Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   44   45   46   47   48   49   50   51   ...   73

downloaded from KitabYurdu.org
* * * 
geyərək dilləndi və qonşu otaqdan bir binokl gətirib Qasımlıya verdi. 
Dördü  də  həyətə  düşdü.  Yunusov  darvazanı  taybatay  açdı.  Onlar 
Nemətin dünəndən həyətə salınmış maşınına minib həyətdən çıxdılar. 
-
 
Mehmanxanaya  sür!  -  deyə  Qasımlı  qısaca  göstəriş  verdi.  Sonra 
isə əlavə etdi: - Maşını mehmanxananın yan tərəfində saxla. 
Onlar  maşından  düşən  kimi  mehmanxanaya  girdilər.  Qasımlının 
yoldaşları  buraya  nə  üçün  gəldiklərini  anlaya  bilmirdilər.  Soruşub 
öyrənməyə  isə  imkan  yox  idi.  Birinci  mərtəbədə  onları  50-55  yaşlı 
kök bir kişi qarşıladı. Kişi mayorla kapitanı tanıyıb salamladı: 
-
 
Xoş gəlmisiniz! 
-
 
Siz burada nə işləyirsiz? - Qasımlı soruşdu. 
-
Nəzarətçiyəm. 
-
Müdir haradadır? 
-
Bakıya gedib. Bu gün olmayacaq. 
-
Mehmanxanada sizdən başqa kim var? 
-
Heç kim... 
-
 
Düzünü deyin. - Qasımlı çox sakit danışırdı. 
-
 
Heç  kim  deyəndə  ki...  -  kişi  Yunusova  ötəri  nəzər  salıb  üzünü 
yenə  Qasımlıya  tutdu.  -  Qurban  adında  bir  işçimiz  var.  Yuxanda, 
doqquzuncu  mərtəbədədir.  Arvadı  da  bizdə  xadimə  işləyir.  Hərdən 
aralan soyuyanda Qurban gecəni də burada qalır. Bu gecə də burada 
yatıb.  Mehmanxanada  başqa  heç  kəs  yoxdur.  Rayon  yeridir  də.  İndi 
kimdir gəlib mehmanxanada yer tutan. Bizdə hərdən yayda adam olur. 
-
 
Onun qaldığı otağa divar qonşusu olan otağın açannı verin! Cəld 
olun! 
Nəzarətçi  tələb  olunan  açan  gətirib  dinməzcə  Qasımlıya  verdi.  O, 
özünü  itirib  təəccüblə  gah  mayor  Yunusova,  gah  da  tanımadığı 
şlyapalı kişiyə baxırdı. Qasımlı onu kapitan Səfərova göstərib: 
- Bu kişini yanınızdan buraxmayın. Mehmanxanaya kim gəlsə, onu 
da  tutub  saxlayın.  -  dedi  və  Yunusovla  Nemətə  başı  ilə  arxasınca 
gəlməyi  işarə  etdi.  Sonra  o,  liftin  yanından  keçib  pillələrlə  yuxarı 
qalxmağa  başladı.  Yolun  yansında  özünün  cib  telefonunu  çıxarıb 
söndürdü və Nemətlə Yunusova da onun kimi etməyi tapşırdı. Onlar 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
da  sakitliyi  gözləməyin  son  dərəcə  vacib  olduğunu  başa  düşüb 
telefonlarını 
söndürdülər. 
Doqquzuncu 
mərtəbədə 
Qasımlı 
yoldaşlarına  sakit  olmağı  işarə  ilə  başa  salıb  sağdan  ikinci  qapıya 
yanaşdı  və  əlindəki  açarla  qapını  açıb  mayorla  Neməti  sakitcə  boş 
otağa dəvət etdi. 
Sonra onlar balkona keçdilər. Burada Qasımlı sakit olmağı bir daha 
işarə etdi. Bir- birinə bitişik olan balkonlar nazik beton arakəsmə ilə 
ayrılırdı. Sağdakı balkondan taqqıltı səsi gəldi. Deyəsən, kimsə stulun 
yerini dəyişdi. Sonra yenə sakitlik çökdü. 
Bütün  şəhər  onların  ayaqları  altında  qalmışdı.  Şəhərin  bir  tərəfini 
divar kimi tutan təpənin arxasında Bakı-Tbilisi yolu aydın görünürdü. 
Asfalt  yolda  hər  iki  istiqamətdə  maşınlar  şütüyürdü.  Asfaltdan  o 
tərəfdə  böyük  çöllük,  çöllüyün  ortası  ilə  uzanıb  gedən  torpaq  yol 
görünürdü. Bu Baharlı kəndinə gedən yol idi. Yolun solunda bir yerdə 
kiçik qaraltı nəzərə çarpırdı ki, bu da yəqin, həmin tənha çinar ağacı 
idi. 
Qasımlı plaşının cibindən binoklu çıxarıb ətrafı bir qədər müşahidə 
etdi.  Bu  zaman  o  çalışırdı  ki,  şəhərdən  baxan  olsa  onu  görməsin. 
Sonra yanındakılara işarə ilə başa saldı ki, otağa keçib sakitcə divanda 
otursunlar. Özü isə otaqdan stul götürüb yenidən balkona çıxdı. Stulda 
oturub binoklu dizlərinin üstünə qoydu. Bu hərəkətləri o elə ustalıqla 
etdi ki, azacıq da olsun səs çıxarmadı. 
Otaqdakılar üçün hər bir dəqiqə bir il kimi gəlib keçirdi. Mayorla 
Nemət  arxası  onlara  tərəf  oturmuş  Qasımlının  kürəyinə  baxmaqdan 
bezmişdilər.  Qasımlı  isə  onların  otaqda  olduqlarını  unudubmuş  kimi 
sakitcə oturmuşdu. Yalnız hərdən saatına baxırdı. 
Nəhayət,  saat  on  bir  oldu.  Qasımlı  yavaşca  ayağa  qalxıb  yenə 
binoklla müşahidəsini davam etdirməyə başladı. On dəqiqə keçməmiş 
asfaltda bir qırmızı«Jiquli» göründü. O torpaq yola buruldu və Baharlı 
kəndinə tərəf getməyə başladı. Maşın çinar ağacına çatanda dayandı. 
İçəridən bir adam çıxıb əlində portfel ağaca yaxınlaşdı. Portfeli kolun 
altına qoyub maşına qayıtdı. 
Maşın bir qədər irəli getdikdən sonra dönüb 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
şəhərə  qayıtdı.  Bu  Muxtarın  maşını  idi.  Maşın  şəhərə  girib  binalann 
arasında görünməz oldu. 
Elə bu vaxt sağdakı balkondan naməlum kişi səsi eşidildi: 
-
 
Alo! Hərif pulu yerinə qoydu. Şübhəli heç bir şey yoxdur... 
Yenə  sakitlik  çökdü.  Qasımlı  daha  binoklu  gözündən  ayırmırdı. 
Uzun  dəqiqələr  bir-birini  çox  çətinliklə  əvəz  edirdi.  Beləcə  yanm 
saatdan çox keçdi. Birdən Qasımlı qonşu balkondan cib telefonunun 
zəif siqnalını eşitdi. Yenə bayaqkı naməlum səs eşidildi: 
-
 
Eşidirəm. Yox, hər şey qaydasındadır. Heç nə yoxdur! 
Qasımlı  yenə  asfaltda  arabir  şütüyən  maşınları  diqqətlə  müşahidə 
edirdi.  Tbilisi  tərəfdən  gələn  göy  rəngli  bir  «QAZ-24»  sürəti 
azaldaraq  sağa  döndü  və  Baharlıya  gedən  yola  düşdü.  Qasımlı 
diqqətlə  baxsa  da  maşının  nömrəsini  görə  bilmədi.  Maşın  çinar 
ağacını  keçib  kəndə  tərəf  getdi  və  birdən  dönüb  geriyə  -  şəhər 
istiqamətində  gəlməyə  başladı.  Çinarın  tuşunda  maşın  dayandı.  Sağ 
tərəfdən  bir  adam  düşüb  kolluqdan  portfeli  götürdü  və  yenə  maşına 
mindi.  Maşın  asfalta  çıxan  kimi  Tbilisi  istiqamətində  orta  sürətlə 
irəliləməyə  başladı  və  rayon  mərkəzinə  burulan  döngəni  arxada 
qoydu. Qanbay Qasımlının dodaqları bir-birinə möhkəm kiplənmişdi. 
Üz-gözündən sanki zəhrimar yağırdı. O, bütün diqqətini səfərbər edib 
binoklu sol əlinə aldı və sağ əli ilə plaşın cibindəki tapançanı çıxardı. 
Qonşu balkondan səs gəldi: 
-
 
Sakitlikdir.  Sizə  yaxşı  yol!  Malı  tez  gətirin.  Mən  yatmaq 
istəyirəm. 
Sükut  çökdü.  Birdən  Qasımlı  binoklu  stulun  üstünə  qoyub  beton 
arakəsmədən  yapışdı.  Balkonun  dəmir  məhəccərinə  çıxıb  fırlanaraq 
sol  ayağını  qonşu  balkonun  məhəccərinə  qoydu  və  qonşu  balkona 
tullandı: 
-
 
Əllərini qaldır! 
Onun  qəfil  hərəkətini  görən  və  amiranə  səsini  eşidən  mayor 
Yunusov və Nemət əvvəlcə nə edəcəklərini bilmədilər. Sonra özlərinə 
gəlib  qonşu  otağın  qapısına  şığıdılar.  Mayor  qapını  təpiklə  vurdu. 
Qapını Qasımlı açdı. O, bir əlində tapança, bir əlində isə cib telefonu 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə