Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


Sov. İKP MK Siyasi Bürosunun İclası



Yüklə 3,79 Mb.
səhifə9/39
tarix13.12.2017
ölçüsü3,79 Mb.
#15394
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

Sov. İKP MK Siyasi Bürosunun İclası


 

(29 fevral 1988-ci il)

Sədrlik etdi yoldaş M. S. Qorbaçov

İştirak etdilər: yoldaşlar A. Qromıko, Y. K. Liqaçov, V. P. Nikonov, N. N. Slyunkov, M. S. Solomentsev, V. M. Çebrikov, E. A. Şevardnadza, A. N. Yakovlev, Y. D. Maslyukov, N. V. Talızin, D. T. Yazov, O. D. Baklanov, A. P. Biryukova, İ. V. Kapitonov.
Azərbaycan və Ermənistan SSR-də baş verən hadisələrlə əlaqədar əlavə tədbirlər barədə.
Qorbaçov: Gördüyümüz tədbirlər, o cümlədən Ermənistan və Azərbaycana ünvanladığımız birbaşa müraciət öz rolunu oynadılar. İnsanlar müraciətə səs verdilər. Təkmilləşdirdikdən sonra onu gecə şifrəli rabitə vasitəsilə ora göndərdik, gündüz isə onun əsasında işləməyə başladılar.

Ən son anda İrəvanın küçələrində yarım milyondan artıq adam var idi. Hər şey iflic olmuş, hər şey dayanmışdı. Yaxın kəndlərdən insanlar axışmağa başlamışdılar. Cərgələrlə gedirdilər.



Qromıko: Son anda, yəni bu gün?

Qorbaçov: Yox, müraciətdən əvvəl, cümə günü. Elə böyük kütlə idi ki. Qarabağda azərbaycanlılarla ermənilər arasında qarşıdurma oldu, iki nəfər həlak oldu. İrəvanda vərəqələr paylandı: ermənilər, mitinqlərə son verin, silaha sarının və türkləri əzin. Ordu qərargahına uzaq məsafədən tapançadan atəş açıldı. Güllə qərargah rəisinin pəncərəsinə dəydi. Amma o, çərçivələr arasında tıxanıb qaldı, çünki uçuş gücünü itirmişdi.

Biz orada ekstermist elementlərin olduğunu bilirik.

Amma deməliyəm ki, hətta İrəvanın küçələrində yarım milyon adam olanda belə, ermənilərdə nizam-intizam yüksək səviyyədə idi, anti-sovet heç nə yox idi. Yalnız çıxıb mitinq keçirən kiçik qruplardan başqa, - onların nə barədə danışdıqlarını sonra deyəcəyəm, - bununla belə, bütün kütlə bizim bayraqlar altında, əllərində siyasi büro üzvlərinin şəkilləri ilə yürüyürdülər. Yalnız ekstermistlər öz müqəddəratını təyin etmək barədə şüarlar səsləndirirdilər. Amma heç bir çıxışda antisovetizmdən, düşmən çağırışlardan və s. söhbət getmirdi.

A. Qromıko
Bütün kütlə bu qaydada davranırdı. Amma buradan belə nəticə əldə etmək olar ki, yoldaşlar, bütün bunlar yaxşı hazırlanmışdı. Bütün bunları asanlıqla hazırlamaq mümkün deyil: növbələr də gəlirdi, yemək də gətirilirdi, həm də bir-birilərini dəyişirdilər. Mənə bütün bular barədə Vlasov məlumat verib. Onlar bunu tədqiq edirdilər.

Bütün çıxışlarda söhbət Qarabağdan, onun Ermənistana birləşdirilməsindən gedirdi. Deyilirdi ki, bu məsələ Stalin dövründə düz həll edilməyib, bu məsələ məlum şəraitdə xalqa sırınıb, bu düz deyil və bu məsələni indi, demokratiya və yenidənqurma şəraitində həll etmək lazımdır. Vlasov mənə həmin üç günün hadisələrinin gizli kamera ilə çəkildiyi lenti verdi. Mən bütün çıxışlara baxdım və bütn kütləni gördüm. Perpektiv nümyiş etdirilir, milyon baş yan-yana durub, kameranın çəkə bildiyi qədər. Onların da içərisində gənclik və qocalar. Tanınmış adamlar – xalq artistləri, rəssamlar, bir sözlə nəhənglər çıxış edirdilər. Hamı diqqəti Dağlıq Qarabağ ətrafında cəmləşdirirdi. Erməni mədəniyyətinə hörmətsizlikdən danışılır, bildirilirdi ki, vətənlə əlaqə olmadığı üçün ermənilərin və erməni vilayətinin hüquları pozulur. Bütün gərginlik erməni qanadında idi. Çünki siyasi büroda qəbul etdiyimiz qərarla, açığını desək, biz Azərbaycanı dəstəklədik. Əgər biz bu qərarı qəbul etməsəydik, nə ola biləcəyini sizə sonra deyəcəyəm.



Y. Liqaçov
Mən burada, MK-da Kaputikyan və Balayanla söhbət edəndə, dedim ki, biz məsələnin tarixçəsini bilirik, bu ağır tarixdir. Onun səbəbləri, kökləri xaricdə, bizim sərhədlərimizdən kənardadır. Tarixin, taleyin erməni xalqını dünyaya səpələdiyini də bilirik. Şəxsən mən iki səbəb görürəm: bir tərəfdən Qarabağda buraxılmış səhvlər və üstə gəl xalqın içində yaşayan emosional əhval-ruhiyyə. Bu xalqla tarixən bütün baş vermiş olanlar, onun içində oturub, odur ki, ona toxunan bir şey olanda bu cür reaksiya doğurur.

Ələ alınmalı məsələ isə orada olub və var. Sən demə, Dağlıq Qarabağın erməni muxtariyyəti olmasına baxmayaraq, Stepanakert vilayət komitəsinin katibi 14 il ərzində bir dəfə də olsaun, Ermənistanda olmayıb. Və başqa bir çox məsələni saymağa başladılar. Hətta Ermənistana gedən yollar bərbad vəziyyətdədir. Mədəni əlaqələr qırılıb. Bu qəsədən edilib. Dağlıq Qarabağda Türkiyə televiziyasının verilişlərini tutmaq mümkündür, ermənilənkilərini isə yox. Bütün bunlarsa insanların hisslərinə toxunur.

Viktor Mixayloviçdən soruşuram: sən orada, sərhəd xətti ilə nə etmisən? O mənə dedi ki, sərhəddin keçdiyi Naxçıvanda sərhədçilərin öz xətti var, orada zastavalar və s. yerləşir. Sərhəd zonasının bütün dərinliyini isə yerli orqanlar, hazırki şəraitdə respublika orqanları təyin edir. Və onlar tərəfindən hansı həll qəbul edilib? Bütün Naxçıvan sərhəd zonasına daxil edilib, ora sərbəst gediş qadağan olunub. Axı, orada soyqırımın qurbanları dəfn olunublar. Orada ermənilərə aid 90 mədəniyyət abidəsi olub. Onlardan yalnız biri qalıb. Vəssəlam. Oranın sərhəd zonası olması bəhanəsilə heç kimi ora buraxmırlar və ora gedən yollar da, necə deyərlər, 70 ildir, təmir edilmir. Bu ki, - bilirsiniz də hər şey necə qavranılır.

Uzun sözün qısası, onlar ehtirasları əməlli-başlı qızışdırırlar. Bütün bunları diqqətlə öyrənmək lazımdır, görünür, oranın qapısını elə-belə döymürlər.

Bu informasiya, əlbəttə ki, birtərəfli gəlir. Amma yoxlanıla bilən şeylərdən danışılır. Hələ ərəfədə mən Aleksandr Nikolayeviçə mənim adımdan Kaputikyanla danışmağı, onun diqqətini vətəndaş mövqeyi ortaya qoymağa, öz qətii sözünü deməyə, arzuolunmaz hadisələrin qarşısını almağa yönəltməsini tapşırdım. O onunla danışdı. Danışıq uzun oldu, telefonda ağlamaq və hönkürməklə müşaiyət edildi. Bununla belə o söz verdi ki, bunu edəcək və arzuolunmaz prosesi dayandıracaq, sonra da məsələni araşdıracaq. Amma eyni zamanda bizi azərbaycanlıların tərəfini tutmaqda günahlandırdı və dedi ki, biz ekstermist, araqarışdıran deyilik.

V. Çebrikov
Cümə axşamı biz iclas keçirənrkən, o təyyarəyə mindi və İrəvana uçdu. Burada onlar «Literaturnaya qazeta»nın müxbiri, yazıçı Zori Balayanla birləşdilər. O, milliyyətçidir, özü də aşırı milliyyətçidir. Amma istedadlıdır, 33 kitab yazıb. Onların arasında çox məşhurdur, özündən razı, bir qədər ipə-sapa yatmayandır və çox karyerist adamdır. Çox.

Hələ Moskvada ikən, Kaputikyan onu da özü ilə dartıb gətirmişdi. Xahiş edirdi ki, onları, 5 dəqiqəliyinə də olsa, qəbul edim. Düşündüm ki, yayınmaq yox, onlardan istifadə etmək lazımdır. Düşündüklərimi deyərəm, bundan sonra onlar üçün çətin olar və mənə bağlanarlar.

Artıq sizə demişəm, məktub yazmaq fikrinə gecə gəldim, Leninin çətin vəziyyətlərdə necə hərəkət etdiyini yada saldım. O ya birbaşa müraciət edər, ya da teleqram göndərərdi. Hətta ən xoşagəlməz adamlarla da görüşərdi. O isə, - Kaputikyan, - səhv etmirəmsə, onlarda fəxri komitə sədridir? Hə.

Görüşdüm. Dedim ki, Azərbaycanda vəziyyət gərgindir. Başa düşürsünüzmü ki, bunu dayandırmaq lazımdır. Axı, orada insanlar gərgindirlər. O isə mənə dedi:

-Onlar niyə gərgin olurlar ki? Siz onların xeyrinə qərar qəbul etmisiniz.

Mən dedim:

-Sizinlə razılaşmayacağam. Biz Ermənistanın, Azərbaycanın və bütövlükdə ölkənin xeyrinə qərar vermişik.

Söhbət çox çətin, ehtiraslı və gərgin keçirdi.

Bizə, - Kaputikyan dedi, - dedilər ki, müraciətin altında sizin imzanız durur. Və biz sizə ümid edirik, - və s.

Mən də hesab edirəm ki, - dedim, - siz Siyasi Büroya, baş katib kimi mənə ümid edirsiniz, bu səbəbdən də mən imzamı atdım. Sizi əmin edirəm, hadisələr səngiyəcək və hər şey öz yerini alacaq və dayandırıldığınız üçün «çox sağ ol» deyəcəksiniz. Mixail Sergeyeviçin müraciət imzaladığı üçün «çox sağ ol» deyəcəksiniz. İndi sizdə baş verən axına qarşı getmək, gedib onu saxlamaq lazımdır. Sualınız varmı? Əgər biz indi durmasaq, reallıqları nəzərə almasaq, o zaman əks tərfdən fəaliyyət başlayacaq. Belə olan halda vəziyyətə kim nəzarət edə bilər?

Deməliyəm ki, o buna qarşı çıxır və qəti şəkildə bəyan edirdi ki, ərazi məsələsinə indi baxmaq lazımdır. «Axı, niyə siz komissiya yaratmaq istəmirsiniz? - deyə o soruşdu:

-Tatarlar üçün yaratdınız. Burada isə, iki respublika arasında belə bir məsələ var.

Dedim:

-Qulaq asın, əgər mənim qəbulumda oturmuşsunuzsa, məsələnin həlli ilə Siyasi Büro və hökumət məşğuldursa, burada hansı komissiyaya ehtiyac ola bilər? Sizə açıq deyirəm, biz komissiya yaratdıq, amma tatar muxtariyyəti yaratmayacağıq. Amma həyatın qarşımıza çıxartdığı məsələləri həll edəcəyik.



Balayan(onun beyni iti işləyir, cavan, məqsədyönlü birisidir) soruşur:

Adamlara nə deyək?

Ona cavab verdim ki, bizim – MK-nin, hökumətin işlədiyini, erməni xalqından heç bir incikliyinin olmadığını, MK və hökumətin Qarabağda həlli vacib olan məsələ və çətinlikləri nəzərdə saxladığını demək lazımdır.

Balayan buna qarşılıq olaraq dərhal deyir:

-Bəli, komissiya olarsa, Siyasi Büro bu məsələ ilə məşğul olar.

Açıq demək lazımdır, onların bura can atmalarının səbəbi əvvəlcədən də məlum idi. Onlar özlərinə nüfuz qazandırırdılar. Öz təsir güclərini möhkəmlətmək istəyirdilər. Açığını desək, bizə də görüşdən yayınmaq olmazdı. Bunlar xalqın qulaq verdiyi ziyalıların aparıcı nümayəndələri idilər.

Yeri gəlmişkən, onların hər ikisi kommunistdir. Düzünü dedək, bütün «ordu»nun hərəkətə gəlməməsi üçün erməni qanadını dayandırmaq, sakitləşdirmək lazım idi. Onlar müraciətə necə cavab verdilər? Deyək ki, tam lazım olan şəkildə yox: oxudular, çıxış etdilər, müxtəlif fikirlər oldu. Lent yazısını dinləyəndə bir şeyə diqqət etdim, bir nəfər çıxış edir və deyir: «Ümumittifaq radio və televiziyası xalqın həqiqətdə nə dediyini nümayiş etdirmək əvəzinə bizi araqarışdıran adlandırır» və s.

Mən, yeri gəlmişkən deyim, Kaputikyanla söhbət zamanı dedim:

-Qərarda erməni xalqı araqarıdıran adlandırılmayıb. Biz demişik ki, Dağlıq Qarabağda azərbaycan və erməni xalqının bir hissəsi araqarışdıranlara uyub. Bu var. Odur ki, bir var xalq, bir də var araqarışdıranlar. Biz onları bir-birinə qatmırıq, bizim erməni xalqına münasibətimiz dəyişməyib.

Müraciət oxunduqdan sonra bu böyük insan dənizində dairələr yarandı, müzakirələr başlandı. Sonra mahnı oxumağa, «Urra» bağırmağa başladılar. Bəziləri dağılışır, yeniləri gəlirdi. Tədricən bu fikrə gəlməyə başladılar ki, müraciətdən sonra sakitləşmək lazımdır. Bəs, sonra nə? Mən onların əhval-ruhiyyələrindən bunu sezdim: «Vaxtı düz hesablamamışıq»…



D. Yazov
Amma Ermənistandan azərbaycanlı ailələrinin qaçması faktları var. Doğrudur rəqəmlər ziddiyyətlidir: Vladimir İvanoviç məruzə edir ki, 55 adam gedib, Razumovski isə deyir ki, 200. Azərbaycandakı ermənilərə gəlincə, təqiblərdən ehtiyat edən 200 ailəni məktəbdə yerləşdiriblər. Üst-üstə 500 olar.

Razumov: Azərbaycanlı Ermənistandan gedəndə, o qaçdığını söyləmir, deyir ki, guya qonaq gedir. Odur ki, hesablamanı Azərbaycana əsaslanaraq aparmaq lazımdır. Bura gəlir və açıq şəkildə deyir ki, mən bir daha Ermənistana qayıtmayacağam.

Qorbaçov: İndisə Dağlıq Qarabağın özündəki vəziyyət barədə. Orada vilayət partiya komitəsinin yeni birinci katibini seçiblər… Onu seçdilər və vəziyyətdə dərhal dəyişiklik yarandı. Amma gərginlik qalır…

Çebrikov: Adamlar kolxozlardan Stepanakertə gedirlər.

Qorbaçov: Bu gün Aleksandr Vladimiroviç mənə bildirdi ki, Stepanakertdə şişlik kabab bişirirlər, orada ocaqlar yanır. Ümumi asayişin pozulması halları yoxdur, amma insanlar meydanlardan getmirlər. Yarım min və ya min nəfər olar.



Vlasov: Mindən çoxdur.

Qorbaçov: Mindən artıq. Beləcə orada qalırlar ki, «ocaq sönməsin». Burada Ermənistanla əlaqə və oradan gələn təlimat açıq-aşkar görünür. İndisə Azərbaycanda reaksiya verməyə başlayıblar. İlk öncə ölüm hadisəsinin olmasına görə. Bununla bağlı şaiyələr çoxalır. Azərbaycanlılar təqiblərdən qaçır və bildirirlər ki, Ermənistanda onlara rahat yaşamağa imkan vermirlər. Bax, elə bu da təkana səbəb olub. Üstəlik də Stepanakert sakitləşmək bilmir. Azərbaycanda hərəkətlənmə başlayıb. Mənə elə gəlir ki, o da tənzimlənir və idarə edilir. Bu özünü Naxçıvanda daha aydın göstərdi. Orada da adamlar toplaşdı, fəqət katib gəldi, çıxış etdi və 30 dəqiqə sonra hamı dağılışdı.

İndi Dmitri Timofeyeviç Sumqayıtdan generallardan birinin məruzəsi barədə məlumat verdi. Hərbçilər belə bir mənzərə ilə üzləşiblər: gənclər zorakılıq edir, onları dağıtdılar, onlarsa zorakılıqları kiçik qruplaa halında davam etdirməyə - avtobusları yandırmağa, öldürməyə başladılar. Artıq 14 ölüm halı var. Bir çox adam hospitallardadır.



Çebrikov: 110 yaralı var.

Qorbaçov: Burada artıq cinayətkar elementlər qəddarlıq edir. Onların içində resedivistlər də var. Bütün köpük üzə qalxıb. Sumqayıt milisi isə durub, heç nə etmir. Deməli, bu aksiya ermənilərə «kəskin cavab» vermək üçün düşünülüb.

Bir sözlə, əgər biz vaxtında tədbir görməsəydik, qətliam hər an başlaya bilərdi. Dünən Viktor Mixayloviç mənə zəng edib bildirdi ki, mitinqləri dağıdıblar. Bəs, əslində nə oldu? Mitinqdəkilər gerçəkdən də dağılışdılar, amma 10-15-20 nəfərlik, maksimum 50-100 nəfərlik qruplar halında birləşdilər və əsil zorakılıq törətməyə - zorlamağa, yandırmağa, erməni ailələrinin mebellərini atmağa başladılar. Son məlumatlar necədir?



Vlasov: 3-ü qadın, 3-ü azərbaycanlı, 6-sı erməni olmaqla 14 ölü. Digərlərinin şəxsiyyətləri müəyyənləşdirilir. Bədən xəsarətlərindən 71 nəfər, o cümlədən 48 nəfər erməni ziyan çəkib. 6 avtomobil yandırılıb və 13 evə 19 od vurma hadisəsi baş verib. 4 zorlama halı olub. 54 milis işçisi xəsarət alıb, 47 nəfər, o cümlədən 5 soyğunçu saxlanılıb.

Qorbaçov: Saxlanılanlardan ikisi – biri 5, digəri isə üç adam öldürdüyünü etiraf edib. Soyğunçulardan qızıl və daş-qaş müsadirə edilib.

Dmitri Timofeyeviç göstəriş verdi və Sumqayıta hərbi məktəbin kursantları və əlavə hərbçilər yeridildi. O eyni zamanda ora təyyarələrlə 3 min milis gücünün sövq edilməsinə kömək edb…



Çebrikov: Şəhər silkələnir.

Qorbaçov: Hə, hə, silkələnir, sətəlcəm halındadır…

…Yalnız bir gecə və 14 ölüm. Bu xəbər Ermənistana çatacaq, yas tutulacaq. Və oradan da reaksiyanın olacağı istisna edilmir. Bax, vəziyyət belədir.



Vlasov: Sumqayıtın əhalisi 200 min nəfərdir.

Qorbaçov: 200 min. Üstəlik də orta yaş 22 və ya 24-dür.

Vlasov: 25.

Qorbaçov: 25. Gənc şəhərdir. Amma, deyilənə görə, kənardan gələnlər də çoxdur.

Vlasov: Hər beş nəfərdən birinin məhkumluğu var.

Qorbaçov: Görünür, onlar tikmiş, sonra onları azad etmişlər və onlar da orada qalmışlar. Bir sözlə, bu qəbildən olan təcrübələri vardır.

Uzun sözün qısası, indi Ermənistanı dayandırmaq, tutub saxlamaq lazımdır ki, reaksiya verməsin.

Hesab edirdik ki, Azərbaycan və Ermənistana ezam edilmiş yoldaşlarımız cümə axşamı geri dönə bilərlər və biz də hər şeyi müzakirə edərik. Amma düşünürəm ki, onların orada qalması bu istiqamətdə işləməsi və onu möhkəmlətməsi lazımdır. Bax, Ermənistanda iş bu müstəviyə keçib, amma, deyəsən, hər yerdə, xüsusən də sərhəd olan yerlərdə yox. Amma oralarda da iş davam edir.

İnformasiyaya ehtiyac var, onu isə əldə etmək çətindir. Hər iki tərəf gizlədir. Hamının əl-qolu bağlıdır. Fəaliyyətsizdirlər. Bu işdə həm Azərbaycan KP MK, həm də Ermənistan KP MK-dan olanların əli var. Həm o, həm də bu yoldaş. Onlar hər şeyi bilirlər.



Qromıko: Bir sözlə, var gücləri ilə çalışmırlar.

Qorbaçov: Yox. Var gücləri ilə çalışırlar, amma əks istiqamətdə. Bu əhval-ruhiyyə ilə oynayırlar, onun əsirinə çevriliblər, geri addım atmaq isə onlar üçün çətindir.

Ermənistan KP MK müracəti dəstəklədi, amma komissiyanın yaradılması barədə bir qeyd əlavəı etdi. Onlar artıq çox uzağa gediblər və xalqın qarşısında geri çəkiliblər. Bu faktdır. Amma biz də bunu başa düşməli, onlara, necə deyərlər, öz mövqelərini elə indi dəyişməyə imkan verməliyik. Amma vəziyyəti qoruyub saxlamalıyıq. Mən sizin hamınızı elə bu məqsədlə toplamışam ki, vəziyyətdən xəbərdar olasınız.

Fikrimcə, qoy bizim yoldaşlar işləsinlər, işə partiya orqanlarını və digər yarli orqanları cəlb etsinlər. Ən əsası xalqı normallaşdırma prosesinə daha çox cəlb etmək lazımdır ki, yayılma olmasın, əks təqdirdə bütün bunları saxlamaq üçün çox əmək sərf etmək lazım gələcək. Bu birincisi – bunu orada etmək lazımdır.

İkincisi. Yəqin ki, bizim yoldaşlar qayıtdıqdan sonra bu məsələni diqqətlə dinləməliyik. Bu, daha ətraflı informasiya olacaq. O bizə hansısa konkret göstərişlər verməyə komək edər. Ümumilikdə vəziyyət göz qabağındadır, hadisələrin səbəbləri, demək olar ki, aydındır. Amma onların incəliklərinə qədər öyrənilməsi tələb edilir. Bütün bunları diqqətdən kənarda saxlamaq olmaz. Çünki bu respublikaların qarşılıqlı əlaqələrində baş verənlər – bir çox məsələlərə tətbiq edilə biləcək açardı. Bu kimi qarşıdurmalar hər yerdə var və əgər biz onları saxlamasaq (biz burada düzgün mövqe tutmuşuq), qarşıdurmalar bütün ölkəyə yayılacaq. Odur ki, mövqeyimiz doğrudur. Bunu bir daha təsdiq etmək lazımdır. Məndə bu barədə heç bir şübhə yaranmır.

Üçüncüsü. Baxın, nə alınır: respublika rəhbərlərindən heç biri, bir dəfə də olsun, digərigildə olmayıblar, heç kəs qonşu respublikaya səfər etmir, görüşmür, fikir mübadiləsi etmir. Belə olan halda dostluq əlaqələrindən, beynəlmiləlçilikdən necə danışmaq olar? Bu dəhşətdir. Və qəribədir ki, Azərbaycandan bir nəfər Ermənistana və ya Ermənistandan bir nəfər Azərbaycana getmək istəyirsə, bu nəinki təşviq edilmir, əksinə, şübhə doğurur.

Vladimir İvanoviç dünən Vazgenlə söhbət edib. O antisovetizmin qarşısının alınması üçün bütün nüfuzundan istifadə edəcəyinə söz verdi. Ona xaricdən çoxlu zənglər olub. Onun dediyinə görə, hamıya belə cavab verib: bu işlərə qarışmayın, heç bir antisovetizm olmamalıdır. Yalnız burada, Sovet İttifaqı çərçivəsində erməni xalqı inkişaf edir.

O, eyni zamanda deyib ki, real problemlər var və hadisələr boş yerdə yaranmayıb. Bu halda öz təcrübəsindən bir misal çəkir. Budur, - deyir, - o Bakıda Əliyevin qəbulunda olub. Bakıda erməni kilsəsi var. Bu şəhərdə 200 mindən artıq erməni yaşayır. Vazgen kilsədə dini mərasim keçirməyi xahiş edib. Amma artıq 12 ildir ki, dəvətnamə gözləyir, amma hələ də onu almayıb. O orada arzuolunmaz şəxsdir, onun orada peyda olmasını istəmirlər…

Dünən Yeqor Kuzmiç ilə söhbətimizdə ortaya sual çıxdı: bəlkə, biz partiya konfransını gözləmədən, müasir şəraitdə milli siyasət sahəsində hədəflər məsələsi ilə bağlı iclas keçirək?



Yazov: Qeorqi Petroviç axşam Sumqayıtda komendant saatı tətbiq etməyi xahiş edir. Bu o deməkdir ki, qoşun və hər hansı bir hərbi hissəni daxil etmək, silahlandırmaq lazımdır. Amma atəş açmaq üçün yox.

Qorbaçov: Komendant saatı lazımdırmı?

Yazov: Hesab edirəm ki, lazımdır.

Qorbaçov: Silahı hazır tutmaq, amma atəş açmamaq. Yoxsa yolunu azanları gülləbaran etməyə başlayarlar.

Yazov: Patronlarsız silah verək, sonra patronlu, amam təcrid edilmiş şəkildə, zirehli transportyorlar olsun. Bunu edərik, təşkil edərik.

Qorbaçov: Patronlar ayrı olsun.

Yazov: İcazə verirsinizsə, göstəriş verim.

Siyasi Büro üzvləri: Razıyıq.

Qorbaçov: Düşünürəm ki, zorakılıqların qarşısını almaq üçün bunu etmək vacibdir.

Qarşıdan konfrans gəlir. Konfrans üçün materiallar hər keçən gün daha çox daxil olur. Bu məsələ daha dərin tədqiqat tələb edir, hətta bütün bunların doğulduğu daha əvvəlki dövrlərə qayıdarıq. O dövrdə, sən demə, çox maraqlı şey olub. Hətta beynəlmiləl kənd sovetləri də olub.



Yakovlev: Milli kənd sovetləri, rayonlar. Sonra onlar sıradan çıxdı. Qapımızı başqa məsələlər də döyür – tatarlar, almanlar və s.

Qorbaçov: Milli kənd sovetləri - hansı millətlər təmərküzləşmişdisə. Milli rayonların sayı isə 5200-dən çox idi. Yəni sistem daha münasib idi. O mədəni əlaqələrin güclənməsi üçün bütün fərqlilikləri nəzərə alırdı. Çox münasibdi. Əlbəttə, bütün bu məsələlər qapımızı döyür. Tatarlar, almanlar və s. çoxdan müraciət edirlər…

Bu məsələləri sıraya düzmək lazımdır. Amma indi Ermənistanda hazırki vəziyyəti sona çatdırmaq lazımdır.

Katibliyə tapşırıq verək. bu hadisələrə gətirib çıxarmış səbəbləri araşdırmağa başlasın. Sakitcə araşdırmaq lazımdır. İfşa etməkdən daha çox anlamağa çalışmaq lazımdır, özü də bizim ziyalıları cəlb etməklə. Sanballı komissiya təşkil etmək lazımdır: təkcə partiya işçilərindən yox, həm də alimlərdən, ziyalılardan və s. ibarət…

Qromıko: Onda, bəlkə, komissiya yox, nümayəndəlik ki, zorla sırımağa çalışdıqları komissiya ilə qarışıq salmasınlar.

Qorbaçov: Hə. Katiblik, qoy, uyğun formalar tapsın – o, həm materialları tələb edər, həm statistikanı tələb edər, həm səyahətlər və mübadilə təşkil edər və insanlar gedərlər. Artıq hazırlığın özü yaxınlaşmaya kömək etməlidir. Biz özümüz də yeni, bu incə məsələdə xüsusən zəruri olan iş metodlarına alışmalıyıq.

Onlar orada, - kobud sözdən çəkinməyəcəyəm, - bir-biri ilə «qapışmağa» başlayanda, onları dayandırmaq, əsas məsələ - qonşu olduqları, əsrlərlə bir yerdə yaşadıqları barədə düşünməyə inandırmaq lazımdır.

Hər hansı bir ideyanın dərinliklərinə varanda bütün incəlikləri başa düşürsən. Azərbaycanlı bir bəstəkar deyir: Şuşa mənimdir. O orada, Qarabağda doğulub və deyir ki, ora Şərq incəsənətinin beşiyidir və s. Bu onların ümumi beşiyidir. Sən onu ondan necə qopara bilərsən? Ermənistan isə deyir ki, «bizimdir». Ayırmaq heç cür mümkün deyil, bütün bunlar, əslərdir ki, davam edir.

Azərbaycanda erməni muxtariyyəti, bunda dialektika da var, amma elə etmək lazımdır ki, o, həqiqətən də muxtariyyət olsun və bütün imkanlardan istifadə etsin… (6, s. 82-90)

Təqdim etdiyimiz fraqmentdən açıq-aydın görünür ki, həmin dövrdə Qorbaçovun və SSRİ rəhbərliyinin guya birmənalı şəkildə erməniləri dəstəklədiyi, hətta onları təhrik etdiyi barədə Azərbaycanda mövcud olmuş və mövcudluğunu günümüzədək qoruyan fikirlər əsassızdır. Sadəcə hadisələr artıq nəzarətdən çıxırdı və SSRİ rəhbərliyi prosesin qarşısını almaqda çətinlik çəkirdi. Amma almağa çalışırdı, çünki bunun SSRİ-nin parçalanmasına və məhvinə gətirib çıxara biləcəyini anlayırdı. Ölkənin, imperiyanın dağılmasını isə istəmirdi.

Qorbaçovu və SSRİ rəhbərliyini yalnız Qarabağdakı separatçılara qarşı sərt davranmamaqda, Ermənistanda yaşayan azərbaycanlıları qoruya bilməməkdə suçlamaq olar. Fakt isə budur ki, həmin dövrdə erməni separatizmi ilə ən yüksək səviyyədə mübarizə aparılmışdır və bunun ən bariz sübutu «Qarabağ» Komitəsinin üzvlərinin həbsi idi.

Həbs edilən erməni milliyyətçiləri bunlar idi:

Akopyan A. A. (Tarix elmləri namizədi, Erm. SSR EA-nı Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi);

Araktsyan B. Q. (Fizika-riyaziyyat elmləri namizədi, dövlət universitetinin tətbiqi riyaziyyat kafedrasının müdiri, dosent);

Vardanyan D. M. (Fizika-riyaziyyat elmləri namizədi, dövlət universitetinin bərk cisimlər fizikası kafedrasının böyük elmi işçisi);

Qalstyan A. P. (Tarix elmləri namizədi, «Servis» kooperativinin elmi məsləhətçisi);

Qevorkyan C. V. (SSRİ jurnalistlər ittifaqının üzvü, Ermənista Dövlət Radio və Televiziyasının şöbə müdiri);

Kazaryan R. A. (Texnika elmləri doktoru, Erm. SSR EA-nın mübir üzvü, kvant elektronikası şöbəsinin müdiri);

Kazaryan S. S. (183 №-li orta məktəbin müəllimi, «Avanqard» qəzetinin ştatdankənar müxbiri);

Manukyan V. M. (Fizika-riyaziyyat elmləri namizədi, dövlət universitetinin rəqəmsal analiz kafedrasının dosenti);

Manuçaryan A. Q. 183 №-li orta məktəbin tədris hissə müdiri);

Siradeqyan V. S. (Yazıçı, SSRİ yazıçılar ittifaqının üzvü);

Ter-Petrosyan L. A. (Filologiya elmləri doktoru, «Matedaran» qədim əlyazmalar institutunun böyük elmi işçisi).

Onlarla birlikdə DQMR-ın Ermənistana birləşdirilməsi uğrunda hərəkatın üç üzvü də həbs edilmişdi:

Manuçarov A. M. (DQMR – ın tikinti materialları kombinatının direktoru);

Muradyan İ. M. (iqtisadiyyat elmləri namizədi, Erm. SSR dövlət plan komitəsinin planlaşdırma və iqtisadiyyat ETİ-nin böyük elmi işçisi);

Stanbulyants X. V. (Respublika «Mərhəmət» çəmiyyətinin sədri, Erm. SSR ali sovetinin deputatı).



Əlbəttə ki, Azərbaycan xalqını sakitləşdirmək üçün bütün bunlar kifayət deyildi. Ermənistanda və Dağlıq Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək lazım idi. Bu isə edilmirdi.
Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə