Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   43

downloaded from KitabYurdu.org
19 
Nemət  ayağa  qalxıb  əli  ilə  üst-başma  yapışmış  otları 
təmizlədi. 

Gedək evə! İndi Dilbər xala bizə görə narahatdır. 

Düzdür.  Gedək  bir  az  şahmat  oynayaq.  -  Mahir  bunu 
deyib Qasımlıya baxdı. 
Ayağa  qalxıb,  sanki  bir  daha  görməyəcəklər  kimi,  uzaq 
mənzərələrə nəzər yetirdilər. Sonra dönüb, yavaş-yavaş kəndə
doğru qalxmağa başladılar. Kəndə girəndə, küçələrdə tək-tək 
rast gəldikləri adamlar salam verib keçirdilər. Bu kənddə adət 
belə idi. Tanımadıqları adama da küçədə salam verirdilər. 
Mahmudun  həyətinin  darvazası  taybatay  açıq  idi.  Mahmud 
küçəyə tökülmüş mişar daşlanndan seçib həyətə apanrdı. Üst-
başı  daş  tozuna  bulaşmışdı.  Neməti  görən  kimi  irəli  yeriyib 
onunla görüşdü. 

Üzünü görək, ay Nemət müəllim! - Sonra o birilərə də əl 
verdi. - Xoş gəlmisiniz! Gedək evə, qonağım olun! 

Sağ ol! Başqa bir vaxt qonağın olarıq, 
Allah qoysa! - Nemət onu dostlanna təqdim etdi. - Haqqında 
danışdığım usta Mahmud, bax budur! 
Mahmud orta boylu, qarayanız, sağlam görkəmli bir adam idi. 
Gündən yanmış üzü və qabarlı əlləri zəhmətkeşliyinə dəlalət 
edirdi. 

Uşaq necədir? - deyə Nemətdən soruşdu. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
20 

Çox sağ ol, yaxşıdır! Nə tikirsən belə? 

Hamam tikmək istəyirəm. 
Mahmud  əli  ilə  evin  qarşısındakı  yarımçıq  tikilini  göstərdi. 
Açıq  darvazadan  həyətin  çox  hissəsi  aydın  görünürdü. 
Hamam olacaq tikilinin divarları, demək olar ki, yanya qədər 
qalxmışdı. 

Tikərsən,  Allah  qoysa!  -  Nemət  həyətə  boylandı.  - 
Köməkçin yoxdur, deyəsən? 

Köməkçiyə  nə  ehtiyac?  Xırda  işdir.  Günortadan  sonra 
qurtaracam,  -  deyən  Mahmud  əl-ayağa düşdü:  -  Əşi,  küçədə
niyə  da¬yanmışıq,  mən  ölüm,  gəlin,  keçin  həyətə!  Çay  için, 
nərd oynayın. O vaxta qədər mən də yaxşı bir toyuq qızardım 
sizin üçün. Daha nahann da vaxtıdır. 
- Çox sağ ol! Başqa bir vaxt! Sən işindən qalma! 
Mahmuddan  aralanıb  yollanna  düzəldilər.  Həmin  həyətlə
üzbəüz həyətin darvazası qarşısında on-on iki yaşlı, sarışın bir 
qız  uşağı  dayanmışdı.  Əynində  əzik-üzük,  köhnə  don  olan, 
saçları  səliqəsiz  halda  çiyinlərinə  dağılmış  bu  qız  sonsuz 
maraq  və  yaşma  yaraşmayan  bir  kədərlə  yad  adamlara 
baxırdı... 
Onlar  həyətə  girəndə  tanımadıqları  bir  nəfər  evin  qarşısına 
qoyulmuş uzun stolun arxasında oturub, Mehdixan kişi ilə çay 
içirdi. Bu, Mahmudun evi ilə üzbəüz evdə yaşayan Əhliman 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
21 
idi.  Qırxa  yaxın  yaşı  olardı.  Boylu-buxunlu,  enlikürək,  qara 
bığları  sifətinə  xüsusi  zəhm  verən  bir  kişi  idi.  İxtisasca 
zootexnik olsa da, indi meşədən ağac kəsib satmaqla, mal-qara 
saxlamaqla  məşğul  olan  bu  adam  bir  gün  də  işsiz  dayana 
bilmirdi.  Əlləri  elə  iri  idi  ki,  armudu  stəkan  barmaqlan 
arasında oyuncaq kimi görünürdü. 
Nemətgil  salam  verib  stolun  arxasına  keçdilər.  Mahir  o  saat 
stolun  üstündəki  şahmat  taxtasını  açıb  Qasımlı  ilə  özünün 
qarşısına qoydu və fiqurları düzməyə başladı. 
Ev sahibi geriyə qanrılıb gəlinini səslədi: 
- Ay qız, çay gətir! 
Sonra isə üzünü Əhlimana tutub soruşdu: 

Bir əməlli başa sal görüm, Səfayə evdən nə vaxt çıxıb? 
Niyə gedib evdən? 
Əhliman  yad  qonaqlara  ani  nəzər  salıb  başını  yellədi  və
danışmağa başladı: 

Dünən,  yəni,  ayın  18-də  səhər  tezdən  evdən  çıxıb. 
Həyətdən  necə  çıxmağını  görməmişəm.  Xəbərim  olmayıb. 
Ancaq  Sabirdən  öyrənmişəm  ki,  kənddən  onun  maşını  ilə
çıxıb. Sabir ondan soruşub ki, bu gün qayıdacaqsan? Deyib ki, 
yox! Axşam evə qayıtmadığı üçün, bu gün səhər tezdən durub 
şəhərə  getdim.  Atasıgildən  soruşdum.  Dedilər  ki,  günortaya 
kimi onlarda olub. Deyib ki, geri qayıtmayacam. Atası, guya 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
22 
ona acıqlanıb, nəsihət verib. Səfayə də atasının evindən küsüb 
çıxıb. Haraya getdiyini 
bilməyiblər.  Bakıya  -  qardaşıgilə  zəng  vurdular.  Oraya  da 
getməyib. 
Mehdixan kişi başını buladı: 

Ay oğul, bircə ay bundan qabaq barışdırmışam sizi. Onda 
da küsüb getmişdi. Axı söz verdin ki, daha yola gedəcəksiniz. 
Uşaq deyilsiz axı?! Gül kimi balalarınız var. Yenə neyləmisən 
ki, bu bədbəxt qız başını götürüb gedib? 
Nuridə  gəlib  qonaqlar  üçün  çay  süzdü.  Əhlimana  da  təklif 
edəndə o, əli ilə stəkanı qapadı. 

Bəsdi, bacı, çox sağ olun, içmirəm, - dedi və üzünü yenə
ev sahibinə tutdu: 

Mehdixan dayı, sənə qurban olum, sən özün bilirsən ki, 
mən zəhmətkeş adamam. Bir dəqiqə bekar dayanmıram. Allah 
sənin  də  köməyin  olsun,  imkan  yaratmısan,  göz  yumursan, 
meşədən  ağac  kəsib  satıram.  Üstəlik,  həyətdə-bacada 
işləyirəm, evi dolandırıram. 

Bunlar hamısı doğrudur. - İcra nümayəndəsi Əhlimanın 
sözlərini  təsdiq  etdi.  -  Ancaq  söhbət  dolanmaqdan, 
mehribançılıqdan gedir. Olmaz ki, bir-birinizi başa düşəsiniz? 

Ağsaqqal, başına dönüm, məgər mən istəmirəm bunu? - 
Əhliman əlini sinəsinə vurdu. - Mən də insanam. Ancaq, qulaq 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
23 
as, gör nəyin üstündə küsüb gedib! Srağagün mal növbəm idi. 
Axşamüstü  növbədən  qayıdanda  görürəm  ki,  həyətdə  paltar 
yuyur.  Yemək  istəyəndə  dedi  ki,  işim  çox  olub,  yemək 
hazırlamamışam.  Bu  saat  hazırlayaram,  deyir.  Mən  də
neyləyim,  ac,  həm  də  yorğun  vəziyyətdə  idim.  Dözmədim, 
hirslənib bunu söydüm. Bir də, bir şillə vurdum. İndi, özün de, 
bundan ötəri qadın öz evini-eşiyini atıb gedər? 
Mehdixan  kişi  alnını  ovuşdurub  bir  qədər  fikrə  getdi  və
nəhayət dilləndi: 

Bəs bu qız atasıgildən çıxandan sonra haraya getmiş olar? 
Əhliman əsəbi halda başını yellədi: 

Nə bilim, vallah, ürəyimə yüz cür şey gəlir... Ona görə də
indi  şəhərdən  qayıdan  kimi  sənin  yanma  gəldim  ki,  bir 
məsləhət verəsən. 
Necə  bilirsən,  bunu  polisə  bildirmək  lazımdır,  yoxsa  yox? 
Doğrusu, mən el içində biabır olmaqdan qorxuram. Hərə bir 
söz deyəcək... 

Heç kəs artıq-əskik söz deyə bilməz. Kənd camaatı bilir 
ki, Səfayə ağıllı, həm də qeyrətli qadındır. Ancaq sən Əhliman 
onunla dolana bilmədin ki, bilmədin! 

Eh, ay Mehdixan dayı, bəsdi, sən Allah! - Əhliman əlini 
yellədi.  -  Bu  zalım  qızında  qabiliyyət  deyilən  bir  şey  yoxdu 
axı!? O qədər asta iş görür, o qədər vasvasılıq eləyir ki, hirsdən 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə