Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.

səhifə1/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   43


downloaded from KitabYurdu.org

Elxan Elatlı 
PƏNCƏRƏDƏ 
GÖRÜNƏN KÖLGƏ 
detektiv roman 
PƏNCƏRƏDƏ GORUNƏN KÖLGƏ 
«  Pəncərədə  görünən  kölgə»  sevilən  yazıçı  Elxan  Elatlmın 
detektiv janrında yazdığı dörd hekayə və iki povestdən sonra 
ilk  romanıdır.  Bu  maraqlı  və  təsirli  əsərdən  başlayaraq, 
müəllif 
dünya 
detektivində 
heç 
kəsə 
bənzəməyən 
özünəməxsus  üslubunu  yaratmışdır.  Romanda  Azərbaycanın 
bir kənd rayonunda baş vermiş müəmmalı cinayətlərin sirrinin 
açılmasından  söhbət  getsə  də,  burada  anaya  və  övlada 
məhəbbətin, halallığın, mənəvi təmizliyin təbliği də xüsusi yer 
tutur. Bu baxımdan roman yeniyetmə və 
gənclərin tərbiyəsində müsbət rol oynamağa qadirdir.  
Elxan Elatlı. Pəncərədə görünən kölgə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org

Bakı, Qanun Nəşriyyatı, 2015, 
Korrektor: Ceyran Abbasova Qanun Nəşriyyatı 
Bakı, Azərbaycan, AZ1102, Tbilisi pros., 76 Te.n.: (+99412) 
431-16-62;  431-38-18  Mobil:  (+994  55)  212  42  37  e-mail: 
info@qanun.az www.qanun.az 
www.fb.com/Qanunpublishing 
www.instagram.com/Qanunpublishing  ISBN  978-9952-36-
060-8 
Qanun Nəşriyyatı, 2015 © © E.Elatlı, 2015  
ekitabı hazırladı: book_lover 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org

Proloq 
Bu hadisə Azərbaycanın mərkəzdən uzaq rayonlarının birində
baş  verib.  Həmin  rayonun  prokuroru  olan  dostum  hadisə
barədə mənə danışsa da, bu barədə yazmağı, xüsusilə də onun 
öz  adını  çəkməyimi  məsləhət  bilmədi.  Ona  görə  də  çox 
düşünməli  oldum.  Nəhayət,  bu  kədərli  əhvalatı  olduğu  kimi 
sizlərə çatdırmağı qərara aldım. 
Həmin  gün...  Günəşin  batmağına  az  qalırdı.  Kiçik  şəhərin 
kənarındakı  köhnə  qəbiristanlıqda,  buranın  daimi  sakinləri 
olan  gözə  görünməz  ruhlardan  başqa,  bir  canlı  adam  da 
dolaşırdı. 
Sarışın  saçları  pərişan  halda  çiyinlərinə  tökülmüş  bu  gənc 
qadın,  ətrafa  boylanan  ürkək  nəzərlərindən  ölülər 
şəhərciyində  azmış  adama  oxşayırdı.  Heç  şübhəsiz  ki,  o, 
hansısa ölünün əbədi mənzilini soraqlayırdı. 
Burada bircə dəfə olmuşdu. On dörd il əvvəl, sevimli nənəsi 
buraya  köçdüyü  gün.  Ondan  sonra  imkanı  olmamışdı  gəlib 
nənəsinə baş çəkməyə. Ona görə də yadına sala bilmirdi onun 
son mənzilinin yerini. 
Hələ  qəbri  tapmamış  qəbiristanlığın  anlaşılmaz  vahiməsi 
ürəyinə  dolmuşdu.  Buranın  qəmli  havasının  yaratdığı  qəhər 
boğazına  tıxanıb  qalmışdı.  Mavi  gözləri  yavaş-yavaş  dolur, 
duzlu göz yaşları gözlərinin içini göynədirdi. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org

Birdən nəzərləri başqa qəbirlərdən bir az aralı, qəribsəmiş bir 
baş  daşının  üzərindəki  yazıya  sataşdı:  «Ruhiyyə  Ziyadxan 
qızı.  1915-  1991».  Gözlərinə  yığılıb  dolmuş  acı  göz  yaşları 
buna bənd imiş kimi qaynayıb axmağa başladı. 
İrəli  yeriyib  qəbrin  qarşısında  dizi  üstə  çökdü.  Başını  sinə
daşının  üstünə  qoyub  onu  qucaqladı.  Dağılan  saçlan  qəbrin 
üstünə  yayıldı.  Bir  müddət  beləcə  qalıb  göz  yaşlan  ilə  qəbir 
daşını  islatdı.  Sonra  dikəlib  baş  daşıyla,  canlı  insanla 
danışırmış kimi, danışmağa başladı: 
-  Gəlmişəm,  ay  nənə!  Tanıdın  məni?  Bilirəm,  sənə  baş 
çəkmədiyim  üçün  incimisən  məndən.  Haqqın  var,  ay  nənə, 
haqqın  var!  Ancaq  onu  bil  ki,  unutmamışam  heç  vaxt  səni. 
Uşaqlar 
başımı qarışdırsa da, iş-güc başımdan aşsa da hər gün yadıma 
düşmüsən! 
Yadmdadı,  nənə,  məni  yanında  otuzdurub  başımı 
sığallayırdın,  nəsihət  verirdin.  Deyirdin  xoşbəxt  olacaq 
mənim balam! Yadmdadı?.. Ancaq heç xoşbəxt ola bilmədim, 
ay  nənə!  Xoşbəxt  ola  bilmədim...  Anlamıram,  baş  aça 
bilmirəm ki, mənə nə olub... Mən nə üçün başqaları kimi ola 
bilmirəm? Dərd-sər heç vaxt yaxamı buraxmır, ay nənə! Elə
bil  yadam  bu  dünyada  hamı  üçün!  Heç  kəs  başa  düşmək 
istəmir  məni.  Nə  sənin  oğlun,  nə  də  gəlinin  qulaq  asmaq 
istəmir mənə. Sənə qurban olum ay nənə, sən niyə öldün axı?!. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org

Yenə də qaynar göz yaşlan yanaqları ilə üzüaşağı süzülməyə
başladı:  -  Gəlmək  istəyirəm  yanma,  ay  nənə!  Həmişəlik 
gəlmək istəyirəm. Küsmüşəm daha hamıdan! 
Üzünü doğma məzara sürtüb, bir xeyli beləcə dayandı. Sonra 
yuxudan  ayılıbmış  kimi,  qəfildən  ayağa  qalxıb  parlaqlığını 
itirməkdə  olan  səmaya  baxdı.  Axşamın  düşməyinə  bir  şey 
qalmamışdı.  Ətrafa  boylanıb,  özünü  qəbiristanlıqda  tək 
görəndə  üşürgələndi.  Əyilib  sonuncu  dəfə  qəbri  öpdü  və
qəbirlərin arası ilə sürətlə irəliləməyə başladı. 
O,  şəhərə  tərəf  yox,  tamamilə  əks  istiqamətdə  gedirdi.  Bir 
azdan qəbiristanlığı arxada qoyub ətrafa boylandı. Axtardığını 
tapıbmış kimi, sağa dönərək tikanlı çöllərlə getməyə başladı. 
İndi şəhər onun sağ tərəfində qalmışdı. Ancaq heç şəhərə tərəf 
baxmırdı. Tikanlar çılpaq qıçlarını cızıb qanatsa da, heç nəyə
fikir vermir, elə hey irəliləyirdi... 
Qarşıdan iyirmi yaşlarında, anq bir  oğlan gəlirdi. Bir  əlində
vedrə və tilov tutmuşdu. Yanından keçəndə dönüb bir anlığa 
onun üzünə baxdı. Oğlanın ona diqqət yetirdiyini görüb üzünü 
döndərdi  və  yoluna  davam  etdi.  Birdən  nə  düşündüsə, 
addımlarını  yavaşıtdı.  Əgər  həmin  anda  geriyə  dönsəydi, 
oğlanın ayaq saxlayıb təəccüblə ona baxdığını görərdi. 
Ancaq o, geriyə baxmadı və yenidən addımlarını sürətləndirib 
irəliyə doğru getdi. 
downloaded from KitabYurdu.org




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə