Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   43

downloaded from KitabYurdu.org
191 
ki, kaş heç qayıtmayaydı. Elə olsaydı,  ayrılardıq və  mən də
başqası ilə evlənərdim. Düzdür, Səfayə gözəl olmaqla bərabər, 
üzüyola, təmizkar bir qadın idi. Uşaqlanna da, mənə də yaxşı 
baxırdı.  Lakin  onun  asta  tərpənməsi,  dilsiz-ağızsız  olması 
məni tez-tez əsəbiləşdirib özümdən çıxarırdı. 
Gecə  saat  12-də  maşın  səsini  eşidib  küçəyə  çıxdım.  Gələn 
Səfayə idi. Onu öz maşınında 
Bayəddin  gətirmişdi.  Özü  də  tək.  Hirsimdən  bilmirdim  ki, 
neyləyim...  Səfayə  həyətə  girdi.  Mən  darvazanı  örtdüm  və
Bayəddin o saat geri qayıtdı. 

Hansı cəhənnəmdə idin? - deyə Səfayəni zirzəmiyə çəkib 
soruşdum. Biz uşaqlar yatan otağın altında idik. 

Burax... - o, yaxasından yapışdığım əlimi kənarlaşdırmaq 
istədi. 

Səninləyəm! - dedim. - Haraya getmişdin? Getmişdinsə
daha  niyə  qayıdırdın?  Gecənin  bu  vaxtında  yad  kişi  ilə
haradan gəlirsən? Deməli, belə işlərin də var imiş sənin? 
Bu sözlərimin qarşısında o, məzəmmət və kin dolu baxışlarla 
mənə  baxdı.  Həyəcan  və  qorxudan  sinəsi  qalxıb-enir,  ancaq 
bircə  kəlmə  də  danışmırdı.  Elə  bil  dodaqları  kilidlənmişdi. 
Nəhayət, nə isə demək lazım olduğunu başa düşüb: 

Maşın xarab olmuşdu. - dedi. 
Əslində, ona inansam da, bugünkü hərəkəti 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
192 
üçün acığımı çıxmalıydım. Ona görə də: 

Yalan  deyirsən,  qancığın  balası!  -  deyə  onu  söydüm  və
üzünə dalbadal bir neçə sillə vurdum. 
Səfayə əli ilə yanağını tutub, nifrətlə dilləndi: 

Anamı söymə, sənin də anan olub! 
O, çox astadan danışırdı. Başa düşdüm ki, uşaqların səsimizə
oyanacaqlarından çəkinir. 

Sən hələ bir onu de görüm, evdən niyə getmişdin? - deyə
mən  də  səsimi  alçaltdım.  -  Nə  vaxta  qədər  mənim  səbrimlə
oynayacaqsan?  Özünü  fikirləşmirsən,  heç  olmasa  uşaqlarını 
fikirləş. 

Elə  uşaqlara  görə  gəldim.  -  deyib  burnundan  axan  qanı 
əlinin dalı ilə sildi. 

Deməli, məni adam hesab etmirsən? - onu bir də vurdum. 
- Dizləri üstə yerə çöküb başını tutdu. 

Sən  məni  istəməmisən!  -  dedi.  -  Heç vaxt istəməmisən. 
Mən qulluqçu olmuşam sənin üçün! 
Onu təpiklə vurub qışqırdım: 

İstəməsəydim, səni özüm rədd edərdim, gedərdin atanın 
xarabasına! 

Qışqırma! - deyə boğula-boğula dilləndi. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
193 
- Sabah özüm çıxıb gedəcəm. Ancaq qoy bu gecə bu zirzəmidə
qalım! 
Hirsimdən başım xarab oldu. Kiçik rəfdə gözümə sataşan 50-
60  santimetr  uzunluqda  qalın  dəmir  parçasını  götürüb  onun 
kürəyinə və qıçlarına vurmağa başladım. Mən onu vurduqca 
inildəyir, boğulan adamlar kimi səs çıxarır, ancaq qışqırmırdı. 
Əgər  qışqırıb  ağlasaydı,  ya  yalvarmağa  başlasaydı,  bəlkə
dayanardım. İndi isə getdikcə qızışırdım. 
Birdən  bütün  qüvvəmlə  sol  qoluna  necə  vurdumsa,  bərk 
xırçıltı  eşidildi.  Qolunun  biləkdən  qırıldığını  başa  düşdüm. 
Onun  sonsuz  dəhşət  ifadə  edən,  iriləşmiş,  az  qala  yerindən 
çıxmaq istəyən gözlərinə baxanda özümü də qorxunc bir hiss 
bürüdü. Birdən-birə mənə elə gəldi ki, onu öldürməsəm, daha 
dəhşətli  anlar  baş  verə  bilər.  Başa  düşdüm  ki,  bu  baxışların 
vahiməsi qarşısında çox dayana bilməyəcəyəm. 
Əlimdəki dəmir parçasını yuxarı qaldıranda, sanki məqsədimi 
başa  düşübmüş  kimi,  bayaqdan  uşaqları  oyatmaq  istəməyən 
Səfayə var səsilə: 
- Cavid! - deyə çığırdı. 
Həmin anda da zərbəni başına endirdim. Bircə saniyə yerində
donub,  döşəməyə  sərildi.  Onun  öldüyünü  başa  düşəndə,  nə
edəcəyimi bilməyib, bir müddət ətrafı dinlədim. Sakitlik idi. 
Ancaq  bu  sakitlikdə,  başımın  üstündə  çarpayı  cırıltısını 
eşidəndə, həyəcanlandım. Bu, Cavidin çarpayısının səsi idi... 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
194 
Tez həyətə çıxdım. Həyət sakit və qaranlıq idi. Geriyə qayıdıb 
zirzəminin də işığını söndürdüm. Pilləkənlə qalxıb evə girdim. 
Mən dəhlizin o başındakı otaqda yatırdım. Solda birinci otaq 
isə uşaqlann otağı idi. Qapını açıb içəri girəndə məni vahimə
bürüdü.  Cavid  oyaq  idi.  O,  gözlərini  geniş  açaraq  mənə
baxırdı. 
- Kim idi gələn, ata? - deyə soruşdu. 
Əvvəlcə özümü itirdim. Sonra tez də başa düşdüm ki, o, yəqin, 
yalnız maşının səsini eşidib. Və çox güman ki, sonra yenidən 
yuxuya gedib. Yoxsa bizim danışığımızı və anasının çığırtısını 
eşitməyə  bilməzdi.  Ancaq  o,  hər  halda,  anasının  səsinə
ayılıbmış. 
-  Kimsə  Mahmud  əmingilə  gəlmişdi,  -  deyib  öz  otağıma 
keçdim.  Lakin  mən  meyiti  zirzəmidə  qoya  bilməzdim.  Ona 
görə də otağın pəncərəsindən xəlvətcə həyətə düşüb zirzəmiyə
getdim.  Meyiti  qucağıma  götürüb  tövləyə  tərəf  apardım. 
Qapını açıb içəri girdim. Qoyunlar bir küncə sıxlaşıb qəribə
nəzərlərlə  mənə  baxırdılar.  Əsasən  qışda  işlədilən,  indi  isə
içinə taxta və dəmir-dümür yığılan axuru boşaldıb Səfayənin 
meyitini  oraya  qoydum  və  üstünü  yenə  də  götürdüyüm 
əşyalarla və quru otla örtdüm. 
Yalnız  bundan  sonra  tövləni  bağlayıb  evə  tərəf  getdim  və
pəncərədən otağıma girdim. Səhərə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
195 
qədər yatmayıb fikirləşdim. Olan olmuşdu. İndi ancaq özümü 
qorumaq, polisin şübhəsindən yayınmaq barədə düşünürdüm. 
Səhər  durub  şəhərə  gəldim.  Bayəddini  tapıb  başa  saldım  ki, 
onların  bir-neçə  saat  bir  yerdə  olmağından  onsuz  da 
şübhəliyəm. Əgər istəmirsə, özünü də, ailəsini də məhv edim
Səfayəni kəndə gətirməsini heç yerdə dilinə gətirməsin. Ona 
dedim ki, ola bilsin, səni görüb satan olar və səni tutub, kəndə
kimi  apardığını  soruşarlar.  Əgər  desən,  oğlunun  başını 
kəsəcəyəm.  Sonra  qaymatam-gilə  də  baş  çəkdim.  Artıq  mən 
müəyyən  planlar  qurmuşdum  və  bilirdim  ki,  adamlan 
şübhələndirməmək 
üçün 
özümü 
günahkar 
kimi 
aparmamalıyam. Ona görə 
də  Səfayənin  ata-anasını  söyüb,  təhqir  edib  evdən  çıxdım. 
Kəndə qayıdan kimi icra nümayəndəsinə də məlumat verdim. 
Sonra evə gedib nahar etdim. Bir az dincəlib meyiti basdırmaq 
üçün  tövləyə  yollandım.  Mən  bilirdim  ki,  uşaqlar  tövləyə
gəlməyəcəklər.  Lazım  olanda,  onlar  məni  evin  yanından 
çağırırdılar.  Döşəməni  söküb,  dar  xəndək  qazdım.  Meyiti 
axurdan  götürüb,  xəndəyə  qoydum.  Üstünü  torpaqla  örtmək 
istəyəndə  qapı  açıldı  və  heç  gözləmədiyim  halda  Mahmud 
başını içəri uzatdı: 
- Əhliman, burdasan? - deyə soruşdu. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
196 
Bircə anda sifətinin dəyişdiyi gözümdən qaçmadı. Tez onun 
üstünə getdim. O, geri çəkildi. Mən tövlədən çıxdım. Mahmud 
əlini 
uzadıb  mənimlə  görüşmək  istədi.  Buna  ehtiyac  olmasa  da, 
onun əlini sıxdım. İkimiz də özümüzü itirmişdik. Nəhayət, o 
dilləndi: 
-  Böyük  çəkicini  verərsən?  Daş  sındırıram.  Mən  tövlənin 
yanındakı  qalaqdan  çəkici  götürüb  ona  verdim.  Sonra,  onu 
darvazaya qədər ötürüb, geri qayıtdım. 
Heç  nə  fikirləşmədən  başladığım  işi  sona  yetirdim.  Meyiti 
basdırıb, yastı daşları yerinə qoydum. Sonra onları tapdalayıb 
bərkitdim. Artıq qalan torpağı təmizləyib tövlənin arxasındakı 
peyin qalağında gizlətdim. Sonra tövlənin döşəməsinə bir az 
quru ot qalıqları töküb, bir də tapdaladım. 
Bu  işi  görüb  qurtarandan  sonra  evə  çıxıb  Mahmud  barədə
düşünməyə  başladım.  Artıq  mənim  üçün  az  fərq  eləyirdi. 
Onsuz da cinayət törətmişdim. Bilirdim ki, ifşa olunsam, məni 
ağır cəza gözləyir. Ona görə də, Mahmudu aradan götürmək 
qərarına gəldim. Lap yəqin bilirdim ki, o meyiti gördü. O gün 
olmasa da, nə vaxtsa bunu ağzından qaçıracaqdı. 
Havanın qaralmasmı gözləyib küçəyə çıxdım. Bu vaxt məni 
heç  kəs  görmədi.  Heç  öz  uşaqlarım  da!..  Darvazanı  açan 
Mahmuda «Gəldim, bir nərd oynayaq!» - dedim. Biz tez-tez 
ya mənim, ya da onun evində oturub nərd oynayardıq. Bunu 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
197 
çoxları bilirdi. Mahmud heç nə deməyib, çox könülsüz qabağa 
düşdü.  Gözümə  birtəhər  dəyirdi.  Elə  bil  günortadan  sonra 
keçən müddət ərzində beli bükülmüşdü. Dəhlizdə düşündüm 
ki,  otağa  çatan  kimi  nərdi  götürəcək.  Nərd  taxtasını  stolun 
üstündə  görsəydilər,  məndən  şübhələnə  bilərdilər.  Mən  isə
otaqda heç nəyə əl vurmaq istəmirdim. Ona görə də Mahmud 
otağa  girən  kimi,  əlimdə  hazır  tutduğum  bıçaqla  kürəyinə
zərbə endirdim. O ağzı üstə yıxıldı. Otaqda gur neft lampası 
yanırdı. Kölgəmin küçədən görünməsindən ehtiyatlanıb otağa 
girmədim və tez geriyə qayıtdım. 
Darvazaya  çatanda,  küçədə  ayaq tappıltısı eşitdim.  Ehtiyatla 
qapını  aralayıb  baxdım  və  Dərəçaya  tərəf  gedən  Mirsahibi 
gördüm. O, keçib gedəndən sonra darvazanı açıb çıxdım və öz 
həyətimə getdim. 
Həmin  vaxt,  pəncərədə  görünən  kölgə  söhbətini  uydurmaq 
ağlıma gəldi. Mən bilirdim ki, siz gec-tez Mirsahibin o kəndə
gəldiyini  biləcəksiniz.  Ona  görə  də,  guya  pəncərədə
gördüyüm kölgəni Mirsahibin formasına uyğun təsvir etdim. 
Mən Bayəddinin də o gecə kəndə gəlməsinin polisdən gizlin 
qalmayacağmı  başa  düşürdüm.  Ona  görə  də  onun  kəndə
gəlməsini ilk dəfə müstəntiqə və Əmirəliyevə özüm bildirdim. 
Beləliklə, mən özümü şübhələrdən uzaqlaşdırmaq istəyirdim. 
Bütün  bunlara  baxmayaraq,  mən  ifşa  olundum.  İfşa 
olunduğumu görən kimi Bayəddindən şübhələndim və maşın 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
198 
ələ  keçirib  onun  evinə  tələsdim.  İndi  mənim  üçün  onsuz  da 
heç  nəyin  fərqi  yoxdur.  Ancaq  mən  onun  oğlunun  başını 
doğrudan  da  kəsəcəkdim.  Hələ  arvadı  haqqında  da  iyrənc 
planlarım  var  idi.  Mən  bunların  hamısını  edəcəkdim.  Artıq 
buna tam hazır idim və beynimdə başqa heç bir fikir yox idi. 
Qabağımı saxlayan o jurnalist oldu. 
Mehdixan  kişinin  qonağı.  O,  jurnalist  də  olsa  qeyri-adi  bir 
adam imiş. Məni o anda heç kəs saxlaya bilməzdi, o saxladı. 
Ömrümdə  ilk  dəfə  iradəcə  özümdən  güclü  adama  rast 
gəlmişdim. Mən indi ona çox minnətdaram. Çünki tutulandan 
sonra  keçən  bu  üç  gün  ərzində  dəqiq  inandım  ki,  məni 
Bayəddin satmayıb. Deməli mən günahsız yerə öldürəcəkdim 
o uşağı... Sonra bunu özümə çətin bağışlayardım». 
Əhliman  bütün  bunları  danışdığı  müddətdə  qarşısında 
əyləşmiş üç nəfərin heç biri onun sözünü kəsməmişdi. Sakitcə
oturub ona diqqət kəsilmişdilər. Əhliman danışıb qurtardıqdan 
sonra da heç biri dillənmədi. Sanki danışmağa sözləri yox idi. 
Yaranmış qısa sükutu yenə Əhliman özü pozdu: 
- Ancaq mən bir şeyi anlaya bilmirəm. Hərəkətlərimdə hansı 
səhvi buraxmışam ki, həmin səhvin ucbatından ifşa olundum? 
Əgər siz bunu mənə desəniz sizə çox minnətdar olaram. 
Prokuror istehza ilə başını bulayıb Əhlimana cavab verdi: 

Sənin buraxdığın səhvin nədən ibarət olduğunu, doğrusu, 
biz özümüz də bilmirik. Özünü elə aparmısan ki, səndən heç 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
199 
kəs  şübhələnməyib.  Ya  sən  şeytanın  özüsən,  ya  da  ki,  onun 
şagirdi  olmusan.  O  ki  qaldı  ifşa  olunmağına,  səni  ifşa  edən 
həmin minnətdar olduğun adamdır! 

O  jurnalist?  -  Əhliman  özündən  asılı  olmayaraq  ayağa 
qalxdı. 

O, jurnalist deyil! - Prokuror başını yellədi. - İstefada olan 
polis polkovnikidir! 

Deməli belə... - Əhliman yavaş-yavaş stula çökdü. - Hər 
halda mənim nəsə bir səhvim olub. 
Niyə demirsiniz bunu mənə? 

Dedim  ki,  bilmirik!  -  Prokuror  acıqla  cavab  verdi  və
canini apartdırmaq üçün stolun üstündəki düyməni basdı. 
Xəlilov üzünü Əhlimana tutub onu başdan ayağa süzdü: 

Sənin  səhvin  o  olub  ki,  cinayət  etmisən  və  ömrünün 
axınna kimi onun əzabını çəkəcəksən! 
Otağa daxil olan polis əməkdaşı prokurorun işarəsi ilə əllərinə
qandal vurulmuş Əhlimanı qabağına qatıb apardı. 
Polkovnik Qasımlı rayondan qayıtdığı iki həftə müddətində, 
təhqiqat işi ilə əlaqədar heç bir sifarişi olmadığı üçün vaxtını 
elmi  əsərlərin  mütaliəsi  ilə  keçirirdi.  Elə  indi  də  axşamüstü, 
mənzilindəki  kreslosunda  oturub  kitab  oxuyurdu.  Qapının 
zəngi çalmanda kitabı stolun üstünə qoyub ayağa qalxdı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
200 
Gələnlər  Nemət,  Mahir  və  bir  də  Elməddin  idi.  Ev  sahibi 
onları  görəndə  çox  sevindi  və  hər  birini  mehribanlıqla  içəri 
dəvət  etdi.  Hamı  içəri  keçib  əyləşəndən  sonra  üzünü 
Elməddinə tutdu: 

Sən hara, bura hara? Salamatlıqdırmı? 
Onun əvəzinə Nemət cavab verdi: 

Elməddin bizə qonaq gəlib. Mən də Mahirə zəng vurub 
çağırdım ki, birlikdə sizə baş çəkək. 

Lap  yaxşı eləmisiniz!  -  deyən  Qasımlı  yenə Elməddinə
baxdı: 

Ailəniz necədir? 

Yaxşıdırlar. Hamısının sizə salamı var! 

Çox sağ olsunlar. Məndən də onlara  salam apararsınız! 
Bəs o uşaqlar necədirlər? Əhlimanın uşaqları... 
Ortalığa  ani  sükut  çökdü.  Hamı  yenə  kənddə  baş  vermiş  o 
qanlı cinayəti xatırladı. 
Elməddin köksünü ötürüb cavab verdi: 

Hamı gözləyirdi ki, rəhmətlik Səfayənin atası uşaqları öz 
evinə  aparacaq.  Ancaq  aparmadı.  Deyib  ki,  düşmənimin 
balalarını evimdə saxlamayacam ki?! 

Qəribədir! - Qasımlı başını buladı. 

İndi uşaqlar özləri birtəhər dolanır. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
201 
Hərdən atam da baş çəkib hal-əhval tutur onlardan... 

Bəs bizim atıcı dostumuz necədir? - Mahir sual verdi. - 
Sahə müvəkkilini deyirəm. 

Hə?.. Miriyev atamdan inciyib. Deyir məni niyə aldatdın 
ki, qonaqların jurnalistdir? Kim olduqlarını bilmədiyim üçün 
onların  yanında,  o  ki  var,  lovğalanmışam.  Bir  də  atamdan 
soruşdu ki, sənin qonağın necə açdı bu sirrin üstünü? Atam 
dedi ki, bilmirəm, eləcə Əhlimandan şübhələnib. O da atama 
inanmadı. Dedi ki, Əhlimanda şübhələnməli bir şey yox idi. 
Burada nəsə başqa iş var. 
Mahir birdən onun sözünü kəsib Qasımlıya üz tutdu: 

Qanbay müəllim, yeri gəlmişkən, siz heç demədiniz axı, 
Əhlimandan niyə şübhələnmişdiniz? 

Mən sizə dedim  axı, - Qasımlı cavab verdi. -Əhlimanın 
hərəkətlərində şübhəli məqamlar az deyildi. Ancaq gərək ona 
xüsusi diqqət yetiriləydi. 

Yaxşı,  necə  oldu  ki,  siz  ona  xüsusi  diqqət  yetirdiniz?  - 
Mahir bu dəfə sualı başqa cür verdi. 

Mən  Mahmudun  evində  olanda,  -  Qasımlı  izah  etməyə
başladı. - gördüm ki, neft lampası stolun üstündədir. Stol isə
pəncərəyə  bitişik  vəziyyətdə  idi.  Belə  bir  halda  otaqda  olan 
heç  bir  kəsin  kölgəsi  pəncərəyə  düşə  bilməzdi.  -  Qasımlı 
sözünə  ara  verib  qulaq  asanlann  üzlərinə  göz  gəzdirdi.  - 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
202 
Pəncərəyə o adamın kölgəsi düşə bilər ki, o adam pəncərə ilə
lampanın arasında 
dayansın.  Həmin  otaqda  isə  bu  mümkün  deyildi.  İndi  başa 
düşdünüz? 

Başa düşdük.  -  hamıdan  əvvəl Elməddin cavab verdi.  - 
Əhliman  isə  demişdi  ki,  pəncərədə  yad  adamın  kölgəsini 
görüb. 

Bəli!  -  Qasımlı  başı  ilə  təsdiq  etdi.  -  Kölgə  görməyini 
deməsi azmış kimi, hətta onun ölçülərini də təsvir edirmiş! 

Deməli  belə!  -  Mahir  mənalı  tərzdə  səsini  uzatdı.  - 
Əhlimanın  yeganə  səhvi  o  olub  ki,  pəncərə  ilə  lampanın 
arasına girib! 

Azadlıqla ölümün arasına! - Nemət öz fikrini bildirdi. - 
Elə özünün indi düşdüyü yer də elə bir yerdir! 
- Bəli! İndisə gəlin, başqa şeylərdən danışaq! 
Qanbay Qasımlı bunu deyib ayağa qalxdı və qonaqlara qəhvə
hazırlamaq üçün mətbəxə keçdi. 
EPİLOQ 
Həmin uğursuz gün - mayın 18-də Səfayə şəhər kənarındakı 
gölün  sahilində  dayanıb,  özünü  sakit  sulann  qoynunda  qərq 
etməyə  hazırlaşmışdı.  Özünü  göldə  boğmaq,  canını  ağrıdan 
həyatdan əbədi olaraq uzaqlaşmaq istəmişdi. Fikri qəti idi! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
203 
Son anda yaxasmdakı şəkli çıxarıb uşaqlarına baxmışdı. Şəkli 
öpüb ağlamışdı... və birdən başa düşmüşdü ki, ölsə də, ruhu 
rahatlıq  tapa  bilməyəcək.  Başa  düşmüşdü  ki,  ruhu  əzab 
çəkəcək onlarsız. Görmək istəyəcək onlan, görə bilməyəcək. 
Ruhun  görən  gözləri  olmur...  Səslərini  eşitmək  istəyəcək, 
eşidə  bilməyəcək.  Ruhlar  eşidə  bilmir...  Bağrına  basmaq 
istəyəcək 
uşaqlarını,  basmayacaq.  Ruhun  qolları  olmur...  Təksə  duya 
biləcək ruhu onları. Duyacaq, ayrılıq əzabı çəkəcək həmişə! 
Başa düşmüşdü ki, həyatı əzablarla dolu olsa da, yaşamalıdır. 
Cavid  üçün,  Təhminə  üçün  yaşamalıdır.  Başa  düşmüşdü  ki, 
analıq  borcunu  yerinə  yetirməlidir.  Uşaqlarını  yetim 
qoymamalı, onları böyüdüb, boya-başa çatdırmalıdır. 
Birdən-birə  darıxmışdı  uşaqları  üçün.  Elə  darıxmışdı  ki,  az 
qalmışdı,  dəli  kimi,  var  qüvvəsilə  qaçsın,  özünü  kəndə
yetirsin.  Ona  elə  gəlmişdi  ki,  özünü  tezliklə  canından  çox 
sevdiyi  balalarına  çatdırmasa,  onları  bir  daha  görə
bilməyəcək... 
Uşaqlann  şəklini  yenidən  yaxasında  gizlədib,  geriyə
qayıtmışdı,  şəhərə  tərəf...  Asfalta  çıxan  kimi,  öz  maşınının 
yanında  dayanmış  Bayəddini  görüb  tanımışdı.  Neçə  dəfə
kəndlərinə gəlib-getmişdi bu adam. Bir neçə dəfə Əhlimanı da 
gətirmişdi  evə.  Bir  qədər  tərəddüddən  sonra  Bayəddinə
yaxınlaşıb, onu kəndə aparmağı xahiş etmişdi. Maşına oturub, 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
204 
balalarını tezliklə görmək ümidilə, ürəyi çırpma-çırpına yola 
düşmüşdü. Taleyin onun üçün nəzərdə tutduğu faciəli sonluğa 
doğru... 
...  Cavidlə  Təhminə  analarının  başına  gələni  biləndə  çox 
ağlamışdılar,  çox  xiffət  çəkmişdilər.  Ürəyi  yananlar  ürək-
dirək  vermişdilər  onlara.  Üzlərinə  demişdilər  ki,  «Ölənlə
ölmürlər,  ay  bala,  bu  dünyanın  işidir.  Hamımız  öləcəyik!». 
Arxalarınca  isə  başqa  söz  demişdilər:  «Torpağm  üzü 
soyuqdur.  Bir  azdan  analarını  elə  unudacaqlar  ki,  heç 
yadlarına  da  düşməyəcək!  Yaşayacaqlar,  böyüyəcəklər, 
xoşbəxt  ömür  sürəcəklər!»  Bu  əlbəttə,  belədir!  Amma... 
Dünyada hər bir işin bir əmması olur axı!? 
Sizə  danışdığım  bu  əhvalat  olmuşlar  idi.  Ancaq  olmuşlarla 
bitmir zamanın işi... Olmuşların bir olacaqlan da olur həmişə. 
Elə bu danışdığım olmuşlar da nə vaxtsa olacaqlar olub həmin 
adamlar üçün. Necə ki, indi danışacağım olacaqlar da bir vaxt 
olmuş olacaq! 
Olacaq, mütləq olacaq bu dediklərim! Cavid də, Təhminə də
yarıac, yarıtox böyüyəcək. Cavid bacısına həm qardaş, həm də
ata olacaq. Elə Təhminə də analıq edəcək ona, yeri gələndə. 
Cavid özü işdən-gücdən baş açıb oxuya bilməsə də Təhminəni 
oxudacaq. Sonra onu tələbəlik illərində sevib-seçdiyi oğlana 
ərə  verəcək.  Yaxşı  cehiz  qoşub,  toy  eləyib  Bakıya  gəlin 
köçürəcək.  Bundan  sonra  özü  də  bir  halal  süd  əmmişlə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
205 
evlənib,  ailə  quracaq.  Təhminənin  bir  oğlu  və  bir  qızı, 
özününsə tək bir qızı olacaq. Qızının adını Səfayə qoyacaq... 
Xoşbəxt yaşayacaqlar... Onların uşaqlıqlarını xatırlayan qoca 
kənd sakinləri arasında hərdən, belə söhbət də olacaq: 
-  Görürsünüz,  o  vaxt  deyirdik  ki,  dözməzlər  analarının 
yoxluğuna.  Cavid  anasını  elə  istəyirdi  ki,  deyirdik  ürəyi 
partlayacaq  uşağın!  Ancaq  torpağın  üzü  doğrudan  da  soyuq 
imiş...  Heyif  ölənin  canından!  Qalan  qalır,  yaşayır!  Atası, 
deyirlər,  bu  yaxınlarda  türmədə  ölüb,  heç  maraqlanmır.  Heç 
anası da yadına düşmür. Bəxtəvər yaşayır özü üçün! Burdan-
bura  şəhərə  gedib  anasının  qəbrinə  də  baş  çəkmir!  Kim  nə
deyir desin, unudulur hər şey! 
... Çox şeylər olacaq, çox şeylər deyiləcək. Amma... 
Bir gün Cavid itmiş qoyunlarını meşədə axtarıb tapanda, artıq 
qaranlıq  düşəcək.  Qoyunları  gətirib  həyətə  salanda  başını 
qaldırıb  evinə  baxacaq  və  ikinci  mərtəbədə  gur  işıq  yanan 
pəncərələrin birində... anasının kölgəsini görəcək. 
O  qədər  aydın  görünəcək  ki,  bu  kölgə,  Cavid  əvvəlcə
heyrətindən  yerində  quruyub  qalacaq.  Görəcək  ki,  bu  xəyal 
deyil,  anasının  kölgəsidir.  Tərpənir,  gəzir...  həminki  asta, 
təmkinli, kövrək hərəkətləri ilə... 
Hər şeyi unudub var gücü ilə evə yüyürəcək. Pilləkənləri necə
sürətlə çıxdığından özünün də xəbəri olmayacaq. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
206 
Qapını taybatay açıb dəli kimi evə girəndə Bakıdan xəbərsiz 
qonaq  gəlmiş  bacısı  ilə  rastlaşacaq.  Və  məlum  olacaq  ki, 
pəncərədə  görünən  kölgə  anasının  yox,  Təhminənin 
olubmuş... 
Təhminə: 

Xoş  gördük,  ay  qardaş!  -  deyib  onu  qucaqlayacaq,  o 
üzündən,  bu  üzündən  öpəcək.  Sonra onun  donub  durduğunu 
görərək: 

Nə olub sənə, bacı qurban? - deyə soruşacaq. 
Cavid: 

Heç nə! - deyib, bacısı uşaqları ilə də görüşəcək və cəld 
dönüb boş otaqlardan birinə keçəcək. 
Pərt  halda  yerində  quruyub  qalan  Təhminə  birdən  həmin 
otaqdan yanıqlı hıçqırıq səsləri eşidəcək və başa düşəcək ki, 
qardaşı yenə də anası üçün ağlayır... 
Olacaq... Bunlann hamısı olacaq... 
SON 
Bakı, mart-iyun, 2005 
downloaded from KitabYurdu.org

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə