Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   43

downloaded from KitabYurdu.org
24 
bağnm  çatlayır.  Axı  mən  də  insanam!?  Nə  qədər  dözmək 
olar?! 
Mehdixan  kişi  çiynini  çəkib  dinmədi.  Başını  çevirib 
qonaqlarına baxdı. Qasımlı ilə Mahir şahmat oynayır, Nemət 
isə  diqqətlə  onlara  tamaşa  edirdi.  Deyəsən,  Mahir  çətin 
vəziyyətdə  qalmışdı.  Polkovnik  əlini  çənəsinə  dayaq  verib 
səbirlə  rəqibinin  gedişini  gözləyirdi.  Bu  vaxt  Elməddin  də
gəlib çıxdı və Dilbər xala ilə Nuridə süfrəyə yemək gətirdilər. 
Əhliman ayağa qalxdı. Onun getmək istədiyini görən ev sahibi 
səmimi təəccüblə dilləndi: 

Niyə qalxdın? Otur bizimlə çörək ye! Bunlar da Nemətin 
dostlarıdır, özgə deyillər. 

Yox,  sağ  ol,  Mehdixan  dayı,  getsəm  yaxşıdır!  Evdən-
eşikdən nigaranam. Maşından düşən kimi buraya gəlmişəm. 
Yaxşı, indi nə məsləhət görürsən? 

Nə  məsləhət  görəcəm?..  Sahə  müvəkkilinə  deyərəm, 
maraqlanar. Ancaq sən özün də axtar! Gör daha kimin evinə
gedə bilər şəhərdə? 

Yaxşı, sağ olun, mən getdim! - Əhliman həyətdən çıxdı. 
Qonaqlar  ev  sahibinin  təklifi  ilə  şahmat  taxtasını  stolun 
kənarına sürüşdürüb nahara başladılar. 

Nə olub? Arvadı evdən qaçıb bunun? - Mahir bozbaş dolu 
qabı qabağına çəkib soruşdu. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
25 

Hə!  -  Mehdixan  kişi  cavab  verdi.  -  Arvad  yazıq 
neyləsin?!  Onunla  adam  kimi  rəftar  eləmirdi  bu  Əhliman. 
Neçə dəfə bunların məsələsinə qarışmalı olmuşam. 
-
Siz, yəni, belə işlərə də baxırsınız? 
-
Bəs necə? Kənddə ən xırda hadisəyə də cavabdehik biz. 
-
Maraqlı işdir!.. - Mahir başını bulayıb yeməyə girişdi. 
Səfayə  rayon  mərkəzində  anadan  olmuşdu.  Atası  Zəlimxan 
qəssab idi. Xüsusi müştərilərindən qoyun-quzu alıb kəsir, ətini 
Bakıya  göndərirdi.  Özünə  yaxşı  ev-eşik  düzəltmişdi.  Heç 
nədən  korluğu  yox  idi.  Həm  də,  çox  tünd  xasiyyəti  var  idi 
Zəlimxanın.  İstər  ailədə,  istər  məhəllədə  sözünün  qabağına 
söz  gətirməzdilər.  Oğlu  Allahyar  da  dəlisovluqda  ona 
çəkmişdi. Əsgərlikdən gələn kimi birini bıçaqla ağır yaralayıb 
türməyə düşmüşdü. Türmədən çıxandan sonra evlənib Bakıda 
qalmışdı. İndi, deyilənə görə, alverlə məşğul olur, özü də pis 
yaşamırdı. 
Zəlimxanın  arvadı  Bikəxanım  mülayim  qadın  idi.  Bir  az  da 
dilavərliyi var idi. Ərinin şıltaqlığına, zəhminə, onun yerində
başqa  qadın  olsaydı,  dözə  bilməzdi.  Ancaq  Bikəxanım 
dözümlü idi. Xüsusilə də ərinin əsəbi vaxtlarında onun heç bir 
sözünə etiraz etmir, hər bir əmrinə tabe olurdu. 
Zəlimxan  kişi  Əhlimanın  atası  ilə  əsgərlikdə  eyni  hərbi 
hissədə xidmət etmişdi. O vaxtdan əlaqələrini üzməmişdilər. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
26 
Əhlimanın  atası  şəhərə  -  bazarlığa  gələndə  Zəlimxangilin 
qonağı olurdu. 
Səfayəni də beləcə görüb bəyənmiş və oğluna istəmişdi. 
Səfayə o vaxt arıq, ancaq həm də qəşəng, utancaq bir qız idi. 
Sarışın saçları ağ üzünə, mavi gözlərinə yaraşırdı. On birinci 
sinfi  bitirmiş,  sənədlərini  ali  məktəbə  təqdim  etsə  də  qəbul 
oluna  bilməmişdi.  Buna  baxmayaraq,  həvəsdən  düşməyib 
növbəti ilin qəbuluna hazırlaşırdı. 
Atasının onu Əhlimana verməyə razılaşdığını biləndə, gizlicə
xeyli  göz  yaşı  tökdü  Səfayə...  Ürəyini  əvvəlcə  sevimli 
nənəsinə,  sonra  isə  anasına  açıb  ərə  getmək  istəmədiyini 
bildirdi.  Ağlaya-ağlaya  dedi  ki,  ən  böyük  arzusu  olub  ali 
məktəbdə  oxumaq.  Dedi  ki,  qara  xətt  çəkməsinlər  bu 
arzusunun üstündən. 
Ancaq qonşunun Səfayə ilə həmyaşıd qızı artıq nişanlanmışdı 
və  Bikəxanımm  canına  qorxu  düşmüşdü:  «Birdən  qız  evdə
qalar,  alan  olmaz.  Çölə-bayıra  çıxan  da  deyil  ki,  bir  görən, 
bəyənən olsun». Qızını dilə tutmağa başladı: 
-  Qızım,  Əhliman  pis  oğlan  deyil,  maşallah,  boy-buxun, 
yaraşıq,  hamısı  var  onda.  Həm  də  zirəkdir,  bacarıqlıdır... 
Atanın  xasiyyətini  də  ki,  özün  yaxşı  bilirsən.  Sözünün 
qabağında  söz  demək  mümkün  deyil.  Ağıllı  ol,  sözə  bax! 
İnstitutu əlindən alan yoxdu ki?! Yenə oxuyarsan... 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
27 
Axır  ki,  Səfayəni  yola  gətirib  Əhlimana  nişanladılar  və  üç-
dörd ay keçməmiş kəndə gəlin gətirdilər. İndi iki uşağı da var 
idi.  Oğlu  Cavid  kənddəki  orta  məktəbin  doqquzuncu,  qızı 
Təhminə altıncı sinfində oxuyurdu. 
Ali məktəbə qəbul məsələsi çoxdan yaddan çıxmışdı. Səfayə, 
istər-istəməz,  kəndə  bağlanmış,  kənd  işlərini  özünəməxsus 
tərzdə mənimsəmişdi. Kənd qızları qədər zirəkliyi olmasa da, 
öhdəsinə  düşən  işləri  görür,  bacardığı  qədər  ərinin  və
uşaqlarının qulluğunda durmağa çalışırdı. 
Mülayim  xasiyyətli,  ürəyiaçıq,  dedi-qodunu,  söz  gəzdirməyi 
sevməyən,  paxıllıq  nə  olduğunu  bilməyən  Səfayə  kənd 
camaatının sevimlisinə çevrilmişdi. Bulağa gedəndə qız-gəlin 
çəkilib qabını doldurmaq üçün ona yol verir, işi tələsik olanda 
gətirdiyi pal-paltarı əlindən alıb 
yuyurdular. Qadınlar bacarmadığı işlərdə ona məsləhət verir, 
kömək əllərini uzadırdılar. 
Ancaq,  xasiyyəti  ağır  olan,  qızğın  təbiətli  Əhliman  onun 
astagəl  hərəkətlərini,  başqaları  kimi  deyib-gülə  bilmədiyini, 
həddindən 
artıq  utancaqlığını  və  nəhayət,  yataqda 
soyuqluğunu bəyənmirdi. Elə buna görə də hərdən aralarında 
ciddi münaqişələr olurdu. Münaqişə deyəndə ki, Əhliman onu 
döyüb-söysə də səsini çıxarmırdı. Əlləri ilə üzünü tutur, sonra 
gözləri dolmuş vəziyyətdə hansısa məchul bir nöqtəyə baxıb 
susurdu. Sanki həmişə gözləri yol çəkirdi. 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə