downloaded from KitabYurdu.org
mənzilinə girəndə gördük ki, Nailə divanda oturub ağlayır. Rəngi
kağız kimi ağarmışdı. Bütün bədəni titrəyirdi. Əjdərin arvadı və hansı
institutdasa oxuyan qızı Səhilə də orada idilər. Əjdərin arvadı
Nailənin yanında oturub onu qucaqlamışdı. Əlindəki dəsmalla
Nailənin göz yaşlarını qurulayır, onu ovutmaq istəyirdi. Səhilə bir
kənarda heykəl kimi quruyub qalmışdı.
Əjdər bizi balkona apardı. Bu balkon bayaq bizim şahmat
oynadığımız balkonun üstündə idi. Amma ondan dörd mərtəbə
yuxarıda. Balkona tək bir stul qoyulmuşdu. Xatəm həmin stulda,
arxası balkonun qapısına tərəf, oturub ayaqlarını balkonun dəmir
məhəccərinə keçirmişdi. Başı sol çiyninin üstünə düşmüşdü. Onu küt
alətlə öldürmüşdülər. Peysərində böyük şiş əmələ gəlmişdi.
Gözləri qorxunc şəkildə böyümüş və qan çanağına dönmüşdü. Sol
əli havadan asılı qalmışdı. Qasımlı əlini onun boynuna toxundurdu.
Ətrafa göz gəzdirib, küncdəki alət yeşiyinin üstündən mismar
çıxarmaq üçün dəmir borudan düzəlmiş aləti götürdü və ona işıqda
diqqətlə baxıb:
-
Bununla vurublar! - dedi və sonra otağa keçərək soruşdu:
-
Hadisə necə olub?
Əjdər danışmağa başladı. O danışdıqca əlləri qoynunda duran qızı
da başı ilə təsdiq edirdi.
- Biz evdə «Arşın mal alan» kinosuna baxırdıq. Kino başlayandan
beş dəqiqə sonra Nailə bacı bizə gəldi. Dedi ki, Xatəmin müdiri
bizdədir, Xatəmlə söhbət edirlər. Oturub bizimlə kinoya baxmağa
başladı. Filmin ortalarında bir dəfə durub mənzillərinə getdi və bir-iki
dəqiqədən sonra qayıtdı. Dedi ki, bu Oqtay həyasız hələ çıxıb
getməyib. Oturub söhbət edirlər. Sonra kino qurtardı. Nailə bacı
evlərinə getdi. Bizdən çıxandan yanm dəqiqə keçməmiş qışqırıb geri
qayıtdı və qapımızı döydü. Qapını açanda bizə heç nə deyə bilmədi,
ancaq
əli ilə
qapılarını göstərdi. Gəlib gördüm ki, yazıq Xatəm çoxdan keçinib.
Qanbay Qasımlı otağa göz gəzdirdi. Stolun üstündə iki stəkan var
idi. Bunlarda çay içilmişdi. Bundan başqa süfrəyə qənd və zoğal
downloaded from KitabYurdu.org