Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   43

downloaded from KitabYurdu.org
10 
dil tapmışdılar. Hər ikisinin şahmata olan böyük marağı onlan 
yaxınlaşdırmışdı. 
Mehdixan kişi həyətə girəndə, əziz qonaqlarının evin qarşısına 
qoyulmuş uzun stolun arxasında oturub şahmat oynadıqlarını 
gördü. Gəlini Nuridə samovara od salırdı. Nemətgil, deyəsən, 
hələ  yatırdılar.  Ev  sahibi  qonaqlara  salam  verib,  tövlənin 
qabağında toyuqlara dən verən arvadının yanma getdi. 

Uşaqlar qalxmayıb hələ? 

Fədayə  qalxmışdı.  Nemətgil  də  durar  bu  saat.  -  Dilbər 
xala cavab verdi. 

Nəvənin dünənki məclisi xoşuna gəldi? - Mehdixan kişi 
mehribanlıqla soruşdu. 

Hə...  Çox  yaxşı  keçdi.  Ancaq  axşam  yaman  pis  yuxu 
görmüşəm. Allah axırın xeyir eləsin! 

Nə yuxu, ay arvad?! - Mehdixan kişi təəccüblə soruşdu. 

Lap qatma-qarışıq yuxu idi. Yaxşı yadımda qalmadı. 

Fikir  vermə!  Get  qızlara  de,  süfrəni  tez  hazırlasınlar. 
Qonaqlar acdır, yəqin. 
Dilbər xala bir söz deməyib, evə çıxdı. Süfrə hazır olan kimi 
qonaqlar  şahmatı  yığışdırıb  kənara  qoydular.  Ev  sahibi, 
Nemət və oğlu gəlib süfrə arxasında əyləşdilər. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
11 

Elməddin  harada  qaldı?  -  Mehdixan  kişi  stəkanlara  çay 
süzən Nuridədən soruşdu. 

Meşədən  qayıtmayıb  hələ.  -  Nuridə  cavab  verdi.  -  Siz 
çayınızı için, o da bu saat gələr. 
Elməddin ailənin yeganə oğlu idi. Otuz yaşı olmazdı. Kəndi 
iki  tərəfdən  əhatə  edən  böyük  meşənin  meşəbəyisi  işləyirdi. 
Hər  gün,  səhər  tezdən,  yerindən  qalxıb  öz  ərazisini  gəzir, 
yalnız bundan sonra gəlib səhər yeməyini yeyirdi. 
On  dəqiqə  keçmiş darvaza açıldı.  Çiynində  beşaçılan  tüfəng 
olan Elməddin, onun ardınca da sarı rəngli bir ov tulası həyətə
daxil  oldu.  Gənc  meşəbəyi  qonaqlara  salam  verib,  tüfəngi 
çiynindən  çıxardı  və  Nuridəyə  uzatdı.  Sonra  isə  iti  özündən 
uzaqlaşdırdı: 

Alabaş, get yerinə! 
İt onun əmrinə tabe olub, həyətin aşağısına doğru qaçdı. 

Niyə  gecikirsən?  -  atası  Elməddini  məzəmmət  edib 
süfrəyə əl uzatdı. - Hə, başlayın, görək! 
Elməddin əl-üzünü yuyub quruladı və gəlib süfrənin arxasında 
oturdu: 

Əhlimanın  oğlu  qoyunları  örüşə  qatmaq  istəyəndə
nədənsə ürküblərmiş. Hamısı qaçıb meşəyə dağılmışdı. Uşağa 
yazığım gəldi. Ona bir az kömək elədim. 

Hamısını qaytara bildiniz? - atası soruşdu. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
12 

Hə!  Başqa  uşaqlar  da  kömək  elədilər.  Yazıq  Cavid  az 
qalırdı ağlasın. Deyirdi, atam şəhərə gedib, qayıdıb görsə ki, 
qoyunlardan itən var, məni döyəcək. 

Qoyunun ürkməyi yaman olur. Bir də gördün, dəli kimi 
ürküb  kənddən  çıxdı.  Gedib  özlərini  qayadan  da  tullaya 
bilərlər. - Mehdixan kişi qonaqlara izahat verdi. 

Elə ona görə də ona qoyun deyirlər! - Mahir gülümsəyib 
fikrini bildirdi və bal tökülmüş nəlbəkini qabağına çəkdi. 

Yeyin, təmiz baldır! - ev sahibi balı təriflədi. 

Burada hər şey təmizdir. Havası da, yeməyi də! - Qasımlı 
dedi və balı çörəyin üstünə yaxan Mahirə baxdı. 
Qanbay  Qasımlı  elə  bil  dünəndən  bəri  dəyişmişdi.  Bunun 
səbəbini  kəndin  təmiz  havası  ilə  də  izah  etmək  olardı. 
Başağnları  kəsilmiş,  əhvalı  yaxşılaşmışdı.  Odur  ki,  Mahir 
səhər yeməyindən sonra kəndin ətrafında bir az gəzməyi təklif 
edən kimi razılaşdı. 
Onlar  küçələrdən  keçib  kəndi  arxada  qoydular  və  Dərəçaya 
gedən  cığıra  düşdülər.  Bir  az  getmişdilər  ki,  qarşılarına  enli 
bir tala çıxdı. 
Bu  taladan  ətrafa  gözəl  mənzərə  açılırdı.  Uzaqda  Dərəçay 
kəndi görünürdü. 
Üç  nəfər  idilər.  Elməddinin  həyətdə  işi  olduğu  üçün  onlara 
qoşula bilməmişdi. Ancaq Nemət özü buralan pis tanımırdı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
13 
Fədayə ilə evlənəndən sonra hər il yayda, bir həftəliyə də olsa, 
bu kəndə dincəlməyə gəlmişdi. 

Qayınatangil cənnətdə yaşayırlarmış ki?! - Mahir üzünü 
Nemətə tutdu. 

Elədir.  -  Nemət  təsdiq  etdi.  -  Ancaq  özləri  bunu  hiss 
eləmirlər. 

Çox nahaq! 
Qonşu  kənddən  gələn  cığırla  qonaqlann  dayandığı  talaya 
doğru iyirmi - iyirmi beş yaşlı gənc bir oğlan qalxırdı. O, gəlib 
talaya çatdı. Nəfəsini dərmək üçün dayanıb qonaqlara baxdı. 
Neməti tanıyıb onlara yaxınlaşdı. 

Sizi xoş gördük, Nemət müəllim! Nə vaxt gəlmisiniz? 
Nemət salamı alıb onunla görüşsə də, bu arıq, kürən oğlanı bir 
az gec tanıdı. 

Mahmudun qardaşısan? 

Hə! Ağayaram. Yadınızdadırsa, keçən yay bizi Elməddin 
tanış eləmişdi. - O, Qasımlı və Mahirlə də əl tutdu. 

Xatırladım... - Nemət başını tərpətdi. - Eviniz də yadıma 
düşdü. Darvazanızın qabağında görüşmüşdük. 
-  Düzdür.  Ancaq  indi  orada  yaşamıram.  -  Ağayar  əllərini 
təmizləyirmiş kimi, şalvarının dalma sürtdü. - Kəndin yuxarı 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
14 
başında ev tikib köçmüşəm. Həmin gördüyün evdə Mahmud 
tək olur. 
Əslində,  heç  də,  Ağayann  dediyi  kimi  deyildi.  Ata-anaları 
xəstəlikdən  vaxtsız  vəfat  edəndən  sonra  Mahmud  bacı-
qardaşma atalıq etmişdi. Əvvəl bacısını gəlin köçürmüş, sonra 
isə  kiçik  qardaşı  Ağayan  öz  arzusu  ilə  evləndirmişdi.  İndi 
Ağayann  iki  uşağı  da  var  idi.  Mahmud  isə,  otuz  yaşının 
olmasına  baxmayaraq,  hələ  evlənməmişdi.  Deyilənə  görə, 
sevdiyi  qız  başqasına  ərə  getdiyi  üçün,  həm  də  bacı-
qardaşının işlərinə başı qarışdığı üçün gecikmişdi. 
Mahmud  Ağayan  evləndirəndən  bir  il  sonra  onun  arvadının 
bəzi  xasiyyətlərini  görüb,  düşünmüşdü  ki,  özü  evlənəndən 
sonra iki ailə bir həyətdə yaşaya bilməyəcək. Elə Ağayann özü 
ilə  də  yola  getmək  çətin  idi.  Uşaqlıqdan  ərköyün  böyüdüyü 
üçün istədiyini etməyə özünü həmişə haqlı bilirdi. 
Bunlan düşünən Mahmud kəndin yuxan başında yer götürdü 
və qolunu çırmayıb Ağayar üçün birmərtəbəli ev tikdi. Həmin 
evə  özü  də  köçə  bilərdi.  Ancaq  düşündü  ki,  Ağayar  ata 
yurdunun  qədrini  bilən  olmayacaq  və  nə  vaxtsa  evi 
həyətqanşıq sata bilər. Odur ki, onu razı salıb 
təzə  evə  köçürtdü.  Ev  əşyalarından,  mal-qaradan,  necə
lazımdırsa, kiçik qardaşının payını ayırdı. 
Ağayar əvvəllər təzə evə və təzə həyətə xüsusi maraq göstərdi. 
Ancaq sonra başa düşdü ki, təzə həyətdə meyvə ağacları əkib 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə