Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   43

downloaded from KitabYurdu.org
15 
yetişdirmək uzun vaxt tələb edəcək. Atadan qalma həyətdə isə
artıq  bol  məhsul  verən  meyvə  ağacları  var  idi.  Düzdür, 
Mahmud həyətdə yetişən meyvələrdən öz paylarını aparmağa 
bacı-qardaşma  icazə  vermiş¬di.  Ancaq  yenə  də  bu  və  digər 
məsələlərə  görə  Ağayar  peşman  olmağa  başlamışdı  və  bunu 
artıq bir neçə dəfə Mahmuda çatdırmışdı. 
- Yoldaşlarınızdır? - Ağayar başı ilə qonaqları göstərdi. 

Hə! - Nemət bilərəkdən belə cavab verdi. 
- Jurnalist dostlarımdır. 

Lap  yaxşı!  Allah  başınızı  uca  eləsin.  Oxumuş  adamlar 
bizim fəxrimizdir. 
Qasımlı  onlara  qulaq  asmırdı.  Uzaqlarda  görünən  gözəl 
mənzərələrə  tamaşa  edirdi.  Ya  bəlkə  də  tamam  başqa 
düşüncələrə dalmışdı?.. Bunu onun sifətindən oxumaq müşkül 
məsələ  idi.  Qollarını  sinəsində  çarpazlayıb  iti  gözlərini  çox 
uzaqlara dikmişdi. Mahir isə Ağayargilin söhbətinə qulaq assa 
da,  təbiət  mənzərələrinə  göz  yetirdiyi  və  bu  görüntülərdən 
ləzzət aldığı açıq hiss olunurdu. Qibtə hissi ilə başını bulayıb 
Ağayara dedi: 

Xoşbəxt adamsınız ki, belə yerdə yaşayırsınız! 

Yox  əşi!  -  Ağayar  başını  bulayıb,  Mahirə  etiraz  etdi.  - 
Burada çörək yoxdur. Çörək də ki olmadı, gözəlliyin kimə nə
xeyri var? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
16 

Bəs  nə  işlə  məşğul  olursunuz  burada?  -  Mahir  maraqla 
sual verdi. 

Meşədən  ağac  kəsib  gətirirlər,  sonra  isə  onu  doğrayıb 
şəhər  camaatına  satırlar.  Bir  də  kimin  həyətində  bar  verən 
ağac  varsa,  onun  meyvəsini  satır.  O  da  ki,  şəxsən  mənim 
həyətimdə yoxdur. - Birdən yadına qəfil nə isə düşmüş kimi 
əvvəl  Nemətə,  sonra  isə  yenə  Mahirə  baxıb  soruşdu:  -  Yeri 
gəlmişkən,  siz  jurnalistsiniz,  yəqin  ki,  qanunları  da  yaxşı 
bilirsiniz. Ata 
öləndən sonra onun yurdu kiçik oğluna çatmalıdı, ya yox? 
Mahir başını buladı: 

Mən,  şəxsən,  elə  qanun  eşitməmişəm.  Ancaq  Qanbay 
müəllim bu barədə daha məlumatlı olar. 
Qasımlı  adını  eşidib  onlara  tərəf  döndü  və  intizarla  cavab 
gözləyən Ağayan süzüb dilləndi: 

Deyəsən,  siz  dediniz  ki,  burada  çörək  yoxdur?  Ancaq 
səhv etmirəmsə, siz artıq çörək qazanmağın çox asan üsulunu 
tapmısınız! 
Ağayar, nədənsə, özünü itirdi: 

Yox...  Mən  demək  istəyirəm  ki,  böyük  qardaşım  ata 
evində yaşayır. Amma ora əslində mənim olmalıdır. 

Əlbəttə, siz təzə həyətdə yaşayırsınız və orada bar verən 
meyvə ağacları yoxdur. Sizin isə onları əkib barını gözləməyə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
17 
səbriniz  yoxdur.  İstəyirsiniz  ki,  əkdiyiniz  tez  bar  versin  və
yüksək qazanc götürəsiniz. 
Ağayar nə isə mızıldadı. Qırmızı, çilli sifəti bir az da qızardı. 
Nemət təəccüblə Qasımlıya baxdı və söhbəti yoluna qoymaq 
üçün dilləndi: 

Əslində, ata-ananm vəsiyyəti yoxdursa, ev də, həyət də
sizin aranızda bölünməlidir. Ya da ki, bütün övladlann yazılı 
razılığı ilə mülk övladlardan birinə qalmalıdır. 

Mən  heç  bir  razılıq-zad  verməmişəm!  -  Ağayar  elə
xoruzlandı ki, elə bil onu mülkdən məhrum edən Nemət idi. 

Bilirsən, əzizim, - Mahir əlini onun çiyninə qoydu. - Biz 
buraya  mal-mülk  bölməyə  gəlməmişik.  Jurnalist  adamlanq. 
Gəlmişik  bir  az  istirahət  edək,  sonra  da  gedib  məqaləmizi 
yazaq. 
Bunu deyib gizlicə Nemətə göz vurdu. 

Sağ  olun!  Allah  işinizi  avand  eləsin!  -  deyib,  Ağayar 
onlardan aralandı və sürətlə kəndə doğru qalxmağa başladı. 
Mahir onun arxasınca baxıb başını buladı: 

Bunun başı xarab imiş ki!? 

Siz  onun  əlindən  gələn  qoxunu  hiss  etdiniz?  -  Qasımlı 
soruşdu. 

Nə qoxu? - Nemət təəccübləndi. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
18 

Hə.  Qəribə  iy  gəlirdi  ondan...  -  Mahir  fikrini  bildirdi.  - 
Çürümüş torpaq iyi ot iyinə qarışmışdı, elə bil... 
Polkovnik,  qəribə  tərzdə,  başını  yellədi.  Bilmək  olmadı  ki, 
Mahirin  fikrini  təsdiq  edir,  yoxsa  inkar.  Ancaq  nədənsə, 
yoldaşları buna elə bir əhəmiyyət vermədilər. 
Nemət  yaxındakı  iri  kolun  kölgəsində,  yaşıl  otlann  üstündə
oturdu. 
-  Bunun  qardaşı  Mahmud  yaxşı  bənnadır.  Həm  də  savadlı, 
qabiliyyətli oğlandır. Bu ona heç oxşamır... 
Mahirlə Qasımlı da gəlib Nemətin yanında oturdular. Ayaqlan
altında qalan geniş sahələrə tamaşa edib ordan-burdan xeyli 
söhbət etdilər. Söhbətin bir başı hərdən gedib Bakıya çıxırdısa 
da, sanki onun istisindən, tozundan, səs- küyündən qaçıb yenə
də gözləri önündə açılmış gözəl mənzərənin başına hərlənirdi. 
Kəndin təbii gözəlliklərindən, daha çox, bir yazı-pozu adamı 
kimi  təbiətin  vurğunu  olan  jurnalist  Nemət,  bir  də  polisdə
işləməyinə  baxmayaraq,  romantik  qəlb  sahibi  olan  Mahir 
danışırdı.  Hərdən  onlara  elə  gəlirdi  ki,  polkovnik  Qasımlı 
təbiətdən heç bir zövq almır. Ancaq, yanılırdılar. Qasımlı da 
gözləri qarşısında dayanmış gözəllikdən zövq almağı, mənən 
qidalanmağı bacarırdı. Ancaq yanındakılardan onun böyük bir 
fərqli  xüsusiyyəti  var  idi  ki,  bu  da  onun  daxili  hisslərini 
həmişə gizlətməsi idi. Onun nə düşündüyünü heç kəs üzündən 
anlaya bilmirdi... 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə