düşüncə  həm  daxilə  keçir,  daxili  böyüdür,  həm  də 
ətraflara  doğru  şaxələnir.  Düşüncələr  burada  bağlayıcı  törəmə 
funksiyasını  yerinə  yetirir,  bu  bağlayıcılıqdan  da  müstəvisini 
genişləndirir.  Düzgün  düşüncələr  rəvan  müstəvini  formalaşdırır 
və  şəffaf,  tərkibində  makro  qatqılar  olmayan  (müxtəlif 
istiqamətlərə  yönələn  qabaritlər  olmayan)  plazmanı  yaradır. 
Deməli,  düzgünlük  sadəlikdən,  həm  də  təkmillikdən  meydana 
gəlir.  Düzgünlük  birbaşa  yönələn  istiqaməti  yaradır.  Birbaşa 
istiqamət  uzandıqca  düzgünlük  də  uzanır.  Aşakrlanmaların 
miqdarı artır. Qarışıqlıqda mövcud olan çoxistiqamətli yollar və 


21 
 
elementlərin  birləşməsi  məhz  tərkibində  əyrilikləri,  yəni  dönən 
istiqamətləri çox olan müstəvini formalaşdırır. Bu aspektdə belə 
bir fikir meydana gəlir ki, çoxlu döngələr dönən istiqamətdə olan 
düzlükləri yaradır. Müstəvidə nə qədər əyrilik varsı, bir o qədər 
də  düzgünlük  mövcuddur.  Əyrilik  özündə  düzgünlüyü 
cəmləşdirir.  İnsan  hüquqlarının  mənfi  aspektləri  öz-özlüyündə 
başqa  istiqamətlər  üzrə  müsbətliklərdən  ibarət  olur.  Mənfi 
cəhətlər müsbətliklərin müstəvidə qorunmasına xidmət edir.  
Ən kiçik bölünənə qədər, ən kiçik məkana, məsafəyə qədər 
düşünmə  var.  Ondan  sonra  isə  bölünməzlik,  yəni  artan  məkan 
başlayır.  Bölünməzlik  onu  deməyə  əsas  verir  ki,  ümumiyyətlə, 
elementsizlik  və  enerjisizlik  yoxdur.  Sadəcə  dəyişmələr  var, 
formaların bir-biriniə keçməsi, həmçinin enerjinin artıb-azalması 
mövcuddur.  Düşüncələr  də  böyüməyə  doğru,  kəmiyyətini 
artırmağa  doğru  gedir,  çünki  siqnal  verən  elementlərin  və 
onların enerjisinin kəmiyyəti çoxalmış olur. Buradan da belə bir 
məntiqi  nəticələrə  gəlmək  olur  ki,  insan  qeyri-müəyyən  şeyləri 
düşünə  bilir,  onları  axtarır.  İnsan  təfəkkürü  qeyri-müəyyənliyin 
əlamətlərinin  çoxlu  sayda  aşkarlanması  ilə  nurlanır,  yəni 
işıqlanır,  enerjisini  artırır.Bu  aspektdə  hüququn  genişlənməsi 
insanların  özünüdərk  fəlsəfəsini  meydana  gətirmiş  olur. 
İşıqlanma  qeyri-müəyyən  tərkibi  tədricən  aşkarlayır.  Siqnal 
axınları  güclü  olduqda  və  qəbuledici  mərkəz  güclü  olduqda 
kəmiyyət də genişlənir, güclənir. Bu baxımdan da Ulu Tanrı öz 
əlamətləri  ilə  insanlarda  hiss  olunur,  insanlar  onu  duyurlar. 
Çoxlu  siqnal  qəbul  edənlər  Onu  daha  çox  hiss  edirlər.  Bu 
prizmadan  yanaşdıqda  belə  qərara  gəlmək  olur  ki,  gözəgörün-
məz varlıqlar,  yəni  qeyri-müəyyən varlıqlar vardır. Bu varlıqlar 
öz-özlüyündə  sonsuz  nəhənglikdən  və  kiçik  elementlərdən 
ibarətdir. Allah insanlarla və digər canlılarladır. Onun əlamətləri 
elə  təbiətin,  kainatın  əlamətləridir.  Lakin  tam  əlamət  insana 
aydın  ola  bilməz.  Çünki  insan  onun  daxilindədir  və  ondan  çox 
kiçikdir. Tam əlamət sərhədlərin görünməsidir ki, bu da mövcud 
olarsa, kainatın Ulu Tanrıdan kənarda qalması demək olar.  


22 
 
Düşüncələr  enişli  və  yoxuşlu  olur,  hər  bir  pik  nöqtəsindən 
sonra  enişlər  və  yoxuşlar  bir-birini  əvəz  edir.  Düşüncələr 
müstəvisi  cərəyanlardan  formalaşır  və  cərəyanlar  da  aşkar 
olunmuş  və  aşkar  olunan  hadisələr  və  obrazlanmalar  ardıcıl-
lığından  meydana  gəlmiş  olur.  Buradan  da  düşüncələrin 
mürəkkəb  mahiyyəti  meydana  gəlir.  İnsan  hüquqlarına  dair 
düşüncələr artıb-azalır. Bu artma və azalma real gerçəkliklərdən 
meydana  gəlir.  Səbəb  isə  fəaliyyətin  özünü  təşkil  edir.  Resurs-
ların mövcudluğu, əlaqələrin tərzi hüquqi düşüncələrin tərkibini 
müəyyən  edir.  İnsan  hüquqları  insanın  bütün  pozitiv  düşün-
cələrinin  bazasında,  predmet  və  obyektində  dayanır.  Pozitiv 
düşüncələrin  reallıqlarla  vəhdəti  real  və  gerçəkləşən  hüquqların 
meydana  gəlməsini  təmin  edir.  Pozitiv  düşüncələrin  bol  çeşidi 
müəyyən  xətlərdə  və  koordinatlarda  qarşılaşmış  olur.  Fəlsəfi 
aspektdə insan hüquqları anlayışı və hüquq normalarının sahələr 
üzrə sistemli  əsasları  daha  çox  mərkəzləşmiş və ətraflara doğru 
yayılmış  obyekt  və  predmet  rolunu  oynayır.  Düşüncələr 
konstruksiyası  müxtəlif  quruluşların  formalaşmasını  təmin  edir. 
Bu  baxımdan  da  istənilən  bir  məsələyə  mikro  konstruktiv 
formada  yanaşmaq olur, həm də məkan üzrə makro konstruktiv 
yanaşma meydana gəlir. Bu iki şərti miqyas arasında keçidlər də 
bir-birini  əvəz  edir.  Deməli,  düşüncənin  son  həddi  yoxdur. 
Artıb-azalması  var.  Əsas  funksiyası  əlaqələndiricilikdə  böyümə 
və  məhdudlaşmanı  təmin  etməkdən  ibarətdir.  Fəlsəfi  əsaslarla 
yanaşma  bütün  istiqamətlər  üzrə  dərin  düşüncə  proseslərini 
həyata keçirməkdən ibarətdir. Düşüncənin zamanı var. Təbii ki, 
ardıcıl  düşüncə  axtarış  sisteminin  formalaşmasını  təmin  edir. 
Burada  zaman  amili  meydana  gəlir.  Müəyyən  istiqamətlər  üzrə 
ardıcıl  düşüncə  düşünmə  kəmiyyətlərini  meydana  gətirir. 
Kəmiyyət  artdıqca  elementlər  də  artır.  Elementlərin  aşkar 
olunması  kəmiyyətin  çoxalmasını  təmin  edir.  Düşüncənin 
istiqamətləri  sonsuzdur  və  bu  baxımdan  da  elmin  istiqamətləri 
də  saysız-hesabsızdır.  Müxtəlif  istiqamətlərdən  yanaşma 
müxtəlif  predmetlərin  mövcudluğundan  və  qeyri-müəyyənliyin 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə